Məhkəmə qərarları › İş №e-2-2(113)-1449/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1449/2021

02.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1449/2021 02.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi ilə, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 vəkili Vəkil2 iştirak ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X5 işə cəlb edilməklə) qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01.10.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 223515,52 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1893,08 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 75,69 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 412000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 01.10.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 01.10.2020-ci il tarixə yaranan borcuna görə 412000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 27.10.2020-ci tarixli, **********7 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 06.11.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 01.10.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 223515,52 manat, Dövlət Sosial Müdafiə Fonduna 1893,08 manat və İşsizlikdən sığorta fonduna 75,69 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh MMC tərəfindən verilən iddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini iddia ərizəsində göstərdiyi 412000 manat məbləğində siyahıya alınmış əmlaklarla əsaslandırmışdır. İddia ərizəsinə əlavə olunmuş **********7 №-li protokola 1 nömrəli əlavədə siyahıya alınmış əmlaklar kimi Cavabdeh MMC tərəfindən Bakı şəhəri Nərimanov rayonu, Möhsün Sənani küçəsi ev 17-19-da inşa edilmiş hündürmərtəbəli binanın 1-ci blokunda 3-cü mərtəbədə 4-cü mənzili və 1-ci blokda 7-ci mərtəbədə 24-cü mənzili göstərmişdir. Hesab edir ki, iddia ərizəsində göstərilən dəlilər əsassız olduğundan iddia rədd olunmalıdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin gəldiyi qənaət əsassızdır. Cavabdeh MMC tərəfindən Dövlət Vergi Xidmətinə 16.09.2020-ci il tarixində 50000 manat (Qəbz № 6********), 26.10.2020-ci il tarixində 50000 manat (Qəbz № 6********), 26.11.2020-ci il tarixində 30000 manat (Qəbz № 7********), 22.12.2020-ci il tarixində 50000 manat (Qəbz №7********) və Dövlət Sosial Müdafiə Fondu-Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə 22.12.2020ci il tarixində 172 manat (Qəbz № 7********), 22.12.2020-ci il tarixində 4276 manat (Qəbz № 7********), ümumilikdə 184448 manat məbləğində ödəniş edilmişdir. Hazırda göstərilən borc 01.10.2020-ci il tarixə mövcud deyil. Bundan başqa, iddianın əsas hissəsində qeyd olunur ki, Cavabdeh MMC olaraq müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə məhkəmədən Cavabdeh MMC-yə məxsus “412000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” istənilmişdir. Siyahıya alınma zamanı Cavabdeh MMC-yə məxsus olan yaşayış binasından 1-ci blokdan 2 (iki) mənzil siyahıya alınmışdır. Siyahıya alınmış əmlakların müqavilələri rəhbərlikdən istənilsə də, heç bir müqavilənin təqdim edilmədiyi və Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən protokollara imza edilməsindən imtina edildiyi qeyd edilmişdir. 26.10.2020-ci il tarixli ********** 7 saylı protokolda mənzillərin ayrı-ayrılıqda dəyəri 206000 manat olaraq qeyd edilmişdir. Ümumilikdə Bakı şəhəri Nərimanov rayonu, Möhsün Sənani küçəsi ev 17-19-da inşa edilmiş hündürmərtəbəli binanın 1-ci blokunda 3-cü mərtəbədə 4-cü mənzilin və 1-ci blokda 7-ci mərtəbədə 24-cü mənzilin dəyəri 412000 manat müəyyən edilmişdir. Protokolda qeyd olunan mənzillərin heç biri Cavabdeh MMC-yə məxsus deyildir. Belə ki, 25 mart 2019-cu il tarixli 72 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 17-19-da Cavabdeh MMC tərəfindən inşa edilən hündünnərtəbəli yaşayış binasının “A“ bloku yaşayışının 3-cü mərtəbəsində, ümumi sahəsi 206,24 kv.m olan, 3 otaqlı 4 nömrəli mənzil vətəndaş X6 tərəfindən, 13 iyul 2020-ci il tarixli 110 saylı müqaviləyə əsasən isə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 17 və 19da Cavabdeh MMC tərəfindən inşa edilən hündünnərtəbəli yaşayış binasının “1-ci” girişinin 7-ci mərtəbəsində, ümumi sahəsi 206 kv.m olan, 3 otaqlı 24 nömrəli mənzil isə vətəndaş X4 tərəfindən alqı-satqı müqaviləsi əsasında alınmışdır. Hər iki mənzilin tam dəyəri ödənildiyi üçün maliyə arayışları da verilmişdir, hətta “1-ci” girişinin 7-ci mərtəbəsində, ümumi sahəsi 206 kv.m olan, 3 otaqlı 24 nömrəli mənzilə dair X2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 28 iyul 2020-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) çıxarış verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən 26.10.2020-ci il tarixdə siyahıya alınmış mənzillər başqa şəxslərin mülkiyyətində olan əmlaklar olmuşdur. Bu səbəbdən əmlakların siyahıya alınması haqqında protokola Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən imza etməkdən imtina edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən iddiaya verilən etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tələbini iddia ərizəsində göstərdiyi 412000 manat məbləğində siyahıya alınmış əmlaklarla əsaslandırmışdır. İddia ərizəsinə əlavə olunmuş siyahıya alnımış əmlaklar kimi "Pilot Holding” MMC tərəfindən Bakı şəhəri Nərimanov rayonu, Möhsün Sənani küçəsi ev 17-19-da inşa edilmiş hündürmərtəbəli binanın 1-ci blokunda 3cü mərtəbədə 4-cü mənzili və 1-ci blokda 7-ci mərtəbədə 24-cü mənzili göstərmişdir. Hesab edir ki, iddia ərizəsində göstərilən dəlilər əsassız olduğundan iddia rədd olunmalıdır. Belə ki, hərraca çıxarılmalı olan 1-ci blokda 7-ci mərtəbədə 24-cü mənzil onun xüsusi mülkiyyətindədir. 13 iyul 2020-ci il tarixli 110 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 17 və 19-da "xxxx" MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının "1-ci girişinin 7-ci mərtəbəsində, ümumi sahəsi 206 kv.m olan, 3 otaqlı 24 nömrəli mənzil onun tərəfindən alqı-satqı müqaviləsi əsasında alınmışdır. Mənzilin tam dəyəri onun tərəfindən ödənildiyi üçün maliyyə arayışı da verilmişdir. Hətta ona məxsus olan "1-ci" girişin 7-ci mərtəbəsində, ümumi sahəsi 206 kv.m olan, 3 otaqlı 24 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 28 iyul 2020-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən 26.10.2020-ci il tarixdə siyahıya alınmış mənzillərdən biri onun xüsusi mülkiyyətindədir. Bu səbəbdən əmlakların siyahını alınması haqqında protokola "Pilot Holding” MMC-nin rəhhərliyi tərəfindən imza edilməsindən imtina edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclasında iştirak edən zaman iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə vergi borcunun ödənilməsinə dair bildiriş göndərilərək, yaranmış vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 01.10.2020-ci il tarixli, **********7 nömrəli qərar qəbul olunmuşdur. Həmin qərara əsasən Cavabdehnə məxsus əmlakları siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında 27.10.2020-ci il tarixli, **********7 nömrəli protokol və əmlakın məsul saxlanca verilməsi haqqında akt tərtib edilmişdir. 06.11.2020-ci il tarixdə iddiaçı tərəfindən Cavabdehnə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 01.10.2020-ci il tarixli qərara əsasən 412000 manat dəyərində olan əmlak siyahıya alınmışdır, əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. - Cavabdeh MMC ilə X6 arasında 25 mart 2019-cu il tarixdə yaşayış binasında mənzil tikintisi haqqında 72 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin predmeti Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 17 və 19-da Cavabdeh MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının “A” bloku yaşayışın 3-cü mərtəbəsində ümumi sahəsi 206,24 kv.m olan, 3 otaqlı 4 nömrəli mənzildən ibarətdir. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə mənzilin hər 1 (bir) kvadrat metrinin qiyməti 1300 (min üç yüz) manat olmaqla, ümum dəyəri 268112 (iki yüz altmış səkkiz min yüz on iki) manat məbləğində qiymətləndirilmişdir. - 25 mart 2019-cu il tarixli maliyyə arayışından görünür ki, X6 Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 17 və 19-da Cavabdeh MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının “A” bloku yaşayışın 3-cü mərtəbəsində ümumi sahəsi 206,24 kv.m olan, 3 otaqlı 4 nömrəli mənzilin dəyərini tam ödəmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən “Çıxarış”dan müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 4 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ X1 adına 25 iyun 2021-ci il tarixdə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - Cavabdeh MMC ilə X7 arasında 13 iyul 2020-ci il tarixdə yaşayış binasında mənzil tikintisi haqqında 110 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin predmeti Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 17 və 19-da Cavabdeh MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 1-ci girişinin 7-ci mərtəbəsində ümumi sahəsi 206 kv.m olan, 3 otaqlı 24 nömrəli mənzildən ibarətdir. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə mənzilin hər 1 (bir) kvadrat metrinin qiyməti 1000 (min) manat olmaqla, ümum dəyəri 206000 (iki yüz altı min) manat məbləğində qiymətləndirilmişdir. - 13 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X7 Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi 17 və 19-da Cavabdeh MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 1-ci girişinin 7-ci mərtəbəsində ümumi sahəsi 206 kv.m olan, 3 otaqlı 24 nömrəli mənzilin dəyərini tam ödəmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən “Çıxarış”dan müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 24 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ X3 adına 28 iyul 2020-ci ildə Daşınmaz əmlakın dövlət reyestrində 3481 nömrəli reyestr kitabının 326428 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). - 16.09.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Vergi Xidmətinə 50000 manat məbləğində ödəniş edilmişdir. - 26.10.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Vergi Xidmətinə 50000 manat məbləğində ödəniş edilmişdir. - 26.11.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Vergi Xidmətinə 30000 manat məbləğində ödəniş edilmişdir. - 22.12.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Vergi Xidmətinə 4276 manat məbləğində ödəniş edilmişdir. - 22.12.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Vergi Xidmətinə 172 manat məbləğində ödəniş edilmişdir. - 22.12.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Vergi Xidmətinə 50000 manat məbləğində ödəniş edilmişdir. - 31.05.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Vergi Xidmətinə 30000 manat məbləğində ödəniş edilmişdir. - 31.05.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Vergi Xidmətinə 39 manat məbləğində ödəniş edilmişdir. - 31.05.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Vergi Xidmətinə 1348 manat məbləğində ödəniş edilmişdir. - 31.05.2021-ci il tarixli 77478552 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Vergi Xidmətinə 54 manat məbləğində ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borclarının ödənilməsini təmin etməmiş, həmin səbəbdən də Cavabdeh MMC-nin 01.10.2020-ci il tarixə yaranan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 412000 manat dəyərində olan əmlak siyahıya alınmışdır. İddiaçı vergi ödəyicisi vergi öhdəliyini yerinə yetirmədiyindən dövlət büdcəsinə yaranmış borcların ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli əmlaklar siyahıya alınan zaman cavabdehə məxsus olmamış, həmin əmlaklar siyahıya alınmazdan bir neçə ay əvvəl cavabdehlə hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər arasında əmlakın alqı-satqısı barədə müqavilələr bağlanmış, əmlakların dəyəri ödənilmişdir. Həmçinin həmin əmlaklar xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Çıxarış verilmişdir. Mübahisəli əmlakların siyahıya alınması barədə protokolun vergi ödəyicisinin imzası qrafasında “imtina etdi” sözləri yazılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Beləliklə, mübahisəli əmlaklar siyahıya alınan zaman vergi ödəyicisinə məxsus əmlaklar olmadığından, həmin əmlaklar hazırkı iş üzrə üçüncü şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan əmlaklar olduğundan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar