Məhkəmə qərarları › İş №e-2-2(113)-144/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-144/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-144/2024 09.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı qeyriyaşayış sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi, zəbt olunan sahələrin boşaldılması və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. X2 tərəfindən verilən etibarnaməyə əsasən X3 (icarəyə verən) ilə Cavabdeh MMC (icarəyə götürən) arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, icərəyə verən ona məxsus aşağıda göstərilən sahəni icarəçiyə 10 müddətinə icarəyə verir. İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən sahənin yerləşdiyi ünvan:ünvan 1yə verilən mülkiyyətin ümumi sahəsi Azərbaycan Respublikasımln Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən 1225.10 21 təşkil edir və bu sahənin 857 m2 icarəçiyə icarəyə verilir.

2-ci bəndinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı gündən qüvvəyə minir. Müqavilə 10 (on) il müddətinə bağlanmışdır. İcarənin başlanma tarixindən bütün icarə müddətinə və sonradan uzadıldığı dövrə kimi sahə bu müqavilənin şərtlərinə uyğun olaraq icarəçinin tam sahibliyinə keçir. Müqaviləyə yalnız iki tərəfin razılığı ilə xitam verilə bilər. 7.1.1-ci bəndinə əsasən sahədən bu müqavilənin şərtlərinə uyğun olaraq istifadə etmək icarəçinin vəzifəsidir. Müqavilə hər iki tərəfin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir.

2. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş 04/514 inventar nömrəli qeyri-yaşayış binasına dair texniki pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquqi subyekti İddiaçı MMC-dir və pasport xx.xx.2022-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunub.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışına (reyestr nömrəsi **********30-06301) əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında 0,02946 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1225.1 m2 olan qeyriyaşayış binası İddiaçı MMC-nin hazırda xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8151 saylı ekspert rəyindən görünür ki: Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən (qeydiyyat tarixi xx.xx.2022-ci il və qeydiyyat nömrəsi **********) İddiaçı MMC-nin mülkiyyətində olan ümumi sahəsi 1225,1 kv.m olan qeyri- yaşayış binasının 1080,3 kv.m hissəsi (ümumi sahəsi 249,9 kv.m olan zirzəminin, ümumi sahələri 254,9 kv.m, 287,2 kv.m, 288,3 kv.m olan 1,2 və 3-cü mərtəbələrin) Cavabdeh MMC-nin faktiki istifadəsində olduğu müəyyən edilmişdir.

5. 10.03.2023-cü il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünavnlanmış pretenziya məktubuna əsasən müəyyən edilir ki, cavabdehə üç gün ərzində xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ilə icrarəyə verilməsi razılaşdırılmış 857 kv.m. qeyri-yaşayış sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi və zəbt olunan sahələrin boşaldılması təklif edilmişdir. İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 noyabr 2019-cu il tarixli icarə müqaviləsi ilə icrarəyə verilməsi razılaşdırılmış 857 kv.m. qeyri-yaşayış sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi və zəbt olunan sahələrin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, İddiaçı MMC ilə "xxxx" MMC arasında qüvvədə olan icarə müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlərlə icarə müqaviləsi bağlanması öhdəliklərinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən bina DƏDRXin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı 09 fevral 2022- ci il tarixli çıxarışa əsasən İddiaçı MMC-nin mülkiyyətindədir. Həmin bina zirzəmi, 1-ci, 2-ci, 3-cü mərtəbələr və mansard sahəsindən, ümumilikdə cəmi 1225 kv.m. sahədən ibarətdir. Çıxarışda göstərilən tarixdən həmin sahə İddiaçı MMC-nin mülkiyyətindədir. Binanın 857 kv.m. hissəsi "xxxx" MMC və ünvan 3 ünvanında yaşayan, X2 tərəfindən verilən 14 noyabr 2018-ci il tarixli AR-İ seriyalı 689408 saylı etibarnamə əsasında çıxış edən Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda qeydiyyatda olan AZE seriyalı 18036132 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sahibi X3 tərəfindən imzalanmış 14 noyabr 2019-cu il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin icarəsinə verilmişdir. Yəni bina İddiaçı MMC-nin mülkiyyətinəkeçən vaxtdan təxminən üç il əvvəl "xxxx" MMCnin icarəsinə verilmişdir. Həmin icarə müqaviləsi binanın keçmiş mülkiyyətçisi ilə bağlanmışdır. Hal-hazırda isə binanın mülkiyyətçisi İddiaçı MMC-dir. Təqdim edilmiş icarə müqaviləsinin 1.3-cü bəndinə əsasən binanın 1225.10 kv.m sahəsinin 857 kv.m. hissəsi "xxxx" MMC-yə icarəyə verilmişdir. Binaya mülkiyyətçi İddiaçı MMC-nin qanuni təmsilçisinin və "xxxx" MMC-nin iştirakı ilə keçirilən baxış zamanı binanın zirzəmisinin (anbar, mətbəx və sair), 1-ci mərtəbəsinin (restoran), 2-ci mərtəbəsinin (restoran) və 3-cü mərtəbəsinin (ofis otaqları) "xxxx" MMC tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin istifadə etdiyi sahənin icarə müqaviləsində göstərilən 857 kv.m. sahədən çox olması səbəbindən artıq zəbt olunmuş sahələrin qeyd-şərtsiz boşaldılması tələb olunmuşdur. Bu barədə "xxxx" MMC-yə müvafiq pretenziya göndərilmişdir. Lakin həmin pretenziyaya "xxxx" MMC tərəfindən heç bir münasibət bildirilməmişdir və müraciət cavablandırılmamışdır. Bildirişdə həmçinin üç iş günü ərzində "xxxx" MMC-nin və binaya yerində baxış keçirilməklə müqavilədə tərəflər arasında istifadə üçün razılaşdırılmış 857 kv.m. sahənin "xxxx" MMC-nin və İddiaçı MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən "xxxx" MMC tərəfindən binanın faktiki istifadə olunan hissəsinin sərhədləri və ölçüsünün müəyyən edilməsi və bu barədə hər iki tərəfin təsdiq edəcəyi aktın tərtib olunması təklif edilmişdir. Əlavə olaraq, binanın yeni mülkiyyətçisi olan İddiaçı MMC ilə "xxxx" MMC arasında eyni şərtlərlə icarə müqaviləsi bağlanmasını və ya hər iki tərəfin razılığı ilə yeni icarə müqaviləsi bağlanmasını təklif etmişdir.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4-cü və “İcarə haqqında” qanunun 7-ci maddələrinə istinad etmişdir.

9. 07.06.2024-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 14 noyabr 2019-cu il tarixli icarə müqaviləsi ilə ünvan 2 ünvanında yerləşən binanın icarəyə verilməsi razılaşdırılmış 857 kv.m. qeyri-yaşayış sahəsindən əlavə, zəbt olunmuş 223,3 kv.m. sahənin Cavabdeh tərəfindən boşaldılaraq mülkiyyətçi İddiaçı MMC-yə təhvil verilməsi, o cümlədən Cavabdeh icarəsində binanın zirzəmisi, 1-ci, 2-ci mərtəbələrindən başqa, binanın Texniki Pasportuna əsasən 3-cü mərtəbə sol tərəfdən 28,1 kv.m, 16,8 kv.m, 16,6 kv.m, 2,2 kv.m, 2,2 kv.m sahələrin saxlanılması, binanın 3-cü mərtəbəsinin qalan digər sahələrinin boşaldılaraq mülkiyyətçi İddiaçı MMC-yə təhvil verilməsi, İddiaçı MMC ilə "xxxx" MMC arasında qüvvədə olan icarə müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlərlə icarə müqaviləsi bağlanması öhdəliklərinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

11. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin dəyişdirilmiş formada təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili iddia tələbinin əsassız olması səbəbilə rədd edilməsini xahiş etmiş, cavabdeh binanın sonuncu mərtəbəsindən istifadə etmədiyini, əvvəlki mülkiyyətçi ilə bağlanılmış icarə müqaviləsində nəzərdə tutulan qeyri-yaşayış sahəsindən istifadə etdiyini bildirmişdir. Verilən suallara cavab olaraq vəkil, ekspertiza rəyində ekspert tərəfindən restorana aid olmayan ofisin sahəsinin də cavabdehin tərəfindən istifadə edilməsinin yanlış tədqiq edildiyini, onların maraqlarına zidd başqa bir müqavilənin bağlanmasının ağlabatan olmadığını qeyd etmişdir.

13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

16. AR Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 699.1-ci maddəsinə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. 700.3-ci maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

17. AR MPM-in: 77.1.-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, , ünvan 2 ünvanında yerləşən 1225.10 m 2 qeyri-yaşayış binasının 857 m2 hissəsi həmin qeyri-yaşayış binasının mülkiyyətçisi -icarəyə verən X2 ilə icarəçi qismində Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nin icarəsinə verilmişdir. xx.xx.2022-ci il tarixdə mübahisəli qeyri-yaşayış binasının mülkiyyətçisi dəyişərək yeni mülkiyyətçi İddiaçı MMC olmuşdur. Mülkiyyətçi dəyişdikdən sonra icarə münasibətləri icarəyə verən qismində yeni mülkiyyətçi ilə davam etmişdir.

21. Hazırda İddiaçı MMC əvvəlki mülkiyyətçi ilə Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən binanın 857 m2 hissəsi icarəyə verildiyi halda cavabdehin faktiki sahibliyində və istifadəsində olan sahənin 1080,3 m2 təşkil etməsini əsas göstərərək zəbt olunmuş 223,3 kv.m .sahənin cavabdeh tərəfindən boşaldılaraq onlara təhvil verilməsi və İddiaçı MMC ilə "xxxx" MMC arasında qüvvədə olan icarə müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlərlə icarə müqaviləsi bağlanması öhdəliklərinin Cavabdeh MMCnin üzərinə qoyulmasını tələb edir.

22. Məhkəmə ilk növbədə zəbt edilmiş sahədən boşaldılması tələbi ilə bağlı qeyd edir ki, cavabdeh "xxxx" MMC-nin faktiki sahibliyində olan qeyri-yaşayış sahəsinin sahəsini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspert rəyi ilə 1225,1 kv.m olan qeyri-yaşayış binasının 1080,3 kv.m hissəsinin (ümumi sahəsi 249,9 kv.m olan zirzəminin, ümumi sahələri 254,9 kv.m, 287,2 kv.m, 288,3 kv.m olan 1,2 və 3-cü mərtəbələrin) Cavabdeh MMC-nin faktiki sahiblik və istifadəsində olduğu müəyyən edilmişdir.

23. Ekspert rəyini tədqiq edən məhkəmə hesab edir ki, həmin rəy ilə razılaşmamaq üçün əsas əsas yoxdur. Odur ki, həmin rəy sübut qismində qəbul edilməlidir.

24. Beləliklə, işin yuxarıda göstərilən hallarına əsasən müəyyən edilir ki, xx.xx.2019cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nin Əhməd Rəcəbli küçəsi, 40 ünvanında yerləşən binanın yalnız 857 m2 hissəsindən istifadə etmək hüququ olduğu halda cavabdeh faktiki olaraq həmin binanın 1080,3 m2- hissəsinə sahiblik edir.

25. Odur ki, cavabdeh icarə müqaviləsi əsasında, yəni qanuni əsaslarla sahiblik etdiyi 857 m2 sahə ilə yanaşı binanın 223.3 m2 hissəsinə (1080,3-857) heç bir qanuni əsas və ya müqavilə əsası olmadan sahiblik etdiyindən mübahisəli qeyri-yaşayış binasının mülkiyyətçisi olan İddiaçı MMC Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən binanın cavabdehin qanunsuz sahibliyində olan hissəsinin qaytarılmasını tələb etməkdə haqlıdır.

26. Digər tərəfdən binanın cavabdehin sahibliyində olan 1080,3 m2 qeyri-yaşayış sahəsinin konkret hansı hissəsinin iddiaçıya qaytarılmalı olması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı texniki pasporta əsasən binanın 3-cü mərtəbədə yerləşən sol tərəfdən 28,1 m2, 16,8 m2, 16,6 m2, 2,2 m2, 2,2 m2 sahələri istisna olmaqla 3-cü mərtəbəsinin qalan hissəsinin boşaldılmasını tələb edir.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, binanın 3-cü mərtəbəsinin sahəsi ekspert rəyinə əsasən 288,3 m2 təşkil edir. Odur ki, iddiaçının 3-cü mərtəbədə boşaldılmasını tələb etdiyi sahə 222,4 m2 (288,3-28.1-16,8-16,6-2,2-2,2) təşkil etməklə cavabdehin qanunsuz sahibliyində olan sahədən artıq deyildir.

28. İkincisi, iş materiallarına əsasən iddiaçının boşaldılması tələb etdiyi sahənin ( 3cü mərtəbədə yerləşən sol tərəfdən 28,1 m2, 16,8 m2, 16,6 m2, 2,2 m2, 2,2 m2 sahələri istisna olmaqla 3-cü mərtəbəsinin qalan hissəsinin) icarə müqaviləsinə əsasən cavabdehin icarəsinə verilmiş 857 m2 sahəyə daxil olması, eləcə də cavabdehin həmin sahəyə sahiblik və ondan istifadə etməsi üçün digər qanuni və ya müqavilə əsasının mövcud olması müəyyən edilmir.

29. Odur ki, məhkəmə hesab edir ki, zəbt edilmiş sahənin boşaldılması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir.

30. Müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilə azadlığı prinsipi mülki hüququn təməl prinsiplərindən biri olmaqla həmin prinsipin birinci elementi tərəflərin müqavilə bağlamaqda və ya bağlamamaqla sərbəst olmalarını ehtiva edir. Odur ki, hazırkı halda cavabdehin müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllənin tələblərindən irəli gəlmədiyindən və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulmadından cavabdeh Mülki Məcəllənin 390.3-cü maddəsinin tələbləri baxımından müqavilə bağlamağa məcbur edilə bilməz.

31. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair hissədə iddia əsassız olmaqla rədd edilməlidir.

32. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 40 manat məbləğində mediasiya xərcləri və 60 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

33. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir.\

34. Ekspertiza xərclərinə münasibətdə məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir.

1. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən binanın texniki pasportuna əsasən 3-cü mərtəbəsində yerləşən sol tərəfdən 28,1 kv.m, 16,8 kv.m, 16,6 kv.m, 2,2 kv.m, 2,2 kv.m sahələri istisna olmaqla binanın 3-cü mərtəbəsinin qalan sahələri Cavabdeh MMC tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Ekspertiza xərclərinə münasibətdə məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar