Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-146/2023 24.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: baş kredit razılaşması, əlavə razılaşma, əlavə ekspertiza, zaminliyə xitam, cərimə, qanuni faiz, mediasiya xərci, ekspertiza xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Qanuni Nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Qanuni nümayəndə və Cavabdeh2nə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə razılaşma üzrə 720 605,45 ABŞ dolları əsas borc, 97 372,14 ABŞ dolları faiz borcu, illik 5 faizlə hesablanmış 124 900,81 ABŞ dolları, 192 210 ABŞ dolları cərimə olmaqla ümumilikdə 1 135 088,40 ABŞ dolları məbləğində pulun və 400 manat mediasiya xərcinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1361,42 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 02 fevral 2018-ci il tarixli rb/km 1163 saylı kredit müqaviləsinə əsasən illik 5 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 961 050 ABŞ dolları məbləğində sonuncuya kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 02 fevral 2018-ci il tarixdə iddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 02 fevral 2018-ci il tarixli rb/km 1163 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Daha sonra tərəflər arasında bağlanılmış 02 fevral 2018-ci il tarixli rb/km 1163 saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə razılaşmaya əsasən müqavilənin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. 2.2. Adıçəkilən kredit müqaviləsinin və ona xx.xx.2019-cu il tarixli əlavə razılaşmanın şərtlərinə görə borcalan "xxxx" MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 2-dən gec olmayaraq rüblük ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlıvaxtında və lazımi qaydada icra etməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını xahiş etdilər.
5. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X4 08 iyun 2023-cü il tarixli ekspert rəyi ilə tanış olduqlarını və nəticə ilə razılaşdıqlarını qeyd etdi. Eyni zamanda xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə razılaşma üzrə kreditin qaytarılma müddəti bitdikdən sonra cavabdeh tərəfindən ödənilmiş 3734,64 ABŞ dollarının müqavilə üzrə faiz borcuna yoxsa müqavilə müddəti bitdikdən sonrakı dövr üçün illik 5 faizlə hesablanan məbləğə silinməsi ilə bağlı isə göstərildi ki, bu barədə dəqiq məlumat vermək mümkün deyil. Belə ki, silinmənin hansı faiz məbləği üzrə aparılması sistem tərəfindən göstərilmir. Lakin, güman ki, 3734,64 ABŞ dolları müqavilə müddətindən sonra hesablanan (illik 5 faizlə) məbləğdən silinmişdir.
6. Məhkəmənin sualına cavab olaraq baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 ekspert rəyi ilə razı olduqlarını, mübahisələndirmədiklərini bildirdi. Həmçinin suallara cavab olaraq bildirdi ki, müqavilə müddəti bitdikdən sonra edilən ödənişlər əsas borca illik 5% ilə hesablanan məbləğə silinir. Cərimə hesabından çıxarış da təqdim olunmuşdur. Zamin əsas borclunun direktoru olduğu üçün zaminlik müqaviləsinə əlavə bağlanmamış, kredit müqaviləsinə imzalanmış əlavəni zamin tərəfindən də imzalanmış kimi qəbul etmişlər.
7. Məhkəmə iclaslarında iştirak edən cavabdeh Qanuni Nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi yazılı ərizəyə uyğun izahat verdi və Mülki Məcəllənin 477.0.4-cü maddəsinə uyğun olaraq zaminliyə xitam verildiyini qeyd edərək cavabdeh Qanuni nümayəndə münasibətdə iddianın rədd olunmasını xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bütün məhkəmə sənədlərini, eləcədə ekspert rəyini Qanuni nümayəndə təqdim etdiyini bildirdi.
8. Cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanına məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə telefonoqramlar ötürülmüşdür. Lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC (Bank qismində) ilə cavabdeh "xxxx" MMC (Müştəri, Borclu qismində) arasında bağlanmış 02 fevral 2018-ci il tarixli rb/km 1163 saylı kredit müqaviləsinə əsasən, Müştəriyə kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 961 050 (doqquz yüz altmış bir min əlli) ABŞ dollarından çox olmamalıdır. Bu kredit Müştəri tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər (2.1). Kredit digər valyutaya çevrilib verildikdə Bankın öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Bank özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Borclu tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Bankın müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyəri azalarsa, xarici valyutada olan Banka ödənilməmiş kreditin və ona hesablanmış faizlərin, dəbbə pulları və digər xərclərin məbləğləri Bankın ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödənilməlidir (2.2). Kredit 12 (on iki ) ay müddətinə verilir (əsas məbləğ müddətin sonu, faiz üç aydan bir ödənilməklə) (2.3). Kreditə görə illik 5 % (beş ) faiz haqqı hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi 5 % təşkil edir (2.4). Müştəri hesablanmış kredit faizlərini hər ayın 01-dən (hər rübün sonuncu ayının 20-dən) gec olmayaraq və kredit müddətinin son gününədək ödəməyi öhdəsinə götürür. Əsas borc kredit müddətinin son gününədək ödənilməlidir. Bu maddənin şərtləri xüsusi olaraq bağlanmış müqavilə ilə dəyişdirilə bilər. Müqavilənin müddəti bitdikdən sonra, Müştəri kredit borcunu vaxtında ödəmədikdə, ödənilməyən kredit üçün faizlər bu Müqavilənin 2.4-cü bəndində göstərilən faiz dərəcəsinin 2 (iki) qatı həcmində kredit borcu tam ödənilən günədək hesablanır və Müştəri tərəfindən tam ödənilməlidir (2.10).
13. Məhkəməyə təqdim edilən baş kredit müqaviləsinin müddətinin uzadılması haqqında xx.xx.2019-cu il tarixli əlavə razılaşmaya görə, 02 fevral 2018-ci il tarixli rb/km 1163 saylı kredit müqaviləsinin müddəti əsas və faiz məbləği müddətin sonu ödənilməklə xx.xx.2020-ci il tarixinə qədər uzadılmışdır (1). Müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır (2). Əlavə razılaşma 02 fevral 2018-ci il tarixli rb/km 1163 saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəni sayılır və xx.xx.2019-cu il tarixdən qüvvəyə minir (3).
14. İş materiallarında olan 02 fevral 2018-ci il tarixli rb/km 1163 saylı kredit müqaviləsinə əlavə 1-dən (əsas məbləğin və faizlərin ödənilməsi) görünür ki, xx.xx.2018ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixlərində 12013,13 ABŞ dolları, xx.xx.2019-cu il tarixində isə 973 063,13 (961 050 ABŞ dolları əsas məbləğ, 12013,13 ABŞ dolları faiz məbləği) ABŞ dolları olmaqla ümumilikdə 48052,52 ABŞ dolları faiz məbləğinin, 961 050 ABŞ dolları əsas məbləğin qaytarılması şərtləndirilmişdir.
15. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Bank qismində), cavabdeh "xxxx" MMC (Borcalan qismində) və cavabdeh Qanuni nümayəndə (Zamin qismində) arasında bağlanmış xx.xx.2018-ci il tarixli rb/km 1163 saylı zaminlik müqaviləsinin 1-ci hissəsinə əsasən, Zamin Qanuni nümayəndə "xxxx" MMC ilə Kreditor arasında bağlanmış rb/km 1163 saylı, xx.xx.2018-ci il tarixli Baş Kredit Müqaviləsinə əsasən kredit almış Borcalanın Kreditor (Bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (1.1); Zamin müqavilənin 1.1-ci bəndində qeyd edilmiş Kredit Müqaviləsinin aşağıda göstərilmiş şərtlər daxil olmaqla bütün şərtləri ilə tanış olmuş və Borcalanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır: kreditin məbləği (kredit xəttinin limiti) 961 050 USD (1.2.1); kreditin qaytarılması müddəti 12 ay (1.2.2); kreditin faiz dərəcəsi 5 % (1.2.3); kreditin ödənilməsi (qaytarılma) qaydası: müddətin sonunda (1.2.4); cərimə və dəbbə pullarının məbləği və hesablanması qaydası: a) müqavilənin müddəti ərzində qrafik üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş əsas məbləğin 0.5% qədər gündəlik cərimə (dəbbə) hesablanır; b) məbləği 3000 manat/ABŞ dolları/avro və ya aşağı olan kreditlər üzrə: Borcalan qrafik üzrə ödənişi gecikdirərsə, 1-ci gecikmə günündən başlayaraq – Bank Borcalandan müqavilə üzrə gecikdirilmiş məbləğin 1,0 (bir) faizi həcmində, lakin kredit məbləğinin 20%-indən artıq olmamaqla dəbbə pulu (cərimə) ödənilməsini tələb edə bilər; c) məbləği 3000 manat/ABŞ dolları/avro və yuxarı olan kreditlər üzrə: Borcalan qrafik üzrə ödənişi gecikdirərsə, 1-ci gecikmə günündən 11-ci gecikmə gününədək – Bank Borcalandan müqavilə üzrə gecikdirilmiş məbləğin 0,1 (sıfır tam onda bir) faizi həcmində 11-ci gecikmə günündən başlayaraq annuitet ödənişi üzrə gecikdirilmiş məbləğin 1.0 faizi həcmində, lakin kredit məbləğinin 20 (iyirmi) faizindən çox olmamaqla dəbbə pulu (cərimə) ödənilməsini tələb edə bilər. Kreditin məqsədi: ödənişlərin aparılması (1.2.6).
16. İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə razılaşma üzrə xx.xx.2023-cü il tarixə "xxxx" MMC-nin əsas borcu 720 605,45 ABŞ dolları, müqavilənin bitmə tarixinə faiz borcu 97372,14 ABŞ dollarıdır.
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5333/2022 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 17 fevral 2023-cü il tarixli 9/8232 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə razılaşma üzrə müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2020-ci il) "xxxx" MMC-nin iddiaçıya olan əsas borcu 960 380,03 ABŞ dolları, faiz borcu isə 96 038,28 ABŞ dolları təşkil edir. Həmçinin görünür ki, borc məbləğinin hesablanma tarixi müqavilə müddətinin bitmə tarixinə göstərildiyindən həmin tarixdən sonra edilmiş 243 509,22 ABŞ dolları ödəniş hesablama zamanı nəzərə alınmamışdır.
18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-146/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 08 iyun 2023-cü il tarixli 9/2275 nömrəli əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə razılaşma üzrə müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2020-ci il) "xxxx" MMC-nin iddiaçıya olan əsas borcunun 960 380,03 ABŞ dolları, faiz borcunun isə 96 038,28 ABŞ dolları olduğu, həmin tarixdən sonra 243 509,22 ABŞ dolları ödəniş edildiyi, ödənişdən 239 774,58 ABŞ dollarının əsas borca, 3734,64 ABŞ dollarının faiz borcuna silindiyi nəzərə alınmaqla maliyyə arayışının verildiyi tarixə (xx.xx.2023-cü il) "xxxx" MMC-nin iddiaçıya olan əsas borcu 720 605,45 ABŞ dolları, faiz borcu isə 219 355 ABŞ dolları təşkil edir. Həmçinin görünür ki, kreditdən istifadəyə görə müqavilə müddəti üçün hesablanan faiz borcu və müqavilə müddətindən sonra əsas borca illik 5% ilə hesablanan məbləğ faiz borcunun tərkibində birlikdə göstərilmişdir.
19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 961 050 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə cavabdeh "xxxx" MMC-yə verməyi, cavabdeh isə aldığı pul vəsaitini əsas borcu müddətin sonunda, faiz borcunu isə hissəhissə olmaqla xx.xx.2019-cu il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra baş kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə razılaşma bağlanmış, müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Həmçinin sözügedən baş kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdeh Qanuni nümayəndə ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" MMC kredit məbləğini təşkil edən 961 050 ABŞ dolları məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
20. İddiaçı adıçəkilən baş kredit müqaviləsi üzrə 720 605,45 ABŞ dolları əsas, 97 372,14 ABŞ dolları faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
21. Cavabdeh Qanuni nümayəndə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə uyğun olaraq zaminliyə xitam verildiyini əsas gətirərək iddianın ona münasibətdə rədd olunmasını xahiş edir.
22. Cavabdeh "xxxx" MMC hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
23. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
26. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi digər cavabdehdir və işdə olan bütün sənədlər, o cümlədən ekspert rəyləri ilə nümayəndəsi və vəkili vasitəsilə tanış olmaq imkanına malik olmuşdur.
27. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir.
28. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
30. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
32. X5 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
33. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
34. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, əlavə ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
35. 08 iyun 2023-cü il tarixli 9/2275 nömrəli ekspert rəyinə əsasən müqavilənin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə əsas borc 960 380,03 ABŞ dolları olmuş, həmin tarixdən sonra edilmiş 60 848,02 ABŞ dolları və 178 926,56 ABŞ dolları əsas borca silinmiş və ödənilməmiş əsas borc məbləği 720 605,45 ABŞ dolları qalmışdır. Belə olan halda aydın olur ki, xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə razılaşma üzrə əsas borc 720 605,45 ABŞ dolları təşkil edir.
36. Faiz borcu ilə bağlı isə aşağıdakıların qeyd edilməsi zəruridir.
37. 08 iyun 2023-cü il tarixli 9/2275 nömrəli ekspert rəyinə əsasən müqavilənin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə kreditdən istifadəyə görə faiz borcu 96 038,28 ABŞ dolları olmuşdur. Rəydən görünür ki, müqavilənin müddətinin bitdiyi tarixdən sonra edilmiş ödənişlərdən 3734,64 ABŞ dolları isə faiz borcuna silinmişdir. Lakin ekspert rəyində müqavilə müddəti üzrə kreditdən istifadəyə görə hesablanan illik 5 faiz borcu ilə, müqavilə müddətindən sonra hesablanan illik 5 faiz ayrı-ayrılıqda fərqləndirilməmişdir. Həmçinin iddiaçının nümayəndələri də 3734,64 ABŞ dolları üzrə silinmənin müqavilə müddəti və ya müqavilə müddətindən sonra üçün hesablanan faiz məbləğinə silindiyi ilə bağlı konkret mövqe bildirməmişdirlər.
38. xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsinin 2.25-ci bəndinə əsasən, müştərinin borcları əldə edilmiş vəsaitlər hesabına aşağıdakı ardıcıllıqla ödənilir: müştərinin öhdəliyi pozması nəticəsində banka dəymiş zərər; müqavilə ilə əlaqədar çəkilən xərclər; dəbbə pulları; kredit faizləri; əsas kredit borcu.
39. Göründüyü kimi, tərəflərin razılığından aydın olur ki, 3734,64 ABŞ dolları məbləğin müqavilə müddəti ərzində hesablanan faizdən silinməsi mümkün deyildir. Həmçinin bank tərəfindən təqdim edilən hesablama qaydalarını əks etdirən sənədlərdə də həmin məbləğin müqavilə müddəti üçün hesablanan faizdən silinmədiyi görünür.
40. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə razılaşma üzrə borcalanın kreditdən istifadəyə görə müqavilə müddəti üçün kreditdən istifadəyə hesablanan faiz borcu 96038,28 ABŞ dolları təşkil edir.
41. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə razılaşma üzrə 720 605,45 ABŞ dolları əsas borc, 96038,28 ABŞ dolları kreditdən istifadəyə görə müqavilə müddəti üçün hesablanan faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
42. Məhkəmə zamin Qanuni nümayəndə öhdəliyi və onun həcmi barədə aşağıdakıları qeyd edir.
43. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
44. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
45. Zaminliyə xitam əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində təsbit olunmuşdur.
46. Zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda (477.0.1); əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə (477.0.2); kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə (477.0.3); zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4).
47. xx.xx.2018-ci il tarixli rb/km 1163 saylı zaminlik müqaviləsinin 6.3-cü bəndinə əsasən, Bu Müqavilə aşağıdakı hallarda xitam olunur: zaminliyin təmin edildiyi öhdəliyə xitam verildikdə, habelə Zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər Zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; borc verən Borc alanın və ya Zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; Borc alan tərəfindən Kredit Müqaviləsində göstərilən bütün şərtlərə əməl olunduqda.
48. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: - kreditin ümumi məbləğinin artırılması - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.
49. Məhkəmə qeyd edir ki, 02 fevral 2018-ci il tarixli rb/km 1163 saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə razılaşma məhz kreditin qaytarılma müddətinin uzadılması məqsədilə edilmişdir. Belə ki, 02 fevral 2018-ci il tarixli rb/km 1163 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun xx.xx.2019-cu il tarixədək qaytarılması razılaşdırılmış, lakin xx.xx.2019-cu il tarixli əlavə razılaşma ilə həmin tarix uzadılaraq xx.xx.2020-ci il müəyyən edilmişdir. Qeyd edilən əlavə razılaşma isə iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış, sonuncunun adından qanuni təmsilçisi – digər cavabdeh Qanuni nümayəndə tərəfindən imzalanmışdır.
50. Məhkəmə hüquqi şəxsin direktoru (qanuni təmsilçisi) tərəfindən imzalanmanın həm də zamin kimi razılığı əks etdirməsi ilə bağlı isə göstərir ki, adıçəkilən əlavə razılaşmada Qanuni nümayəndə məhz hüquqi şəxsin direktoru kimi kredit müqaviləsinin müddətinin uzadılması barədə razılığa gəlmişdir. Lakin həmin razılığı həm də məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan şəkildə əsas öhdəliyin dəyişdirilməsinə zaminin razılığı kimi şərh etmək olmaz. Belə ki, birincisi, istər əlavə razılaşmanın preambulasında, istərsə də sonunda cavabdeh Qanuni nümayəndə yalnız "xxxx" MMC-nin adından çıxış etməsi göstərilmiş, onun həm də zamin kimi çıxış etməsi əks etdirilməmişdir. Digər tərəfdən tərəflər arasındakı əvvəlki işgüzar münasibətlər də bu halın əksinə olmuşdur. Belə ki, xx.xx.2018-ci il tarixli rb/km 1163 saylı zaminlik müqaviləsi bağlanarkən Qanuni nümayəndə həm "xxxx" MMC-nin direktoru kimi, həm də zamin kimi ayrı-ayrılıqda imza etmiş, müqavilənin preambulasında da onun üçtərəfli qaydada imzalandığı göstərilmişdir.
51. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli əlavə razılaşma ilə kreditin qaytarılma müddəti uzadıldığından və bu əlavə razılaşma zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar sırasında daxil olduğundan yalnız zaminin razılığı çərçivəsində öhdəlik dəyişdirilsə, zaminlik qüvvədə ola bilərdi. Lakin hazırkı iş üzrə zaminin belə bir razılığı olmadığından məhkəmə bu nəticəyə gəlir ki, xx.xx.2019-cu il tarixdən etibarən Qanuni nümayəndə zaminliyinə xitam verildiyindən ona qarşı xx.xx.2018-ci il tarixli rb/km 1163 saylı baş kredit müqaviləsindən (əlavə razılaşma daxil olmaqla) irəli gələn iddia təmin oluna bilməz.
52. Həmçinin, fərz olunsa ki, Qanuni nümayəndə Əlavə razılaşmanı zamin kimi də imzalamışdır, tərəflər arasında bağlanmış zaminlik müqavilələrində onun verilmə müddətinin dəqiq müəyyən edilmədiyini, əsas öhdəliyin icrası vaxtının xx.xx.2020-ci il tarixdə bitdiyini və həmin tarixdən etibarən bir il müddətində iddiaçının zaminə qarşı iddia irəli sürmədiyini nəzərə aldıqda aydın olur ki, zaminliyə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində qeyd olunmuş, öhdəliklərin tam icra olunmasınadək qüvvədə olması ilə bağlı şərt mülki qanunvericiliyin tələblərinə ziddir. Çünki müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin və zaminliyin xitamı müddətinin tətbiqini qeyri-mümkün edir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlanmır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2018-ci il tarixli rb/km 1163 saylı baş kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə razılaşma üzrə 720 605,45 ABŞ dolları əsas borc, 96 038,28 ABŞ dolları cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı
54. İddiaçı xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə razılaşma üzrə illik 5 faizlə hesablanmış 124 900,81 ABŞ dolları pulun cavabdehlərdən tutulmasını xahiş edir.
55. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
56. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).
57. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2020-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.
58. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, müqavilə müddətinin bitməsindən sonra ödənilmiş 3734,64 ABŞ dollarının qanuni faizə silindiyi nəzərə alındığında və 08 iyun 2023-cü il tarixli 9/2275 nömrəli ekspert rəyində xx.xx.2020-ci il tarixə müqavilə faizinin 96038,28 ABŞ dolları, xx.xx.2023-cü il tarixə isə müqavilə faizi və illik 5 faizlə hesablanan məbləğin ümumilikdə 219 355 ABŞ dolları olduğu nəzərə alındığında (bax § 37-40) xx.xx.2020-ci il tarixdən etibarən xx.xx.2023-cü il tarixədək illik 5 faizlə hesablanmış məbləğ 123 316,72 ABŞ dolları (219 355 ABŞ dolları – 96038,28 ABŞ dolları) təşkil edir.
59. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 123 316,72 ABŞ dolları məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir (zaminə münasibətdə bax § 42-52).
c) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
60. İddia ərizəsində iddiaçı 192 210 ABŞ dolları cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
61. xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən, Müştəri ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, 1-ci gecikmə gündən 10-cu gecikmə gününədək gecikdirilmiş məbləğin 0,1 %, 11-ci gündən başlayaraq isə 1 % dəbbə pulu (cərimə). Dəbbə pulunun maksimum məbləği müqavilə məbləğinin 20 faizindən çox ola bilməz.
62. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
63. Məhkəmə əvvəlcə xx.xx.2018-ci il tarixli baş kredit müqaviləsi üzrə kreditin qaytarılmalı olduğu xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixli əlavə razılaşmanın qüvvəyə mindiyi tarixədək cərimənin hesablanmasının hüquqi əsasının qiymətləndirilməsini zəruri hesab edir və qeyd edir ki, iddiaçı tərəflər arasındakı müqavilənin 4.3-cü bəndinə əsaslanmaqla əsas borcun qaytarılmasının gecikdirilməsi üçün cərimə hesablamış, daha sonra yalnız xx.xx.2019-cu il tarixdə müqavilə müddəti uzadılmış, həmin əlavə razılaşmanın xx.xx.2019-cu ildən deyil, xx.xx.2019-cu il tarixdən qüvvəyə mindiyi göstərilmişdir. Bu isə onun göstərir ki, xx.xx.2019 – xx.xx.2019-cu il üçün borclu pul öhdəliyinin icrasını gecikdirmişdir. Belə ki, pul öhdəliyinin gecikdirilmədiyini yalnız əlavə razılaşmanın qüvvəsinin xx.xx.2019 – xx.xx.2019-cu illəri əhatə etdiyi halda demək mümkün olardı. Məhz bu halda həmin dövr üçün dəbbə pulunun hesablanmasının hüquqi əsasdan (“causa”dan) məhrum olduğunu irəli sürmək olardı.
64. Bundan sonra isə xx.xx.2019-cu il tarixli əlavə razılaşma ilə kredit müqaviləsinin müddəti uzadılsa da, cavabdeh əsas borcun əhəmiyyətli hissəsini hal-hazıradək ödəməmiş, öhdəliyini icra etməmişdir.
65. Nəzərə alınmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərar).
66. Lakin Mülki Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
67. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
68. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh pul məbləğini qaytarmadığı halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmişdir.
69. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdeh "xxxx" MMC-dən tutulmalı cərimə məbləğinin 21620 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
70. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 21 620 ABŞ dolları cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
71. İddiaçı eləcə də 400 manat mediasiya xərcinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1361,42 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
72. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/9-00164 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödənmişdir.
73. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafası əsasında müəyyən olunur ki, iddiaçı tərəfindən 889,42 manat məbləğində dövlət rüsumu ********* nömrəli qəbzlə iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
74. İş materiallarına əlavə edilmiş ********* nömrəli qəbz əsasında müəyyən olunur ki, iddiaçı tərəfindən daha 472 manat iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
75. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, 17 fevral 2023-cü il tarixli 9/8232 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 145 manat, xx.xx.2023-cü il tarixli 9/2275 nömrəli tədqiqatın dəyərini isə 145 manat təşkil edir.
76. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
77. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
78. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
79. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
80. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
81. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 339 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1154 manat cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməli, mediasiya xərci və dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 246 manat cavabdeh "xxxx" MMC-dən tutularaq, 44 manat məbləğində pul İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
82. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli rb/km 1163 saylı baş kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2019-cu il tarixli əlavə razılaşma üzrə 720 605 (yeddi yüz iyirmi min altı yüz beş) ABŞ dolları 45 (qırx beş) sent əsas borc, 96 038 (doxsan altı min otuz səkkiz) ABŞ dolları 28 (iyirmi səkkiz) sent faiz borcu, 21 620 (iyirmi bir min altı yüz iyirmi) ABŞ dolları cərimə borcu, əsas borca illik 5% hesablanmaqla 123 316 (yüz iyirmi üç min üç yüz on altı) ABŞ dolları 72 (yetmiş iki) sent pul olmaqla, ümumilikdə 961 580 (doqquz yüz altmış bir min beş yüz səksən) ABŞ dolları 45 (qırx beş) sent məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 339 (üç yüz otuz doqquz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1154 (bir min yüz əlli dörd) manat məbləğində pul Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 246 (iki yüz qırx altı) manat məbləğində pul Cavabdeh2ndən, 44 (qırx dörd) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova