Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-145/2024 12.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı QSC BOKT-nin nümayəndələri Nümayəndə2 və X5, Cavabdehn nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı QSC BOKT-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC BOKT iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə cəmi 120228307,10 manat (əsas borc 71023749,20 manat, faiz borcu 49204557,90 manat) kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 50000 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 kv.m ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilməsi, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin Cavabdeh MMCnin pul vəsaitlərinə və digər əmlaklarına yönəldilməsi, həmin pul vəsaitləri və əmlaklar hesabına borcun qalan hissəsinin ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişlər. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının (bundan sonra – Fərman) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının (bundan sonra – Sərəncam) icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixlimüqavilələrin əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – İddiaçı QSC) keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh (bundan sonra - Cavabdeh MMC) "xxxx" ASC-yə olan müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 13 iyun 2017-ci il tarixli, S-23 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Həmin akta əsasən Cavabdeh MMC-nin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 58999970,98 ABŞ dolları (əsas borc 44075000 ABŞ dolları, faiz borcu 14924970,98 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh MMC ilə "xxxx" ASC-nin Mərkəzi filialı arasında bağlanmış 15 avqust 2013-cü il tarixli 7524 saylı müqaviləyə və həmin müqaviləyə 01 dekabr 2015-ci il tarixli 1 saylı dəyişikliyə əsasən yaranmışdır. Borc üzrə tələb hüququ İddiaçı QSC-yə keçdikdən sonra İddiaçı QSC tərəfindən 15098133,11 ABŞ dolları məbləğində faiz hesablanmış, borcdan cəmi 5151163,62 ABŞ dolları (əsas borc ******* ABŞ dolları, faiz borcu 2854839,62 ABŞ dolları) məbləğində ödəniş hesabına azalma olmuşdur. Beləliklə, 13 iyun 2023-cü il tarixinə Cavabdeh MMC-nin hazırki günə 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə cəmi borcu 68946940,47 ABŞ dolları (əsas borc 41778676 ABŞ dolları, faiz borcu 27168264,47 ABŞ dolları) məbləğindədir. Həmin borc İddiaçı QSC-nin balansında Azərbaycan manatı ekvivalentində cəmi 117209798,80 manat (əsas borc 71023749,20 manat, faiz borcu 46186049,60 manat) təşkil etmişdir. Bu borcun təminatı olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 12 iyun 2010-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2761 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 kv.m ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binası ipoteka saxlayan "xxxx" ASC-nin Mərkəzi filialı ilə ipoteka verən Cavabdeh MMCarasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh MMC-nin xx.xx.2013-cü il tarixli 7524 saylı müqavilədən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC-nin Mərkəzi filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bu borc üzrə tələb hüququ "xxxx" ASC-dən İddiaçı QSC-yə keçdikdən sonra isə həmin qeyri-yaşayış binası üzərində İddiaçı QSC-nin adına ipotekanın əlavə qeydiyyatı aparılmış və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq,Cavabdeh MMC qalıq borcunu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Cavabdeh MMC-yə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh MMC ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, Cavabdeh MMC qeyd edilən borcunu iddiaçıya qaytarmaq niyyətində deyil. Buna görə də qeyd edilən borcun ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh MMC-nin pul vəsaitlərinə və ya digər əmlaklarına yönəldilməsi zərurəti yaranmışdır. Belə ki, "xxxx" ASCnin Mərkəzi filialı ilə (bundan sonra – Bank) borclu Cavabdeh MMC arasında bağlanmış və iddia ərizəsinə əlavə edilən xx.xx.2013-cü il tarixli 7524 saylı müqavilənin 2.1-ci bəndinə əsasən borclu Cavabdeh MMC Banka 73000000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etmiş, tam ödənilməsi və təminat üsulu ilə bağlı məsələlər üzrə yeni münasibətlər qurmuşlar. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər bu müqaviləni bağlamaqla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqt(81)- 1383/2012 saylı qətnaməsinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2012-ci il tarixli 2-1(103)-415/2012 saylı qətnaməsinin və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli 2-1(102)-27/13 saylı qərarının icrasına və icra tərəfindən icraatın aparılmasına ehtiyyac olmadığı barədə razılığa gəlmişlər və bu məqsədlə zəruri hərəkətləri və müraciətləri etmək vəzifəsini həyata keçirməyi öz üzərlərinə götürmüşlər. Həmin müqavilənin 4-cü hissəsinə əsasən borc vəsaitinin ödəmə müddəti xx.xx.2013-cü il tarixindən 120 ay təşkil etmiş və xx.xx.2023-cü il tarixində başa çatmalı idi. Həmin müqavilənin 6-cı hissəsinə əsasən faizlər illik 9 % dərəcəsi ilə hesablanmış və bu müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədə qeyd olunan cədvələ uyğun Borclu tərəfindən Banka ödənilməlidir. Həmin müqavilənin 7.2ci bəndinə əsasən Borclu Bankdan bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə pul vəsaitini bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə olan cədvələ uyğun ödəməlidir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən Borclu 1 saylı Əlavədə olan cədvələ uyğun öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Müqavilənin 11.2-ci bəndinə əsasən borclu bu müqavilə ilə müəyyən edilmiş müddətdə borc vəsaitini və ona hesablanan faizləri ödəməlidir. Bundan sonra Bankla Borclu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 7524 saylı müqaviləyə 01 dekabr 2015-ci il tarixli 1 saylı Dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən borc vəsaitinin ödəmə müddəti xx.xx.2013-cü il tarixindən başlayaraq 184 ay, yəni xx.xx.2029-cu il tarixinə kimi müəyyən edilmiş, illik 9 faiz dərəcəsi 6 % dərəcəsi ilə əvəz edilmiş, 1 saylı Əlavə qüvvədən düşərək 2 saylı Əlavə ilə əvəz edilmişdir. Buna baxmayaraq Cavabdeh MMC yenə də həmin müqavilənin 11.1 və 11.2-ci bəndlərində nəzərdə tutulmuş müddətdə borc vəsaitini və ona hesablanan faizləri ödəməmişdir. İpoteka saxlayan "xxxx" ASC-nin Mərkəzi filialı ilə ipoteka verən Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 7524 saylı müqavilə üzrə əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 m2 ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Cavabdehn nümayəndəsi, Vəkil məhkəməyə ünvanladığı iş üzrə icraata xitam verilməsi haqqında ərizədən görünür ki, iddiaçı "Aqrarkredit” Bank olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti (sonradan - İddiaçı və ya Aqrarkredit) məhkəməyə müraciət edərək Cavabdelı Cavabdeh (sonradan Cavabdeh və ya Libra) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə Cavabdehnə qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iş Bakı Kommersiya Məhkəməsi tərəfındən qanunsuz olaraq icraata götürülmüşdür və tərəfimizdən cavabdehin iddiaçıya heç bir borcu, iddianın faktiki və hüquqi əsası mövcud olmadığından ona etiraz verilmişdir. Lakin keçən müddət ərzində iddiaçı tərəf özünü qeyrimüəyyənlikdən xilas edə bilməyərək, tərəflər arasında mübahisənin məğzinin Cəmiyyətin nizamnamə fondunda (payda) iddiaçının paya malik olmaması və qanunsuz və əsassız olaraq paya, həm də digər təsisçinin payına yiyələnmək istəyinin qəbul olunmaması ilə bağlı olduğunu sərf-nəzər etməyə çalışmışdır. Tərəflər arasında baş vermiş mübahisələr birlərəfdən "xxxx" Şirkəti tərəfındən qanunsuz olaraq payın İddiaçıə bağışlanmasının qəbul edilməməsi, bununla pay qoyulmadan təsisçi kimi tamnmaması, digər tərəfdən Azərbaycan Beynəlxalq Bankı tərəfındən tam ödənilmiş kredit məbləğinin qanunsuz olaraq İddiaçıə ötürülməsi, ipotekanm ləğv olunmaması ilə bağlı oimuşdur. Cavabdehnın Banka olan “borcu” İddiaçıə xüsusi məqsədlə düşünülmüş şəkildə ötürülmüş və mövcud olmayan “nizamnamə kapitalında payın” İddiaçıə keçməsi üçün zəmin rolu oynamışdır. Artıq son vaxtlarda İddiaçı nümayəndələrinin davranışları ilə Cavabdehnın “nizamnamə kapitalında payın” digər hissəsinin də ələ keçirilməsinə yönəldiyi açıq - aşkar üzə çıxmışdır. Bu cür neqativ hallar olduqca ciddi narahatlıq doğurmuşdur. Təxirəsalınmadan müzakirələrə başlamağı və münasib vaxtda görüşüb danışıqlar aparılması barədə “X7” Şirkətinin və Libramn qarşı tərəfə - Alarisə və Aqrarkreditə təklifləri, etirazlan anlayışla qarşılanmamış və yol verilmiş pozuntuların aradan qaldırılacağı və biznesin normal aparılması üçün qanunsuz hərəkətlərə yol verilməyəcəyi barədə qarşı tərəfdən pozitiv münasibət göstərilməmişdir Buna baxmayaraq, Lynx və Libra mübahisənin böyüdülərək hər hansı hüquqi prosedurlar tətbiqinə çatdırılmadan dərhal aradan qaldırılmasının tərəfdan olduğunu yazılı surətdə bəyan etmişdir. Lakin qarşı tərəfdən adekvat cavab almamış, əksınə onun əleyhinə Aqrarkredit tərəfindən əsassız iddialar irəli sürülməklə məhkəmə işləri başlanılmışdır. Tərəflər arasında mübahisələrin əsasında təsisçilər arasındakı köklü mübahisə - təsisçilikdə iştirak, idarəetmə və təsis payı məsələsi qalmaqda davam etmişdir. Belə ki: 2006-cı ildən Libranın daşınmaz əmlak obyektlərinə hücumİar başlamış, Lynx və Libra Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə mübahisələrini barışdıncı danışıqlar yolu ilə həll etməyə çalışmışdır. Lakin hər addımda bu səylər, onlan qorxutmaq və təslim olmağa məcbur etmək üçün hazırlanmış aqressiv hərəkətlərlə qarşılanmışdır. Məsələn, 2011-ci iidə "Landmark" (Libraya aid bina da daxil olmaqla) binalarındakı səhmlərini 5 milyon ABŞ dollarına satmaqdan imtina etdikdən qısa müddət sonra, ABB, LİBOR-un sabit faiz dərəcəsi olduğu barədə uydurma iddiasına əsaslanaraq, ''Libra"-nı 7 milyon ABŞ dollarlıq məhkəməyə vermək təhdidini yerinə yetirmişdir. ABB-nin mövqeyi həm faktiki, həm də hüquqi cəhətdən tamamilə qeyri-ciddi olduğuna baxmayaraq, Azərbaycanın birinci instansiya məhkəməsi 2012- ci ildə ABB-nin LİBOR-u istədiyi kimi təfsir edə bilməsini müəyyən etmiş, bu da sonradan növbəti instansıya olan apelyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Lakin 2013- cü ildə Azərbaycan Ali Məhkəməsi apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək ABB- nin borc kimi iddia etdiyi 7 milyon ABŞ doilan məbləğinin qanunsuz hesablandığı barədə qərar vermişdir. Bundan əlavə, 2017-ci ildə ABB öz borcunu fıks rəqəmlə dövlətə məxsus olan Aqrarkreditə vermişdir. satmışdır. Həmin vaxta qədər Libra ABB-yə faiz və əsas borc ödənişləri olaraq təxminən 72 milyon ABŞ dollan ödəmişdi, və borc defolt vəziyyətində deyildi. Borcun satışı üçün ABB-nin İnvestoriara bildirdiyi səbəblərdən biri, Libranın ABB-yə qarşı irəli sürülən əsassız iddiaiar üzrə (LİBOR-un hesablanmasına dair)... uzunmüddətli məhkəmə icraatlarının keçirilməsi olmuşdur. Bundan sonra 2019-cu ildə Alaris, özünün Libradakı 50% payını Aqrarkreditə hədiyyə edərək bunun guya kreditin əlverişli restrukturizasiyası üçün bir vasitə olacağını bildirmişdi. Lakin əslində bu ötürmə, şişirdilmiş kreditin ağır şərtlərinə məcburetməkdə daha aqressiv olmaq üçün Aqrarkredittə imkan yaratmağa xidmət edirdi. Hətta məhkəmə təqibi ilə və potensial olaraq Libra üzərində nəzarətin ələ keçirilməsi nəticəsinədək. Libra üzərində bərabər nəzarət hüququ qazanmaq üçün Aqrarkredit aldığı hədiyyədən - “təsisçilik statusu”ndan istifadə etməyə başlamış və davam etməkdədir. Baxmayaraq ki, tərəflər arasında 2006-cı ildə bağlanmış X2 müddəa Libra üzrə borc ödənilənə qədər Lynx, Libra və onların investorlarına idarəetmə nəzarətini özlərində saxlamağa zəmanət verirdi. Bundan əlavə, Aqrarkredit, hesablanmanın düzgün olub-oimamasma tərəfimizdən qiymət vermədən, ABB-dən 59 milyon ABŞ dolları borcu qəbui etmişdir ki, bu da şişirdilmiş olmaqla guya 44 milyon ABŞ dolları əsas, 15 milyon ABŞ dolları faiz olmaqla qeyd edilmişdi və həmin faizlər 2025-ci ildək ödənilməli idi. Aqrarkredit isə bu 59 milyon ABŞ dolianna fiiizlər hesabiayıb tələb etməyə və bununia ABB-nin əvvəlkt davranışmı təkrarlamağa başlamışdır. 23 fevral 2020-ci ildən tərəflər arasınada mübahisələr dövlətin cəlb olunması ilə davam etsə də, Aqrarkredit və onun müvəkkilləri tərəfındən “çirkli müharibə” aparılacağı, bunun həm də təsisçi mülkiyyətçilərə və onların ailə üzvlərinə qarşı cinayət təqibini, habelə onların iqtisadi maraqlarının və əmlakların müsadirəsini ehtiva edəcəyini bəyan etmişlər. 2020-ci ilin iyul ayında Aqrarkredit öz məktubunda Libranın öz tələblərindən imtina barədə yazılı təhdidinə baxmayaraq onun istəyi rədd olundu. Sonradan, "barışdırıcı" müzakirələrin bir neçə əlavə mərhələsindən sonra (koronavirus pandemiyası səbəbindən ləngimiş), danışıqlar yolu ilə çözüm üçün heç bir ümidin qalmadığı aydın oldu. Öz təhdidlərinə sadiq qalan Aqrarkredit 2023-cü ilin mart ayında Azərbaycan məhkəmələrində iki iddia qaldıraraq, (1) onun Libra üzərində bərabər nəzarət hüququnun qəbul edilməsini və (2) girov qoyulmuş Libranın binasına tutmanın yönəldilməsini tələb etmişdir. Həmin iddialar məhkəmələr tərəfindən icraata götürülsə də, mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilməmişdir və iş üzrə icraatın davam etdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, tərəflər arasında razılaşmalara, tərəflərin statusuna və beynəlxalq hüquqi aktlara uyğun olmadığından iş üzrə icraata xitam verilməli və tərəflər mübahisənin həlli üçün aidiyyəti üzrə göndərilməlidir. Tərəflər arasında bağlamlmış 06 dekabr 2006-cı il tarixli X3 3-cü maddəsinə görə, Memorandum tərəfləri razılaşmışlar ki, “Ümumi borcluluq tam ödənilənə qədər, həmçinin Landmark İİ və Landmark İİİ üzrə ipoteka girovları ləğv edilərək geri qaytarılana qədər, layihənin bütün idarə edilməsi Müdüroğlu tərəfındən həyata keçiriləcəkdir. 4-cü maddəsinə əsasən: X6 aid olan, yaxud onun və onun istənilən hissəsinin etibarlılığı təfsiri, tətbiqi, həyata keçirilməsi, icrası, pozulması və ləğvi ilə bağlı olan və ondan irəli gələn, yaxud istənilən iddialarla bağlı olan (şikayət, cavab, əks iddia, çarpaz iddia, üçüncü tərəf iddiası və ya başqa şəkildə irəli sürülməsinə baxmayaraq) tərəflər arasında hər hansı mübahisə və ya fıkir ayrılığı Sürixdə, təkbaşına arbitr tərəfındən həll edilir. Təkbaşına arbitr vəkillərin qarşılıqlı qərarı ilə təyin edilir - X8nun müvafiq tərəflərinin hər birindən bir vəkil olmaqla. Bir tərəfın arbitraj üçün yazılı tələbinin digər tərəfə çatdırıldıqdan sonra tərəflərin vəkilləri 15 (on beş) təqvim günü ərzində arbitr seçməlidirlər. Əgər bu vəkillər yuxarıda göstərilən yazılı tələbin çatdırıldığı tarixdən 15 (on beş) təqvim günü ərzində arbitr seçimi barədə razılığa gələ bilməsələr, iş arbitraja göndəriləcək və arbitr İsveçrə Vəkiİlər Kollegiyasının prezidenti tərəfindən təyin ediləcəkdir. Bundan sonra arbitraj X4 Məhkəməsinin Reqlamentinə uyğun olaraq davam edib həll ediləcəkdir. Bu Memorandumun hər bir tərəfı, bu fəsildə nəzərdə tutulduğu kimi, bu Memorandum üzrə bütün mübahisələrin həlli məqsədləri üçün İsveçrədəki Sürixin yurisdiksiyasına tabedir, və belə yurisdiksiyadan imtina etmək və ya ondan yayınmaq cəhdi ilə iddialar (o cümlədən, digərlər arasında, uyğunsuz forum (forum non conveniens), iddiaları) irəli sürməməlidir. Bu fəsil bütün qüvvədə olan qanunvericiliyə uyğun olan arbitraj barədə razılaşmanı təşkil edir. 5-ci maddəsində nəzərdə tutulur ki, “X8 və onun nəzərdə tutduğu bütün sənədlər İngiltərə və Uels qanunlarına uyğun olaraq təfsir və şərh edilməlidir”. Bundan başqa, iddiaçınn və onun təsisçiliyində təmsil olunan Müdüroğlu və digər şəxslərin Azərbaycan Respublikasnın xarici investorlar kimi hüquqlarınm pozulmasından müdafiə olunmaq üçün X1 üzrə Beynəlxalq Mərkəzə etdiyi müraciət “Libra LLC and others v. Republic of Azerbaijan (İCSİD Case No. ARB/23/46)” adı və nömrəsi rəsmi şəkildə qeydə alınmışdır (Çıxarışlar əlavə olunur). İddiaçılar aşağıdakı tələbləri irəli sürmüşlər: Mübahisənin İMTBM və Britaniya-Azərbaycan İİS-in yurisdiksiyasına aid olduğunun bəyan edilməsi; Azərbaycanın Britaniya-Azərbaycan İİS-ini, habelə iddiaçılann investisiyalarına münasibətdə ümumi beynəlxalq hüququ pozduğunun bəyan edilməsi; İddiaçılara məruz qaldıqları bütün zərərlərə görə təzminat, bu icraat əsnasında təyin edilməli və kəmiyyəti müəyyənləşdirilməlidir, lakin digərlərlə yanaşı yəgin ki, aşağıdakıları ehtiva etməlidir; güc tətbiq etməklə "Alaris"-ə məcburən köçürülmüş "Landmark" əmlaklarında payın ədalətli bazar dəyəri; "Landmark" daşınmaz əmlakları üzrə "Alaris"ə ödənilmiş dividendlərin dəyəri; "Landmark İİİ"-ün tikintisinə müdaxilə nəticəsində artmış xərclər və/yaxud əldən çıxmış gəlirlər; "Landmark" daşınmaz əmlakları üçün beynəlxalq kreditorlardan kredit maliyyələşdirməsini təmin etmək qeyri-mümkünlüyü nəticəsində artmış xərclər və/yaxud əldən çıxmış fayda; döviət tərəfındən himayə edilən qeyri-qanuni hərəkətlər nəticəsində "Landmark" daşınmaz əmlaklarının sərbəst satışının qeyrimümkünlüyü səbəbindən onların ədalətli bazar dəyərinin azalması; "Bakı İİ" obyektində İnvestorlann payının ədalətli bazar dəyəri; və Venesiya sarayı mənzillərinin ədalətli bazar dəyəri ilə həmin mənzillər üçün ödənilmiş təzminat arasındakı fərq; İddiaçılann vəkillərinin haqları və xərcləri, iddiaçıların ekspertlərinin haqlan və xərcləri, habelə tribunalın və İMTBM-in haqları və xərcləri daxil olmaqla (digərlərlə yanaşı) bu icraatla bağlı bütün xərclər; Tribunalın qərarından əvəl və sonra ən yüksək qanuni dərəcə ilə hesablanmış mürəkkəb faiz (qərarın cavabdeh tərəfındən tam və yekun icrası tarixinə qədər); və Tribunalın ədalətli və məqsədəuyğun düşünə biləcəyi hər hansı əlavə hüquqi müdafiə vasitəiəri. İddiaçılar arbitraj icraatı əsasında öz iddialarını dəyişdirmək, düzəltmək və əlavə etmək hüquqlannı özlərində saxlamışlar. Mübahisənin arbitraja, eləcə də, beynəlxalq arbitraja aidliyi tərəflərin arbitraj sazişi ilə həll edilmişdir və bunun üçün arbitraj qaydalarına uyğun olaraq yurisdiksiya müəyyən olunmuşdur. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 28-ci maddəsində birbaşa müəyyən olunmuşdur ki, “Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxaiq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalanna uyğun olaraq baxırlar”. “Arbitraj” sözü latın (fransız) mənşəli “arbitrage” sözündən yaranmaqla “mübahisənin üçüncü tərəfin səlahiyyətinə verilməklə həlli” mənasını ifadə edir. Müqavilədə nəzərdə tutulan “arbitraj” ifadəsi mübahisənin məhkəmədən kənar həllini nəzərdə tutmaqla, tərəflərin razılığı ilə mübahisəyə dair məcburi qərar qəbul edən bir və ya daha çox arbitrlə həyata keçirilən proseduru ifadə edir. Yəni həm beynəlxalq, həm də milli təcrübədə “arbitraj” məhkəməyə müraciət etmədən mübahisənin alternativ həlli kimi çıxış edir. Müqavilə bağlanarkən Azərbaycan Respublikasında həm arbitrajlar, həm də arbitraj məhkəməsi adı ilə iqtisadi mübahisələrə baxan dövlət tərəfindən təsis edilmiş arbitraj məhkəməsi (məhkəmələri) mövcud olmuş və fəaliyyət göstərmişdir. O cümlədən, beynəlxalq birliyin tam hüquqlu üzvü kimi Azərbaycan Respublikası beynəlxalq arbitrajların yurisdiksiyasını da qəbul edərək bir sıra beynəlxalq iqtisadi müqavilələr üzrə mübahisələrin arbitraj aidiyyətini təsdiqləmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə və beynəlxalq hüquq qaydalarına görə arbitraj haqqında razılaşma əşas razılaşmaya arbitraj bəndi daxil edilməklə yaxud ayrıca arbitraj sazişi bağlanılmaqla yaxud, işə məhkəmədə baxılarkən işin arbitraj baxışına (münsiflər məhkəməsinə) verilməsi barədə razılaşma əldə edilməklə həyata keçirilir. Beynəlxalq təcrübə əsasında formalaşan “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində də xüsusi olaraq təsbit olunur ki, arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və yaxud ayrıca saziş kimi bağlanıla bilər. Arbitraj sazişi arbitraj prosesinin təməli kimi çıxış etməklə tərəflər arasında mövcud olan istənilən hüquqi əlaqə ilə bağlı yaranmış və ya yarana biləcək mübahisələrin tərəflərin razılığı ilə arbitraja verilməsini özündə ehtiva edir. Maddi xarakterinə görə arbitraj razılaşması tərəflər arasında yaranmış və ya gələcəkdə yarana biləcək mübahisənin arbitraja verilməsi barədə razılığın olmasını ifadə edir, prosessual xarakterinə görə isə arbitraj sazişinin qüvvədə olması belə mübahisənin dövlət məhkəməsi tərəfindən həll edilməsinin mümkünlüyünü istisna edir. Arbitraj sazişi avtonom xarakter daşıyır və yalnız mübahisə yarandığı halda, arbitrajın özü tərəfindən onun səlahiyyətliliyi və ya razılaşmanın etibarsızlığı məsələsinə baxıla bilər. Arbitrajın öz səlahiyyəti barədə qərar qəbul etmək hüququ hamılıqla tanınmış bir prinsipdir və onun pozulmasına yol verilə biiməz. Məhkəməyə müraciət olunduğu halda, məhkəmə prime facio prinsipinə əsasən, arbitraj sazişi barədə məlum olan kimi işin icraatına xitam verməli və tərəfləri arbitraja göndərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyilsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 170-ci maddəsində nəzərdə tutulur ki, hakim Məcəllənin 261,0.1-ci maddəsində göstərilən əsasla, yəni iş məhkəmədə baxılmalı deyilsə, iş üzrə icraata xitam verməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdehn nümayəndəsi, Vəkil məhkəməyə ünvanladığı ərizəyə uyğun izahat verərək, hazırki işə Azərbaycan Respublikasında olan məhkəmələr tərəfindən baxılmaması əsası ilə iş üzrə icraata xitam verilməsini xahiş etmiş, həmçinin izahatında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 32653,75 m2 binanın bazar dəyərinin ********* manat təşkil etdiyini bildirmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 15 avqust 2013-cü il tarixli 7524 saylı ipoteka müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MMC-yə illik 9 % 120 ay müddətinə 73000000 ABŞ dolları məbləğində kredit verilmişdir. İpoteka predmeti Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 m2 ümumi sahədən ibarət 21 mərtəbəli qeyriyaşayış, ofis və qonaq evi binasıdır. İpoteka ilə yüklü edilmiş əmlak ********* manat məbləğində qiymətləndirilir. 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilədən görünür ki, borclu Cavabdeh MMC Banka 73000000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etmiş, tərəflər xoş məram göstərərək borcun etirafı və ödənilməsilə bağlı razılığa gəlmişlər. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər bu müqaviləni bağlamaqla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2iqt(81)-1383/2012 saylı qətnaməsinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2012ci il tarixli 2-1(103)-415/2012 saylı qətnaməsinin və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli 2-1(102)-27/13 saylı qərarının icrasına və icra tərəfindən icraatın aparılmasına ehtiyac olmadığı barədə razılığa gəlmişlər. Həmin müqavilənin 4-cü hissəsinə əsasən borc vəsaitinin ödəmə müddəti xx.xx.2013-cü il tarixindən 120 ay təşkil etmiş və xx.xx.2023-cü il tarixində başa çatır. Həmin müqavilənin 6-cı hissəsinə əsasən faizlər illik 9 % dərəcəsi ilə hesablanmış və bu müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədə qeyd olunan cədvələ uyğun Borclu tərəfindən Banka ödənilməlidir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən Borclu Bankdan bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə pul vəsaitini bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə olan cədvələ uyğun ödəməlidir. Müqavilənin 9.3-cü bəndinə əsasən gecikdirilmiş borca görə borclu əlavə olaraq illik 3% ilə hesablanan cərimə faizi ödəməlidir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən Borclu 1 saylı Əlavədə olan cədvələ uyğun öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Müqavilənin 11.2-ci bəndinə əsasən borclu bu müqavilə ilə müəyyən edilmiş müddətdə borc vəsaitini və ona hesablanan faizləri ödəməlidir. xx.xx.2015-ci il tarixli 7524 saylı müqaviləyə 1 saylı dəyişiklikdən görünür ki, 7524 saylı müqaviləyə aşağıdakı məzmunda yeni bəndlər əlavə edilir: tərəflər təsdiq edir ki, bu müqavilə üzrə 01 dekabr 2015-ci ilə hər hansı əsasla borclunun banka ödəməli olduğu, bankın isə borcludan tələb edə bildiyi əsas məbləğ 50657985 ABŞ dolları və hesablanmış faiz borcu 12440257,40 ABŞ dollarıdır. Həmçinin 7524 saylı müqavilənin 4.2-ci bəndində 120 ay sözləri 184, 4.3-cü bəndində 01 sentyabr 2023-cü ildə sözləri 01 yanvar 2029-cu ildə, 6.1-ci bəndində 9% sözləri 6%, 7.2, 7.3, 9.2, 11.1 bəndlərində 1 saylı Əlavədə sözləri 2 saylı Əlavədə sözləri ilə əvəz edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələrin əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Libra MMC-nin Aqrar Kredit QSC BOKT-a 71023749,20 manat əsas borc, 46505656,37 manat faiz borcu, cəmi 117529405,57 manat borcu var. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Libra MMC-nin Aqrar Kredit QSC BOKT-a 71023749,20 manat əsas borc, 49204557,90 manat faiz borcu, cəmi 120228307,10 manat borcu var. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki İddiaçı QSC BOKT 49600 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli MŞB/14/2023-00486 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı QSC BOKT 400 manat mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 445.7-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pul tələbi hissəsində iddia təmin edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, İddiaçı QSC BOKT-nin xx.xx.2023-cü il tarixdə yaranmış borcun ödənilməsi ilə bağlı pretenziya ilə Cavabdeh MMC-yə müraciət etdiyinə görə faiz borcu qismən xx.xx.2023-cü il tarixə olan müqavilə şərtlərinə uyğun 46505656,37 manat məbləğində, həmin tarixdən xx.xx.2024-cü il tarixədək isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmaqla 2249085,38 (71023749,20 manat x 5% : 360 gün x 228 gün) manat məbləğində təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində tərəflərin razılaşdırıldığı ********* manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, 46505656,37 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 2249085,38 manat faiz borcu, cəmi 119778490,95 manat, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pul tutularaq İddiaçı QSC BOKT-a ödənilməlidir. Tutma ilkin satış qiyməti ********* manat olan ipoteka predmeti Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 m2 ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə yönəldilməli, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilməlidir. Satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləği Cavabdeh MMC-nin pul vəsaitləri və digər əmlaklarının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 15 avqust 2013-cü il tarixli 7524 saylı müqavilə üzrə 71023749,20 manat əsas borc, 46505656,37 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5%-lə hesablanmış 2249085,38 manat faiz borcu, cəmi 119778490,95 manat, həmçinin dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50000 manat məbləğində pul tutularaq İddiaçı QSC BOKT-a ödənilsin. Tutma ilkin satış qiyməti ********* manat olan ipoteka predmeti Cavabdeh MMC-nin mülkiyyətindəki ünvan 1 ünvanında icarədə (istifadədə) olan 0,33793 ha torpaq sahəsində yerləşən 32653,75 m2 ümumi sahədən ibarət 21 mərtəbəli qeyri-yaşayış binasına yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə yönəldilsin, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq təhvil verilsin. Satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləği Cavabdeh MMC-nin pul vəsaitləri və digər əmlaklarının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-145/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-145/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver