Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1469/2024 25.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdehnə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən: - DCL00302479-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 100000 manat əsas borc, 4250,01 manat faiz borcu, 15199,02 manat cərimə borcu olmaqla, cəmi 119449,03 manat məbləğində borcun; SLG/2022-xx-xx/4013 saylı maliyyələşdirmə üçün ərizə üzrə 50000 manat əsas borc, 779,17 manat faiz borcu, 11155,56 manat cərimə borcu olmaqla, cəmi 61934 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 72 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC (bundan sonra “borcalan”) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2020-ci il tarixli 1.0.2 saylı versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC03515LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: - xx.xx.2022-ci il tarixli DCL00302479-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır; - xx.xx.2022-ci il tarixli SLG/2022-xx-xx/4013 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, olmaqla, 52000 (əlli iki min) manat məbləğində daxili tender qarantiyası verilmişdir. Hazırda borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DCL00302479-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 100000 (bir yüz min) manat əsas borc, 4250,01 (dörd min iki yüz əlli manat bir qəpik) manat faiz borcu, 15199,02 (on beş min yüz doxsan doqquz manat iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 119449,03 (bir yüz on doqquz min dörd yüz qırx doqquz manat üç qəpik) manat təşkil edir, gecikmə günü: 232 gün; - SLG/2022-xx-xx/4013 saylı maliyyələşdirmə üçün ərizə üzrə 50000 (əlli min) manat əsas borc, 779,17 (yeddi yüz yetmiş doqquz manat on yeddi qəpik) manat faiz borcu, 11155,56 (on bir min yüz əlli beş manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 61934,73 (altmış bir min doqquz yüz otuz dörd manat yetmiş üç qəpik) manat təşkil edir, gecikmə günü: 252 gün. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. X3 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və maliyyələşdirmə üçün ərizə formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə maliyyələşdirmə üçün ərizə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X3 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, OnGTC03515LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.
8. X3 “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur. Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur.
9. xx.xx.2022-ci il tarixli, DCL00302479-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100000 (yüz min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.
10. xx.xx.2022-ci il tarixli SLG/2022-xx-xx/4013 saylı maliyyələşdirmə üçün ərizə (Sənədli Əməliyyat üzrə) Cari ana bank ilə müştəri arasında münasibətləri tənzimləyən “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” çərçivəsində imzalanmış və bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, olmaqla, 52000 (əlli iki min) manat məbləğində daxili tender qarantiyası verilmişdir.
11. xx.xx.2024-cü il tarixli, PB/PBŞ-OUT-00057-2024 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri - DCL00302479-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 100000 manat əsas borc, 4250,01 manat faiz borcu, 15199,02 manat cərimə borcu olmaqla, cəmi 119449,03 manat (gecikmə günü: 232 gün); - SLG/2022-xx-xx/4013 saylı maliyyələşdirmə üçün ərizə üzrə 50000 manat əsas borc, 779,17 manat faiz borcu, 11155,56 manat cərimə borcu olmaqla, cəmi 61934,73 manat (gecikmə günü: 252 gün) təşkil edir.
12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" MMC-yə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3410 saylı ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, DCL00302479-03 saylı maliyyələşdirmə üçün ərizənin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin xx.xx.2023cü il tarixə (sualda göstərilən tarix) banka əsas borc üzrə 100000 manat, faiz borcu üzrə 4277,85 manat olmaqla, cəmi 104277,85 manat məbləğində müəyyən edilir. İkinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, SLG/2022-xxxx/4013 saylı maliyyələşdirmə üçün ərizənin şərtləri nəzərə alınmaqla "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 50000 manat, faiz borcu üzrə 708,3 manat olmaqla, cəmi 50708,33 manat məbləğində müəyyən edilir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
17. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2021ci il tarixli, OnGTC03515LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2022-ci il tarixli, DCL00302479-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 100000 (yüz min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Tərəflər arasında xx.xx.2022ci il tarixli SLG/2022-xx-xx/4013 saylı maliyyələşdirmə üçün ərizə (Sənədli Əməliyyat üzrə) Cari ana bank ilə müştəri arasında münasibətləri tənzimləyən “Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu” çərçivəsində imzalanmış və həmin ərizəyə əsəsən bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, olmaqla, 52000 (əlli iki min) manat məbləğində daxili tender qarantiyası verilmişdir. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh (borc alan) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.
18. İddia tələbinin bir hissəsini cavabdeh "xxxx" MMC-dən: - DCL00302479-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 100000 manat əsas borc, 4250,01 manat faiz borcu; SLG/2022-xx-xx/4013 saylı maliyyələşdirmə üçün ərizə üzrə 50000 manat əsas borc, 779,17 manat faiz borcunun tutulması təşkil edir.
19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin (borcalan) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin (borcalan) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3410 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi DCL00302479-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunun və faiz borcunun tutulması hissəsində tam, SLG/2022-xx-xx/4013 saylı maliyyələşdirmə üçün ərizə üzrə isə əsas kredit borcu hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən DCL00302479-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 100000 (yüz min) manat əsas borc, 4250,01 manat (dörd min iki yüz əlli manat bir qəpik) faiz borcu, SLG/2022-xx-xx/4013 saylı maliyyələşdirmə üçün ərizə üzrə 50000 (əlli min) manat əsas borc, 708,33 (yeddi yüz səkkiz manat otuz üç qəpik) manat faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
20. İddia tələbinin digər hissəsini cavabdeh "xxxx" MMC-dən: - DCL00302479-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 15199,02 manat cərimə borcu, - SLG/2022-xxxx/4013 saylı maliyyələşdirmə üçün ərizə üzrə 11155,56 manat cərimə borcunun tutulması təşkil edir.
21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
22. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq DCL00302479-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 5000 (beş min) manat və SLG/2022-xx-xx/4013 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2500 (iki min beş yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
23. Eləcə də, iddiaçı mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 72 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
24. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 422,60 manat (dörd yüz iyirmi iki manat altmış qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 179,13 manat hissəsi Cavabdehndən, 20,87 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən DCL00302479-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 100000 (yüz min) manat əsas borc, 4250,01 manat (dörd min iki yüz əlli manat bir qəpik) faiz borcu, 5000 (beş min) manat cərimə borcu olmaqla, cəmi 109250,01 (yüz doqquz min iki yüz əlli manat bir qəpik) manat; SLG/2022-xx-xx/4013 saylı maliyyələşdirmə üçün ərizə üzrə 50000 (əlli min) manat əsas borc, 708,33 (yeddi yüz səkkiz manat otuz üç qəpik) manat faiz borcu, 2500 (iki min beş yüz) manat cərimə borcu olmaqla, cəmi 53208,33 (əlli üç min iki yüz səkkiz manat otuz üç qəpik) manat məbləğində borcun; ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 422,60 manat (dörd yüz iyirmi iki manat altmış qəpik) olmaqla, ümumilikdə 162880,94 manat (yüz altmış iki min səkkiz yüz səksən manat doxsan dörd qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun 179,13 manat hissəsi Cavabdehndən, 20,87 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova