Məhkəmə qərarları › İş №e-2-2(113)-1439/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1439/2024

08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1439/2024 08.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı X4 cavabdeh Azərbaycan X1rşı “ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) ( daşınmaz əmlakın sökülməsi ilə əlaqədar zərərin ödənilməsi ) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Cavabdeh3 iştirakı ilə iddiaçı X4 cavabdeh Azərbaycan X1rşı “ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti 1.İddiaçı X10 cavabdehlər Cavabdeh1 MMC və Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Avtomobil X3 ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus daşınmaz əmlakının dövlət ehtiyacları məqsədilə sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq tikilinin 238.3 kv.m (230.8 kv.m və 37.5 kv.m) hər 1 kv.m-nə 1500 manat hesablanmaq şərtilə ümumilikdə 402450manat pulun və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bu barədə Azərbaycan Respublikası Bakı ş., icra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx.xx.1996-cı ildə Qeydiyyat vəsiqəsi verilmişdir. Xüsusi mülkiyyətdə olan daşınmaz əmlaka Texniki Pasport verilmişdir. Texniki pasport tərtib edilmişdir xx.xx.2000-ci ildə. Ona məxsus daşınmaz əmlaka verilmiş Texniki pasportda ümumi sahə 268,3 kv.m. göstərilmişdir. İddiaçı həmin əmlak vasitəsi ilə sahibkarlıq fəaliyyətini (xırda məişət malları mağazası) həyata keçirirdi.ünvan 3 ünvanda ona məxsus ümumi sahəsi 268,3 kv.m daşınmaz əmlak Bakı-Ələt yolunun km 2-4 hissəsinin çəkilməsi ilə əlaqədar cavabdehlər tərəfindən sökülmüş, əmlakın yerləşdiyi torpaq sahəsi yolun tikintisi altına salınmışdır. Lakin, bununla bağlı cavabdeh tərəfindən bu günki günədək onun əmlakıma vurulmuş ziyana görə pül öhdəliyi icra edilməmişdir. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli 168672 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak X4 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Texniki inventarlaşdırma və Mülkiiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ünvan 5 ünvanında yerləşən daşınmaz əmlaka xx.xx.2000-ci ildə şəxsi mülkiyyətdə olan əmlaka Texniki pasport verilmişdir. X8 ünvan 2ünvanda yerləşən daşınmaz əmlakın ümumi sahəsi 268,3 kv.m.(230,8 kv.m və 37,5 kv.m) olduğu öz əksini tapmışdır.

3. Məhkəmənin 04 aprel 2024-cü il tarixli qərardadına əsasən Cavabdeh1 MMC-yə münasibətdə iddia tələbinə xitam verilmişdir.

4. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhkəməyə yazılı surətdə etiraz ünvanlayaraq bildirmişdir ki, Bakı-Ələt Yolunun 2-4 kilometr hissəsinin (Bayıl qəsəbəsi- Bayraq Meydanı) yenidən qurulması və əsaslı təmiri ilə əlaqədar yolun tikintisi altına düşən tikililər köçürülmüşdür. Həmin dövrdə vaxt məhdudiyyəti nəzərə alınaraq yolun tikinti və abadlaşdırma işlərinin layihəsi altına düşən tikililər müxtəlif təşkilat-müəssisə sahibləri tərəfindən sökülərək kənarlaşdırılmışdır. İddiaçıya məxsus mənzilin yerləşdiyi torpaq sahəsi hal-hazırda Bakı-Ələt Yolunun müəyyən hissəsinin altında yerləşir. Tikintinin hansı təşkilat tərəfindən sökülməsi barədə məlumat olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 138 nömrəli, 16 iyun 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 32-ci maddəsinin 8-ci bəndinə əsasən yaşayış məntəqələrində abadlıq işlərini təşkil etmək, müqavilə əsasında bu işlərin aparılmasına müəssisə, idarə və təşkilatların, habelə əhalinin vəsaitlərini cəlb etmək, istehsalat ərazilərində abadlıq işlərinin aparılmasına nəzarət etmək, yaşıllaşdırma işini həyata keçirmək, yaşıllıqların qorunmasını, vətəndaşların istirahət yerlərini təşkil etmək rayon icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra Hakimiyyətləri haqqında" Əsasnaməyə görə isə (həmin Fərmanla əvvəlki Əsasnamə qüvvəsini itirmişdir) rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan qurumların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir - onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər (1.6); Yerli icra hakimiyyətinin başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir (3.9.10); Müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verir (4.9.3);

5. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh3 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 6.Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

II. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 168672 nömrəli qeydiyyat vəsiqəsinə əsasən 10362 nömrəli qeydiyyat vəsiqəsində qeyd edilir ki, ünvan 7 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında X4 adına qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısının Aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 7 ünvanında yerləşən daşınmaz əmlaka xx.xx.2000-ci il tarixdə texniki pasport verilmiş, sözügedən sənəddə daşınmaz əmlakın ümumi sahəsi 268.3 kv.m( yaşayış sahəsi 230.8 kv.m, köməkçi sahəsi 37.5 kv) göstərilmişdir.

9. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən X5 ünvanlanmış xx.xx.2019cu il tarixli, 0-3/16-6985 nömrəli məktuba əsasən bildirilmişdir ki, “Bakı-Ələt avtomobil yolunun km 2-4 hissəsinin (X9 ətrafı yolların yenidən qurulması) tikintisi” layihəsi başa çatdığından, hal-hazırda həmin layihə çərçivəsində kompensasiya ödənilməsi ilə sənədləşmə işlərinin aparılması qeyri-mümkündür. 10.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X6 ünvanlanmış 07 fevral 2022-ci il tarixli, **********94 nömrəli məktuba əsasən bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Nəsirov küçəsi ev 7/3, 11 saylı mənzil xx.xx.2003-cü il tarixdə 2 saylı DNK-nın xx.xx.2003-cü il tarixli 2V/1-109 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir. 11.Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, ünvan 7 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyət və sahiblik hüququ ilə məxsus olmuşdur. “Bakı- Ələt avtomobil yolunun km 2-4 hissəsinin (X9 ətrafı yolların yenidən qurulması) tikintisi” layihəsi çərçivəsində sözügedən daşınmaz əmlak sökülmüş və onun yerləşdiyi torpaq sahəsi yolun tikintisi altına salınmışdır. 12.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 13.İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 14.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Broniovski (Brorniowski) Polşaya qarşı” məhkəmə işi üzrə qərarında göstərmişdir: "134.1 saylı Protokolun 1-ci maddəsi üç fərqli normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, Razılığa gələn Dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. Lakin bu üç norma təcrid halında deyil, bir-biri ilə əlaqəlidir. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır”.

15. Göründüyü kimi, İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin nəzərdə tutduğu ən mühüm şərt dövlət orqanları tərəfindən mülkiyyətin toxunulmazlığına yönəlmiş hər hansı bir müdaxilənin hüquqa uyğun olması tələbidir. Adı çəkilən maddənin 1-ci bəndinin 2-ci cümləsi mülkiyyətdən məhrum etməyə yalnız qanunla nəzərədə tutulmuş şərtlərə uyğun olduqda icazə verir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Real zərər varsa, əmlak hüququ pozulur və zərər vuran tərəfindən öhdəlik yaranır.

17. Daşınmaz əmlakın bazar qiymətinin müəyyən olunması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması “X7 və Ekspertiza Mərkəzi” MMC-yə həvalə edilmiş, məhkəməyə daxil olmuş 14 mart 2024-cü il tarixli, 55 nömrəli ekspert rəyində göstərilmişdir ki, X6 xüsusi mülkiyyət və sahiblik hüququ ilə məxsus ünvan 9 ünvanında yerləşən daşınmaz əmlakın (ümumi sahəsi 268.3 kv.m) hazırki bazar qiyməti təqribən 396825 manat məbləğində müəyyən edilmişdir. 18.Yuxarıda qeyd olunduğu kimi, iddiaçı X10 ünvan 10 ünvanında yerləşən mülkiyyət və sahiblik hüququ ilə məxsus 268.3 kv.m. sahəsi olan daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş real zərərin həcmini və zəruriliyini sübutlar vasitəsi ilə əsaslandırmışdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

20. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” Publik hüquqi şəxs tərəfindən söküntü işləri aparılarkən iddiaçıya məxsus daşınmaz əmlakın sökülməsi qanuna uyğun aparılmamışdır. Başqa sözlə, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan əmlakından məhrum edilməsi ilə nəticələnmiş, müdaxilə qanuna uyğun olaraq həyata keçirilməmiş və beləliklə də, iddiaçının mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. İddiaçı X6 dəyən zərərin həcmi ekspertin rəyi ilə ümumilikdə 396825 ( üç yüz doxsan altı min səkkiz yüz iyirmi beş) manat qiymətləndirilmişdir. Məhkəmə ekspertin rəyi ilə müəyyən olunmuş məbləği əsaslı hesab edərək, qalan hissədə iddianı əsassız hesab edir. 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

III. Nəticə:

22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Avtomobil X3 ünvan 11 ünvanında yerləşən iddiaçıya məxsus daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş ziyanın əvəzi olaraq (daşınmaz əmlakın ümumi sahəsi 268.3 kv.m (əsas sahəsi 230.8 kv.m, köməkçi sahəsi 37.5 kv.m) ümumillikdə 396825 (üç yüz doxsan altı min səkkiz yuz iyirmi beş) manat pul tutularaq iddiaçı X4 (şəxsiyyət vəsiqəsinin seriyası AZE № 17183018, xx.xx.2017-ci il tarixdə ASAN 4 tərəfindən verilmişdir) xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar