Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1474/2024 09.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı “БМ-Банк” Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş zərərin ödənişi həyata keçirilməmiş hissənin, yəni 1271292,32 ABŞ dollarının və 1870 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının: “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs deyil (VÖEN yoxdur), cavabdehin qeydiyyat ünvanı isə ünvan 1 aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. Bununla yanaşı məhkəmə iddiaçının diqqətinə çatdırır ki, ərizəçinin istinad etdiyi kimi hazırki ərizənin verilməsinin səbəbi Rusiya Federasiyasının “BM-Bankı” SC-nın “Tropicano Finance B.V.” şirkətinə kredit verməsi və X1 həmin kredit üzrə zamin kimi çıxış etməsi olub, Cavabdeh isə həmin müqavilə çərçivəsində tərəf kimi çıxış etməyib (kredit götürən, zamin və digər öhdəlik götürən şəxs deyil), yəni Rusiya Federasiyasının “BM-Bankı” SCnın ilə Cavabdeh arasında sahibkarlıq fəaliyyəti ilə bağlı heç bir münasibət yaranmayıb, sadəcə olaraq sonuncu zamin X1 bacısı qızıdır (ərizəçinin istinad etdiyi kimi). Göründüyü kimi Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olmamaqla yanaşı, sonuncunun iddiçı Rusiya Federasiyasının “BM-Bankı” SC ilə sahibkarlıq fəaliyyəti ilə bağlı heç bir münasibətləri yaranmamışdır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı “БМ-Банк” Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: İddiaçı “БМ-Банк” Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 1870 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçı “БМ-Банк” Səhmdar Cəmiyyətinə izah edilsin ki, iddia ərizəsi ilə Cavabdeh qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilməlidir. Qərardaddan 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarının 9-cü bəndinə riayət etməklə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1474/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1474/2024
09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver