Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1432/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, 357202-CNS-44643 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 2966,22 manat (iki min doqquz yüz altmış altı manat iyirmi iki qəpik) məbləğində əsas borc, 262,17 manat (iki yüz altmış iki manat on yeddi qəpik) manat məbləğində faiz borcu, 102,90 manat (bir yüz iki manat doxsan qəpik) məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3331,29 manat (üç min üç yüz otuz bir manat iyirmi doqquz qəpik) məbləğində pul və 53,31 manat (əlli üç manat otuz bir qəpik) ödənilmiş dövlət rüsumuna dair xərcin Cavabdeh “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 357202-CNS-44643 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 36 ay müddətinə 4344 ( dörd min üç yüz qırx dörd manat) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilərək cari hesabına köçürülmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və xx.xx.2024-cü il tarixinə banka 2966,22 manat (iki min doqquz yüz altmış altı manat iyirmi iki qəpik) məbləğində əsas borc, 262,17 manat (iki yüz altmış iki manat on yeddi qəpik) məbləğində faiz borcu, 102,90 manat (bir yüz iki manat doxsan qəpik) cərimə borcu olmaqla, ümumilikdə 3331,29 manat (üç min üç yüz otuz bir manat iyirmi doqquz qəpik) məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. Bank tərəfindən məhkəməyə müraciət etməsi ilə bağlı ödənilmiş 84 (səksən dörd manat) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 357202-CNS-44643 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 4344 (dörd min üç yüz qırx dörd) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən bank kredit alana müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri/komissiyalar, o cümlədən əlavə faizləri müqavilə ilə nəzərdə tutulan müddətə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız dövriyyə vəsaitlərinin artırılması təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutulmuş şərtlərin kredit alan tərəfindən yerinə yetirilməsindən sonra kreditin təqdim edilməsi bank tərəfindən kreditin cari hesaba köçürülməsi yolu ilə həyata keçirilir. Kreiditn təqdim olunma tarixi kreditin cari hesaba köçürüldüyü tarix hesab edilir. Kreditin uçotu kredit alanın müvafiq kredit hesabında aparılır. Həmin müqavilənin 3.4.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının metodologiyası əsasında hesablanan X1 Dərəcəsi kreditin əsas məbləği, kredit üzrə faizləri, kreditin rəsmiləşdirilmə xərcləri, hesaba xidmət olunması, o cümlədən kreditin nağdlaşdırılması xərcləri, sığorta və təminatın qiymətləndirilməsi xərcləri və s. xərcləri daxil edən müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində verilmişdir. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən annuitet ödənişlər müqavilə üzrə öhdəliklərin icrasına yönəldilən müntəzəm bərabər aylıq ödənişlərdir, yəni kredit alan tərəfindən öhdəliklərin yerinə yetirilməsi şərti ilə müqavilənin müddətinin sonunda borcun tam ödənilməsinə hesablanan, kreditin geri qaytarılması və fazilərin ödənilməsidir. Kreditin qaytarılması xx.xx.2023-cü il tarixindən başlayır. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən kreditin və faizlərin ödənilməsi kredit alanın cari hesabına nağd və ya nağdsız şəkildə köçürülmə yolu ilə həyata keçirilir və bank müqavilənin 3.5-ci maddəsində göstərilən müddət ərzində ödənilməyən borc gecikdirilmiş hesab edilir. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən müqavilənin 3.5-ci maddəsində göstərilmiş müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda və ya müqavilə ilə müəyyənləşdirilən öhdəliklərindən biri və ya bir neçəsi icra edilmədikdə bank kredit alandan müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Həmin müqavilənin 8.1-ci maddəsinə əsasən müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir və kredit alan tərəfindən kredit, hesablanmış faizlər və digər pul tələbləri üzrə bütün öhdəliklərin banka icra olunduğu andan ləğv edilir. Həmin müqavilənin 9.1-ci maddəsinə əsasən müqavilə üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Həmin müqavilənin 9.2-ci maddəsinə əsasən müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və/və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəlikləri kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0,5% həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Həmin müqavilənin 9.4-cü maddəsinə əsasən kredit alan cərimədən başqa vurulmuş zərərin əvəzini və sair xərcləri banka tam həcmdə ödəməlidir.
6. İddiaçı ASC ilə Cavabdeh arasında “Kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsi”nə dair razılıq ərizəsi bağlanılmışdır.
7. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 357202-CNS-44643 saylı Nağd pul krediti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka əsas borcu 2966,22 manat, faiz borcu 262,17 manat, cərimə borcu 102,9 manat olmaqla, ümumilikdə 3331,29 manat təşkil edir.
8. İddiaçı tərəfindən iş materiallarına ödəniş cədvəli və hesabdan çıxarış əlavə edilmişdir.
9. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
12. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır.
13. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli, 357202-CNS- 44643 saylı kredit müqaviləsinə əsasən 2966,22 manat məbləğində əsas borc, 262,17 manat məbləğində faiz borcunun tutulması təşkil edir.
14. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi hımin hissədə təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 357202-CNS-44643 saylı kredit müqaviləsi üzrə 2966,22 manat (iki min doqquz yüz altmış altı manat iyirmi iki qəpik) əsas borc, 262,17 manat (iki yüz altmış iki manat on yeddi qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
15. İddia tələbinin digər hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli, 357202-CNS- 44643 saylı kredit müqaviləsinə əsasən 102,9 manat cərimə borcunun tutulması təşkil edir.
16. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
17. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixli, 357202-CNS-44643 saylı kredit müqaviləsi üzrə 102,9 manat (yüz iki manat doxsan qəpik) cərimə tutularaq iddiaçıya ödənilməlidir.
18. Eləcə də, iddiaçı məhkəməyə müraciət etmək üçün ödənilmiş 53,31 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
19. Məhkəmə qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53,31 manat (əlli üç manat otuz bir qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 357202-CNS-44643 saylı kredit müqaviləsi üzrə 2966,22 manat (iki min doqquz yüz altmış altı manat iyirmi iki qəpik) əsas borc, 262,17 manat (iki yüz altmış iki manat on yeddi qəpik) faiz borcu, 102,9 manat (yüz iki manat doxsan qəpik) cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 53,31 manat (əlli üç manat otuz bir qəpik) olmaqla, cəmi 3384,6 manat (üç min üç yüz səksən dörd manat altmış qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova