Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1447/2021 04.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X2” şirkətinə qarşı domendən istifadənin qadağan edilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə qatarairways.com domenindən visitqatar.com domeninə oxşarlıq təşkil etdiyi üçün istifadəsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-ci ildən visitqatar.com domenin rəsmi sahibidir. Qeyd edilən domen (Visit Qatar) əmttə nişanı kimi 17 iyul 2018-ci il tarixindən ABŞ-ın X1 və Əmtənişanı Ofisində qeydiyyatdan keçmişdir. Cavabdeh şirkət tərəfindən uzun zamandır ki, Qatarairways.com vebsaytından istifadə edlir. Bu isə həmin vesbaytın legitim məqsədlər xaricində istifadə edilməsi deməkdir. Belə ki, qeyd edilən vebsaytda iki söz ona məxsus olan əmtəə nişanındakı və domendəki iki sözlə eynilik təşkil edir. Qatar sözü və com domeni müştərilərin fikrini yanıldır ki, bu da onun qeyd edilən domendən istifadəsini məhdudlaşdırır və istədiyi formada gəlir əldə etməyini məhdudlaşdırır. “xxxx” Şirkəti ona qarşı haqsız olaraq iddia qaldırmış və iddiasının əsaslarından biri də odur ki, onun mülkiyyətində və sahibliyində olan visitqatar.com domenindən istifadəsi guya onlarla haqsız rəqabətə səbəb olur. Hansı ki, bu tamamilə əksinədir. İddiaçının sahibliyində olan domenə bənzərə vebsaytından onların istifadəsi iddiaçının əmtəə nişanı ilə bağlı hüquqlarının pozulmasına səbəb olur. Qeyd edilən məhkəmə prosesində özləri də etiraf edir ki, visit qatar əmtəə nişanından 2015-ci ildən istifadə edirlər. Halbuki visitqatar.com domeni 2004-cü ildən yaradılmış və istiafədə edilmiş, 2016-cı ildən isə onun tərəfindən alınmış və əmtəə nişanı kimi 2018-ci ilin iyulun 17-dən qeydiyyata alınmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və pPatent üzrə Dövlət Komitəsinin ƏN seriyalı, 000661 saylı əmtəə nişanına əsasən xxxx Q.C.S.C. şirkəti 20.04.2015-ci il tarixində *** **** nömrəsi ilə dövlət reyestrində qeydə alınmışdır. İddia tələbində hüquqi əsas olaraq “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); - 26-cı maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. - 32-ci maddəsinə əsasən həmin Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən “qatarairways.com” domeni olan internet saytından istifadə qanunsuzdur və belə istifadə onun “VİSİT QATAR” adlı əmtəə nişanı və “visitqatar.com” domeni olan internet saytı üzərində hüquqlarını pozur. “X2” şirkəti “qatarairways.com” domeni olan internet saytını idarə edir və həmin internet saytı vasitəsilə istifadəçilər şirkətin həyata keçirdiyi uçuşlara biletlər ala bilirlər. Azərbaycan Respublikasında “X2” şirkəti özündə “xxxx” söz birləşməsinin daxil olduğu işarə üzərində qeydiyyata alınmış əmtəə nişanının sahibidir. Bu əmtəə nişanı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 20 aprel 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 28 yanvar 2024-ci il tarixinədək qüvvədə olan əmtəə nişanı şəhadətnaməsi verilmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun - 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa) Cavabdeh “xxxx” söz birləşməsinin daxil olduğu nişan üzrə qeydiyyata alınmış əmtəə nişanı sahibi olduğundan və bu əmtəə nişanının qeydiyyatı hal-hazırda qüvvədə olduğundan cavabdeh bu əmtəə nişanından Azərbaycan Respublikasının ərazisində istifadə etməyə müstəsna hüququ vardır. Buna görə də cavabdeh tərəfindən “qatarairways.com” domen adında “xxxx” söz birləşməsindən istifadə etməsi tam qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 50.2-ci maddəsinə qeyd əsasən firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. “xxxx” söz birləşməsi cavabdehin qeydə alınmış adının bir hissəsidir və buna görə də cavabdehin bu söz birləşməsindən istifadəyə müstəsna hüququ vardır. Bundan əlavə, cavabdeh tərəfindən pozulması iddia edilən “VİSİT QATAR” adlı əmtəə nişanı Azərbaycan Respublikasında hüquqi mühafizə olunan əmtəə nişanı deyildir və hesab edilə bilməz. Belə ki, iddiaçı qeyd edir ki, “VİSİT QATAR” adlı əmtəə nişanı ABŞın Patent və Əmtəə Nişanları İdarəsi tərəfindən qeydiyyata alınmışdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfimdən qeydə alınan əmtəə nişanlarının hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı bu Qanuna uyğun olaraq mühafizə edilir Hər hansı bir əmtəə nişanının Azərbaycan Respublikasında hüquqi mühafizə olunması üçün əmtəə nişanı Azərbaycan Respublikasında qeydiyyata alınmış olmalıdır, ya da Azərbaycan Respublikasında qeydə alınmayan əmtəə nişanının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olmalıdır İddiaçı “VİSİT QATAR” adlı əmtəə nişanının nə Azərbaycan Respublikasında əmtəə nişanı kimi qeydiyyata alınmasına dair, nə də ki həmin əmtəə nişanının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı olduğunu təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X2” şirkətinə qarşı domendən istifadənin qadağan edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1447/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1447/2021
04.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver