Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-149/2020 10.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, x5 oğlunun katibliyi, cavabdeh “xxxxxxxxxx” x1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı x3 (ASC) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x4 və “xxxxxxxxxx” x2 (MMC) zərərin əvəzinin ödənilməsi barədə mülki işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC və “xxxxxxxxxx” MMC-dən zərərin əvəzi olaraq 132769,14 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində İddiaçı ASC-yə məxsus “Bakı Sukanal” İdarəsinin balansında olan ən böyük aerasiya stansiyası olan dövlət əhəmiyyətli Hövsan Aerasiya Stansiyası yerləşir. 16 yanvar 2019-cu il tarixdə cavabdeh “xxxxxxxx” MMC tərəfindən İddiaçı ASC-ilə hər hansı razılaşma aparmadan stanasiyanın yaxınlığında torpaq sahədə qazıntı işlərini yerinə yetirilərkən həmin ərazidən keçən kabel xətləri ekskavator mexanizmi vasitəsi ilə zədələmişdir. Zədələnmə nəticəsində kabellərdə fazalar arası qısaqapanma, Hövsan aerasiya stansiyasının 6 kV-luq Mərkəzi paylayıcı quruluşunda yanğın baş vermişdir. Yanğın nəticədə stansiyanın paylayıcı quruluşunun avadanlıları yanaraq istismara tam yararsız hala düşmüşdür. Baş vermiş hadisə nəticəsində İddiaçı ASC-yə 132769,14 manat məbləğində ziyan dəymişdir. 17 yanvar 2019-cu il tarixdə Hövsan Aerasiya stansiyasına tərtib edilmiş və tərtib edilməsində Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Valeh Əsədovun, FHN-in Texniki istehslar şöbəsinin rəisi Davud Əliyevin, “xxxxxxxx ASC-nin Suraxanı yüksək gərginlikli şəbəkələrin rəisi Rafiq İbrahimov və digərlərinin iştirakı ilə tərtib edilmiş aktla da təsdiq edilmişdir ki, “xxxxxxxx” MMC tərəfindən qazıntı işləri aparılarkən 6 kV-luq kabel xətləri zədələnmiş və nəticədə yanğın baş vermiş nəticədə İddiaçı ASC-yə ziyan vurulmuşdur. Faktla bağlı İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 22 yanvar 2019-cu il tarixli, 02/02-1/907 nömrəli məktuba “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx “x6 tərəfindən yazılmış 07 fevral 2019-cu il tarixli, 24/22 nömrəli cavab məktubunda qeyd olunan ərazidə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx “x6 ilə bağlanılmış müqaviləyə əsasən “Suraxanı rayonunun keçmiş yod brom zavodunun lay suları ilə çirklənmiş ərazilərinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsinin icrası ilə bağlı bərpa olunmuş ərazilərdə “xxxxxxxx” MMC tərəfindən damcı suvarma işlərinin aparılması təsdiq edilmişdir. Baş vermiş hadisənin üzərindən uzun müddət keçməsinə baxmayaraq cavabdehlər tərəfindən İddiaçı x4 vurulmuş zərərin ödəilməsi üçün hər hansı tədbir görülməmiş addım atılmamışdır. Stansiyanın yaxınlığında qazıntı aparılarkən İddiaçı ASC ilə hər hansı razılaşma aparılmamış və nümayəndə dəvət edilməmişdir. Məhkəmə iclasında cavabdeh “xxxxxxxxxx” MMC-nin nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, rəsmi tender elan olunmuş, layihə ekspertizadan keçirilmiş, bütün aidiyyatlı orqanlar, həmçinin, İddiaçı ASC və “xxxxxxxx” ASC tərəfindən təsdiqlənmişdir. Baş vermiş yanğın hadisəsi ilə bağlı istintaq orqanı tərəfindən araşdırma aparılmış və cinayət işininin başlanması rədd edilmişdir. Aparılmış araşdırma zamanı “xxxxxxxxxx” MMC-nin təqsirinin olmadığı müəyyən olunmuş və bu xüsusat cinayət işininin başlanması rədd edilməsi barədə qərarda da əksini tapmışdır. Bundan başqa İddiaçı ASC istintaq orqanına ünvanladıtı məktubda zərərin vurulmadığını, heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Buna görə də iddiaçının hazırkı tələbinin heç bir əsası yoxdur. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - İddiaçı ASC tərəfindən tərtib olunmuş 17 yanvar 2019-cu il tarixli aktda qeyd olunmuşdur ki, Hövsan aerasiya stansiyasının 6 kV-luq Mərkəzi paylayıcı quruluşunda baş vermiş yanğının səbəbi PQ-dən şərq tərəfdə 200 metr məsafədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x3 “xxxxxxxxxx” podratçı təşkilatı tərəfindən torpaq qazıntı işləri apararkən FHN-in Akademiya Kompleksinə çıxan 2 dövrəli 6 kV-luq kabel xətlərinin ekskavator mexanizmi vasitəsilə zədələnməsi olmuşdur; - İddiaçı ASC-nin Bakı Sukanal İdarəsi tərəfindən tərtib olunmuş siyahıdan görünür ki, 16 yanvar 2019-cu il tarixdə baş vermiş qəza (yanğın) nəticəsində çıradan çıxmış elektrik avadanlıqlarının dəyəri 132769,14 manat təşkil edir. - YBY-25-12/2018 №-li mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC “Suraxanı rayonunda keçmiş Yod-brom zavodunun lay suları ilə çirklənmiş ərazisinin ekolji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsi çərçivəsində bərpa olunmuş ərazilərdə damcılı suvarma şəbəkəsinin qurulması və yaşıllıqların salınması” işlərinin satın alınması üçün “xxxxxxxxxx” MMC-nin tender təklifini qəbul etmiş, sonuncu qeyd olunan işlərin təhvil verilməsini öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 14 avqust 2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı ASC-yə məxsus Bakı Sukanal İdarəsinin balansında olan Hövsan aerasiya stansiyasının 6 kV-luq Mərkəzi paylayıcı quruluşunda baş vermiş yanğın hadisəsinə dair cinayət təqibi üzrə cinayət işinin başlanması rədd edilmişdir. - İddiaçı ASC-nin Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinə ünvanladığı 14 avqust 2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, 16 yanvar 2019-cu il tarixdə HAS yarımstansiyasının 6 kV-luq QPQ-də baş vermiş yanğın nəticəsində zədələnmiş və yanğının təsirinə məruz qalmış avadanlıqlar bərpa edildiyi üçün heç bir ziyan dəyməmişdir. - Azərbaycan Respublikası Energetika Nazirliyinin 24 may 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.2.1 və 5.2.2-ci yarımbəndlərinə əsasən birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilata həvalə olunur. Müxtəlif təşkilatlara məxsus, ayırmalara birbaşa, yaxud ayırıcı vasitə ilə qoşulan 1000 V və daha yüksək gərginlikli elektrik veriliş xətlərinin texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi əsas xəttin ayırma aparılan dayağında müəyyənləşdirilir. Ayırmanı birləşdirən sıxacların texniki vəziyyətinə görə məsuliyyət əsas xəttin mənsub olduğu təşkilatın üzərinə düşür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097, 1099 və 1115-ci maddələrinə, faktiki əsas olaraq baş vermiş yanğın hadisəsi zamanı 132769,14 manat məbləğində zərərin vurulmasına istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 14 avqust 2019-cu il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı ASC-yə məxsus Bakı Sukanal İdarəsinin balansında olan Hövsan aerasiya stansiyasının 6 kV-luq Mərkəzi paylayıcı quruluşunda baş vermiş yanğın hadisəsinə dair cinayət təqibi üzrə hər hansı şəxsin sağlamlığına zərər vurulmadığına, hadisə ölümə səbəb olmadığına və avadanlıqlar bərpa edildiyindən heç bir maddi ziyan dəymədiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. İstintaq orqanının maddi zərərin vurulmadığı qənaətinə gəlməsi üçün əsas İddiaçı ASC-nin 14 avqust 2019-cu il tarixli məktubu olmuşdur. Həmin məktubda 16 yanvar 2019-cu il tarixdə HAS yarımstansiyasının 6 kV-luq QPQ-də baş vermiş yanğın nəticəsində heç bir ziyan dəymədiyi göstərilmişdir. Yəni, yanğın hadisəsi ilə bağlı cinayət işinin rədd edilməsi səbəblərindən biri kimi məhz hazırkı mübahisə üzrə iddia irəli sürmüş İddiaçı ASC-nin zərərin mövcud olmadığı barədə rəsmi məktubuna istinad edilmişdir. Yuxarıda göstərilən belə nəticəyə gəlməyə əsas verir ki, dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilkin şərt zərərin mövcud olmasıdır. Lakin iddiaçı zərərin mövcud olmaması ilə bağlı istintaq orqanına ünvanlanmış rəsmi məktub ünvanlamış və məhz bu əsasla da cinayət işinin başlanmasının rədd edilməsi barədə qüvvəyə minmiş qərar mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı x3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x4 və “xxxxxxxxxx” x2 zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-149/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-149/2020
10.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver