Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-145/2025 24.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka, müqavilənin etibarsızlığı, maliyyə arayışı) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanəltərin Sığortalanmaı Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə X5 arasında bağlanmış 23/16 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 12 800 000 manat əsas borcu, 6 141 356,82 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 261688,62 manat müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 574 222,94 manat gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 19 777 268,38 manat məbləğində kredit borcunun və məhkəməyə iddia tələbinin verilməsi üçün ödənilmiş 10678,63 manat dövlət rüsumunun X3 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsinə, tutmanın Cavabdeh1 MMC-yə məxsus Bakı şəh., Səbail ray., X6 küç., ev 7 ünvanında 0.17474 ha torpaq sahəsində yerləşən 9461.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946.8 kv.m hissəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 23/16 saylı kredit müqaviləsinə əsasən 12 800 000 (on iki milyon səkkiz yüz min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 MMC-yə məxsusBakı şəh., Səbail ray., X6 küç., ev 7 ünvanında 0.17474 ha torpaq sahəsində yerləşən 9461.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946.8 kv.m hissəsi xx.xx.2016-cı il tarixli, 23/16 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borc alan Cavabdeh2 kreditdən istifadəyə görə alınmış ssuda üzrə faizləri, eyni zamanda əsas borcun ödənişini tam şəkildə borcverənə ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də cavadeh Cavabdeh2 sözügedən kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-yə ödənilməmiş 12 800 000 (on iki milyon səkkiz yüz min manat) əsas borcu, 6 141 356,82 (altı milyon yüz qırx bir min üç yüz əlli altı manat, 82 qəpik) müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 261 688,62 (iki yüz altmış bir min altı yüz səksən səkkiz manat 62 qəpik) müqavilə üzrə borcun gecikdirilməyinə görə hesablanan və tələb olunan cərimə, 574 222,94 (beş yüz yetmiş dörd min iki yüz iyirmi iki manat 94 qəpik) gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc olmaqla, ümumilikdə 19 777 268,38 (on doqquz milyon yeddi yüz yetmiş yeddi min iki yüz altmış səkkiz manat 38 qəpik) manat məbləğində borcu vardır. Tərəflər arasında imzalanmış və notarial qaydada təsdiq olunmuş ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ASC (Borc verən) ilə X5 (Borc alan) arasında xx.xx.2016-cı il tarixli 23/16 saylı kredit müqaviləsi bağlanmışdır.
8. Həmin müqavilənin:
9. 2.1-ci bəndinə əsasən Bu müqavilənin predmeti milli valyuta ilə ifadə edilən pul vahidirir.
10. 2.2.-ci bəndinə əsasən Borcverən Türkiyədə fəaliyyət göstərən şirkətin hquqi şəxsəməxsus pay hissəsinin alınması məqsədilə Borcalana 12800000 AZN məbləğində kredit xəttinin açılmasını öhdəsinə götürür.
11. 2.3-cü bəndinə əsasən Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür.
12. 3.8-ci bəndinə əsasən Borc alan üzərinə düşən öhdəlikləri icra etməkdə bu Müqavilənin 10-cu bəndində nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini vəd edir.
13. 5.1-ci bəndinə əsasən kredit vəsaitinin hərəkəti Borc verən tərəfdən Borc alan üçün açılan kredit hesabı ilə təmin edilir.
14. 5.4-cü maddəsinə əsasən Borc alana verilən kredit vəsaitindən istifadə müddəti bu müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuş tarixdə bitir.
15. 5.5-ci bəndinə əsasən Kredit vəsaitindən istifadə müddəti 02 iyul 2022-ci il tarixdə bitir. Bu müddətin uzadılması barədə Tərəflər razılığa gəldikdə, belə razılıq bu Müqavilənin 21-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
16. 6.1-ci bəndinə əsasən Kredit xətti üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 8%-lə hesablanır.
17. 6.2.-ci bəndinə əsasən Kredit xətti üzrə faizlər hər rübün axırıncı ayının 02 (bu müqavilənin 5.3-cü bəndinə nəzərdə tutulan tarixdən hesablanır) Borc alan tərəfindən Borc verənə ödənilir.
18. 7.1-ci bəndinə əsasən Bu müqavilənin 5.5-ci bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir.
19. 10.3-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin hər gecikdirilən günü üçün ümumi məbləğin 0.02% miqdarında borc verənə dəbbə pulu ödəməlidir.
20. 04.07.2016-cı il tarixli xəzinə məxaric orderinə və hesabdan çıxarışa əsasən iddiaçı tərəfindən Cavabdeh2 hesabına 12.800.000 manat məbləğində pul köçürülmüşdür.
21. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin elektron çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında yerləşən 9461,30 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları Cavabdeh1 MMC-nin adına hüquqi qeydiyyata alınmışdır.
22. İddiaçı bank ilə Cavabdeh1 MMC arasında Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946,8 kv.m. (1-ci zirzəmi, kürsü və 1-ci mərtəbələri) hissəsinə dair xx.xx.2016-cı il tarixli, 23/16 saylı ipoteka müqaviləsi bağlanmış, lakin müqavilə notarial qaydada təsdiqlənməmişdir.
23. Cavabdeh1 MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 19 saylı məktubunda MMC-nin cavabdeh X4 İddiaçı ASC-dən götürdüyü kredit ilə əlaqədar notariusda imzaladığı hər hansı ipoteka müqaviləsi olmamışdır.
24. 01.06.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2016-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi 8% olmaqla 12.800.000 manat kredit verilmiş, müqavilə müddəti üçün hesablanmış və tələb olunan xx.xx.2023-cü il tarixinə faiz məbləği 6141356,82 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 261688,62 manat, illik beş faiz olmaqla 574222,94 manat olmaqla ümumi borc məbləği 19.777.268,38 manat müəyyən edilmişdir.
25. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC ilə borc alan Cavabdeh2 arasında bağlanmış 23/16 saylı, xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla ayrı-ayrılıqda müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə, maliyyə arayışında göstərilən xx.xx.2023-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği və İddiaçı ASC ilə borc alan Cavabdeh2 arasında bağlanmış 23/16 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixdən maliyyə arayışında göstərilən xx.xx.2023-cü il tarixinə kimi illik 5 % ilə hesablanan faiz borcu nə qədər nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2024-cü il tarixli, 9/4791 saylı ekspert rəyinə əsasən X4 xx.xx.2016-cı il tarixli, 23/16 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə banka olan əsas borc üzrə-12800000 manat və faiz borcu üzrə ******* manat, xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 12800000 manat, faiz borcu ******* manat və illik 5% hesablanmaqla borcu 574.222,22 manat müəyyən edilmişdir.
27. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-145/2025 saylı qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, ev 7 ünvanında 0.17474 ha torpaq sahəsində yerləşən 9461.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1157,9 kv.m (3-cü zirzəmi və 6-cı mərtəbə restoran) hissəsinin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə dair ƏMDK yanında DƏDRX-in xx.xx.2016-cı il tarixli çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.
28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 5764/2025 saylı məktubunda İddiaçı ASC-nin xx.xx.2016-cı il tarixli 110 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 MMC-nə mülkiyyət hüquqi ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0.17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1157,9 kv.m. (3-cü zirzəmi və 6-cı mərtəbə restoran) hissəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən 05 oktyabr 2012-ci il tarixdə Seriya RX ******* saylı reyestr nömrəsi **********25- 06301, qeydiyyat nömrəsi **********) girova salınmasının xahiş edildiyi qeyd olunmuşdur. Eyni zamanda adıkeçən məktuba əlavə edilmiş xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsində borc alan kimi "xxxx" MMC-nin adı qeyd olunmuşdur.
29. Məhkəmə tərəfin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
35. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
36. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
37. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.2016-cı il tarixdə bağlanmış 23/16 saylı kredit müqaviləsi üzrə tələb etdiyi əsas borcu məbləği ekspert rəyində göstərilən məbləğlə eynilik təşkil edir, lakin əsas borca hesablanan faiz borcu ilə ekspert rəyində göstərilən məbləğlə iddia tələbində göstərilən məbəğ fərqlilik təşkil edir. Belə ki, əsas borca hesablanan faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğdən yuxarı həddə müəyyən edilmişdir. Beləliklə, xx.xx.2016-cı il tarixdə bağlanmış 23/16 saylı saylı kredit müqaviləsi əsas borc məbləği ekspert rəyində müəyyən edilən məbləğdə, əsas borca hesablanan faiz borcu məbləği isə ekspert rəyində müəyyən edilən məbləğdə deyil tərəflərin hər ikisinin mövqeyini nəzərə almaqla iddia tələbinə uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir.
38. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixdə bağlanmış 23/16 saylı kredit müqaviləsinə əsasən hesablanmış 261.688,62 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
40. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
41. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
42. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2016-cı il tarixdə bağlanmış 23/16 saylı kredit müqaviləsi üzrə 261688,62 manat məbləğində müəyyən edilməlidir.
43. Bundan başqa iddiaçı xx.xx.2016-cı il tarixdə bağlanmış 23/16 saylı kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 574 222,94 manat əldən çıxmış fayda borcu tələb etmişdir.
44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
45. İşin hallarından görünür ki, iddia ərizəsində tələb olunan müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanan faiz borcu 574 222,94 manat göstərilsə də, ekspert rəyində əsas həmin faiz borcu 574 222,22 manat müəyyən olunmuşdur. Məhkəmə həmin borcun ekspert rəyindən daha aşağı məbləğdə götürüldüyündən, buna görə də hazırkı əldən çıxmış fayda borcunu da ekspert rəyinə uyğun götürülməsini qanuni və əsaslı hesab edir.
46. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə cavabdеh X3 23/16 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 12 800 000 manat əsas borc, 6.141.356,82 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 261 688,62 manat dəbbə pulu, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 574.222,22 manat faiz borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, borc məbləğləri cavabdeh X3 tutularaq iddiaçıya ödənilməlidir.
47. Bundan əlavə borc məbləği üzrə tutmanın Cavabdeh1 MMC-yə məxsus Bakı şəh., Səbail ray., X6 küç., ev 7 ünvanında 0.17474 ha torpaq sahəsində yerləşən 9461.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946.8 kv.m hissəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsini iddiaçı məhkəmədə mübahisələndirmiş və buna dair Cavabdeh1 MMC ilə aralarında bağlanmış ipoteka müqaviləsini sübut qismində iş materiallarına əlavə etmişdir.
48. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qanunsuz və əsassız olduğundan təmin edilə bilməz.
49. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
50. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
51. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
52. Həmin Qanunun 11.2-ci maddısinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
54. 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
55. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır.
56. 307.7-ci maddəsinə əsasən İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
57. 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;
58. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır;
59. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.
61. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ipoteka müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Bundan əlavə həmin müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmamışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ********** saylı Çıxarışdan görsənsə də ki, Bakı şəh., Səbail ray., X6 küç., ev 7 ünvanında 0.17474 ha torpaq sahəsində yerləşən 9461.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1157,9 kv.m hissəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir, lakin məhkəmənin sorğusu nəticəsində müəyyən edildi ki, həmin yüklülük hazırki iş üzrə borcalan X4 götürdüyü kreditə görə deyil, "xxxx" MMC-nin İddiaçı ASC-dən götürdüyü kreditə görə həyata keçirilmişdir.
62. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi ipoteka müqaviləsi etibarsız olduğundan və həmin müqavilə üzrə ipoteka hüququ yaranmadığından tələb həmin hissədə (tutmanın Cavabdeh1 MMC-yə məxsus Bakı şəh., Səbail ray., X6 küç., ev 7 ünvanında 0.17474 ha torpaq sahəsində yerləşən 9461.3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 3946.8 kv.m hissəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi) təmin edilə bilməz.
63. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 10678,63 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu ödənişi edilmişdir.
64. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
65. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10278,63 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
V. Nəticə:
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеh X3 23/16 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 12 800 000 (on iki milyon səkkiz yüz min manat) əsas borc, 6.141.356,82 (altı milyon yüz qırx bir min üç yüz əlli altı manat, 82 qəpik) müqavilə müddəti üçün hesablanmış faiz borcu, 261 688,62 (iki yüz altmış bir min altı yüz səksən səkkiz manat 62 qəpik) manat dəbbə pulu, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablana 574.222,22 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 10278,63 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdeh X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova