Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1454/2024 27.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit, zaminlik müqaviləsi, mediasiya xərci) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia və iddianın dəyişdidirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada: DC00382437-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 10.218,92 manat əsas borc, 78,36 manat hesablanmış faiz borcu, 1.475,46 manat cərimə borcu olmaqla, cəmi 11.772,74 manat məbləğində borcun; - DC00382437-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,815.79 manat əsas borc, 2.099,08 manat hesablanmış faiz borcu, 1.062,19 manat cərimə borcu olmaqla, cəmi 17.977,06 manat məbləğində borcun; - DC00382437-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11.443,86 manat əsas borc, 756.53 manat hesablanmış faiz borcu, 199,61 manat cərimə borcu olmaqla, cəmi 12.400 manat məbləğində borcun; - DC00382437-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14.381,21 manat əsas borc, 46.45 manat hesablanmış faiz borcu, 3.70 manat cərimə borcu olmaqla, cəmi 14.431,36 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3nun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-05581LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda X3 çərçivəsində tərəflər arasında: - DC00382437-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 60,000 (altmış min) manat məbləğində avadanlıqların alınması məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DC00382437-01 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DG**********18 saylı zaminlik müqaviləsi bağlanmışdır. -xx.xx.2022-ci il tarixli DC00382437-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 31,188 (otuz bir min bir yüz səksən səkkiz) manat məbləğində avadanlıqların alınması məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DC00382437-03 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********768 saylı zaminlik müqaviləsi bağlanmışdır. -xx.xx.2022-ci il tarixli DC00382437-04 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 40,450 (qırx min dörd yüz əlli) manat məbləğində avadanlıqların alınması məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DC00382437-04 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********812 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bankla Borcalan arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3nun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-00382437LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Həmin X3 çərçivəsində Bankla Borcalan arasında: xx.xx.2023-cü il tarixli DC00382437-08 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 22,910 (iyirmi iki min doqquz yüz on) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə birdəfəlik kredit verilmişdir. Bank ilə Borcalan arasında bağlanmış DC00382437-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli DG**********619 saylı zaminlik müqaviləsi bağlanmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3nun xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC- 05581LE/2019 saylı Razılaşma imzalanmışdır.
11. Sonradan tərəflər arasında X3 çərçivəsində DC00382437-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 60,000 (altmış min) manat məbləğində avadanlıqların alınması məqsədilə birdəfəlik kredit verilmişdir.
12. Bank ilə Borcalan arasında bağlanmış DC00382437-01 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DG**********18 saylı zaminlik müqaviləsi bağlanmışdır.
13. Daha sonra, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli DC00382437-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 31,188 (otuz bir min bir yüz səksən səkkiz) manat məbləğində avadanlıqların alınması məqsədilə birdəfəlik kredit verilmişdir.
14. Bank ilə Borcalan arasında bağlanmış DC00382437-03 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********768 saylı zaminlik müqaviləsi bağlanmışdır.
15. Sonradan, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli DC00382437-04 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 40,450 (qırx min dörd yüz əlli) manat məbləğində avadanlıqların alınması məqsədilə birdəfəlik kredit verilmişdir.
16. Bank ilə Borcalan arasında bağlanmış DC00382437-04 saylı saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DG**********812 saylı zaminlik müqaviləsi bağlanmışdır.
17. Daha sonra, Bankla Borcalan arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3nun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-00382437LE/2019 saylı Razılaşma imzalanmışdır.
18. Həmin X3 çərçivəsində Bankla Borcalan arasında: -xx.xx.2023-cü il tarixli DC00382437-08 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 22,910 (iyirmi iki min doqquz yüz on) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə birdəfəlik kredit verilmişdir.
19. Bank ilə Borcalan arasında bağlanmış DC00382437-08 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli DG**********619 saylı zaminlik müqaviləsi bağlanmışdır.
20. Kredit və zaminlik müqavilələri tərəflərin imzaları ilə təsdiq olunmuşdur.
21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
24. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
25. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
26. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
27. Belə ki, bankla Cavabdeh2 MMC arasında müqavilə bağlanmış, Bank tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş məbləğində pul Cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
28. İş materiallarına iddia tələbinin həcmi dəqiqləşdirildikdən sonra əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin İddiaçı ASC-yə DC00382437-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 10.218,92 manat əsas borc, 78,36 manat hesablanmış faiz borcu, 1.475,46 manat cərimə borcu olmaqla, cəmi 11.772,74 manat, DC00382437-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14,815.79 manat əsas borc, 2.099,08 manat hesablanmış faiz borcu, 1.062,19 manat cərimə borcu olmaqla, cəmi 17.977,06 manat, DC00382437-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 11.443,86 manat əsas borc, 756.53 manat hesablanmış faiz borcu, 199,61 manat cərimə borcu olmaqla, cəmi 12.400 manat, DC00382437-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14.381,21 manat əsas borc, 46.45 manat hesablanmış faiz borcu, 3.70 manat cərimə borcu olmaqla, cəmi 14.431,36 manat borcu vardır.
29. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara kompleks halda qiymət verərək hesab edir ki, iddia DC00382437-01 saylı, DC00382437-03 saylı, DC00382437-04 saylı, DC00382437-08 saylı müqavilələr üzrə əsas və faiz borcun tələb edilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir.
30. Məhkəmə hesab edir ki, iddia DC00382437-01 saylı və xx.xx.2022-ci il tarixli DC00382437-03 saylı müqavilələr üzrə dəbbə pulunun tələb edilməsi hissəsində qismən, xx.xx.2022-ci il tarixli DC00382437-04 saylı və xx.xx.2023-cü il tarixli DC00382437-08 saylı müqavilələr üzrə dəbbə pulunun tələb edilməsi hissəsində tam əsaslıdır.
31. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
32. Hazırki işin hallarından görünür ki, cavabdehin DC00382437-01 saylı müqavilə üzrə əsas borcuna münasibətdə 500 manat, xx.xx.2022-ci il tarixli DC00382437-03 saylı müqavilə üzrə əsas borcuna münasibətdə 800 manat məbləğində dəbbə pulu daha ağlabatan, xx.xx.2022-ci il tarixli DC00382437-04 saylı müqavilə üzrə 199,61 manat, xx.xx.2023-cü il tarixli DC00382437-08 saylı müqavilə üzrə 3,70 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
33. Məhkəmə həmçinin hesab edir ki, iş materaillarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Bakı 9 saylı Mediasiya təşkilatına ödənmişdir.
34. Ona görə də, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
35. Beləliklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. DC00382437-01 saylı müqaviləyə əsasən əsas borc üzrə 10.218 (on min iki yüz on səkkiz) manat, 92 (doxsan iki) qəpik, faiz borcu üzrə 78 (yetmiş səkkiz) manat, 36 (otuz altı) qəpik, cərimə borcu üzrə 500 (beş yüz) manat olmaqla, cəmi 10.797 (on min yeddi yüz doxsan yeddi) manat, 28 (iyirmi səkkiz) qəpik məbləğində pul Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. DC00382437-03 saylı müqaviləyə əsasən əsas borc üzrə 14.815 (on dörd min səkkiz yüz on beş) manat, 79 (yetmiş doqquz) qəpik, faiz borcu üzrə 2.099 (iki min doxsan doqquz) manat, 08 (sıfır səkkiz) qəpik, cərimə borcu üzrə 800 (səkkiz yüz) manat olmaqla, cəmi 17.714 (on yeddi min yeddiz yüz on dörd) manat, 87 (səksən yeddi) qəpik məbləğində pul Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. DC00382437-04 saylı müqaviləyə əsasən əsas borc üzrə 11.443 (on bir min dörd yüz qırx üç) manat, 86 (səksən altı) qəpik, faiz borcu üzrə 756 (yeddi yüz əlli altı) manat, 53 (əlli üç) qəpik, cərimə borcu üzrə 199 (yüz doxsam doqquz) manat, 61 (altmış bir) qəpik olmaqla, cəmi 12.400 (on iki min dörd yüz) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. DC00382437-08 saylı müqaviləyə əsasən əsas borc üzrə 14.381 (on dörd min üç yüz səksən bir) manat, 21 (iyirmi bir) qəpik, faiz borcu üzrə 46 (qırx altı) manat, 45 (qırx beş) qəpik, cərimə borcu üzrə 3 (üç) manat, 70 (yetmiş) qəpik olmaqla, cəmi 14.431 (on dörd min dörd yüz otuz bir) manat, 36 (otuz altı) qəpik məbləğində pul Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov