Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1479/2024 13.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (Gəncə şəhəri üzrə İcra idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair” tələbinə dair, birləşdirilmiş (qarşılıqlı) iş üzrə iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: hərrac protokolunun ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi, ipoteka hüququna xitam verilməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 ASC-nin nümayəndələri X2 və X5 iştirakları ilə, Digər cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan, İlkin iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (Gəncə şəhəri üzrə İcra idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair” tələbinə dair, birləşdirilmiş (qarşılıqlı) iş üzrə iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair kommersiya mübahisələri üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İlkin iddia üzrə iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC ilə Gəncə şəhəri üzrə İcra idarəsi arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli hərracın yekunları barədə 70/01 nömrəli Protokolun ləğv edilməsi; İddiaçı "xxxx" MMC-nin mülkiyyəti olan ünvan 1 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə dair hüquqların qeydiyyatının əsassız olmasını nəzərə alaraq Cavabdeh2 ASC-nin adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi; İddiaçı "xxxx" MMC ilə Cavabdeh2 ASC arasında ünvan 1 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə dair bağlanmış xx.xx.2012-ci il tarixli, 10-BİZ-3-0- 2107-12 saylı ipoteka müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 ASC-nin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması; İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 ASCdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra “İddiaçı”) ilə Cavabdeh2 ASC (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 10-BİZ-3-0-2107-12 saylı ipoteka müqaviləsinə əsasən İddiaçıya məxsus ünvan 1 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksi (bundan sonra “Əmlak kompleksi”) Cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit borcunun ödənilməsində gecikmə olduğuna görə Cavabdeh tərəfindən İddiaçıya qarşı iddia qaldırılmışdır. Məhkəmə proseslərinin yekunu olaraq Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 2-2(83)-29/2015 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi verilmiş və icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən həmin icra sənədinin icrasını təmin etmək məqsədilə icra hərəkətləri həyata keçirilmişdir. Belə ki, Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən hərrac təşkilatı olan “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nə (bundan sonra “Cavabdeh 2”) A.İ-13048/16 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubu göndərilmişdir. Bundan sonra, hərrac təşkilatı tərəfindən xx.xx.2017-ci ildə ilkin, xx.xx.2017-ci ildə təkrar hərrac keçirilmiş, lakin hər iki hərrac baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair “Birja yenilikləri” qəzetinin 05-11 may 2017-ci il tarixli, 61 (61) nömrəsində elan dərc edilmişdir. Nəticə etibarı ilə, Cavabdeh 2 “İpoteka haqqında” qanuna istinad edərək Cavabdehə ipoteka predmetinin əldə olunmasına dair təklif göndərmişdir. Hərracın yekunları barədə 70/01 nömrəlixx.xx.2023cü il tarixli Protokoldan görünür ki, ipoteka saxlayan Cavabdeh “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən Əmlak kompleksini 25% aşağı olan qiymətlə (1,147.500.00 manat) əldə etmək hüququnu bildirmişdir. Göründüyü kimi, Cavabdeh Əmlak kompleksini təkrar hərracin baş tutmamasinin elan edildiyi gündən 6 il yarım keçdikdən sonra əldə etmişdir.
3. Cavabdeh2 ASC-nin ilkin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)- 29/2015 saylı, 30 yanvar 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin iddia tələbləri təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 23 noyabr 2012-ci il tarixli 10-BİZ-3-0-2107-12 (Əl) nömrəli kredit müqaviləsindən irəli gələn 995.217,41 manat əsas borc, 328.791 manat faiz borcu, 1.1383 manat dəbbə pulu borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 1335451,41 manat məbləğində pul vəsaitinin tutularaq, Nikoil” İKB ASC-yə ödənilməsi, tutmanın xx.xx.2012-ci il tarixli 10-BİZ-3-0-2107-12 saylı girov müqaviləsinə əsasən girov qoyulmuş cəmi 654.720 manat məbləğində qiymətləndirilmiş daşmar əmlaklara və xx.xx.2012-ci il tarixli 10-BİZ- 3- 0-2107-12 saylı sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1ndə 5,0 ha torpaq sahəsindən ibarət əmlak kompleksinə yönəldilməsi, qeyd olunan daşmar əmlaklar və əmlak kompleksinin açıq hərraca çıxarılaraq satılması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinə olan borcu satışdan əldə olunan vəsait hesabına ödənilməsi, borcun tam ödənilməsindən sonra daşınar və daşınmaz əmlakların açıq hərracda satışdan əldə olunan vəsaitin qalan hissəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. Sözügedən qətnamə icra olunması üçün xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri üzrə icra idarəsinə icra vərəqəsi verilmişdir. Qətnamə üzrə tutma yönəldilmiş əmlak kompleksinin və avadanlığın satılması üçün Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə əmlak kompleksinin ******* manata,avadatılıqları isə 654720 manata hərracdan satılması ilə bağiı sifariş məktubu verilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən əmlakların satışı üzrə açıq hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə təyin edilmiş və əmlak kompleksinin 1 800 000 manata, avadanlığın isə 654720 manata satılması ilə bağlı ilkin hərrac keçirilmişdir. İlkin hərracda alıcı olmadığından təkrar hərrac 01.05.20İ7-ci il tarixə təyin edilmiş və əmlakların qiyməti 15% azadılaraq, əmlak kompleksinin 1 530 000 manata, avadanlıqın isə 556512 manata satılması ilə bağlı hərrac keçirilmişdir. xx.xx.2017-ci il tarixə təyin edilmiş hərracada alıcı olmadığından hərrac baş tutmamış və bu barədə xx.xx.2017-ci il tarixdə “Birja yeniliklərin” qəzetində elan dərc edilmişdir. xx.xx.2017-ci il tarixində "xxxx" MMC cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (üçüncü şəxs "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinə) qarşı Gəncə şəhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsinə dair iddia ilə Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda əmlakların satılması və hərracın keçirilməsinin “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qadağan edilməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə ərizə ilə müraciət etmiş və ərizə xx.xx.2017-ci il tarixli qərardadla təmin edilərək, əmlakların satılması və hərracın keçirilməsi “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qadağan olunmuş və qərardad dərhal icra olunması üçün aidiyyatı üzrə icra vərəqəsi verilmişdir. Bu səbəbdən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC hərracla bağlı sonrakı hərəkətləri yerinə yetirə bilməmişdir. Həmçinin işə mahiyyəti üzrə baxan Gəncə İnzibati-İqtisad Məhkəməsi 2- 1(83)-1586/2017 saylı 07 iyul 2017-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC cavabdeh Gəncə şəhəri üzrə icra İdarəsinə (üçüncü şəxs "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinə) qarşı Gəncə şəhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakın qiymətləndirilməsinin yenidən aparılması tələbinə dair işə baxaraq, iddia tələblərini təmin etmiş, Gəncə şəhəri üzrə icra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsina dair imtinası ilə bağlı hərəkətləri qeyri-qanuni hesab etmiş və borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakına dair yenidən qiymətləndirmənin aparılmasını qərara almışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 8-2(104)-2/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qəbul edildikdən sonra Cavabdeh2 tərəfindən Gəncə İnzibati Məhkəməsinə ərizə ilə müraciət olunmuş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1586/2017 saylı 23 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilərək, Avia- Ekologiya MMC-yə məxsus əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi ilə bağlı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin üzərinə qoyulmuş qadağa götürülmüşdür. Gəncə inzibati məhkəməsinin məktubuna əsasən sözügedən xx.xx.2023-cü il tarixli qərardad xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2023-cü il tarixdə Bank Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-dən ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin Cavabdeh2 ASC-nin balansına 1 147 500 manata götürülməsi barədə protokol almışdır. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iş haqqında düzgün olmayan məlumatlar göstərmiş və həmin məlumatları düzgünlüyünü təsdiq edən heç bir sübutu ərizəsinə əlavə etməmişdir. Belə ki, iddiaçı tərəfin hərracın baş tutmaması barədə elanın dərc edilməsindən (xx.xx.2017-ci il) 6 il yarım keçdikdən sonra hərracın yekunları barədə protokolun imzalanmasına istinad etməsi və bunu sübut edən heç bir faktı göstərməməsi qərəzli xarakter daşıyır. Gəncə İnzibati-İqtisad Məhkəməsinin 2-1(83)-1586/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə əmlakların satılması və hərracın keçirilməsi “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qadağan olunmuşdur. Həmin qadağa isə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1586/2017 saylı 23 noyabr 2023-cü il tarixli qərardadı ilə X8 Məhkəməsinin 2-1(83)-1586/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilərək əmlakların satılması və hərracın keçirilməsinə qoyulan qadağa götürülmüşdür. Həmin qərardad xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş və Bank elə həmin tarixdə Protokol imzalamışdır. xx.xx.2017-ci tarixindən sonra 30 gün müddətində əmlakın bank tərəfindən əldə edilməsinə dair müqavilənin-protokolun imzalanmasının mümkün olmamasının səbəbi X8 Məhkəməsinin 2-1 (83)-1586/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadının həmin tarixdən qadağan götürülməsi barədə Gəncə inzibati Məhkəməsinin 2-1(114)-1586/2017 saylı 23 noyabr 2023-cü il tarixli qərardadın qanuni qüvvəsini alana qədər qüvvədə olmasıdır. Həmçinin ipotekaya xitam verilməsi tələbi də əsassızdır. Çünki ipotekaya xitam verilməsinin əsasları ipoteka haqqında Qanunun 48-ci maddəsində göstərilmişdir. 1) ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 2) əsas öhdəliyə xitam verildikdə; 3) tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 4) ipoteka predmeti məhv olduqda; 5) bu Qanunla nəzərdə tutulmuş digər hallarda. İddiaçının istinad etdiyi İpoteka haqqında qanunun 43.8-ci maddəsində göstərilmiş əsas yəni ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilməsi vəziyyəti mövcud deyildir. Çünki, iddiaçı Avia Ekologiya MMC tərəfindən təkrar hərracın baş tutmaması barədə elan dərc edilməsindən - xx.xx.2017-ci il tarixindən sonra xx.xx.2017-ci il tarixində "xxxx" MMC cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (üçüncü şəxs "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinə) qarşı Gəncə şəhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi bağlı iddia ilə Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş və X8 Məhkəməsinin 2- 1(83)-1586/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə əmlakların satılması və hərracın keçirilməsi “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qadağan olunmuş, həmin qadağa isə Gəncə İnzibati Məhkəməsinin 2-l(114)-1586/2017 saylı 23 noyabr 2023-cü ii tarixil qərardadı ilə götürülmüş, xx.xx.2023-di İİ tarixə qanuni qüvvəyə minmişdir . Yəni, 30 günlük müddət ərzində iddiaçı tərəfin ipoteka predmetinin əldə olunması ilə bağlı hərəkətləri mübahisələndirdikləri və əmlakın hərracdan satılması məhkəmə qərardadı ilə qadağan olunduğu üçün protokol 2023-cü ildə imzalanmışdır. İddiaçı tərəfin bu tələbinin də haqlı olduğunu sübut edən nə hüquqi, nə də faktiki heç bir hal mövcud deyildir. İddiaçı "xxxx" MMC-nin Cavabdeh2 ASC-nə, "xxxx" MMC-yə, qarşı “hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi, ipotekaya xitam verilməsi, ipoteka haqqında qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
4. Cavabdeh2 ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Kimyaçılar küçsində 5.0 ha torpaq sahəsində yerləşən 6315,45 kv.m. ümumi, 6180,45 kv.m. əsas, 135 kv.m. köməkçi sahədən ibarət olan əmlak kompleksinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh2 ASC-nin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (Cavabdeh2 ASC) ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1ndə 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinə X7 Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2-2(83)- 29/2015 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair Cavabdeh2 ASC-nin mülkiyyət hüquqları 12 dekabr 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Belə olan halda bankın mülkiyyətində olan ünvan 1ndə 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinin boşaldılaraq banka təhvil verilməsi zərurəti yaranmışdır.
6. Gəncə şəhəri üzrə İcra İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 36/24 saylı məktubundan görünür ki, Gəncə lnzibali-İqtisadi Məhkəməsinin 2-2(83)- 29/2015 saylı. 30 yanvar 2015-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 23 noyabr 2012-ci il tarixli kredil müqaviləsindən irəli gələn 995.217,41 manat əsas borc, 328.791 manat faiz borcu, 11.383 manat dəbbə pulu, iddia qaldırıİması üçün ödənilmiş 30 manat dövlət riisıımıı, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 1.335.451.41 manat məbləğində pul vəsaiti tutularaq, "Nikoil” İKB ASC-və ödənilməli, tutma xx.xx.2012-ci il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş cəmi 654.720 manat məbləğində qiymətləndirilmiş daşmar əmlaklara və 23.1 1.2012-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və 1.800.000 manat məbləğində qiymətləndirilmiş ünvan 1ndə 5.0 ha torpaq sahəsindən ibarət əmlak kompleksinə yönəldilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2016-cı il tarixdə Gəncə Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Girox və ipoteka predmelinin satılması üçün xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Daşmar sə Daşınma/ Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə əmlak kompleksinin 1.800.000 manata, avadanlıqın isə 654.720 manata hərracdan satılması ilə bağlı sifariş məktubu verilmişdir. Hərrac təşkilatçısı tərəfindən əmlakların satışı üzrə açıq hərrac xx.xx.2017-ci il tarixə təyin edilmiş və həmin tarixdə ilkin hərrac keçirilmiş, alıcı olmadığından təkrar hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə təyin edilmişdir. Qanunvericiliyə uyğun olaraq əmlakların qiyməti 15% azadıtaraq, əmlak kompleksinin 1.530.000 manata, avadanlıqın isə 556.512 manata satılması ilə bağlı təkrar hərrac keçirilmiş, hərracda alıcı olmadığından hərrac baş tutmamış və bu barədə xx.xx.2017-ci il tarixdə "Birja y eniliklərin” qəzetində elan dərc edilmişdir. Təkrar hərracın keçirilməsi baş tutmadığından ipoteka saxlayan tərəfindən sonrakı addımın atılması üçün nəzərdə tutulmuş 30 gün müddətində, yəni xx.xx.2017-ci il tarixində "Avia-Ekologiya” MMC cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (üçüncü şəxs "Nikoil“ X4 Açıq Səhmdar Cəmiyyətinə) qarşı Gəncə şəhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi iddiası ilə, həmçinin əmlakların satılması və hərracın keçirilməsinin Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qadağan edilməsi ilə bağlı iddianın təmin tədbiri barədə ərizə ilə Gəncə ln/ibati-İqtisad Məhkəməsinə müraciət etmiş sə ərizə məhkəmə tərəfindən təmin edilərək. xx.xx.2017-ci il tarixli qərardadla əmlakların satılması və hərracın keçirilməsi Daşınar sə Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qadağan edilmişdir. Gəncə İnziibati-İqtisad Məhkəməsinin 2-1 (83)-1586/2017 saylı 07 iyul 2017-ci il tarixli qərarı ilə Gəncə səhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtinası ilə bağlı hərəkətləri qeyri-qanuni hesab etmiş və borclu "xxxx" MMC-nin əmlakına dair yenidən qiymətləndirmənin aparılmasını qərara almışdır. Bundan sonra xx.xx.2017-ci il tarixdə icra məmuru tərəfindən qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilərək qiyməlləndirici "Daşınar və daşınmaz əmlakların qiymətləndirilməsi xidməti" MMC təyin edilmişdir. Həmin qiymətləndiricinin xx.xx.2018-ci il tarixli hesabatında əmlakın qiyməti 5.700.000 manat müəyyən edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən əmlak kompleksinin 5.700.000 manata, avadanlıqın isə 654.720 manata satılması ilə bağlı hərracın keçirilməsi üçün 16.1 1.2018- ci il tarixində Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-və sifariş verilmiş və hərrac təşkilatçısı tərəfindən əmlakların hərracda satılması ilə bağlı ilkin hərrac xx.xx.2019-cıı il tarixə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli məktub ilə tələbkar tərəfindən hərracın keçirilməsinin və icra işinin icraatının dayandırılması ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət olunmuşdur. Daha sonra tələbkar icra idarəsinə müraciət edərək icra sənədinin icra olunmadan məhkəməyə qaytarılması xahiş edilmişdir. xx.xx.2019-cu il tarixli qərar əsasında icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. xx.xx.2019-cu ildə icra vərəqəsinin davam etdirilməsi üçün məhkəmə tərəfimdən icra vərəqəsi icra idarəsinə göndərilmişdir. Tələbkar xx.xx.2019-cu il tarixdə ərizə ilə icra idarəsinə müraciət edərək, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqaviləsində qoyulmuş qiymət, o cümlədən ekspertizanın təqdim etdiyi rəylər arasında kəskin fərq olduğundan iş üzrə yenidən qiyməlləndirici dəvət olunması barədə qərar qəbul edilməsi və icra olunması üçün səlahiyyətli qiymətləndirmə şirkətinə göndərilməsinin təmin olunmasını xahiş etmiş, icra idarəsi tərəfindən xx.xx.2019-cıı il tarixli məktub ilə tələbkara cavab verilmiş və əmlak kompleksinin yenidən qiymətləndirilməsindən imtina edilmişdir. xx.xx.2020-ci ıl tarixində icra idarəsi tərəfindən əmlak kompleksinin 5.700.000 manata, avadanlıqın isə 654.720 manata satılması ilə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə sifariş verilmiş, hərrac təşkilatçısı tərəfimdən hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmişdir. xx.xx.2020-ci il tarixli məktub ilə tələbkar tərəfindən məhkəmə mübahisəsi olduğu üçün hərracın keçirilməsinin və icra işinin icraatının dayandırılması ilə bağlı icra idarəsinə müraciət olunmuş və həmin tarixdə icra idarəsi tərəfindən hərracın day andırılması üçün hərrac təşkilatçısına məktub göndərilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, ”Avia-Ekologiya" MMC-nin mülkiyyətində olan və "xxxx" İKB-nin xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak kompleksinin yenidən qiymətləndirilməsini xahiş etmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinn 07 aprel 2023-cii il tarixli imtina məktubu ilə tələbkar "xxxx" ASC -yə "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin 24 aprel 2018-ci il tarixli rəyi qüvvədə olduğundan sözü gedən əmlakın yenidən qiymətləndirilməsinin mümkün olmadığı və həmin "Daşmar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin 24 aprel 2018-ci il tarixli rəyin ləğv edilməsi və və əmlakın yenidən qiymətləndirilməsi barədə məhkəməyə müraciət edilməsi bildirilmişdir. "xxxx" ASC-nin ərizəsi əsasında Gəncə Kommersiya Məhkəməsinin 31 mav 2023-cü il tarixli, 8-2( 115)-08/2023 saylı qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-29/2015 saylı icra sənədində göstərilən əmlakların yenidən qiymətləndirilməsinin keçirilməsi qərara alınmışdır. Qərardaddan "xxxx" MMC tərəfindən şikayət verilmiş, yekunda Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 8-2( 104)-2 2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 31 may 2023-cii il tarixli, 8-2(115)- 08/2023 saylı qərardadı və həmin qərardadla bağlı 07 avqust 2023-cii il tarixli, 8-2(115 )- 08/2023 saylı qərardadı ləğv edilmiş, tələbkar "xxxx" ASC-nin icra məmurunun ipoteka predmetinin yenidən qiymətləndirilməsindən imtina barədə qərarından, verdiyi şikayət təmin edilməmiş, ipoteka predmetinin Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)- 29/2015 saylı, 30 yamar 2015-ci il tarixli (yenidən icraya yönəldilmə iiə əlaqədar 21 oktyabr 2016-cı il tarixli) icra sənədində göstərilən qiymətlə icra hərəkətlərini davam etdirməsi vəzifəsi icra məmuruna izah edilmişdir. Bundan sonra icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələb yönəlmiş əmlak kompleksinin 1.800.000 manata, avadanlığın isə 654.720 manata satılması hərracdan satılması barədə Gəncə şəhəri üzrə icra idarəsinin xx.xx.2023-cii il tarixli məktubu ilə "xxxx" MMC-yə sifariş verilmiş, hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Tələbkarın xx.xx.2023-cii il tarixli ərizəsi əsasında "İcra haqqında" Qanunun 17.1.10-cu maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cii il tarixli qərardad ilə əmlakların satılması və hərracın keçirilməsi Daşınar və Daşınmaz Əmtaklarin Satışı tizrə Hərrac Mərkəzi MMC-yə qadağan olunması barədə xx.xx.2017-ci il tarixli 2-1(83)- 1586/2017 saylı qərardad ləğv edilmişdir. Tələbkarın xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixdə tələbkar tərəfindən icra idarəsinə məlumat daxil olmuşdur ki, xx.xx.2017-ci il tarixli təkrar hərracın baş tııtmamasından sonrakı addıma uyğun olaraq Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən əmklak kompleksi tələbkara təklif olunmuş və tələbkar həmin əmlakı qəbul edərək müvafiq protokol imzalanmışdır. Bankdan verilmiş məlumata əsasən ünvan 1ndə 5.0 ha torpaq sahəsindən ibarət əmlak kompleksi bankın balansına qəbul edilərək çıxarış alınmışdır. Hazırda icra sənədi üzrə qalıq borcun borcludan tutulması istiqamətində icra tədbirləri davam etdirilir.
7. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-576/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin vəsatəti təmin edilmiş və Gəncə Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmlakın boşaldılması və banka təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə e-2- 2(115)-576/2024 saylı iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair tələbinə dair kommersiya mübahisəsi üzrə e-2-2(113)-1479/2024 saylı işə birləşdirilərək bir icraatda baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
8. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının/birləşdirilmi(qarşılıqlı) iddia üzrə cavabdehin nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək "xxxx" MMC-nin iddia ərizəsinin təmin edilməsini, Cavabdeh2 ASC-nin iddia ərizəsinin rədd edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin/birləşdirilmi(qarşılıqlı) iddia üzrə iddiaçının nümayəndələri ilkin iddia ərizələrinə olan yazılı etirazın məzmununa və öz iddia ərizələrinin məzmununa uyğun izahat verərək "xxxx" MMC-nin iddia ərizəsinin rədd edilməsini, Cavabdeh2 ASC-nin iddia ərizəsinin təmin edilməsini xahiş etdilər.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” MMC-yə və Gəncə şəhəri üzrə İcra idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
11. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən gəlməyən cavabdehin və iş üzrə müstəqil tələb irəli sürməyən digər 3-cü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. “Nikol” İK Bankın Gəncə filialı ilə "xxxx" MMC arasında xx.xx.2012-ci il tarixli, 10- BİZ-3-0-2107-12 (Sİ) saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən ünvan 1ndə 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi ipotekaya qoyulmuşdur.
14. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-2(83)-29/2015 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" İKB ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsına dair iddia ərizəsi təmin edilmiş və tutma girov əmlaklara və ipoteka predmeti olan ünvan 1ndə 5.0 ha torpaq sahəsində yerləşən 6315.45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksinə yönəldilmişdir.
15. 24.02.2017-ci il tarixli, 01/705 saylı açıq hərracın keçirilməsinə dair 01 saylı bildirişə əsasən ünvan 1ndə 5.0 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin Gəncə İnzibati-İqtisadi Məhəməsinin 2-2(83)-29/2015 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tutmanın yönəldilməsi ilə bağlı hərracın keçirilmə tarixi xx.xx.2017-ci il tarixə saat 11:00-a, xx.xx.2017-ci il tarixli 01/2 saylı bildirişə əsasən xx.xx.2017-ci il tarixdə saat 11:00-a və xx.xx.2017-ci il tarixlli, 01/1105 saylı açıq hərracın keçirilməsinə dair 02 saylı və 02/2 saylı bildirişə əsasənisə xx.xx.2017-ci il tarixdə saat 11:00 təyin edilmişdir.
16. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-1586/2017 saylı qərardadı ilə borclu "xxxx" MMC-nin ərizəsi təmin edilmiş və MMC-nin Gəncə şəhəri üzrə icra idarəsinin əmlakının yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və borclu "xxxx" MMC-nin əmlakına dair qiymətləndirmə aparılması barədə iddia ərizəsi ilə bağlı işə mahiyyəti üzrə baxılıb, qəbul olunacaq qərar qanuni qüvvəsini alanadək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(82)-29/2015 nömrəli icra sənədinə əsasən "xxxx" MMC-yə məxsus əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi Azərbaycan Respublikası Xammla və X6 və Daşınmaz Əmlakın Hərrac Mərkəzinə qadağan edilməsi qərara alınmışdır.
17. Gəncə Şəhəri üzrə İcra İdarəsinin “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə ünvanladığı 04.10.207-ci il tarixli məktubunda Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 2-1(83)-1586/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-yə məxsus əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsinin Azərbaycan Respublikası Xammla və X6 və Daşınmaz Əmlakın Hərrac Mərkəzinə qadağan edildiyi qeyd olunmuşdur.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə 2-1(83)- 1586/2017 saylı qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(114)-1586/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadının ləğv edilməsi qərara alınmış və məhkəmənin Hərrac Mərkəzinə ünvanladığı xx.xx.2013-cü il tarixli məktubunda Gəncə İnzbati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini aldığı qeyd olunmuşdur.
19. Cavabdeh2 ASC-nin Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda Gəncə İnzibati-lqtisadi Məhkəməsinin 2-2(83)-29/2015 saylı 30 yanvar 2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1ndə 5,0 ha torpaq sahəsindən ibarət əmlak kompleksinin harracda satılması barədə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nə 13048/16 saylı xx.xx.2016-cı il tarixli, sifariş məktubu verildiyi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-1586/2017 saylı 24 may 2017-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Gəncə şəhəri, Kəpəz Kimyaçılar küçəsində 5,0 ha torpaq sahəsindən ibarət əmlak kompleksinin satılması və hərracın keçirilməsinin Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nə qadağan edildiyi, bu səbəbdən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC hərracla bağı sonrakı hərəkətləri yerinə yetirə bilmədiyini, hal-hazırda Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1586/2017 saylı 23 noyabr 2023-cü qərardadı ləğv edilərək, Avia-Ekologiya MMC-yə məxsus əmlakın satılması ilə əlaqədar keçirilməsi ilə bağlı Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin üzərinə qoyulmuş qadağanın götürüldüyünü, və qeyd edilənləri nəzərə alaraq Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1586/2017 saylı 23 noyabr 2023-cü il tarixli qərardadı qanuni qüvvəsini aldıqdan sonra borclu "xxxx" MMC-yə məxsus olan ünvan 1ndə, 5 ha torpaq sahəsində yerləşən ü/s 6315.45 kv.m olan əmlak kompleksinə dair təklifi “İpoteka Haqqında” Azərbaycan Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bank tərəfindən razılıqlarını bildirdiklərini və əmlak komleksinin Bankın balansına götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını xahiş etmişlər.
20. Gəncə Şəhəri üzrə İcra İdarəsinin “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə və surətləri "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)- 29/2015 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələb yerinə yetirilməsi üçün xx.xx.2016-cı il tarixində icra sənədi icra olunması üçün hərrac mərkəzinə göndərildiyi və hal-hazırda zərurət aradan qalxdığı üçün icra işinin yenidən davam etdirilməsi xahiş edilmişdir.
21. xx.xx.2023-cü il tarixli hərrac təşkilatının hərracın yekunlarına barədə 70/01 saylı protokoluna əsasən "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 5.0 ha torpaq sahəsində yerləşən 6315,45 kv.m. ümui, 6180,45 kv.m. əsas, 135 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi 1.530.000 manat Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir.
22. ƏMDX DƏDKR X10 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 6315,45 kv.m. əmlak kompleksi üzərində mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixində Cavabdeh2 ASC-nın adına hüquqi qeydiyyata alınmışdır.
23. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd olunmalı və birləşdirilmiş yəni qarşılıqlı iddia tələbi təmin olunmalıdır.
24. İlkin olaraq məhkəmə ilkin iddia tələbinə münasiətdə hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.
25. Belə ki, ilkin iddiaçı 11 dekabr 2023-cü il tarixli hərracın yekunları barədə 70/01 nömrəli Protokolun ləğv edilməsini, onun mülkiyyəti olan ünvan 1 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə dair hüquqların qeydiyyatının əsassız olmasını nəzərə alaraq Cavabdeh2 ASC-nin adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsini, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 ASC arasında ünvan 1 ünvanında olan 5.0 ha torpaq sahəsində yerləşən 6,315.45 kv.m. ümumi sahədən ibarət əmlak kompleksinə dair bağlanmış xx.xx.2012-ci il tarixli, 10-BİZ-3-0-2107-12 saylı ipoteka müqaviləsinə xitam verilməsini, həmin müqavilə üzrə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 ASC-nin xeyrinə aparılmış ipoteka hüququna xitam verilməsi və bu barədə qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmasını məhkəmədə mübahisələndirmiş və tələbin hüquqi əsası kimidi də Hərracın yekunları barədə 70/01 nömrəli xx.xx.2023-cü il tarixli Protokol, ipoteka saxlayan Cavabdeh bank tərəfində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən Əmlak kompleksini 25% aşağı olan qiymətlə (1,147.500.00 manat) əldə etmək hüququnu bildirərərək əmlak kompleksini təkrar hərracin baş tutmamasinin elan edildiyi gündən 6 il yarım keçdikdən sonra əldə etməsinə istinad etmişdir. Digər tələbinə dair dəlillər irəli sürməmişdir.
26. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfin irəli sürmüş olduğu dəlilləri əsassızdır və hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları çərçivəsində dəyərləndirir.
27. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
28. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
29. İşdən göründüyü kimi və ilkin iddiaçı "xxxx" MMC-yə icra şöbəsi tərəfindən ünvanlanmış məktublardan da göründüyü kimi cavabdeh bank tərəfindən hərracın yekunlarına dair protokolun gec imzalanması və hərracın qəbul edilməsinin gecikməsinin halları qeyd olunmuşdur.
30. Belə ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən əmlakların satışı üzrə açıq hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə təyin edilmiş və əmlak kompleksinin 1 800 000 manata, avadanlığın isə 654720 manata satılması ilə bağlı ilkin hərrac keçirilmişdir. İlkin hərracda alıcı olmadığından təkrar hərrac 01.05.20İ7-ci il tarixə təyin edilmiş və əmlakların qiyməti 15% azadılaraq, əmlak kompleksinin 1 530 000 manata, avadanlıqın isə 556512 manata satılması ilə bağlı hərrac keçirilmişdir. xx.xx.2017-ci il tarixə təyin edilmiş hərracda alıcı olmadığından hərrac baş tutmamış və bu barədə xx.xx.2017-ci il tarixdə “Birja yeniliklərin” qəzetində elan dərc edilmişdir. xx.xx.2017-ci il tarixində "xxxx" MMC cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (üçüncü şəxs "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinə) qarşı Gəncə şəhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsinə dair iddia ilə Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda əmlakların satılması və hərracın keçirilməsinin “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qadağan edilməsi ilə bağlı müvəqqəti xarakterli müdafiə barədə ərizə ilə müraciət etmiş və ərizə xx.xx.2017-ci il tarixli qərardadla təmin edilərək, əmlakların satılması və hərracın keçirilməsi “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qadağan olunmuş və qərardad dərhal icra olunması üçün aidiyyatı üzrə icra vərəqəsi verilmişdir. Bu səbəbdən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC hərracla bağlı sonrakı hərəkətləri yerinə yetirə bilməmişdir. Həmçinin işə mahiyyəti üzrə baxan Gəncə İnzibati-İqtisad Məhkəməsi 2-1(83)-1586/2017 saylı 07 iyul 2017-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC cavabdeh Gəncə şəhəri üzrə icra İdarəsinə (üçüncü şəxs "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinə) qarşı Gəncə şəhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakın qiymətləndirilməsinin yenidən aparılması tələbinə dair işə baxaraq, iddia tələblərini təmin etmiş, Gəncə şəhəri üzrə icra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtinası ilə bağlı hərəkətləri qeyri-qanuni hesab etmiş və borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakına dair yenidən qiymətləndirmənin aparılmasını qərara almışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 8-2(104)-2/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı qəbul edildikdən sonra Cavabdeh2 tərəfindən Gəncə İnzibati Məhkəməsinə ərizə ilə müraciət olunmuş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1586/2017 saylı 23 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilərək, Avia- Ekologiya MMC-yə məxsus əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi ilə bağlı Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin üzərinə qoyulmuş qadağa götürülmüşdür. Gəncə inzibati məhkəməsinin məktubuna əsasən sözügedən xx.xx.2023-cü il tarixli qərardad xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2023-cü il tarixdə Bank Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-dən ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin Cavabdeh2 ASC-nin balansına 1 147 500 manata götürülməsi barədə protokol almışdır.
31. Göründüyü kimi iddiaçının irəli sürdüyün tələblərin hüquqi əsası olmamış, hərracın keçirilməsi və yekünlarına dair protokolun imzalanması məhz "xxxx"MMCnin iddia və müvəqqəti təminat tədbiri barədə ərizələr əsasında Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-1586/2017 saylı qərardadı ilə əmlakın satılması ilə əlaqədar hərracın keçirilməsi qadağan edilmiş, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin qadağa aradan qaldırılmış, Cavabdeh2 ASC-də qadağa aradan qalxan kimi xx.xx.2023-cü il tarixində əmlak komleksinin Bankın balansına götürülməsi barədə razılığını Hərrac Mərkəzinə yazılı qaydada bildirilmişdir. Beləliklə, mübahisəli ipoteka əmlakının ipoteka saxlayan tərəfindən əldə olunması üçün qanunvericiliklə müyyən edilmiş 30 günlük müddət ötürülməmiş, əksinə məhkəmə qətnaməsinin uzun müddət icra olunmamasına borclu "xxxx"MMC-nin çoxsaylı iddia ərizələri səbəb olmuşdur.
32. İddiaçının ipoteka müqaviləsinə xitam verilməsi tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
33. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: - 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - 48.1.2. əsas öhdəliyə xitam verildikdə; - 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; - 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - 48.1.4. ipoteka predmeti məhv olduqda; - 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. - 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.
34. Göründüyü kimi iddiaçının istinad etdiyi İpoteka haqqında qanunun 43.8-ci maddəsində göstərilmiş əsas yəni ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilməsi vəziyyəti mövcud deyildir. Çünki, iddiaçı Avia Ekologiya MMC tərəfindən təkrar hərracın baş tutmaması barədə elan dərc edilməsindən - xx.xx.2017-ci il tarixindən sonra xx.xx.2017-ci il tarixində "xxxx" MMC cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (üçüncü şəxs "xxxx" X3 Açıq Səhmdar Cəmiyyətinə) qarşı Gəncə şəhəri üzrə İcra İdarəsinin əmlakın yenidən qiymətləndirilməsinə dair imtina ilə bağlı hərəkətlərinin qeyriqanuni hesab edilməsi bağlı iddia ilə Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etmiş və X8 Məhkəməsinin 2- 1(83)-1586/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə əmlakların satılması və hərracın keçirilməsi “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qadağan olunmuş, həmin qadağa isə Gəncə İnzibati Məhkəməsinin 2-l(114)-1586/2017 saylı 23 noyabr 2023-cü ii tarixil qərardadı ilə götürülmüş, xx.xx.2023-di İİ tarixə qanuni qüvvəyə minmiş və 30 günlük müddət ərzində iddiaçı tərəfin ipoteka predmetinin əldə olunması ilə bağlı hərəkətləri mübahisələndirdikləri və əmlakın hərracdan satılması məhkəmə qərardadı ilə qadağan olunduğu üçün protokol 2023-cü ildə imzalanmışdır.
35. Qeyd olunanlardan göründüyü kimi ipoteka müqaviləsinə xitam verilməsi və cavabdeh bank tərəfindən protokolun imzalanmasında müddətə əməl edilməməsi halları işin halları ilə müəyyən edilmədiyindən və iddiaçının tələbinin həmin hissələrdə əsassız olduğundan məhkəmə iddia tələbinin digər hissələrinə prosesual qənatə prinsipi baxımında hüquqi qiymət verilməsini zəruri hesab etmir.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
37. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi şəxsin iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
38. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
40. Məhkəmə birləşdirilmiş/qarşılıqlı iddia tələbinə dair aşağıdakı məqamları qeyd edir.
41. İş materiallarından göründüyü kimi xx.xx.2023-cü il tarixli hərrac təşkilatının hərracın yekunlarına barədə 70/01 saylı protokoluna əsasən "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında mülkiyyətində olan 5.0 ha torpaq sahəsində yerləşən 6315,45 kv.m. ümui, 6180,45 kv.m. əsas, 135 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi 1 147 500 manata tələbkar tərəfindən əldə edilmiş və ƏMDX DƏDKR PH hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 6315,45 kv.m. əmlak kompleksi üzərində mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixində Cavabdeh2 ASC-nın adına hüquqi qeydiyyata alınmışdır.
42. Hal-hazırda əmlak kompleksinin mülkiyyətçisi kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ASC əmlakın boşaldılmasını mülkiyyətçi kimi cavabdeh "xxxx" MMC-dən tələb etməkdə haqlı olmuşdur.
43. “Daşınmaz əmlakın dövəlt reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
44. Həmin Qanunun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
46. Həmin Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
47. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülkiyyətçi kimi Bank ona məxsus olan əmlak kompleksinin boşaldılması və banka təhvil verilməsini cavabdeh "xxxx" MMC-dən tələb edilməsində haqlı olduğundan, birləşdirilmiş/qaşrılıqlı iddia ərizəsi təmin edilməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyi üçün və qarşılıqlı/birləşdirilmiş iddia üzrə iddiaçı ödənilmiş 100 manat rüsumu geri tələb etmədiyi üçün, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
1. İlkin iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “11 dekabr 2023-cü il tarixli 70/01 nömrəli hərrac protokolunun və dövlət reyestrindəki qeydin ləğv edilməsi və sair” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin.
2. Birləşdirilmiş (qarşılıqlı) iddia üzrə iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi təmin edilsin: ünvan 1ndə 5.0 ha torpaq sahəsində yerləşən 6315,45 kv.m ümumi, 6180.45 kv.m əsas, 135 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılaraq Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edlsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova