Məhkəmə qərarları › İş №e-2-2(113)-1488/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1488/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1488/2020 13.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, Cavabdeh2 Nurəddı̇ n oğlunun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdehlər Cavabdeh1 Rahı̇ b oğluna, Cavabdeh2 Nurəddı̇ n oğluna, Rzayev Naı̇ l Rahı̇ b oğluna qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, F7_325/K-17 saylı kredit müqaviləsinə və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2017-ci il tarixli, F7_171/K-17 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, F7_325/K-17 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 Banka olan 198729.37 manat əsas, 8698.9 manat faiz, 37076.97 manat cərimə borcu olmaqla, ümumilikdə 244505.24 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 91 manat məbləğində rüsumun,eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2017-ci il tarixli, F7_171/K-17 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 Banka olan 178451.49 manat əsas, 9401.36 manat faiz, 32134.35 manat cərimə borcu olmaqla, ümumilikdə 219987.19 manat borcun, 91 manat məbləğində rüsumun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş, Cavabdeh2 məxsus (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixə qeydiyyata alınmış, Seriya MA 0174005; Reyestr nömrəsi; **********88-10301 Qeydiyyat nömrəsi ********* olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Cavabdeh2 məxsus (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixə qeydiyyata alınmış, Seriya RX 0387162; Reyestr nömrəsi; **********0-06301 Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına, Cavabdeh2 məxsus (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixə qeydiyyata alınmış, Seriya RX 1093372; Reyestr nömrəsi; **********27-12301 Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 3 ünvanında yerləşən əmlak komleksinə yönəldilərək, həmin əmlak hesabına iddiaçıya ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, F7_325/K-17 saylı kredit müqaviləsinə və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2017-ci il tarixli, F7_171/K-17 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, F7_325/K-17 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 Banka olan 198729.37 manat əsas, 8698.9 manat faiz, 37076.97 manat cərimə borcu olmaqla, ümumilikdə 244505.24 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 91 manat məbləğində rüsumun,eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilən 30 manat məbləğində dövlət rüsumunun tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxx 2017-ci il tarixli, F7_171/K-17 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 Banka olan 178451.49 manat əsas, 9401.36 manat faiz, 32134.35 manat cərimə borcu olmaqla, ümumilikdə 219987.19 manat borcun, 91 manat məbləğində rüsumun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş, Cavabdeh2 məxsus (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixə qeydiyyata alınmış, Seriya MA 0174005; Reyestr nömrəsi; **********88-10301 Qeydiyyat nömrəsi ********* olan Çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, Cavabdeh2 məxsus (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixə qeydiyyata alınmış, Seriya RX 0387162; Reyestr nömrəsi; **********0-06301 Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına, Cavabdeh2 məxsus (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixə qeydiyyata alınmış, Seriya RX 1093372; Reyestr nömrəsi; **********27-12301 Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 3 ünvanında yerləşən əmlak komleksinə yönəldilərək, həmin əmlak hesabına iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək ərizənin baxılmamış saxlanılmasını və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 Nurəddı̇ n oğlunun nümayəndəsi və vəkili, işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Sədrlik edən-Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar