Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1466/2020 20.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən GSM müqaviləsinə əsasən 1426.80 manat xidmət haqqının və ödənilmiş 30.40 manat dövlət rüsumunun, cəmi 1457.20 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış GSM müqavləsinə əsasən sonuncu üzrə 1248.70 manat məbləğində, GSM müqaviləsinə əsasən fərdi nömrələr üzrə 178.10 manat məbləğində cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 1426.80 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını “xxxx” MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, İddiaçı MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalardan göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. xx xxxx 2020-ci il tarixdəiddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən 1426.80 manat həcmində müqavilə üzrə borc məbləğinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 110 manat məbləğində hüquqi yardım xərclərinin, cəmi 1566.80 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında mobil rabitə xidmətinə dair müqavilə xx.xx.2013-cü il tarixdə bağlanmışdır. Lakin 2014-cü il ildə təsisçilər “xxxx” MMC şirkətini başqa şəxsə (İsmixan Mustafayevə) satsalar da, sözügedən nömrələri şirkətin yeni sahibinə təhvil verməmişlər, ümumiyyətlə iddiaçıya ilə belə bir müqavilə olduğu barədə heç bir məlumat verilməmişdir. Buna görə də, 2014-cü ildən etibarən Cavabdeh MMC-nin yeni sahibi olan İsmixan Mustafayev sözügedən nömrələr haqqında heç bir məlumatı olmadığından, şirkətin adından belə bir müqavilə bağlanmasından xəbərsiz olmuşdur. Həmçinin, 2014-cü ildən 2020-ci il tarixədək olan 6 il müddətdə İddiaçı MMC şirkəti tərəfindən cavabdehə hər hansı bir borc tələbi barədə bildiriş də göndərilməmişdir. Bundan əlavə iddianın əsası olan sözügedən müqavilə xx.xx.2013-cü il tarixdə bağlanmış, lakin iddiaçı 2020-ci ilin iyun ayında, yəni həmin müqavilənin bağlandığı tarixdən 7 il sonra iddia müddətini keçirməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, AR Mülki Məcəllənin 313-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia onun icrasına başlanıldığı gündən 3 il ərzində irəli sürülə bilərdi. Lakin göründüyü kimi müqavilə bağlandığı tarixdən etibarən, iddiaçı 3 il ərzində iddia tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, bunu etməmiş, nəticədə qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəni müdafiə edərək iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli abunə müqaviləsinə əsasən “xxxx” MMC abunəçini nömrə ilə təmin edir, açıq rabitə xətti ayırır və xidmətlərin göstərilməsini təmin edir. Abunəçi isə öz növbəsində bu müqavilə və müvafiq Tarif Planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. Müqavilənin 5.1-ci bəndinə əsasən xidmətin dəyəri icra olunma tarixinə qüvvədə olan Tarif Planına əsasən müəyyən olunur. Müqavilənin 5.2-ci bəndinə əsasən hesab faktura aldıqda abunəçi ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Hesab-fakturada göstərilən məbləğin tam olaraq vaxtında ödənilməməsi bu müqavilənin şərtlərinin kobud şəkildə pozulması kimi qəbul edilir. 5.9-cu bəndə əsasən hesab-faktura növbəti hesablaşma dövrünün əvvəlində təqdim edilir. - “xxxx” MMC-nin baş direktoru tərəfindən imzalanmaqla və cəmiyyətin möhürü vurulmaqla təsdiq edilmiş “xxxx” MMC-yə ünvanlanmış təminat məktubundan görünür ki, “xxxx” MMC şirkətə ayrılan 100 ədəd danışıq nömrələri (nömrələrin siyahısı məktuba əlavə edilmişdir) üzrə göstərilən xidmətlərə görə ödənişlərin təyin olunmuş müddət ərzində ödənilməsinə zəmanət verir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2017-ci il tarixli **********229900 nömrəli kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh MMC-nin əvvəlki adı “xxxx” MMC olmuşdur. - Cavabdeh MMC-nin nizamnaməsindən görünür ki, xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər X1 Hüquqi şəxslərinin Dövlət Qeydiyyat İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixdə adı dəyişərək Cavabdeh MMC olmuşdur. - xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə cari tarixə ödənilməmiş borcu 1426.80 manat təşkil edir. - Maliyyə arayışına əlavə edilmiş xx.xx.2013-cü il tarixli abunə müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göstərilmiş telekomunikasiya xidmətləri üzrə yaranmış borca dair məlumatdan görünür ki, abunəçinin xx xxxx 2014-cü il tarixdən xx xxxxxx 2016-cı il tarixədək olan dövr üçün ödənilməmiş borc məbləği 1426.80 manat təşkil edir. - İddiaçı MMC tərəfindən cavabdehə xx xxxxxx 2019-cu il tarixdə pretenziya qaydasında ünvanlanmış məktuba əsasən 1426.80 manat məbləğində borcun pretenziya məktubunu aldıqdan sonra 10 iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin məbləğin müvafiq faizlərin və məhkəmə xərclərinin tutulması ilə bağlı tərəflərindən aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, Cavabdehin İddiaçıya xidmət haqqı ödənişini həyata keçirmək öhdəliyi tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli abunə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya abunə müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdən məlum olur ki, cavabdehə həmin müqavilə üzrə ümumilikdə 1426.80 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. MM-in 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. MM-in 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. MM-in 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehə sonuncu dəfə xx xxxxxx 2013cü il tarixli abunə müqaviləsi üzrə xidmət haqqı xx xxxxxx 2016-cı il tarixdə hesablanmışdır və həmin tarixdən sonra xidmət göstərilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda qeyd edilən faktı təsdiqləmiş və cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi səbəbindən həmin tarixdən sonra nömrələrin deaktiv edildiyini bildirmişdir. Bu öhdəlik üzrə icra müddəti xx xxxxxx 2019-cu ildə bitmişdir və iddiaçıya öz hüququnun pozulma vaxtı əvvəlcədən məlum idi. Mübahisə tərəfin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə ərizə verdiyi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. Məhkəmədə iddiaçı bunu sübut edə bilməmişdir və cavabdeh tərəfindən borcun ödənilmədiyini bildiyi halda məhkəməyə iddia ərizəsi ilə yalnız xx xxx 2020-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 mart tarixli 3 nömrəli qərarına əsasən məhkəmələrə tövsif edilmişdir ki, vaxtaşırı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, məhkəmə işin sadalanan xüsusatlarına məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı abunə müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlı iddianın qanunla müəyyən edilmiş 03 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən iddia tələbi əsassızdır və rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1466/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1466/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver