Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1452/2020 21.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə ödənilmiş pulun geri qaytarılması tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, ünvanında yerləşən və ona məxsus olan istixanalara **********50010001 saylı abonent kodu ilə verilən təbii qaz üçün əsassız olaraq yazılmış 6112 manat (altı min yüz on iki manat) borcun, həmçinin **********0000001 saylı abonent kodu ilə verilən təbii qaz üçün əsassız olaraq yazılmış 4524 manat (dörd min beş yüz iyirmi dörd manat) borcun silinməsi və həmin borclar üzrə ödənilmiş məbləğlərin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinə əlavə barədə ərizəsini təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, ünvanında yerləşən və ona məxsus olan istixanalara **********50010001 saylı abonent kodu ilə verilən təbii qaz üçün əsassız olaraq yazılmış 6112 manat (altı min yüz on iki manat), həmçinin **********0000001 saylı abonent kodu ilə verilən təbii qaz üçün əsassız olaraq yazılmış 4524 manat (dörd min beş yüz iyirmi dörd manat) borclar üzrə ödənilmiş məbləğlərin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, ünvanında yerləşən və iddiaçıya məxsus olan istixanalarda quraşdırılan **********50010001 abonent kodlu GPG17113990 smart sayğac üzrə 6112 manat, həmçinin eyni ərazidə quraşdırılmış **********0000001 abonent kodlu GPG12410170 smart sayğac üzrə 4524 manat borc hesablanmışdır. Qeyd olunan bu borclar əsassız olaraq hesablanmışdır. Belə ki, hər iki sayğac üzrə əvvəlcə böyük sayğacda qeydə alınan sərfiyyat təkrarən yenidən abonent kodları göstərilən sayğaclarda da (kiçik sayğaclarda) qeydə alınmışdır ki, bu da əsassız borcun yaranmasına səbəb olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: "Cavabdeh" İB ilə istehlakçı İddiaçı arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, AMX-4338/19 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın qeydə alınması məqsədi ilə G-250 və G-4 sayğaclarla təmin edilmişdir. "Cavabdeh" İB ilə istehlakçı İddiaçı arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli, AMX-4337/19 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın qeydə alınması məqsədi ilə G-654 və G-4 sayğaclarla təmin edilmişdir. İddiaçı G-250 RVG EK-220 nömrəli sayğacı üzrə xx.xx.2020-ci il tarixli abonent saldosuna əsasən **********00200 nömrəli abonentin təbii qazdan istifadəyə görə xx.xx.2020-ci il tarixinə ödənilməmiş borcu 34312.4 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı məxsus **********0010001 nömrəli abonent kodu üzrə 2013-cü ilin noyabrından 2020-ci ilin yanvarına qədər edilmiş ödənişlərin ümumi məbləği 6112 manat təşkil edir. İddiaçı G-650 TRZ EK-220 nömrəli sayğacı üzrə xx.xx.2020-ci il tarixli abonent saldosuna əsasən **********0001 nömrəli abonentin təbii qazdan istifadəyə görə xx.xx.2020-ci il tarixinə ödənilməmiş borcu 100125 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı məxsus **********000001 nömrəli abonent kodu üzrə 2012-ci ilin dekabrından 2019cu ilin aprelinədək edilmiş ödənişlərin ümumi məbləği 4524 manat təşkil edir. İddiaçı xx xxxx 2020-ci il tarixdə pretenziya məktubu ilə "Cavabdeh" İB müraciət edərək, istehlak olunmuş təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi və həmin borclar üzrə ödənilmiş məbləğlərin geri qaytarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "Cavabdeh" İB ilə istehlakçı İddiaçı arasında təbii qazın verilməsinə dair xx.xx.2019-cu il tarixli, AMX-4337/19 saylı və AMX-4338/19 saylı müqavilələr bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə abonentə məxsus obyektdə 4 saygac (iki ümumi, 2 smart sayğac quraşdırılmışdır) Qeyd olunan ümumi sayğaclar üzrə hazırkı vaxta iddiaçının ümumi borcu təqdim edilmiş saldolara əsasən xx.xx.2020-ci il tarixinə ümumilikdə 134437.4 manat təşkil edir. İddiaçı iddia tələbində qeyd olunan abonent kodları üzrə smart kart vasitəsi ilə etdiyi ödənişlərin ona geri qaytaılmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, hazırda iddiaçı tərəfindən geri qaytarılması tələb edilən məbləğ onun tərəfindən istifadə edəcəyi təbii qazın dəyəri olaraq ödənilmişdir. Belə olan halda iş üzrə iddiaçı hazırkı vəziyyətdə istehlakçı olaraq istifadə etmək istədiyi təbii qazın dəyərini əvvəlcədən ödəmiş olduğundan və həmin qazı artıq istifadə etdiyindən onun geri qaytarılmasını tələb edə bilməz. Bundan başqa, yuxarıda qeyd olunan maddi hüquq norması tələbləri üzrə tarif şurası tərəfindən müəyyən edilmiş təbii qazın dəyəri mexaniki sayğacdan istifadə edən istehlakçılar üçün həmin qazın dəyərinin istifadə etdikdən sonra ödənilməsini nəzərdə tutmuşdur ki, hazırda iddiaçıya aid obyektə quraşdırılmış mexaniki qaz sayğacı üzrə qeydə alınmış borcunu bildiriş təqdim edildiyi gündən 1 ay müddətində ödnilməsini nəzərdə tutur. Lakin iddiaçı tərəfindən təbii qazın alınması üçün ödənilmiş məbləğ tamamilə onun istəyinə uyğun müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları, qanunvericilik normalarının tələblərini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Xəzər rayonu, ünvanında yerləşən və mənə məxsus olan istixanalara **********50010001 saylı abonent kodu ilə verilən təbii qaz üçün əsassız olaraq yazılmış 6.112 manat (altı min yüz on iki manat) borcun, həmçinin **********0000001 saylı abonent kodu ilə verilən təbii qaz üçün əsassız olaraq yazılmış 4.524 manat (dörd min beş yüz iyirmi dörd manat) borcun silinməsi və həmin borclar üzrə ödənilmiş məbləğlərin geri qaytarılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1452/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1452/2020
21.08.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver