Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-144/2020 13.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Azərbcayn Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh MTK-ya qarşı “yaranmış gömrük borcunun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbcayn Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh MTK-ya qarşı “yaranmış gömrük borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən aparılmış gömrük əməliyyatları nəticəsində gömrük bəyənnamələrinə əsasən dövlət büdcəsinə ödənilməli olan 163.130,01 manat məbləğində ƏDV, 4508,84 manat məbləğində idxal rüsumu, umulikdə isə 167.638,85 manat gömrük borcunun və azaldılmış 167.638,85 manat məbləğində gömrük ödənişlərinə əsasən hesablanmış 61.188,18 manat məbləğində dəbbə pulu, ümumilikdə 228.827,03 manatın Cavabdeh MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə X1vericiliyinə əsasən təsis edilmiş “X13” Co L.L.C arasında ümumi dəyəri 2.718.000 ABŞ dolları olan 60 ədəd “Mitsubishi" markalı liftlərin alqı-satqısı ilə əlaqədar 27.04 2016-cı il tarixli AZM/AS/012/16 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 60 ədəd lift 07.11 2016-cı və 08 11.2016-cı ıl tarixli 35 gömrük bəyannaməsi ilə “Cavabdeh’’ MTK tərəfindən idxal edilərək “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduru altında yeriəşdirilərək rəsmiləşdirilmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh MTK ilə “X13” Co L L C arasında bağlanmış müqavilənin 3-cü maddəsinin 3.1 -ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 2.718.000 ABŞ dolları təşkil etməsi və ona malların dəyəri, daşınma, sığortalanma, qablaşdırma, markalanma və ixrac gömrük rəsmiləşdirilməsi daxil edilməsi müəyyən edilmişdir Həmçinin həmin müqavilənin 3.2-ci bəndində alıcı malların dəyərinin 10%-ni müqavilə bağlandıqdan dərhal sonra avans şəklində, 80%-nı imzalanmış müqaviləyə əsəsən malların yol qaimələri alıcıya təhvil verildikdən sonra, qalan 10%-ni isə bərabər hissələrlə, yarısını mallar tam quraşdırılaraq yekun təhvil-təslim aktı imzalandıqda, yarısını isə malların keyfiyyət zəmanət müddəti başa çatdıqdan sonra ödəyəcəyi müəyyən edilmişdir. Cavabdeh MTK tərəfindən 60 ədəd lift ölkəyə idxal edilərkən müqavilə ilə birlikdə müqavilənin ümumi dəyərini göstərən invoys əvəzinə, müqavilənin 3 2-ci bəndinə əsasən malların 80%-nin ödənişi üçün verilmiş xx.xx.2016-cı il tarixli EXP-2385/16A nömrə umumı dəyəri 2 174 400 ABŞ dollarını ümumi liftlərin sayına bölməklə 35 bəyannaməı gömrük orqanına təqdim edərək "sərbəst dövriyyə üçün buraxılış" gömrük proseduru altınd yerləşdirərək rəsmiləşdirmişdir. Lakin "Cavabdeh" MTK tərəfindən 60 ədəd lift ölkəyə idxal edilərkən yuxarıda göstərilən müqaviləyə əsasən 2.718 000 ABŞ dolları təşkil edən dəyən rəsmiləşdirilməli olduğu halda, düzgün olmayaraq 2.174.400 ABŞ dolları dəyəri (malın dəyərinin cəmi 80%-ni təşkil edən 19 09 2016-cı il tarixli EXP-2385/16A nömrəli ınvoys əsasında) ilə rəsmiləşdirilmiş və bununla malların invoys dəyəri gömrük bəyannamələri 543.600 ABŞ dolları az göstərilmişdir Bundan sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin idərə olunması və Audit Baş İdarəsi yuxarıda göstərilən müqaviləyə əsasən yaranmış 543.600 ABŞ dolları məbləğində fərqin səbəblərinin araşdırılması məqsədi 1000-160/1xxxx/017425 nömrəli 29 10 2018-ci il tarixli məktubla “Cavabdeh “MTK-yamüraciət edərək “Cavabdeh" MTK ilə "X13 Co L L C arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AZM/AS/012/16 nömrəli müqavilənin 1 saylı əlavəsinin və 35 əsas gömrük bəyannamələri üzrə müvafiq bank ödəniş sənədlərinin təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Gomruk Komitəsinin Gömrük Risklərinin İdərəolunması və Audit Baş İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, "Cavabdeh" MTK tərəfindən idxal olunmuş 60 ədəd liftin gömrük bəyannamələrində invoys dəyəri müqaviləyə əsasən 2.718 000 ABŞ dolları göstərilməli olduğu halda düzgün olmayaraq 2.174 400 ABŞ dolları göstərilmiş nəticədə gömrük bəyannamələrində invoys dəyəri üzrə 543.600 ABŞ dolları məbləğində fərq yaranmış və fərqin müqabilində gömrük ödənişləri düzgün hesablanmamışdır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı Cavabdeh MTK tərəfindən aparılmış yuxarıda qeyd olunan əməliyyatlar nəticəsində dövlət büdcəsinə ödənilməli olan 163 130.01 manat məbləğində ƏDV 4 508.84 manat məbləğində idxal rüsumu, ümumilikdə isə 167 638.85 manat məbləğində azaldılma müəyyən edilmiş və həmin azaldılmış 167.638.85 manat məbləğində gömrük ödənişlərinə Gömruk Məcəlləsinin 247.3-cü maddəsinə əsasən 61 188,18 manat məbləğində dəbbə pulu hesablanmışdır Həmçinin aparılmış araşdırmadan sonra 1000- 34/160/033938 nömrəli 21 11 2018-c il tarixli məktubla “Cavabdeh" MTK barəsində toplanmış materiallar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsində "Cavabdeh" MTK barəsində toplanmış materialların araşdırılması zamanı "Cavabdeh” MTK-nın ünvanına göndərilmiş malların rəsmiləşdirilməsi zamanı gömrük bəyannamələri tərtib edilərək malların həqiqi olan 2.718 000 ABŞ dolları əvəzinə 2 174 400 ABŞ dolları dəyərində göstərilməsi nəticəsində 4508,84 manat məbləğində idxal rusumu, 163 130,01 manat məbləğində ƏDV, cəmi 167 638,85 manat, yəni külli miqdarda gomruk ödənişlərinin ödənilməsindən yayınması faktı öz təsdiqini tapmışdır.Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsində aparılmış araşdırma zamanı Cavabdeh MTK-nın vəzifəli şəxsinin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 209.2.2-ci maddəsində nəzərdə tutulan gomruk ödənişlərindən yayınması faktı Dövlət Gomruk Komitəsinin Gomruk Risklərinin idarə olunması və Audit Baş idarəsindən daxıl olmuş arayış və materiallarla əlavə olunmuş bəyannamələr və işdə olan digər dəlillərlə oz təsdiqim tapsa da, "Cavabdeh" MTK-nın vəzifəli şəxsinin Azərbaycan Respublikası CM-nin 209.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin xx.xx.2016-cı il tarixdə törədilməsi, o cümlədən həmin müddətdən iki ildən çox müddət keçməsi nəzərə alınmış və Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsi Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsinin, Azərbaycan Respublikası CM-nın 15-ci və 75-ci maddələrinin tələblərim rəhbər tutaraq, 11.04 2019-cu ıl tarixdə Cavabdeh" MTK barəsində "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, X6 qeydiyyatda olan X13 CO. (L.L.C) ilə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh MTK arasında 27. 04.2016-cı il tarixdə AZM/AS/012/2016 saylı müqavilə bağlanmışdır.Müqavilənin 1-ci bəndi ilə lift avadanlıqlarının alqı-satqısına dair razılığa gəlinmişdir.Müqavilənin 3-cü bəndi ilə müqavilənin ümumi dəyərinin 2.718.000 ABŞ dolları olması razılaşdırılmışdır. Tərəflər razılaşmışlar ki, alıcı ilkin avans ödəməni müqavilənin 10%-i həcmində müqavilə imzalandıqdan sonra 5 gün müddətində ödəyəcəkdir. Müqavilə dəyərinin 80%-i müqavilə imzalandıqdan sonra geri çağrılmayan akreditiv açılmaqla, malların qaimələri alıcıya təhvil verildikdə, müqavilənin ümumi dəyərinin 10% nəğdi təminat kimi tutulur və malların tam qurqşdırılmasının yekun təhvil-təslim aktı imzalandıqda 50%, malların keyfiyyət zəmanəti müddətinin sonunda isə 50% nəğdi təminat geri ödəniş edilir.Müqavilənin 8.3-cü bəndi ilə müqaviləyə əlavə və dəyişikliklərin edilməsini tərəflərin razılığı ilə və yazılı şəkildə, müqavilənin ayrılmaz hissəsi olaraq razılaşdırılmışdır. Müqavilənin 3.2-ci bəndinin birnici hissəində razılaşdırıldığı kimi Cavabdeh MTK ilkin avans olaraq müqavilə məbləğinin 10%i həcmində 271.800 ABŞ dollarını ödəmişdir. Müqavilənin 3.2-ci bəndinin ikinci hissəsində razılaşdırılmış 80%-nin ödənilməsi üçün Cavabdeh MTK ilə Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nəsimi filialı arasında xx xxx 2016-cı il tarixdə akreditivin açılması üçün 21/q saylı müqavilə bağlanmışdır.X13 CO. (L.L.C) tərəfindən 60 ədəd 2.174.400 ABŞ dolları dəyərində lift avadanlıqlarının Cavabdeh MTK-ya göndərilməsinə dair 19. 09. 2016-cı il tarixli, EXP-2385/16A nömrəli invoys göndərilmişdir.X13 CO. (L.L.C) tərəfindən malların yol qaimələri, 19. 09. 2016-cı il tarixli, EXP-2385/16A nömrəli invoys Cavabdeh MTK-ya təqdim edilmiş, müqavilə ilə razılaşdırılmış 2.174.400 ABŞ dolları satıcıya ödənilmişdir.X13 CO. (L.L.C) ilə Cavabdeh MTK arasında 27. 04.2016-cı il tarixdə bağlanmış AZM/AS/012/2016 saylı müqavilə və müqaviləyə əlavələrlə razılaşdırılmış liftlər və lift avadanlıqlarının yüklənilməsi zamanı göndərilən liftləri istehsal edən müəssisə “Mitsubişhi elevator Asia” CO. LTD tərəfindən tam komplektləşdirilmədən və istifadəyə tam yararlı vəziyyətə salınmadan göndərilmişdir. Mallar Cavabdeh MTK-ya yola salındıqdan sonra məlum olmuşdur ki, göndərilmiş 60 ədəd liftlərin işləməsi üçün zəruri olan detallar istehsalçı tərəfindən yüklənilməmişdir. Satıcı və alıcı arasında aparılan danışıqlar nəticəsində və göndərilmiş ixrac gömrük bəyannamələri ilə faktiki olaraq yüklənilmiş mallar dəqiqləşdirilmiş və bunun əsasında malların gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamələr tərtib olunmuşdur. Cavabdeh MTK-nın nümayəndəsi tərəfindən Cavabdeh MTK ilə “X13” Co L.L.C. arasında 27. 04. 2016-cı il tarixdə bağlanmış AZM/AS/012/16 saylı müqaviləyə və 19.09. 2016-cı il tarixli EXP-2385/16A nömrəli invoysa əsasən 60 ədəd liftin gömrük orqanına bəyan edilməsinə dair 2016-cı il tarixlərdə 35 gömrük bəyannaməsini tərtib edilmiş və gömrük bəyannaməsində göstərilən məlumatlar Cavabdeh MTK-nin nümayəndəsi tərəfindən təsdiq edilərək gömrük orqanına təqdim edilmişdir. Gömrük orqanına təqdim edilmiş yük gömrük bəyannamələrində göndərilmiş malların dəyəri hesablanmış, dəyərinə uyğun olaraq rüsumu, ƏDV-si hesablanmışdır. Göndərilmiş malın invoys dəyərinə və faktiki göndərilmiş malların ƏDV uyğun qiymətlərlə gömrük bəyannaməsi tərtib edilərək Dövlət Gömrük orqanına təqdim edilmişdir. Tərtib edilmiş gömrük bəyannamələri təqdim edilmişdir. Gömrük Bəyannaməsi ilə sökülmüş halda MİTSUBİSHİ markalı sərnişin və yük liftlərinin bəyannamə ilə dəyəri 2.173.980 ABŞ dolları məbləğində göstərilmşdir. Göndərilmiş mallar üçün gömrük xərcləri, ƏDV ödənişi və digər 0,5% ödənişlər hesablanmış və ödənilmişdir. Tərtib edilmiş gömrük bəyannamələrində “X9 CO LTD Tailand tərəfindən göndərilmiş liftlərə dair məlumatlar təsdiq edilərək 04. 11. 2016-cı il tarixdə gömrük orqanına təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” birliyi tərəfindən gömrük bəyannamələrində təqdim edilmiş məlumatlar 04. 11. 2016-cı il tarixdən yoxlanılmış və 07.
11. 2016-cı, 08.11 2016-cı il tarixlərdə gömrük bəyannamələrindəki məlumatlar təsdiq edilərək malların buraxılmasına razılıq verilmişdir. Cavabdeh MTK-nın nümayəndəsi tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təqdim edilmiş malların Gömrük Bəyannamələri satıcı şirkət tərəfindən təqdim edilmiş xx xxxxxxxx 2016-cı il tarixli EXP-2385/16A saylı invoys, həmin tarixli “Packing listi”ə, satıcının ixrac gömrük bəyannamələrinə və faktiki olaraq göndərilmiş malların dəyəri ilə tam uyğunluq təşkil etmişdir. X13 CO. (L.L.C) tərəfindən göndərilmiş xx xxxxxxxx 2016-cı il tarixli EXP-2385/16A saylı invoysda göndərilmiş 60 ədəd liftin dəyəri 2.174.400 ABŞ dolları göstərilmişdir.xx xxxxxxxx 2016-cı il tarixli Çəki listi (Packing list) ilə və yük göndərən tərəfindən həmin sənədə əlavə edilmiş malların çəki və qiymətlərinə dair göndərilmiş 60 ədəd liftin dəyərinin 2.174.400 ABŞ dolları olması təsdiq olunur. X13 CO. (L.L.C) tərəfindən göndərilmiş yükün dəyərinin 2.174.400 ABŞ dolları olması və yükün tam göndərilmədiyi X13 CO. (L.L.C) tərəfindən 05. 12. 2016-cı il tarixdə Cavabdeh MTK-ya göndərilmiş məktubla təsdiqini tapır. Həmin məktubda qeyd edilmişdir ki, müqavilə əsasında göndərilmiş 60 ədəd lift materialları tam olaraq göndərilməmiş, liftlərin iç dekorasiyasının (kabinanın, tavanın, kabina qapısının, 1-ci mərtəbə giriş qapısının üzlənməsi vədəhliz üçün avadanlıqlar, kabinada LSD monitor vəxüsusi güzgü) çatdırılmadığı, satıcı tərəfindən həmin mallar tam çatdırılmaması səbəbindən malların invoice sənədində göndərilmiş malın məbləği 543.600 ABŞ dolları az göstərilmişdir. Məktubda göndərilmiş malların tamamlanması üçün müqavilə bağlanması və malların X13 CO. (L.L.C) şirkətinin X13 Azerbaijan CO. xxxxçatdırılmasına dair müqavilə bağlanması şərtləri göstərilmişdir.X13 CO. (L.L.C) tərəfindən Cavabdeh MTK-ya göndərilmiş malın 543.600 ABŞ dolları dəyərində çatdırılmaması və liftlərin iç dekorasiyasının (kabinanın, tavanın, kabina qapısının, 1-ci mərtəbə giriş qapısının üzlənməsi vədəhliz üçün avadanlıqlar, kabinada LSD monitor vəxüsusi güzgü) bağlanməş müqavilələr əsasında Azərbaycan Respublikasında alması Cavabdeh MTK ilə X13 Azerbaijan CO. MMC arasında xx xxxx 2017-ci il tarixdə bağlanmış EMB00171-60 müqaviləsi ilə təsdiq olunur.Cavabdeh MTK-nın nümayəndəsi tərəfindən 60 ədəd liftə aid avadanlıqların tam alınmaması səbəbindən tərəflər arasında bağlanmış müqavilə dəyərindən 543.600 ABŞ dolları az məbləğində malların qəbul edilməsinə dair gömrük bəyannamələrinin tərtib edilməsi tərəflər arasında bağlanmış müqavilələr ilə, ödənilmş pul vəsaitinin satıcı şirkət tərəfidən alıcıya qaytarması ilə, “Satıcı”nın Azərbaycan Respublikasında yerləşən nümayəndəliyi ilə müqavilə bağlanması sübut olunur.X13 CO. (L.L.C) ilə Cavabdeh MTK arasında 27. 04.2016-cı il tarixdə bağlanmış AZM/AS/012/2016 saylı müqavilə və müqaviləyə əlavələrlə razılaşdırılmış liftlər və lift avadanlıqları tam göndərilmədiyindən 15.
12. 2016-cı il tarixdə tərəflər arasında müqaviləyə qoşma N° 1 tərtib edilmişdir. Müqaviləyə əlavə ilə tərəflər razılığa gəlmişlər ki, 27. 04.2016-cı il tarixli AZM/AS/012/2016 saylı müqavilənin ayrılmaz hissəsi olaraq 60 ədəd liftin iç dekorasiyasının (kabinetin, tavanın, kabinə qapısının, birinci mərtəbədə giriş qapısının üzlənməsi və dəhliz üçün lazımı digər avadanlıqlar, kabinədə LCD monitor və xüsusi güzgü) çatdırılması və quraşdırılmasını da əhatə edən bütün iç dizayn işləri Satıcının öhdəliyindən çıxılacaq.Müqavilənin 1-ci maddəsi ilə razılığa gəlinmişdir ki, müqavilənin dəyəri 543.600 ABŞ dolları azaldılsın və əvvəl razılaşdırılmış 2.718.000 ABŞ dolları əvəzinə, müqavilənin dəyəri 2. 174.400 ABŞ dolları müəyyənləşdirilsin.Müqavilənin 2-ci maddəsi ilə razılığa gəlinmişdir ki, artıq ödənilmiş 271.800 ABŞ dolları X13 CO. (L.L.C) tərəfindən Cavabdeh MTK-yə liftlərin təhvil-təslim aktı imzalanmamışdan qabaq geri qaytarılacaq.Müqavilənin 3-cü maddəsi ilə razılığa gəlinmişdir ki, alıcı hazırkı qoşmaya əsasən müqavilənin dəyərini 100%, 2.174.400 ABŞ dolları ödənişi geri çağrılmayan akreditiv açmaqla, malların yol qaimələri alıcıya təhvil verildikdə ödəyəcəkdir.Müqavilənin 2-ci maddəsi ilə razılaşdırılmış artıq ödənilmiş 271.800 ABŞ dolları X13 CO. (L.L.C) tərəfindən Cavabdeh MTK-yə xx xxxxx 2020-ci il tarixli kredit haqqında bildirişlə 135.900 ABŞ dolları və xx xxx 2020-ci il tarixdə 135.900 ABŞ dolları geri qaytarılmışdır. X13 CO. (L.L.C) ilə Cavabdeh MTK arasında 27. 04.2016-cı il tarixdə bağlanmış AZM/AS/012/2016 saylı müqavilə ilə göndərilmiş 60 ədəd liftin təchizi, quraşdırılması üçün Cavabdeh MTK ilə X13 Azerbaijan CO.MMC arasında xx xxxx 2017-ci il tarixdə EMB00171-60-daxili üzləmə müqaviləsi bağlanmışdır.Müqavilə 1-ci bəndi ilə kabinənənin və kabinə idarəetmə panelinin bürünc rəngdə üzlənməsi, kabinənin arxa divarındakı xüsusi qeyri-şəffaf güzgünün quraşdırılması, tavanın (kabinə qapısının) birinci mərtəbənin qapılarının, çağrış düyməsinin və mərtəbə göstəricisinin bürünc rəngdə üzlənməsi, güzgünün arxasında LCD monitorunun xüsusi kronşteyn ilə quraşdıırlması razılaşdırılmışdır.Müqavilənin 2.1-ci bəndi ilə müqavilənin dəyəri (543.600 ABŞ dolları), ödəmə şərtləri müəyyənləşdirilmişdir.İddiaçı tərəfindən 2.718.000 ABŞ dollarının 10%-i həmin avadanlıqların quraşdırılmasının və istifadəyə verilməsinin təminatı olaraq nəzərdə tutulması, müqavilənin 3.2-ci bəndinin şərtləri və yuxarıda qeyd etdiyim hallar nəzərə alınmamışdır. Göstərilən avadanlıqların quraşdırılması və istifadəyə verilməsinin təmin edilməsi X13 CO. (L.L.C) tərəfindən həmin şirkətin Azərbaycan Respublikasında olan X13 AZƏRBAYCAN CO. xxxxhəyata keçrilmişdir. Buna görə də satıcının istəyinə görə həmin vəsait, yəni 271.800 ABŞ dollarının köçrülməsi istisna olunur. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsində 163.130,01 manat məbləğində ƏDV- nin, 4.508,84 manat məbləğində idxal rüsumunun tutulmasını alıcı ilə satıcı arasında bağlanmış 27. 04.2016-cı il tarixdə bağlanmış AZM/AS/012/2016 saylı müqavilənin dəyərinə istinad etməklə tələb etmişdir. Tərəflər arasında həmin müqaviləyə edilmiş dəyişiklik nəzərə alınmamışdır. Həmçinin iddiaçı tərəfindən tərəflər arasında bağlanmış müqavilə ilə yanaşı malların gömrük rəsmiləşdirilməsi üçün zəruri olan invoys, “packing list” və “CMR” əsas götrülməli, həmin sənədlər əsasında alınmış malın dəyəri müəyyənləşdirilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan satıcı “X13 CO. (L.L.C) (Satıcı) ilə Cavabdeh MTK (Alıcı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AZM/AS/012/16 saylı müqavilədən görünür ki, Satıcı kontraktda göstərilən mallarıın Alıcıya satılmasını öhdəsinə götürür, Alıcı isə kontraktın şərtlərinə uyğun malları almağı və malların dəyərinin ğdənilməsini öhdəsinə götürür. İş materiallarında olan “X13 CO. (L.L.C) ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AZM/AS/012/16 nömrəli müqaviləyə 01 nömrəli əlavədən görünür ki, qeyd edilən müqavilə üzrə alqı-satqısı həyata keçirilən liftlərin adı, miqdarı və qiyməti “Mitsubishi" markalı 60 ədəd ******* ABŞ dolları olaraq müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MTK (sifarişçi) ilə “X13 Azerbaican CO.”MMC (icraçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, EMB00171-60 saylı daxili üzləmə müqaviləsindən görünür ki, 60 ədəd lift kabinəsinin daxili dekorasiyanın təchizi və quraşdırılması üçün ödənilməli olan məbləğ 543,600 ABŞ dolları müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən sifarışçı müqavilənin dəyərini 50%-nı avans olaraq, sifarişçi müqavilə dəyərinin 50%-ni 60 ədəd lifti təhvil verildikdən sonra ödəməlidir. Göstərilmiş məbləğə təchiz və quraşdırma xərcləri daxildir. Bu məbləğə ƏDV daxil deyil. İş materiallarında olan NND105/PP 992 saylı, FF565TT/PP699 saylı, 0H0764/BB174 saylı, VM 153MV/QZ263 saylı, JVJ233/BA865B saylı, İAİ955/QZ855 saylı, BB274XX/BA248L saylı, SS809ZZ /CA594 saylı, NND871/SS027 saylı, MCM083/EE943 saylı, SS280İİ/BA193L saylı, PXP696/FZ201 saylı, BB514 AA/B A229B saylı, GEL392/AV342V saylı, RJR334/NZ044 saylı, BC431CB/DD610 saylı, K0814LX/BA137L saylı, XN601NX/GG803G saylı, K0524LX/VV357 saylı, VM317MV/AV315V saylı, K0541LX/AA588C saylı, SKA555/SK555 saylı, SS993ZZ/BA918B saylı, K0892LX/BA187L saylı, 90ZT353/10ZG737 saylı, BS893SB/BA760L saylı, K0044ST/BA044B saylı, 90ZT363/10ZG757 saylı, İM681ER/NZ860 saylı,MCM3 3 8/B A247L saylı, RLR331/QZ033 saylı, TT437ZZ/BA114L saylı, VM082MV/BA162L saylı, BB831PP/AB980B saylı, SS872ZZ/BA916B saylı Gömrük Bəyannaməsi ilə MİTSUBİSHİ markalı sərnişin və yük liftlərinin bəyannamə ilə ümumi dəyəri 2.174.400 ABŞ dolları təşkil edir. İş materiallarında olan “xxxx” MMC ilə “AG X7 Co.” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, bu müqavilənin tərkib hissəsi sayılan razılaşdırma protokolunda qeyd olunan malları alıcıya verməyi, alıcı isə əşyaları qəbul edib, əvəzinə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. “X13 Azerbaican CO.”xxxx“Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubda qeyd olunmuşdur ki, tərəflər arasında "Renessans Palace" yaşayış kompleksində quraşdırılmaq üzrə 60(altmış) ədəd Mitsubishi markalı liftin avadanlıqlarını satınalınması üçün xx xxxxx 2016-ci il tarixində imzalanmış AZM/AS/012/16 nömrəli müqavilədə nəzərdə tutulan lift materialları tam olaraq təchiz edilməmişdir. Təchiz edilmiş lift materiallarına baxış keçirilən zaman mövcud müqavilə üzrə satınalınması nəzərdə tutulmuş 60 (altmış) ədəd liftin iç dekorasiyasının (kabinənin, tavanın, kabina qapısının, birinci mərtəbə giriş qapısının üzlənməsi və dəhliz üçün lazımı digər avadanlıqlar, kabinada LCD monitor və xüsusi güzgü) materiallarının çatdırılmasının Alıcının və Satıcının birgə baxışı zamanı həqiqətən də həyata keçirilmədiyi aşkarlanmışdır və uyğun olaraq Satıcı tərəfindən müvafiq məbləğ 543 600( beş yüz qırx üç min altı yüz) ABŞ dolları invoys dəyərində bilərəkdən məqsədli şəkildə göstərilməmişdir. Təchiz edilməmiş materialların təmin edilməsi və həmin materiallarla bağlı müvafiq işlərin görülməsi üçün mövcud müqavilədə aşağıdakı dəyişikliklər edilərək Alıcı ilə Satıcının Azərbaycandakı yerli nümayəndəsi arasında yeni müqavilə imzalanacaqdır. İş materiallarında olan satıcı “X13 CO. (L.L.C) (Satıcı) ilə Cavabdeh MTK (Alıcı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AZM/AS/012/16 saylı müqavilənin 3.2-ci maddəsi ilə müəyyən ediliri ki, alıcı kontrakt üzrə malların dəyərini 10% ilkin ödəmə kontrakt imzalandıqdan sonra 5 bank günü ərzində , 80% kontrakt imzalandıqdan sonra geri şağərılmayan akreditiv açmaqla , malların yol qaimələri Alıcıya təhvil verildikdə , kopntrktın 10%-i nəğd təminat kimi tutulur və malların tam quraşdırılmasının yekun təhviltəslim aktı imzalandıqda 50%-i, malların keyfiyyət zəmanəti müddətinin sonunda isə 50% nəğd təminat geri ödəniş edilir. İş materiallarında olan “X13 CO. (L.L.C) ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AZM/AS/012/16 nömrəli müqaviləyə 01 nömrəli əlavədən görünür ki, əsas müqaviləyə əsasən müqavilənin dəyəri 543,600 ABŞ dolları azaldılması və beləliklə də, əvvəl razılaşdırılmış 2,718,000 ABŞ dolları əvəzinə, yeni müqavilə dəyəri 2,174,400 ABŞ dolları olması müəyyən edilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən artıq ödənilmiş 271,800 ABŞ dolları X13 CO. (L.L.C.) tərəfindən Cavabdeh MTK-ya liftlərin təhvil-təslim aktı imzalanmamışdan qabaq geri qaytarılacaq. Müqavilənin 3-cü bəndinə əsasən müqavilənin dəyərinin 100%-nı 2,174,400 ABŞ dolları ödəniş geri çağrılmayan akreditiv açmaqla, malların yol qəimələri alıcıya təhvil verildikdə ödəyəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (MM-in 386.1-ci maddəsi). Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin cavabdehə münasibətdə mövcud olduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə hesab edir ki, " Cavabdeh MTK tərəfindən aparılmış gömrük əməliyyatları nəticəsində gömrük bəyənnamələrinə əsasən dövlət büdcəsinə ödənilməli olan 163.130,01 manat məbləğində ƏDV, 4508,84 manat məbləğində idxal rüsumu, umulikdə isə 167.638,85 manat gömrük borcunun və azaldılmış 167.638,85 manat məbləğində gömrük ödənişlərinə əsasən hesablanmış 61.188,18 manat məbləğində dəbbə pulu, ümumilikdə 228.827,03 manatın Cavabdeh MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə iddia tələbi əssasız olduğundan rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aytən Əliyeva