Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1481/2020 09.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 82.532,30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İVBÖ, EN**********, İBAN: AZ72İBAZ******************** nömrəli bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 239 ədəd qaz sayğacının (qutu ilə) alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə 70/19-AV/LSE nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə, Satıcı və alıcı arasında Bakı şəhərinin Nərimanov rayonu, 823-cü məhəllə, K.Rəhimov küçəsində “xxxxxxxxxxxxxx” MTK tərəfindən inşa edilmiş 239 mənzilli yaşayış binası üçün 239 ədəd G4-T Smart Kart tipli qaz sayğaclarının (qutu ilə) satınalınması ilə əlaqədar yaranmış münasibətləri tənzimləyir. Müqavilə şərtlərinə əsasən, Satıcı alıcını sonuncunun sifariş etdiyi miqdarda G4-T Smart Kart tipli qaz sayğacları ilə təchiz etməyi, Alıcı isə sifariş etdiyi qaz sayğaclarının dəyərini əvvəlcədən Satıcıya ödənilməsini təmin etməyi öz üzərinə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən G4-T Smart Kart tipli qaz sayğaclarının qutu ilə birlikdə 1 ədədinin qiyməti 244,14 manat olmaqla ümumi dəyəri 58.349,46 manat təşkil etmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə görə qaz sayğaclarının (qutu ilə) dəyəri “Satıcı” tərəfindən təqdim edilən hesab-faktura əsasında alıcı tərəfindən əvvəlcədən ödənilməli idi. Bağlanmış müqavilə əsasında İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində №069-Av/LSE-DHŞ38/2019 nömrəli hesab-faktura təqdim edilmişdir. Təqdim edilmiş hesab-faktura üzrə ümumi dəyəri 58.349,46 manat olan müqavilənin 17.083,31 manat hissəsi 70 ədəd qaz sayğacının alınması müqabilində xx.xx.2019-cu il tarixində cavabdeh tərəfindən ödənilmişdir. Daha sonrasında isə “xxxxxxxx” ASC-nin “İpoteka” filialı tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 05 və 06 nömrəli, xx.xx.2019-cu il tarixli 27, 28, 29 və 31 nömrəli ödəniş tapşırıqlarının kserosurəti cavabdeh tərəfindən İddiaçı İB-yə təqdim edilmiş və təqdim edilmiş həmin kserosurətli ödəniş tapşırıqlarının əsasında cavabdehə qutuları ilə birlikdə 169 ədəd G4-T Smart Kart tipli qaz sayğacı verilmişdir ki, həmin qaz sayğaclarının dəyəri olaraq 41.266,15 manat məbləğində pul vəsaiti hazırki günədək cavabdeh MMC tərəfindən İddiaçı İB-nın bank hesabına daxil edilməmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.1-ci bəndinə əsasən, bu müqavilədən irəli gələn, yaxud bu Müqavilə barədə meydana çıxan bütün mübahisələr tərəflərin razılığı ilə həll edilir. Müqavilə öhdəliklərinin pozulması nəticəsində Cavabdeh MMC tərəfindən 41.266,15 manat məbləğində pul vəsaiti İddiaçı İB-nın bank hesabına ödənilməmiş qaldığından xx.xx.2019cu il tarixində tərəflər arasında razılaşma imzalanmış və müvafiq razılaşmaya əsasən Cavabdeh MMC yuxarıda qeyd olunmuş məbləğdə İddiaçı İB-yə borcunun olduğunu qəbul etmişdir. xx.xx.2019-cu il tarixində tərəflər arasında imzalanmış razılaşmanın 2-ci bəndinə əsasən razılaşma imzalandığı andan 5 iş günü müddətində borc məbləği Cavabdeh MMC tərəfindən İddiaçı İB-nın bank hesabına ödənilməli idi. Sözügedən razılaşmanın 1-ci bəndinin şərtləri pozulduğu təqdirdə isə, yəni 41.226,15 manat borc məbləği razılaşma qüvvəyə mindiyi tarixdən Cavabdeh MMC tərəfindən 5 iş günü müddətində İddiaçı İB-nın bank hesabına ödənilməmiş olarsa Birlik hər gecikdirilmiş gün üçün ödəniləcək məbləğin 1 % miqdarında MMC-yə cərimə tədbiq edə bilər. Tərəflər arasında təsdiq olunmuş razılaşmada göstərilənləri nəzərə alaraq bildirir ki, xx.xx.2019-cu il tarixindən sonrakı 5 iş günü ərzində razılaşmada qeyd olunan 41.266,15 manat borc məbləği cavabdeh tərəfindən İddiaçı İB-nın bank hesabına ödənilməmiş olduğundan, xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə kimi (pretenziyanın hazırlandığı tarixə kimi) əsas borc məbləğindən əlavə olaraq İddiaçı İB-yə ödəniləcək gecikdirilmiş 100 gün üçün 41.266,15 manat məbləğində cərimə məbləği hesablanmışdır. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli ümumi məbləğ isə hazırda 82.532,30 manat təşkil etməkdədir. Cavabdeh (MMC) tərəfindən müqavilə və razılaşma tələblərinin kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı heç bir ödəniş həyata keçirilməməsi səbəbindən hazırda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 41.266,15 manat məbləğində borc məbləğinin, 41.266,15 manat məbləğində gecikdirilmiş cərimə məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: "İddiaçı" İB (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx xxxxx 2019-cu il tarixdə 70/19-AV/LSE saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin predmetini Bakı şəhəri, Nərimanov rayonu, 823-cü məhəllə, K.Rəhimov küçəsində “xxxxxxxxxxxxxx” MTK tərəfindən inşa edilmiş 239 mənzilli yaşayış binaları üçün 239 ədəd G4-T smart kart tipli qaz sayğaclarının (qutu ilə) satınalınması ilə əlaqədar satıcı və alıcı arasında münasibətlərin tənzimlənməsi təşkil edir. Həmin müqavilənin 3.2-ci və 3.4-cü maddələrinə əsasən alıcını sifariş etdiyi miqdarda G4-T smart kart tipli qaz sayğacları ilə təchiz etmək, habelə müqavilə ilə üzərinə götürdüyü vəzifələri icra etmək və onların pozulmasına yol verməmək satıcının vəzifələrinə, bu müqavilənin 3.1.1-ci bəndində nəzərdə tutulmuş qaydada qaz sayğaclarının dəyərini ödəmək, habelə müqavilə üzrə ödəmələri vaxtında aparmaq və təhvil verilmiş sayğacları qəbul etmək alıcının vəzifələrinə aid edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə görə G4-T smart kart tipli qaz sayğacının qutu ilə birlikdə 1 ədədinin qiyməti 244,14 manat olmaqla ümumi dəyəri (ƏDV daxil) 58.349,46 manat təşkil edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "İddiaçı" İB ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmadan görünür ki, "İddiaçı" İB ilə Cavabdeh MMC arasında xx xxxxx 2019-cu il tarixdə 70/19-AV/LSE saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Smart kart tipli qaz sayğacları X1 Group” MMC-yə təhvil verilmişdir. Lakin “X1 Group” tərəfindən 41.266,15 manat məbləğ İddiaçı İB-nin hesabına ödənilməmişdir. Tərəflər yaranmış mübahisənin məhkəmədən kənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, Razılaşmanı aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. “X1 Group” MMC yuxarıda qeyd olunan alqı-satqı müqavilələri üzrə İddiaçı İB-yə tərəfindən 41.266,15 (qırx bir min iki yüz altmış altı manat 15 qəpik) məbləğində borcunun olmasını qəbul edir.
2. “X1 Group” MMC tərəfindən 2019-cu il ərzində yuxarıda qeyd edilən alqı-satqı müqavilələrinə əsasən Smart Kart tipli qaz sayğaclarının (qutu ilə) satınalınması ilə əlaqədar İddiaçı İB-nin hesabına ödənilməmiş 41266 məbləğ “X1 Group” MMC tərəfindən Razılaşma imzalandığı andan 5 iş günü müddətində İddiaçı İB-nin hesabına ödəniləcəkdir.
3. Bu Razılaşmanın 1-ci bəndinin şərtlərini pozaraq razılaşdırılmış məbləği 41266.15 vaxtında İddiaçı İB-nin bank hesabina ödəməyəcəyi təqdirdə Razılaşmanın qüvvəyə mindiyi tarixdən 5 iş günü keçdikdən sonra hər gecikdirilmiş gün üçün ödəniləcək məbləğin 1% miqdarında “X1 Group" MMC - yə cərimə tətbiq edilməsi razılaşdırılır. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. Mübahisənin həlli ilə əlaqədar, məhkəməyə müraciət ediləcəyi halda hesablanmış cərimə, ödəniləcək dövlət rüsumları, yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödəniləcək vəsait və digər məhkəmə xərcləri də əlavə olaraq Qanuna müvafiq qaydada “X1 Group” MMC -dən tələb olunacaqdır. Razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə pretenziya məktubu ilə Cavabdeh MMC-nin direktoru X2 müraciət edərək, 82.532,30 manat məbləğində pul vəsaitinin 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
Əsaslandırıcı hissə:
Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "İddiaçı" İB ilə Cavabdeh MMC arasında xx xxxxx 2019-cu il tarixli 70/19-AV/LSE saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə "İddiaçı" İB-yə 41.266,15 manat məbləğində borcu yaranmışdır. Cavabdeh MMC mübahisəli alqı-satqı müqaviləsi üzrə 41.266,15 manat məbləğində borcunun olmasını xx.xx.2019-cu il tarixli borcun etirafı barədə razılaşma ilə də təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 882-ci maddəsi təşkil edir. 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli borcun etirafı barədə razılaşma ilə cavabdehin iddiaçıya 41.266,15 manat məbləğində borcunun olmasını etiraf etdiyini və borcun 5 iş günü ərzində ödənilməsini öhdəsinə götürdüyünü, lakin üzərinə götürdüyü öhdəliyi hal-hazıradək icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas borc məbləğinin ödənilməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməli, 41.266,15 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, İddiaçı İB ərizəsində əsas borcla yanaşı 41.266,15 manat məbləğində cərimə borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 2000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı İB-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan 10 manat hissəsi iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 41.266,15 manat (qırx bir min iki yüz altmış altı manat on beş qəpik) məbləğində borc, 2000 (iki min) manat məbləğində dəbbə pulu, cəmi 43.266,15 manat (qırx üç min iki yüz altmış altı manat on beş qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (otuz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan 10 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər
Hakim Leyla Əliyeva