Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1476/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə 500000 manat əsas, 83546,74 manat faiz, 100818,39 manat cərimə, 288592,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 972957,77 (doqquz yüz yetmiş iki min doqquz yüz əlli yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində kredit borcu, xx.xx.2009-cu il tarixli, 139 saylı kredit müqaviləsi üzrə 402094 manat əsas, 85193,30 manat faiz, 63500,20 manat cərimə, 227141,95 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 777929,93 (yeddi yüz yetmiş yeddi min doqquz yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat kredit borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərc və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 1266 (bir min iki yüz altmış altı) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on) ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə 800000 (səkkiz yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 500000 manat əsas, 83546,74 manat faiz, 100818,39 manat cərimə, 288592,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 972957,77 manat (doqquz yüz yetmiş iki min doqquz yüz əlli yeddi manat yetmiş yeddi qəpik) borcu mövcuddur. Bundan başqa, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Şirkətinə arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 119 saylı kredit müqaviləsinə əsasən cavabdehə 428000 (dörd yüz iyirmi səkkiz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 402094 manat əsas, 85193,30 manat faiz, 63500,20 manat cərimə, 227141,95 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 777929,93 manat (yeddi yüz yetmiş yeddi min doqquz yüz iyirmi doqquz manat doxsan üç qəpik) borcu mövcuddur. İddiaçı tərəfindən cavabdehə xx.xx.2009-cu il tarixli, 126 saylı və xx.xx.2009-cu il tarixli, 119 saylı kredit müqavilələri üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün iddiaçı tərəfindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə 500000 manat əsas, 83546,74 manat faiz, 100818,39 manat cərimə, 288592,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi (Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) məbləğ olmaqla, cəmi 972957,77 (doqquz yüz yetmiş iki min doqquz yüz əlli yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində kredit borcunun, xx.xx.2009-cu il tarixli, 139 saylı kredit müqaviləsi üzrə 402094 manat əsas, 85193,30 manat faiz, 63500,20 manat cərimə, 227141,95 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi (Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) məbləğ olmaqla, cəmi 777929,93 (yeddi yüz yetmiş yeddi min doqquz yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat kredit borcunun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərc, 1265,44 (bir min iki yüz altmış beş manat 44 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, iş materiallarında əlavə edilmiş, bank tərəfindən təqdim olunan cavabdehə aid hesabdan çıxarışdan aydın görünür ki, mübahisələndirilən 200000 manat və 180000 manat, ümumilikdə 380000 manat məbləğində ödənişlər cavabdehin hesabına “Digər ödənişlər” (CDB) hesabından köçürülmüşdür. Lakin sonradan həmin vəsaitlər xx.xx.2017- ci il tarixdə geri qaytarılmışdır. Ekspert rəyindən də göründüyü kimi, cavabdehin mübahisələndirdiyi məbləğ vəsaiti (əmanət bərpası) bərpa edilmişdir. Ödənişlərin “Səhvən ödəniş məbləğinin geri qaytarılması” təyinatı ilə “Digər ödənişlər (CDB)” hesabına qaytarılması müəyyən edilmişdir. Belə olan halda bankın tələbi əsaslıdır və bank əməliyatları qanunamüvafiq şəkildə aparılmışdır. 380000 manat məbləğində pul vəsaiti növbəlilik qaydasında cavabdehə qaytarılacaq. Cavabdehin nümayəndəsi və vəkili X3 iddianı qəbul etməyərək, məhkəmə iclasında izahat verib bildirdi ki, xx.xx.2017-ci il tarixdə iddiaçıya 380.000 manat məbəlğində vəsait ödənilmiş və tərəflər ödənilən məbləğin xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə əsas borcdan silinməsi ilə bağlı razılığa gəlmişlər. Lakin çıxarışdan görünür ki. 380.000 manat pul vəsaitinin 180.000 manat hissəsi xx.xx.2009-cu il tarixli, 139 saylı, 200000 manat hissəsi isə xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə borcdan silinməli olsa da, ümumilikdə həmin məbləğ silinməmişdir. İddiaçının nümayəndəsi "Nurvin ST" şirkətinin xx.xx.2017-ci il tarixdə 380.000 manat ödəniş etdiyini qəbul edir. Lakin həmin ödənişin məhz iki kredit xətti üzrə hansı əsaslarla bölündüyünü izah edə bilmir. Bu halı güya cavabdehin məbləği iki kredit xətti üzrə ödəməsi ilə əlaqələndirir. Bununla yanaşı heç bir sübut təqdim etmədən ödənilmiş məbləğin sonradan geri qaytarıldığını iddia edir. İddiaçının nümayəndəsi xx.xx.2017-ci il tarixdə "Nurvin ST" şirkətinin ödənişləri üzrə kassa mədaxil qəbzlərini və eyni zamanda xx.xx.2017-ci il taixli məktubu (hesabdan çıxarışlarda qeyd edilmiş silinmiş məbləğin qeri qaytarılması barədə məktub) və məbləğin kimə qaytarılması barədə kassa məxarıc qəbzlərini və ya ödəniş tapşırıqlarını məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə bankın, o cümlədən iddiaçının kredit ödənişi üçün ödənilən məbləği müştəriyə geri qaytarmaq səlahiyyəti yoxdur. Eyni zamanda müştərinin aktiv kredit borcu olduğu halda, həm də bu borc gecikdirilmiş məbləğ olarsa, ödənilən 380.000 manat ödənişin heç bir əsas və səbəb olmadan müştəriyə geri qaytarılması absurd haldır və real yanaşmanı ifadə etmir. Həm də qeyd etmək lazımdır ki, həmin dövrdə "xxxx" ASC müstəqil bank kimi fəaliyyət göstərməmiş, ləğv prosesində olmuşdur. Ləğvedicinin isə ödənilən vəsaiti geri qaytarma səlahiyyəti yoxdur. Bununla yanaşı, Əmanətlərin Sığortalanması Fondunun bu hərəkəti ləğv prosesində olan "xxxx" ASC-nin kreditorlarının hüquqlarının pozuntusudur. Cavabdehin səlahiyyətli nümayəndəsi X1 (mühasib) xx.xx.2017-ci il tarixdə banka yaxınlaşaraq xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə 380.000 manat ödəniş etmiş və məhz həmin kredit xətti üzrə kassa mədaxil orderi verilmişdir, order saxlanılmadığından məhkəməyə təqdim edə bilmirlər. Bundan sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunsuz olaraq ödənilmiş məbləğ iki hissəyə bölünməklə, məhz həmin tarixdə kredit müqavilələri üzrtə silinmişdir. Daha sonra, yəni xx.xx.2017-ci il tarixdə eyni tarixli məktuba istinad edilərək, silinmiş məbləğ güya geri qaytarılmışdır. Cavabdehin hər iki hərəkəti qanunsuz və əsassızdır. Birinci halda borclu xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə ödəniş etdiyi halda ödəniş məbləğini qanunsuz olaraq iki hissəyə bölmüş, ikinci halda isə yenə qanunsuz və səlahiyyəti olmadan silinmiş məbləğləri güya geri qaytarmışdır. Həmin vəsaitin cavabdehə geri qaytarılması təsəvvür edilsə, bu zaman iddiaçı pulun geri qaytarılmasına dair üzərində Cavabdeh direktorunun imzası və möhürü olan kassa məxaric orderini təqdim etməlidir, əgər 2 kredit xətti üzrə silindiyini iddia edərsə, bu zaman 2 ədəd kassa mədaxil orderini təqdim etməlidir, (hər iki kredit müqaviləsi üzrə). Lakin bu günə qədər heç bir sübutun təqdim edilə bilməməsi bir daha iddiaçının xx.xx.2017-ci il tarixli ödənişlərin hər iki kredit müqaviləsi üzrə aparılmış olması və daha sonra geri qaytarılması ilə bağlı dəlillərinin formal mülahizə olduğunu göstərir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, 2013-2019cu illər arasında Cavabdehndə mühasib işləmişdir. 2017-ci ilin noyabrında ödəniş edilməsi üçün la birlikdə Əmanətlərin Sığortalanması Fonduna getmişlər. da orada idi. 800000 manat məbləğində borc var idi. Razılaşmışlar ki, 380000 manat ödəniş etsinlər və həmin ödəniş əsas borcdan silinsin. Həmin məbləği kassaya ödəyərək qəbzi oradan alıb çıxmışlar. Daha sonra Teymur adlı şəxslə danışmışdır ki, ödənişlərin hansı borcdan silinməsi barədə ona məlumat versin. Bu barədə məlumatı elektron poçtla göndərmiş və ora baxan zaman görmüşdür ki, həmin ödənilmiş məbləğ əsas borcdan silinməmişdir. Həmin ödənişin əsas borcdan silinməsi barədə məktub ünvanlanmış və bundan sonra daha 300000 manat məbləğində ödəniş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 06 may 2009-cu il tarixli, 139 saylı kredit müqaviləsinə əsasən bank borc alana 10 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 428000 (dörd yüz iyirmi səkkiz min) manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 06 fevral 2009-cu il tarixli, 126 saylı kredit müqaviləsinə əsasən bank borc alana 12 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 800000 (səkkiz yüz min) manat məbləğində kredit verməyi, borc alan isə krediti qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada kredtin məbləğini və ona hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - xx.xx.2021-ci il tarixli, **********550 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh MMC-nin 06 may 2009-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 24 iyun 2021-ci il tarixə əsas borcu 402094,48 (dörd yüz iki min doxsan dörd) manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 85193,30 (səksən beş min yüz doxsan üç manat otuz qəpik) manat, borcun gecikdirildiyinə görə hesablanmış cərimə 63500,20 (altmış üç min beş yüz manat iyirmi qəpik) manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 227141,95 (iki yüz iyirmi yeddi min yüz qırx bir manat doxsan beş qəpik) manat olmaqla, cəmi 777929,93 (yeddi yüz yetmiş yeddi min doqquz yüz iyirmi doqquz manat doxsan üç qəpik) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, **********553 saylı maliyyə arayışı ilə müəyyən edilir ki, Cavabdeh MMC-nin 06 fevral 2009-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 24 iyun 2021-ci il tarixə əsas borcu 500000 (beş yüz min) manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 83546,74 (səksən üç min beş yüz qırx altı manat yetmiş dörd qəpik) manat, borcun gecikdirildiyinə görə hesablanmış cərimə 100818,39 (yüz min səkkiz yüz on səkkiz manat otuz doqquz qəpik) manat, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan illik faiz dərəcəsi 288592,64 manat (iki yüz səksən səkkiz min beş yüz doxsan iki manat altmış dördqəpik) olmaqla, cəmi 972957,77 manat (doqquz yüz yetmiş iki min doqquz yüz əlli yeddi manat yetmiş yeddi qəpik) təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5226 saylı ekspert rəyində qeyd olunur ki, (birinci və dördüncü suallar üzrə) iş materiallarında olan (i.v 189-190) “Digər ödənişlər (CDB)” hesabına xx.xx.2017-ci il tarixdə 380000 manat məbləğində vəsait (əmanət bərpası) bərpa edilmişdir. xx.xx.2017-ci il tarixdə həmin vəsaitin 180000 manatı ******************** nömrəli hesaba (428000 manat məbləğli kredit müqaviləsi üzrə), 200000 manatı isə ******************** nömrəli hesaba (800000 manat məbləğli kredit müqaviləsi üzrə) köçürülmüşdür. Bundan sonra xx.xx.2017-ci il tarixdə 200000 manat məbləğində ödəniş 800000 manat məbləğli kredit müqaviləsi üzrə aşağıdakı ardıcıllıqla silinmişdir: əsas borc üzrə 77918,73 manat, faiz borcu üzrə 122081,27 manat. xx.xx.2017-ci il tarixdə 180000 manat məbləğində ödəniş 428000 manat məbləğli kredit müqaviləsi üzrə aşağıdakı ardıcıllıqla silinmişdir: əsas borc üzrə 117258,66 manat, faiz borcu üzrə 62741,33 manat. xx.xx.2017-ci il tarixdə 180000 manat və 200000 manat məbləğində ödənişlər “Səhvən ödəniş məbləğinin geri qaytarılması” təyinatı ilə “Digər ödənişlər (CDB)” hesabına geri qaytarılmışdır. Qeyd edilir ki, iş materiallarında 180000 manatın ******************** nömrəli hesabdan (428000 manat məbləğli kredit müqaviləsi üzrə), 200000 manatın ******************** nömrəli hesabdan (800000 manat məbləğli kredit müqaviləsi üzrə) “Digər ödənişlər (CDB)” hesabına köçürülməsinə əsas verən məktub, ərizə, sərəncam iş materiallarında öz əksini tapmamışdır. Beləliklə, bütün yuxarıda göstərilənlərə əsasən 180000 manatın ******************** nömrəli hesabdan (428000 manat məbləğli kredit müqaviləsi üzrə), 200000 manatın ******************** nömrəli hesabdan (800000 manat məbləğli kredit müqaviləsi üzrə) “Digər ödənişlər (CDB)” hesabına köçürülməsinin əsaslı olub olmamağına məhkəmə tərəfindən qiymət verilməlidir. xx.xx.2017-ci il tarixdə mədaxil edilmiş 200000 manat məbləğində ödənişin 800000 manat məbləğli kredit müqaviləsi üzrə silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə, borcalanın banka olan borcu aşağıdakı kimi müəyyən olunur: Cavabdeh MMC-nin xx.xx.2009-cu il tarixli 126 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 253890,68 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 0 manat (2963,7 manat artıq ödəmə), faiz borcu 0 manat, 5% ilə faiz borcu 256854,38 manat; ”Nurvin-ST” MMC-nin xx.xx.2009-cu il 126 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 253890,68 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 0 manat (2963,7 manat artıq ödəmə), faiz borcu 0 manat, 5% ilə faiz borcu 256854,38 manat; Cavabdeh MMC-nin xx.xx.2009-cu il tarixli 126 saylı kredit müqaviləsi üzrə ekspert rəyinin tərtib edildiyi xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 253890,68 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 0 manat (2963,7 manat artıq ödəmə), faiz borcu 0 manat, 5% ilə faiz borcu 256854,38 manat; xx.xx.2017-ci il tarixdə 180000 manat məbləğində ödənişin 428000 manat məbləğli kredit müqaviləsi üzrə silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə, borcalan Cavabdeh MMC-nin 06 may 2009cu il tarixli 139 saylı kredit müqaviləsi banka olan borcu aşağıdakı kimi müəyyən olunur: 06 may 2009-cu il tarixli 139 saylı kredit müqaviləsi üzrə Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 236351,03 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 91058,5 manat; faiz borcu 0 manat, 5% ilə faiz borcu 145292,53 manat; ”Nurvin-ST” MMC-nin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 239133,38 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 91058,5 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 148074,88 manat; Cavabdeh MMC-nin ekspert rəyinin tərtib edildiyi xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 241991,6 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 91058,5 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 150933,1 manat; (beşinci sual üzrə) (380000 manat ödəniş nəzərə alınmazsa) rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları, 06 fevral 2009-cu il tarixli 126 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin müqavilə müddətinin bitdiyi xx.xx.2010-cu il tarixə İddiaçı ASC-yə olan borcu 804554,34 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 800000 manat, faiz borcu 4554,34 manat, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 489240,6 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 197036,3 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 292204,3 manat; Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 495261,16 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 197036,3 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 298224,86 manat; Cavabdeh MMC-nin ekspert rəyinin tərtib edildiyi xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 501445,94 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 197036,3 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 304409,61 manat; (altıncı sual üzrə) rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları, 06 may 2009-cu il tarixli 139 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh MMC-nin müqavilə müddətinin bitdiyi xx.xx.2010-cu il tarixə İddiaçı ASC-yə olan borcu 431330,67 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 428000 manat, faiz borcu 3300,67 manat, Cavabdeh MMCnin xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 448476,08 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 271058,54 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 177417,54 manat; Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 456758,42 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 271058,54 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 185699,88 manat; Cavabdeh MMC-nin ekspert rəyinin tərtib edildiyi xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 465266,65 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 271058,54 manat, faiz borcu 0 manat, 5% ilə faiz borcu 194208,11 manat məbləğində müəyyən edilir. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixdə **********566 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdehnə müraciət edilərək, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış ümumilikdə 972957,77 manat məbləğində borcun 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixdə **********596 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdehnə müraciət edilərək, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış ümumilikdə 777929,93 manat məbləğində borcun 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış kredit müqavilələri əsasında cavabdehə yuxarıda qeyd olunan müddətə və məbləğdə kredit verilmişdir. İddiaçı ASC göstərilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh kredit məbləğləri və kredit üzrə hesablanmış faizləri müəyyən edilmiş müddətdə və qaydada iddiaçıya tam qaytarmamış, bununla kredit müqavilələri üzrə öhdəliklərini pozmuş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə cavabdehin iddiaçıya borcunun olmasının müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehdən xx.xx.2009-cu il tarixli, 126 saylı və xx.xx.2009-cu il tarixli, 139 saylı kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsinı tələb etməkdə haqlı olmuşdur. Məhkəmə ilk öncə iş üzrə mübahisəli olan 380000 manat məbləğində pul vəsaiti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Cavabdeh tərəfindən 2017-ci ilin noyabr ayında 380000 manat məbləğində pul vəsaitinin banka ödənilməsi işin mübahisəsiz halıdır. Mübahisəli məqam ondan ibarətdir ki, cavabdeh 380000 (200000+180000) manat məbləğində pul vəsaitinin kredit borcuna görə banka ödənildiyini bildirmiş, iddiaçı isə həmin məbləğin bankın depozit hesabina qoyulduğunu, növbəlilik qaydasında gələcəkdə cavabdehə həmin məbləğin qaytarılacağını qeyd etmişdir. Cavabdehin nümayəndəsi cavabdehin göstərilən məbləği depozitə qoymadığını, belə bir məqsədin olmadığını, bunun üçün müraciət etmədiyini, banka borcu olduğu halda, depozitə pul qoymağın, həm də ləğv olunmuş banka depozitə vəsait qoymağın hansı məntiqə sığdığını və nə dərəcədə ağlabatan olmasını vurğulamışdır. Məhkəmə göstərilən məsələyə münasibətdə cavabdehin dəlilləri ilə qismən razılaşır. Belə ki, “Digər ödənişlər (CDB)” hesabına xx.xx.2017-ci il tarixdə 380000 manat məbləğində vəsait (əmanət bərpası) bərpa edilmiş, xx.xx.2017-ci il tarixdə həmin vəsaitin 180000 manatı ******************** nömrəli hesaba (428000 manat məbləğli kredit müqaviləsi üzrə), 200000 manatı isə ******************** nömrəli hesaba (800000 manat məbləğli kredit müqaviləsi üzrə) köçürülmüşdür. Bundan sonra xx.xx.2017-ci il tarixdə 200000 manat məbləğində ödəniş 800000 manat məbləğli kredit müqaviləsi üzrə aşağıdakı ardıcıllıqla silinmişdir: əsas borc üzrə 77918,73 manat, faiz borcu üzrə 122081,27 manat. xx.xx.2017-ci il tarixdə 180000 manat məbləğində ödəniş 428000 manat məbləğli kredit müqaviləsi üzrə aşağıdakı ardıcıllıqla silinmişdir: əsas borc üzrə 117258,66 manat, faiz borcu üzrə 62741,33 manat. xx.xx.2017-ci il tarixdə 180000 manat və 200000 manat məbləğində ödənişlər “Səhvən ödəniş məbləğinin geri qaytarılması” təyinatı ilə “Digər ödənişlər (CDB)” hesabına geri qaytarılmışdır. İddiaçı tərəfindən 380000 manat məbləğində pul vəsaitini “Digər ödənişlər (CDB)” hesabına köçürülməsinə əsas verən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə ödənilmiş 380000 manat məbləğində pul vəsaitini hər iki müqavilə üzrə kredit ödənişi kimi qəbul edir. Lakin cavabdeh tərəfin razılaşmaya əsasən həmin məbləğlərin məhz əsas məbləğdən silinməli olması dəlili ilə razılaşmır, belə ki, bununla bağlı hər hansı razılaşmanın olması barədə məhkəməyə sübut təqdim olunmur. Eyni zamanda məhkəmə şahid ifadəsini hazırkı iş üzrə mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixli, 139 saylı kredit müqaviləsi üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin xx.xx.2009-cu il tarixli, 139 saylı kredit müqaviləsi üzrə borcun tutulması hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmədə hazırkı iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında xx.xx.2009-cu il tarixli, 139 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 2017-ci ilin noyabrında olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və bununla da sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, onun müddət keçdikdən sonra öhdəliyin icrasından imtina etmək hüququ olduğundan, iddia müddəti ötürüldüyündən və iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, iddia cavabdehdən xx.xx.2009-cu il tarixli, 139 saylı kredit müqaviləsi üzrə kredit borcun tutulması hissəsində rədd edilməlidir. İddia tələbinin digər hissəsini Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə 500000 manat əsas və 83546,74 manat faiz borcunun tutulması təşkil edir. Mülki qanunvericiliyin normalarına, tərəflər arasında bağlanmış müqavilələrə,təqdim olunmuş sənədlərə əsaslanaraq və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5226 saylı ekspert rəyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Belə ki, ekspert rəyindən görünür ki, həmin müqavilə üzrə cavabdehin hazırkı vaxta iddiaçıya əsas və faiz borcu yoxdur. İddia tələbinin digər hissəsini Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik faiz dərəcəsi ilə hesablanan (Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) 288592,64 manat məbləğin tutulması təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur ki, lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır və iddia həmin hissədə qismən təmin edilərək, xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5 %-lə hesablanmış 256854,38 manat (iki yüz əlli altı min səkkiz yüz əlli dörd manat otuz səkkiz qəpik) məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, ekspert rəyi ilə müəyyən olunur ki, müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanmış faiz borcu 256854,38 manat təşkil edir. İddia tələbinin digər hissəsini Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə 100818,39 manat cərimə borcunun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, müəyyən olunur ki, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən vaxtında icra olunmamış və öhdəliyin icrası uzun müddət gecikdirilmişdir. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə 5000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin digər hissələrini Cavabdehndən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin və, 1265,44 (bir min iki yüz altmış beş manat 44 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması təşkil edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 200 (iki yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 189,25 manat (yüz səksən doqquz manat iyirmi beş qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat pulun 200 (iki yüz) manat hissəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 150 (yüz əlli) manat hissəsi Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2009-cu il tarixli, 126 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 256854,38 manat (iki yüz əlli altı min səkkiz yüz əlli dörd manat otuz səkkiz qəpik) məbləğ, 5000 (beş min) manat cərimə, 200 (iki yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 189,25 manat (yüz səksən doqquz manat iyirmi beş qəpik) olmaqla, cəmi 262243,63 manat (iki yüz altmış iki min iki yüz qırx üç manat altmış üç qəpik) məbləğində pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat pulun 200 (iki yüz) manat hissəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 150 (yüz əlli) manat hissəsi Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1476/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1476/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver