Məhkəmə qərarları › İş №e-2-2(113)-1471/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1471/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1471/2024 12.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı əsas məbləğə hesablanmış təkrar faiz ödənişinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC-dən xx.xx.2014-cü il tarixdə sonuncu ilə onun arasında bağlanmış 019R********** nömrəli kredit razılaşması etibarsız hesab olunmaqla, kreditin əsas məbləğinə hesablanmış 8708,36 USD faiz ödənişinin silinməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 135 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(117)-2/2023 iş nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X1 ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın məzənnəsinə uyğun Azərbaycan manatı ilə 8538,04 ABŞ dolları əsas borc, 9,22 manat dövlət rüsumu tutularaq Cavabdeh QSC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2013-cü il tarixdə Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 019R000000549 nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixdə Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 019R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 20000 ABŞ dolları məbləğində kredit verilmiş və bu kredit sonuncunun hesabına köçürülmüşdür. İşin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/5018 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixli 019R********** nömrəli kredit razılaşması üzrə banka xx.xx.2019-cu il tarixə 8538,04 ABŞ dolları əsas, 1007,82 ABŞ dolları faiz, xx.xx.2020-ci il tarixə 8538,04 ABŞ dolları əsas, 1448,95 ABŞ dolları faiz borcu vardır. Ödənilmiş faiz pulu yenidən borcludan tələb olunur. Bilirik ki, ödəniş cədvəli tərtib olunarkən ilk aylar üzrə əsas məbləğə nisbətdə faiz ödənişi yuxarı əmsalla hesablanır. Faktiki olaraq da bankdan xx.xx.2014-cü il tarixində 20 000 USD deyil, 11086.96 USD pul borcalanın hesabına köçürülmüşdür. xx.xx.2014-cü il tarixdə Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 019R********** nömrəli kredit razılaşmasını həmin etibarsız hesab olunmaqla faktiki olaraq olaraq verilməmiş 8708.36 USD əsas məbləğinə hesablanmış təkrar faiz ödənişi hesablanmışdır. Bu barədə cavabdehə əsaslandırılmış pretenziya məktubu göndərsə də təkrar hesablanmış faiz ödənişi silinməmişdir. Bununla da cavabdeh əsassız varlanmaq istəyir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə baxılmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, eyni tərəflər və eyni mübahisə üzrə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(117)-2/2023 saylı qətnaməsi və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-65/2023 saylı qətnaməsi mövcüddur. Qeyd olunan qətnamələr hazırki mübahisədə preyudisial xarakter daşıdığından hazırkı kommersiya mübahisəsi üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Çünki hazırda Ali Məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə mülki iş vardır. Belə ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(117)-2/2023 saylı qətnaməsi ilə iddiaçının mübahisələndirdiyi 019R********** nömrəli kredit razılaşması üzrə ümumi borcun məbləği müəyyən olunmuşdur. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində hazırkı iddia ərizəsindəki əsaslar qeyd edilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-65/2023 saylı qətnaməsi ilə apellasiya şikayəti təmin edilməmişdir. Bundan sonra N.R.X2 Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verdiyi üçün mülki iş Ali Məhkəməyə göndərilmiş və hazırda icraatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə Ali Məhkəmənin icraatında iş olduğundan hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı əsas məbləğə hesablanmış təkrar faiz ödənişinin silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən "xxxx" ASC vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) ona geri qaytarılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar