Məhkəmə qərarları › İş №e-2-2(113)-144/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-144/2025

14.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-144/2025 14.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh1 X1rşı “pulun tutulması” tələbinə dair iddiası, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X3 cavabdehlər İddiaçı MMC, “Kriogen-N" MMC və "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, barışıq sazişi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının qanuni təmsilçisi Hacıyev Nizami Babaşah oğlu, Cavabdeh1 X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh1 X1rşı “pulun tutulması” tələbinə dair iddiası, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X3 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh1 X4 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ******* manat maddi ziyan, 400 manat mediasiya xərci və 2890 manat dövlət rüsumunun, məhkəmə qətnaməsi qəbul edilib icra olunanadək hər ay üçün əlavə 100000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İKF, X6, Cavabdeh3 MMC, "xxxx" MMC və Hacıyev Nizami Babaşah oğlu arasında 27 dekabr 2022-ci il tarixli mübahisələrin həllinə dair saziş və təhvil təslim aktı imzalanmışdır. Saziş və təhvil təslim aktının əsas şərtləri ondan ibarətdir ki, Cavabdeh1 İKF, X6, Cavabdeh3 MMC, "xxxx" MMC və Hacıyev Nizami Babaşah oğlu arasında yaranmış mübahisələrlə bağlı olan Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2-2(103)-841/2022 saylı işi, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-285/2018 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-2408/2022 saylı iş üzrə yekun qərarlarının icrasını barışıq yolu ilə həll etsinlər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-2(102)-2408/2022 saylı qərara əsasən, Cavabdeh3 MMC ilə RF-nın "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli, 346/06-08 nömrəli alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan KjAr-2-1 hava ayırıcı qurğusu (həmin müqavilənin 1 nömrəli əlavəsinə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqlar Cavabdeh1 İKF-dan alınaraq Cavabdeh3 MMC-yə qaytarılmalıdır. Azərbaycan Resublikası Ali Məhkəməsinin icraatında olmuş 2-2(102)285/2018 saylı iş üzrə 04 iyul 2018-ci il tarixli qərara əsasən KjAr 2-1 markalı hava təmizləyici qurğu Cavabdeh1 İKF-dan alınaraq "xxxx" MMC-yə verilməlidir. Hazırda Cavabdeh1 İKF-ya məxsus olan istehsal xəttində Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmuş 2-2(102)-2408/2022 saylı iş üzrə 13 sentyabr 2022-ci il tarixli qərara əsasən Cavabdeh3 MMC-yə verilməli olan KjAr-2-1 hava ayırıcı qurğusu istifadə edilə bilən hava kompressoru və hava ayrıcı blok, Azərbaycan Resublikası Ali Məhkəməsinin icraatında olmuş 2-2(102)285/2018 saylı iş üzrə qəbul edilmiş qərara əsasən "xxxx" MMC-yə verilməli olan KjAr 4-1 qurğusunda istifadə edilə bilən hava təmizləyici qurğu mövcuddur. Tərəflər bəyan edirlər ki, bu saziş-aktın 4-cü bəndində qeyd olunan qurğular Cavabdeh1 İKF tərəfindən müvafiq olaraq Cavabdeh3 MMC və "xxxx" MMC-yə bu saziş-aktın tərkib hissəsi sayılan əlavəyə imza edilməklə sökülmədən Cavabdeh1 İKF-ya məxsus olan istehsal xəttində saxlanılır. Cavabdeh3 MMC və "xxxx" MMC həmin qurğuların sökülməsinə külli miqdarda vəsait tələb edildiyi üçün sökülmə işləri aparılmadan Cavabdeh1 İKF-ya məxsus olan istehsal xəttində birgə fəaliyyət göstərmək üçün saxlanılmasına etiraz etmirlər. Buna əsasən, tərəflərin bir-birinə qarşı heç bir iddia, tələb və digər pretenziyaları mövcud deyildir və bu saziş-aktın 1-ci bəndində qeyd edilən bütün işlər üzrə mövcud iddia və tələblərdən qarşılıqlı şəkildə imtina etməklə, bu barədə məhkəməyə və icra qurumlarına ərizələr təqdim edirlər. Qeyd edilən ərizələrin verilməsi həmin işlər üzrə icraatın davamını istisna edən hal kimi qəbul edilir. Şərtlərə əsasən həmçinin, İddiaçı MMC ilə bununla bağlı Cavabdeh1 İKF arasında birgə fəaliyyətin şərtləri barədə razılıq müqaviləsi bağlana bilər. Cavabdeh3 MMC və "xxxx" MMC həmin müqavilənin şərtlərinin pozulmasına səbəb olan hərəkətlərdən çəkinməyi öhdəsinə götürür. Daha sonra eyni tarixdə, yəni "xxxx" MMC ilə “Çinar Servis” İKF arasında birgə fəaliyyətin şərtləri haqqında 27 dekabr 2022-ci il tarixli müqavilə bağlanılmışdır. Bağlanılmış müqavilənin şərtlərinə görə, tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli akta əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2- 2(102)2408/2022 saylı qərarı icra olunaraq, KjAr-2-1 hava ayırıcı qurğusunda istifadə edilə bilən hava kompressoru və hava ayrıcı blok sökülməyərək Cavabdeh1 İKF-ya məxsus olan istehsal xəttində saxlanılmaqla Cavabdeh3 MMC-yə təhvil verilmişdir. Tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli akta əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-285/2018 saylı qərarı icra olunaraq Cavabdeh1 İKF-ya məxsus olan istehsal xəttində olan KjAr 2-1 qurğusunda istifadə edilə bilən hava təmizləyici qurğu sökülməyərək Cavabdeh1 İKF-ya məxsus olan istehsal xəttində saxlanılmaqla "xxxx" MMC-yə təhvil verilmişdir. Tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli akta əsasən bu müqavilənin 2.1 və 2.2-ci bəndlərində qeyd edilən qurğular İddiaçı MMC-nin balansına verilmişdir. Bu müqavilənin 2.1 və 2.2-ci bəndlərində qeyd edilən qurğular sökülməyərək Cavabdeh1 İKFya məxsus olan istehsal xəttində birgə fəaliyyət göstərmək üçün saxlanılır. Birgə fəaliyyət Cavabdeh1 İKF-nin istehsal xəttində istifadə olmuş qazların (maye oksigen, maye azot və gələcəkdə planlaşdırılan maye arqon qazı) İddiaçı MMC tərəfindən satışının həyata keçirilməsi deməkdir. İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə hər ayın 01dən 05-dək istehsal edilən qazların maya dəyəri müəyyən olunaraq qiymət razılaşdırılması protokolu tərtib olunur. Malın maya dəyəri müəyyən edilərkən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən xərc kimi nəzərə alınan bütün məbləğlər, o cümlədən elektrik enerfisi və s. kommunal xərclər, təmir xərcləri, işçilərin əmək haqqı və s. nəzərə alınır. Malın müəyyən edilmiş maya dəyərinə uyğun olaraq Cavabdeh1 İKF tərəfindən İddiaçı MMC-yə satılmış qazların miqdarına və maya dəyərinə mütənasib elektron qaimə göndərilir. Hər ayın 05-dən 10-dək istehsal edilən qazların maya dəyəri Cavabdeh1 İKF tərəfindən təqdim edilmiş elektron qaiməyə uyğun olaraq İddiaçı MMC tərəfindən Cavabdeh1 İKF-yə ödənilir. İddiaçı MMC hər ay satdığı maye qazların hesabatını (müvafiq sənədləri) Cavabdeh1 İKF-ya təqdim edir. Zərurət olarsa, sonuncunun nümayəndəsi həmin sənədləri yerində təftiş edə bilər. İddiaçı MMC tərəfindən satışın həyata keçirilməsindən əldə edilmiş mənfəət (məhsulun maya dəyəri Cavabdeh1 İKF-nın hesabına ödənildikdən və İddiaçı MMC-nin xərcləri çıxıldıqdan sonra) hər ayın 10-dan 15dək qarşılıqlı üzləşmə aktı tərtib edilməklə təsdiqlənir və həmin aktla müəyyən edilmiş mənfəət məbləği tərəflər arasında bərabər bölünəcək. Qeyd olunan birgə fəaliyyətin şərtləri haqqında 27 dekabr 2022-ci il tarixli müqavilənin şərtlərini birtərəfli qaydada pozan tərəf digər tərəfə ******* (dörd milyon doqquz yüz min) manat ödəməlidir. Bu hal müqavilənin 4.3-cü bəndində öz əksini tapmışdır. Tərəflər arasında müqavilə bağlanıldıqdan sonra İddiaçı MMC öz üzərinə düşən öhdəlikləri icra etməyə başlayır. Belə ki, yuxarıda qeyd olunan akt və saziş, eləcə də eyni tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanıldığından iddiaçılar Cavabdeh3 MMC-nin qanuni təmsilçisi (direktoru) və "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) ayrı-ayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etmiş və nəticədə iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 8 fevral 2023-ci il tarixli, 2-2(103)- 38/2023 saylı qərardadı ilə iddiaçıların iddiadan imtina barədə ərizələri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmişdir (sədrlik edən hakim – C.Yusifov, hakimlər – Ş.Məmmədova və P.Hüseynov). Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-2(102)-2408/2022 saylı qərarına əsasən, Cavabdeh3 MMC ilə RF-nin "xxxx" ASC arasında bağlanmış xx.xx.2008cı il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya məxsus olan KjAr-2-1 hava ayırıcı qurğusu (təmin müqavilənin 1 nömrəli əlavəsinə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqlar Cavabdeh1 İKF-dan alınaraq, Cavabdeh3 MMC-yə qaytarılmalıdır. Həmin qurğuların sökülməsinə külli miqdarda vəsait tələb edildiyi üçün sökülmələri aparılmadan qurğuların Cavabdeh1 İKF-ya məxsus olan istehsal xəttində saxlanılması barədə razılığa gəlmişdilər. Tərəflər arasında olan birgə fəaliyyət haqqında müqaviləyə əsasən Cavabdeh3 MMC-nin direktoru X7 rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək icra işinin icrasından imtina etməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Şəhram Şəmmədli təqdimatla məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-792/2018 nömrəli icra sənədi üzrə tələbkarın tələbdən imtinasının təsdiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 8(008)-158/2023 saylı qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-792/2018 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinası qəbul edilməsi qərara alınmışdır. Daha sonra tərəflər arasında xx.xx.2023 saylı müqavilə imzalanır. Göründüyü kimi, Cavabdeh1 İKF öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən mübahisəli məsələ ilə bağlı Cavabdeh3 MMC, "xxxx" MMC və İddiaçı MMC kifayət qədər böyük məbləğlərdə ziyan çəkmişdir.

3. Daha sonra İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə verib Cavabdeh1 İKF-dən 5.000.000 manat maddi ziyan, 400 manat mediasiya xərci və 2890 manat dövlət rüsumunun, məhkəmə qətnaməsi qəbul edilən zaman 800.000 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı Cavabdeh1 İKF iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən almış olduğu maye qazlara görə cəmi 239.861,444 manat pulun onun xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-dən 21 yanvar 2023-cü il tarixdən 01 mart 2023-ci il tarixədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54.268,20 manat gecikdirilmiş borcuna 01 mart 2023-cü il tarixdən başļayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh "xxxx" MMC-nin 03 sentyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək olan dövrdə aldığı maye oksigenə görə 185.593,444 manat gecikdirilmiş borcuna 03 sentyabr 2023-cü il tarixdən başlayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun “Çinar Servis” İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən mənfəət olaraq 50.000 manatın onun xeyrinə tutulması, "xxxx" MMC-dən gecikdirdiyi 346.427,35 manat borcuna 01 oktyabr 2021-ci il tarixdən başlayaraq qətnamə icra edilən günədək gecikdirilmiş məbləğə illik 5 faiz pulun tutulması, sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-dən müştərək qaydada 5.000.000 manat pulun tutulması, məhkəmə xərclərinə görə 8830 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 5590 manat məbləğində pul vəsaitinin Cavabdeh1 İKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6055/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 İKF-nin cavabdehlər İddiaçı MMC-yə, "xxxx" MMCyə və Cavabdeh3 MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113)-6055/2024 saylı iş baxılması üçün hazırkı işlə bir icraatda birləşdirilmişdir.

6. İddiaçı Cavabdeh1 İKF iddia tələbinin həcminin artırılması barədə ərizə verib "xxxx" MMC-dən almış olduğu maye qazlara görə cəmi 294857,60 manatın Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən 21 yanvar 2023-cü il tarixdən 01 mart 2023-ci il tarixədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54268,20 manat gecikdirilmiş borcuna 01 mart 2023-cü il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 4522 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC 03 sentyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək olan dövrdə aldığı maye oksigenə görə 185593,40 manat gecikdirilmiş borcuna 03 sentyabr 2023-cü il tarixdən başlayaraq 01 noyabr 2024cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 10826 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, cavabdeh İddiaçı MMC-dən mənfəətin ½ hissəsi olaraq 50.000 manatın Cavabdeh1 İKF-nin xeyrinə tutulması, "xxxx" MMC-dən gecikdirdiyi 346427,35 manat borcuna 01 oktyabr 2021-ci il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 53407 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması, tərəflər arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə, sazişin məcburi icraya yönəldilməsi və sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdehlər İddiaçı MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-dən müştərək qaydada ******* manat pulun tutulması, məhkəmə xərclərinə görə 8830 manatın və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 5590 manat məbləğində pul vəsaitinin Cavabdeh1 İKF-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-144/2025 saylı qərardadı ilə birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 İKF-nin tərəflər arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməklə, sazişin məcburi icraya yönəldilməsi və sazişin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq birləşdirilmiş iş üzrə iddia ərizəsinə etiraz edib həmin iddianın rədd edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi N.Hacıyev iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq birləşdirilmiş iş üzrə iddia ərizəsinə etiraz edib həmin iddianın rədd edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh1 İKF-nin nümayəndəsi və vəkili Vəkil2 birləşdirilmiş iş üzrə iddia ərizəsini müdafiə edib, həmin iddia ərizəsinin məzmununa uyğun izahat verərək Cavabdeh1 İKF-nin iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq İddiaçı MMC-nin iddia ərizəsinə etiraz edib həmin iddianın rədd edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə digər proses iştirakçılarına lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişlər.

12. Məhkəmə iclasının digər proses iştirakçılarının nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

13. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Cavabdeh1 İKF, X6, Cavabdeh3 MMC, "xxxx" MMC və Hacıyev Nizami Babaşah oğlu tərəfindən xx.xx.2022-ci il tarixdə mübahisələrin həllinə dair saziş və təhvil-təslim barədə akt bağlanmışdır.

15. Sazişin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında olmuş 2-2(102)-285/2018 saylı iş üzrə 04 iyul 2018-ci il tarixli qərara əsasən AjAr 4-1 markalı hava təmizləyici qurğu Cavabdeh1 İKF-dən alınaraq "xxxx" MMC-yə verilməlidir.

16. İddiaçı MMC (alıcı) ilə "xxxx" ASC (satıcı) arasında xx.xx.2023-cü il tarixli, KR- 0095 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

17. Müqavilənin 1-ci bəndinə görə bundan sonra “mallar” adlandırılacaq satıcının istehsal etdiyi qazları bu müqavilənin tərkib hissələri sayılan əlavələrində göstərilmiş texniki standartlara, miqdarlara və qiymətlərə uyğun olaraq satıcı alıcıya təchiz etməyi, alıcı isə onları qəbul edib qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürür.

18. Cavabdeh1 İKF, X6, Cavabdeh3 MMC, "xxxx" MMC, "xxxx" MMC və Hacıyev Nizami Babaşah oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli bütün mübahisələlərin həlinə və birgə fəaliyyətə dair yekun barışıq sazişinin 1-ci bəndinə görə tərəflər bəyan edirlər ki, Cavabdeh1 İKF, X6, Cavabdeh3 MMC, "xxxx" MMC və Hacıyev Nizami Babaşah oğlu arasında yaranmış mübahisələrlə bağlı olan Bakı Apelyasiya Məhkəməsinin icraatında olmuş 2-2(103)-606/2023 saylı və Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2(113)-3140/2023 saylı işləri, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmuş 2-2(102)-285/2018 saylı və 2-2(102)-2408 saylı işlər üzrə yekun qərarların icrasını barışıq yolu ilə həll edirlər.

19. Sazişin 3-cü bəndinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olmuş 2-2(102)-285/2018 saylı iş üzrə 04 iyul 2018-ci il tarixli qərara əsasən AjAr-4-2 markalı hava təmizləyici qurğu Cavabdeh1 İKF-dən alıanaraq "xxxx" MMC-yə verilməlidir.

20. Sazişin 16-cı bəndinə əsasən İddiaçı MMC və Cavabdeh1 İKF-nin birgə fəaliyyəti dedikdə, istehsal olunmuş qazların (maye oksigen, maye azot və gələcəkdə istehsalı planlaşdırılan maye arqon qazı) İddiaçı tərəfindən satışı həyata keçirilmiş qazlar başa düşülür.

21. Sazişin 18-ci bəndinə əsasən malın müəyyən edilmiş dəyərinə uyğun olaraq Cavabdeh1 İKF tərəfindən İddiaçı MMC-yə satılmış qazların miqdarına və dəyərinə mütənasib elektron qaimə göndərilir.

22. Sazişin 19-cu bəndinə əsasən hər ayın 5-dən 10-dək istehsal edilən qazların dəyəri Cavabdeh1 İKF tərəfindən təqdim edilmiş İddiaçı MMC tərəfindən satışı həyata keçirilmiş elektron qaiməyə uyğun olaraq İddiaçı MMC tərəfindən Cavabdeh1 İKF-yə ödənilir.

23. Sazişin 24-cü bəndinə əsasən sazişin şərtləri Cavabdeh1 İKF tərəfindən əsassız olaraq birtərəfli şəkildə pozularsa, bu zaman həmin pozuntunu törədən tərəf Cavabdeh3 MMC, İddiaçı MMC, "xxxx" MMC-yə beş milyon manat məbləğdə maddi təzminat ödəməyi öhdəsinə götürür.

24. xx.xx.2023-cü il tarixli, N-01/23 saylı müqavilə üzrə satılacaq maye oksigenin qiymət Cavabdeh1 İKF və "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə 31955,58 manat, xx.xx.2023-cü il tarixli, 5 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə 27481,02 manat, xx.xx.2024cü il tarixli, 6 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə 30950,57 manat, xx.xx.2023-cü il tarixli, 1 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə 23806,50 manat, xx.xx.2023-cü il tarixli, 3 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə 23450,38 manat, xx.xx.2024-cü il tarixli, 9 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə 28804,27 manat, xx.xx.2024-cü il tarixli, 10 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə 10717,10 manat təşkil edir.

25. xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cdü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2023cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen Cavabdeh1 İKF tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

26. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına görə 23806,50 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına görə 23806,50 manat məbləğində maye oksigen Cavabdeh1 İKF tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

27. xx.xx.2023-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə müqavilə üzrə təhvil veriləcək maye oksigenin qiyməti 23806,50 manat təşkil edir.

28. Cavabdeh1 İKF tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, EBDP 746720 nömrəli 23806,50 manat məbləğində elektron qaimə təqdim olunmuşdur.

29. Cavabdeh1 İKF (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, N-01/23 saylı alqı-satqı müqaviləsinin 1.2-ci bəndinə görə istehsal olunmuş mal (maye oksigen, matye azot, gələcəkdə istehsalı planlaşdırılan maye arqon qazı) 24 saat ərzində alıcıya məxsus avadanlıqlarla alıcıya təhvil verilir.

30. Müqavilənin 1.3-cü bəndinə görə alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

31. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli e-2-2(113)-411/2023 saylı qətnaməsi ilə Cavabdeh1 İKF-nin cavabdeh "xxxx" MMC-yə qarşı 346427,35 manat borcun, məhkəmə xərclərinə görə 637 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1250 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli 2-2(103)-606/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(102)-19/2024 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli, 2-2(103)-606/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

32. Cavabdeh1 İKF (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, N-01/22 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə sifariş olunmuş mal (maye oksigen) yazılı sifarişdən sonra 24 saat ərzində alıcıya məxsus olan avadanlıqlarda alıcıya təhvil verilir. Malların texniki şərtləri, spesifikasiyaları, miqdar və qiyməti müqaviləyə əlavə olunmuş, tərəflər arasında razılaşdırılmış qiymətlərin razılaşdırılması protokollarında göstərilmişdir.

33. Cavabdeh1 İKF tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, EBDA 810743 nömrəli, 35400 manat məbləğində və xx.xx.2021-ci il tarixli, EBBJ 629107 nömrəli 104494,90 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

34. "xxxx" MMC (satıcı) ilə "xxxx" MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ASM/D/127/2023 nömrəli malların alqı-satqı müqaviləsinə görə satıcı tam təfsilatı, ölçü, həcmi, qiyməti, təhvil verilmə qaydası və təhvil verilməsi müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan qoşmalar ilə müəyyən olunan mallar ilə sifarişçini təchiz etməyi, sifarişçi isə malları qəbul edib onların müvafiq qoşma ilə razılaşdırılmış dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.

35. Cavabdeh1 İKF tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli, EBBJ 629004 nömrəli, 9546,20 manat məbləğində və xx.xx.2021-ci il tarixli, EBBL 792612 nömrəli 92547,40 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.

36. xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5680 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 2000 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen Cavabdeh1 İKF tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

37. 31.05.2024-cü il tarixli təhvil-təslim aktına görə 10717,70 manat məbləğində maye oksigen Cavabdeh1 İKF tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

38. xx.xx.2024-cü il tarixli, 10 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə xx.xx.2023-cü il tarixli, N-01/23 saylı müqavilə üzrə təhvil veriləcək maye oksigenin qiyməti 10717,70 manat təşkil edir.

39. Çinar-Servis” İKF tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli, MT2406 10358153 nömrəli, 10717,704 manat elektron qaimə təqdim olunmuşdur.

40. xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5046 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5046 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5046 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5046 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5046 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5046 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5103 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 2000 kq maye oksigen, xx.xx.2024cü il tarixli yol vərəqinə görə 2000 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqlərinə görə 4000 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqlərinə görə 4000 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqlərinə görə 9103 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 2000 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5103 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqlərinə görə 4000 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5103 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5103 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5103 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5103 kq maye oksigen, xx.xx.2024cü il tarixli yol vərəqinə görə 5103 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5103 kq maye oksigen , xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5103 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5103 kq maye oksigen Cavabdeh1 İKF tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

41. "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, KA-01/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

42. "xxxx" MMC (göndərən) ilə Cavabdeh3 MMC (alan) arasında “6BM 16-140/200 porşenli hava kompressorunun” göndərilməsi üçün 2011-ci il oktyabr tarixli müqavilə bağlanmışdır.

43. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(82)-91/2017 nömrəli qətnaməsi ilə "xxxx" MMC ilə “Çinar Servis” İKF arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 001/04 saylı müqavilənin ləğv edilməsi, həmin müqavilənin predmetini təşkil edən Ukrayna Respublikasının Odessa şəhərinin “Avtoqenniaş” zavodunun 1992-ci il istehsalı və buraxılışı olan (zav,№ 1, AjAr-4-1 hava ayrıcı qurğusu üçün KK-1562.00.000 PE1 markalı) hava təmizləyici qurğunun “Çinar Servis” İKF-dən alınaraq "xxxx" MMC-yə verilməsi qət edilmişdir.

44. "xxxx" ASC ilə X5 və Hacıyev Nizami Babaşah oğlu arasında depozit yeşiyinin icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır.

45. "xxxx" MMC (göndərən) ilə Cavabdeh3 MMC arasında “Spesifikasiya üzrə (Əlavə N1) KjAr-2-1 hava ayırıcı qurğusunun KK ********* seolitlərdə kompleks təmizləmə blokunun” göndərilməsi üçün xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır.

46. 17.09.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 16140 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 5780 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024-cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen, xx.xx.2024cü il tarixli yol vərəqinə görə 8070 kq maye oksigen Cavabdeh1 İKF tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

47. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 20175 manat, xx.xx.2023-cü il tarixli, ödəniş tapşırığına görə 8000 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına görə 10000 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 9081 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 10000 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 5000 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 3200 manat məbləğində pul "xxxx" MMC tərəfindən Cavabdeh1 İKF-ə ödənilmişdir.

48. İddiaçı və cavabdeh arasında tərtib edilmiş aktlara əsasən iddiaçı tərəfindən cavabdehə borcun müqabilində xx.xx.2024-cü il tarixdə ümumi məbləği 11194,30 manat, xx.xx.2024-cü il tarixdə ümumi məbləği 22125 manat təşkil edən material təhvil verilmişdir.

49. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, İddiaçı MMC və birləşdirilmiş iş üzrə Cavabdeh1 İKF tərəfindən verilmiş iddialar qismən təmin edilməlidir.

50. Belə ki, İddiaçı MMC tərəfindən verilmiş iddia ərizəsi iki hissədən ibarətdir: İ. 5.000.000 manat dəbbə pulununun tutulması; İİ. 800000 manat əldən çıxmış faydanın ödənilməsi.

51. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

52. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bütün mübahisələrin həllinə və birgə fəaliyyətə dair yekun barışıq sazişi (bundan sonra – saziş) bağlanmışdır.

53. İddiaçı həmin sazişin şərtlərinin Cavabdeh1 İKF tərəfindən pozulduğunu, sonuncu tərəfindən sazişin 16-cı bəndində göstərilmiş istehsal etdiyi qazları sazişin şərtlərinə əsasən yalnız İddiaçı MMC-yə satmalı olduğu halda, digər alıcılara da satışını həyata keçirdiyini, həmin qazları ona satmaqla üzərinə götürdüyü öhdəliyi icra etməməklə İddiaçı MMC-nin öz kreditorları (alıcılar) qarşısında üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməməsinə səbəb olmasını göstərib sazişin 24-cü bəndinə əsasən 5 milyon manat dəbbə pulu ödəməli olduğunu bildirir.

54. Cavabdeh1 İKF iddiaya bu hissədə etiraz edib sazişin hər hansı şərtinin tərəfindən pozulmadığını, sazişin 16-cı bəndində İKF-nin istehsal etdiyi qazların yalnız İddiaçı MMC-yə satmalı olması barədə hər hansı qeyd-şərt olmadığını bildirir.

55. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır.

56. Belə ki, sazişin məzmunundan görünür ki, 16-cı bənddə İddiaçı MMC və Cavabdeh1 İKF-nin birgə fəaliyyəti dedikdə, istehsal olunmuş qazların (maye oksigen, maye azot və gələcəkdə istehsalı planlaşdırılan maye arqon qazı) İddiaçı tərəfindən satışı həyata keçirilmiş qazlar başa düşülür.

57. Həmin bənddə istehsal olunmuş qazların (maye oksigen, maye azot və gələcəkdə istehsalı planlaşdırılan maye arqon qazı) bir hissəsinin deyil, bütünlüklə bütün adıçəkilən qazların İddiaçı tərəfindən satışının həyata keçirilməsi tərəflər arasında razılaşdırılmışdır.

58. Habelə, sazişin 22-ci bəndinə əsasən müqavilənin birtərəfli qaydada pozulması dedikdə .... Cavabdeh1 İKF tərəfindən əsaslı səbəblər olmadan İddiaçı MMC-nin qazla təchiz edilməməsi halı nəzərdə tutulmuşdur.

59. Həmin saziş çərçivəsində tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinin 1.2-ci bəndinə əsasən istehsal olunmuş mal (maye oksigen, maye azot və gələcəkdə istehsalı planlaşdırılan maye arqon qazı) 24 saat ərzində alıcıya məxsus olan avadanlıqlarda alıcıya təhvil verilir.

60. Məhkəmə iclaslarında tərəflərin nümayəndələrin izahatlarından, materiallarda olan İddiaçı MMC və Cavabdeh1 İKF arasında tərtib edilmiş ikitərəfli satışlara dair aktlarla adıçəkilən həmin qazların təkcə İddiaçı MMC-yə deyil, digər şəxslərə Cavabdeh1 İKF tərəfindən satılması halı öz təsdiqini tapmışdır.

61. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir

62. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

63. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

64. Məhkəmə hesab edir ki, Cavabdeh1 İKF-nin müqavilə üzrə öz öhdəliklərini lazımınca icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallara görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

65. Sazişin 24-cü bəndində Cavabdeh1 İKF tərəfindən əsassız olaraq müqavilə şərtlərinin pozulacağı təqdirdə İddiaçı MMC-yə 5 milyon manat dəbbə pulu ödəniləcəyi tərəflər arasında razılaşdırılmışdır.

66. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsi bu hissədə əsaslıdır və təmin edilməlidir.

67. Məhkəmə İddiaçı MMC-nin iddiasını ikinci hissədə əsassız hesab edir.

68. Belə ki, İddiaçı MMC Cavabdeh1 İKF-dən 800000 manat əldə çıxmış faydanın tutulmasını tələb edir.

69. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

70. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

71. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

72. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

73. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

74. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

75. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

76. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

77. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

78. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

79. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

80. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

81. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

82. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq Cavabdeh1 İKFnin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun İddiaçı MMC-yə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

83. Hazırkı halda İddiaçı MMC Cavabdeh1 İKF-nin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.

84. Məhkəmə birləşdirilmiş iş üzrə iddianı qismən əsaslı hesab edir.

85. Materiallardan görünür ki, birləşdirilmiş iş üzrə iddia ərizəsi 6 hissədən ibarətdir: İ. "xxxx" MMC-dən satılmış maye qazlara görə cəmi 294857,60 manatın Cavabdeh1 İKF-nin xeyrinə tutulması; İİ. Cavabdeh İddiaçı MMC-dən 21 yanvar 2023-cü il tarixdən 01 mart 2023-ci il tarixədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54268,20 manat gecikdirilmiş borcuna 01 mart 2023-cü il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 4522 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması; İİİ. Cavabdeh İddiaçı MMC-nin 03 sentyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək olan dövrdə aldığı maye oksigenə görə 185593,40 manat gecikdirilmiş borcuna 03 sentyabr 2023- cü il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 10826 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması; İV. Cavabdeh İddiaçı MMC-dən mənfəətin ½ hissəsi olaraq 50.000 manatın Cavabdeh1 İKF-nin xeyrinə tutulması; V. "xxxx" MMC-dən gecikdirdiyi 346427,35 manat borcuna 01 oktyabr 2021-ci il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 53407 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması; Vİ. Cavabdehlər İddiaçı MMC, Cavabdeh3 MMC və "xxxx" MMC-dən müştərək qaydada ******* manat pulun tutulması.

86. Məhkəmə birləşdirilmiş iş üzrə iddianı birinci hissədə qismən əsaslı hesab edir.

87. Belə ki, materiallarda olan təhvil-təslim aktları, elektron qaimələrdən görünür ki, Cavabdeh1 İKF tərəfindən İddiaçı MMC-yə satılmış malların ümumi dəyəri 294857,60 manat təşkil edir.

88. Sazişin 18-ci bəndinə əsasən malın müəyyən edilmiş dəyərinə uyğun olaraq Cavabdeh1 İKF tərəfindən İddiaçı MMC-yə satılmış qazların miqdarına və dəyərinə mütənasib elektron qaimə göndərilir.

89. Sazişin 19-cu bəndinə əsasən hər ayın 5-dən 10-dək istehsal edilən qazların dəyəri Cavabdeh1 İKF tərəfindən təqdim edilmiş İddiaçı MMC tərəfindən satışı həyata keçirilmiş elektron qaiməyə uyğun olaraq İddiaçı MMC tərəfindən Cavabdeh1 İKF-yə ödənilir.

90. Qeyd edilən müddəalar tərəflər arasında olan alqı-satqı müqaviləsində də ehtiva edilmişdir.

91. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

92. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

93. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

94. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

95. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

96. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

97. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı Cavabdeh1 İKF həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 294857,60 manat dəyərində malları cavabdeh İddiaçı MMC-yə təhvil vermişdir.

98. Bununla yanaşı, İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2023-cü il tarixdə 20175 manat, xx.xx.2023-cü il tarixdə 8000 manat, xx.xx.2023-cü il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 9081 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 3200 manat məbləğində pul "xxxx" MMC tərəfindən Cavabdeh1 İKF-ə ödənilmiş, iddiaçı və cavabdeh arasında tərtib edilmiş aktlara əsasən iddiaçı tərəfindən cavabdehə borcun müqabilində xx.xx.2024-cü il tarixdə ümumi məbləği 11194,30 manat təşkil edən armatur, xx.xx.2024-cü il tarixdə ümumi məbləği 22125 manat təşkil edən material (metalçubuq və katinka) barter edilməklə təhvil verilmişdir.

99. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb edilən borcdan cavabdeh İddiaçı MMC tərəfindən ödənilmiş ümumilikdə 65456 manat məbləğində pul və borcun əvəzinə naturada verilmiş malın dəyəri olaraq ümumilikdə 33319,30 manat vəsait çıxılmalı, qalıq 196082,30 manat (294857,60 manat – 98775,30 manat) məbləğində pul tutularaq birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 İKF-yə ödənilməlidir.

100. Məhkəmə birləşdirilmiş iş üzrə iddianı ikinci hissədə əsassız hesab edir.

101. Belə ki, cavabdeh İddiaçı MMC-dən 21 yanvar 2023-cü il tarixdən 01 mart 2023ci il tarixədək olan dövrdə aldığı 153,3 ton maye oksigenin dəyəri olan 54268,20 manat gecikdirilmiş borcuna 01 mart 2023-cü il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 4522 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması xahiş edir.

102. Cavabdeh İddiaçı MMC-dən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% olmaqla göstərilən müddət üçün 4522 manat faiz borcu tutulması hissəsində tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

103. Belə ki, Cavabdeh1 İKF xx.xx.2023-cü il tarixli Sazişin 12-ci bəndinə əsasən yuxarıda göstərilən malın (153,3 ton maye oksigen) dəyərini hazırkı saziş qüvvədə olduğu müddətcə hissə-hissə aylara bölünərək ödənilməsinə etiraz etməmişdir.

104. Sazişin həmin bəndi ilə kreditor tərəfindən borcluya borcun hissə-hissə olmaqla icrasına möhlət verildiyi üçün məhkəmə tərəfindən göstərilən ödənişin cavabdeh tərəfindən gecikdirildiyi məhkəmə araşdırması zamanı sübut olunmamışdır.

105. Məhkəmə birləşdirilmiş iş üzrə iddianı üçüncü hissədə əsaslı hesab edir.

106. Birləşdirilmiş iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh İddiaçı MMC-dən 03 sentyabr 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək olan dövrdə aldığı maye oksigenə görə 185593,40 manat gecikdirilmiş borcuna 03 sentyabr 2023-cü il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 10826 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulması (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) tələbini irəli sürmüşdür.

107. Cavabdeh İddiaçı MMC bu hissədə iddiaya etiraz edərək göstərmişdir ki, iddia ərizəsi Məhkəməyə daxil olduqdan sonra da tərəflərindən müəyyən ödənişlər edilmiş, mütəmadi olaraq ödənişlərin edilməsi davam etdiyindən iddiaçı tərəfindən onlardan illik 5% olmaqla hesablanmış faiz borcu tələb edilə bilməz.

108. Məhkəmə cavabdeh İddiaçı MMC-nin bu dəlili ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

109. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

110. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

111. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

112. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

113. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

114. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

115. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

116. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

117. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

118. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

119. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

120. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması kreditorun gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

121. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdeh İddiaçı MMC-nin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh1 İKF-nin həmin tələbi də əsaslıdır və birləşdirilmiş iş üzrə iddia tələbi həmin hissədə təmin edilməlidir.

122. Məhkəmə birləşdirilmiş iş üzrə iddia ərizəsini dördüncü hissədə əsassız hesab edir.

123. İddiaçı Cavabdeh1 İKF cavabdeh İddiaçı MMC-dən mənfəətin ½ hissəsi olaraq 50.000 manatın onun xeyrinə tutulmasını xahiş edir.

124. xx.xx.2023-cü il tarixli Sazişin 21-ci bəndinə əsasən İddiaçı MMC tərəfindən satışın həyata keçirilməsindən əldə edilmiş mənfəət (məhsulun maya dəyəri və İddiaçı MMC-nin xərcləri çıxıldıqdan sonra) hər ayın son gününədək qarşılıqlı üzləşmə aktı tərtib edilməklə təsdiqlənir və həmin aktla müəyyən edilmiş mənfəət məbləği tərəflər arasında bölünəcək.

125. İddia ərizəsində Cavabdeh1 İKF İddiaçı MMC-nin həmin sazişin 20-ci bəndinin tələblərinə əməl etmədiyini, 21-ci bəndin tələblərini pozduğunu, əldə etdiyi mənfəətin iddiaçıya naməlum qaldığını, bu səbəbdən əldə etdiyi mənfəətin ½ hissəsi olaraq 50.000 manatın tutulmalı olması göstərilmişdir.

126. İddiaçı iddia ərizəsində İddiaçı MMC-nin əldə etdiyi mənfəətin ½ hissəsi olaraq 50.000 manatın tutulmalı olmasını iddia etsə də, məhkəməyə tələbin bu hissəsi ilə bağlı ümumiyyətlə hər hansı sübut (İddiaçı MMC tərəfindən 100000 manat mənfəətin əldə edilməsini təsdiq edən) məhkəməyə təqdim etməmiş, bununla da MPM-nin 77-ci maddəsinə əsasən sübutetmə vəzifəsini icra edə bilməmişdir.

127. Bu səbəbdən məhkəmə hesab edir ki, birləşdirilmiş iş üzrə iddia ərizəsi bu hissədə təmin edilməməlidir.

128. Məhkəmə birləşdirilmiş iş üzrə iddia ərizəsini beşinci hissədə əsaslı hesab edir.

129. Belə ki, materiallardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli, e-2-2(113)-411/2023 saylı qətnaməsi ilə "xxxx" MMC-dən 346427,35 manat əsas borcun tutularaq Cavabdeh1 İKF-yə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alsa da, hazırkı günə qədər icra edilməmişdir.

130. İddiaçı Cavabdeh1 İKF hazırda Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən "xxxx" MMC-dən gecikdirdiyi 346427,35 manat borcuna 01 oktyabr 2021-ci il tarixdən başlayaraq 01 noyabr 2024-cü il tarixədək gecikdirilmiş məbləğə illik 5 faiz olmaqla 53407 manat pulun Cavabdeh1 İKF-nin xeyrinə tutulmasını tələb edir.

131. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdeh "xxxx" MMC-nin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh1 İKF-nin həmin tələbi də əsaslıdır və birləşdirilmiş iş üzrə iddia tələbi həmin hissədə təmin edilməlidir.

132. Məhkəmə birləşdirilmiş iş üzrə iddia ərizəsini altıncı hissədə əsassız hesab edir.

133. Birləşdirilmiş iş üzrə iddia ərizəsində iddiaçı Cavabdeh1 İKF tərəflər arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli barışıq sazişinin 13-cü bəndində qeyd edilən ərizələrin verilməsi ilə bağlı öhdəliklər cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və "xxxx" MMC tərəfindən icra edilmədiyi üçün onlardan müştərək qaydada ******* manat pulun tutulmasını tələb edir.

134. Sazişin 13-cü bəndinə əsasən tərəflərin bir-birinə qarşı heç bir iddia, tələb və digər pretenziyaları mövcud deyildir və bu saziş-aktdakı qeyd edilən bütün işlər üzrə mövcud iddia və tələblərdən qarşılıqlı şəkildə sazişdəki şərtlərlə imtina etməklə, bu barədə məhkəmələrə və icra qurumlarına ərizələr təqdim edirlər. Qeyd edilən ərizələrin verilməsi həmin işlər üzrə icraatın davamını istisna edən hal kimi qəbul edilir.

135. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

136. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.

137. Bu səbəbdən məhkəmə hesab edir ki, sazişin həmin şərti qanunun göstərilən tələblərinə uyğun olmadığı üçün həmin şərtin tələblərinin pozulmasına istinadən cavabdehlərdən sazişin 23-cü bəndinə əsasən 5 milyon manat dəbbə pulunun tələb edilməsi yolverilməzdir, iddia ərizəsi həmin hissədə göstərilənlərə əsasən təmin edilə bilməz.

138. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh1 X1rşı “pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh1 X2 ******* manat məbləğində dəbbə pulu tutularaq İddiaçı MMC-yə ödənilməli, həmin iddia qalan hissədə təmin edilməməli, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X3 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh İddiaçı MMC-dən 196082,30 manat məbləğində pul, 10826 manat məbləğində faiz borcu tutularaq iddiaçı Cavabdeh1 X4 ödənilməli, cavabdeh "xxxx" MMC-dən 53407 manat faiz borcu tutularaq iddiaçı Cavabdeh1 X4 ödənilməli, birləşdirilmiş iş üzrə iddia qalan hissədə təmin edilməməlidir.

139. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

140. Məhkəmə hesab edir ki, dövlət rüsumunun hesablanması kalkulyatoru əsas götürülməklə İddiaçı MMC-nin iddiası qismən təmin edildiyindən 3290 manat dövlət rüsumu Cavabdeh1 İKF-dən tutularaq ona ödənilməli, iddia tələbinin həcmi sonradan artırıldığı üçün ödənilməli olan 400 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

141. Məhkəmə belə qənaətə gəlir ki, dövlət rüsumunun hesablanması kalkulyatoru əsas götürülməklə birləşdirilmiş iş üzrə 496,91 manat dövlət rüsumu İddiaçı MMC-dən tutularaq Cavabdeh1 İKF-yə ödənilməli, "xxxx" MMC-dən 250,22 manat dövlət rüsumu tutularaq Cavabdeh1 İKF-yə ödənilməli, qalan 2749,68 manat dövlət rüsumu və hüquqi yardımla bağlı çəkilmiş 5590 manat xərc Cavabdeh1 İKF-nin özünə aid edilməlidir.

142. Birləşdirilmiş iş üzrə iddia ərizəsində 5590 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehlərdən tutulması tələb edilsə də, həmin xərci təsdiq edən hər hansı sənəd materiallara əlavə edilməmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, çəkilmiş hüquqi yardımla bağlı xərc iddiaçı Cavabdeh1 İKF-nin özünə aid edilməlidir.

143. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Nəticə:

144. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh1 X1rşı “pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 X2 ******* manat məbləğində dəbbə pulu, 3290 manat dövlət rüsumu, ümumilikdə 5.003.290 (beş milyon üç min iki yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı MMC-nin iddiası qalan hissədə təmin edilməsin. İddiaçı MMC-dən 400 (dörd yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X3 cavabdehlər İddiaçı MMC, "xxxx" MMC və "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-dən 196082,30 manat məbləğində pul, 10826 manat məbləğində faiz borcu, 496,91 manat dövlət rüsumu, ümumilikdə 207405,21 (iki yüz yeddi min dörd yüz beş manat iyirmi bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh1 X4 ödənilsin. Hər iki iddia üzrə ayrı-ayrılıqda bir tərəfdən digərinin xeyrinə tutulması qət olunan pul məbləğləri əvəzləşdirilməklə, İddiaçı MMC-nin xeyrinə tutulmalı olan ümumilikdə 5.003.290 manat məbləğində pul məbləğindən Cavabdeh1 X3 xeyrinə ödənilməli olan ümumilikdə 207405,21 manat məbləğində pul çıxıldıqdan sonra, yerdə qalan 4795884,79 (dörd milyon yeddi yüz doxsan beş min səkkiz yüz səksən dörd manat yetmiş doqquz qəpik) manat məbləğində pul Cavabdeh1 X2 tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh "xxxx" MMC-dən 53407 manat faiz borcu, 250,22 manat dövlət rüsumu, ümumilikdə 53657,22 (əlli üç min altı yüz əlli yeddi manat iyirmi iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh1 X4 ödənilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 X3 iddiası qalan hissədə təmin edilməsin. Çəkilmiş qalan məhkəmə xərcləri (2749,68 manat dövlət rüsumu və 5590 manat hüquqi yardımla bağlı xərc) Cavabdeh1 X3 özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar