Məhkəmə qərarları › İş №e-2-2(113)-1496/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1496/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1496/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icarə haqqının və zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 3489,94 manat icarə haqqı, 710 manat inzibati cərimə borcu olmaqla ümumilikdə 4199,94 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, xx xxxxxx 2019-cu il tarixli, 27082019 №li uzun müddətli avtomobil icarə müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan bir ədəd “Hyundai Accent” markalı avtomobil aylıq icarə haqqı 900 manat olmaqla xx xxxxxx 2020-ci il tarixədək cavabdehə icarəyə verilmişdir. Lakin cavabdeh dəfələrlə müraciət edilməsinə baxmayaraq qeyd edilən icarə müqaviləsinin şərtlərini pozaraq icarə predmeti olan avtomobilin icarəsinə görə dörd aylıq icarə haqqını ödəməmişdir. Bu səbəblə də xx xxxxxx 2020-ci ildə icarə predmeti olan avtomobil cavabdehdən təhvil alınmışdır. Lakin buna baxmayaraq cavabdeh icarə haqqı borcunu ödəməmişdir. Müqaviləyə əsasən cavabdehin iddiaçıya 4199,94 manat borcu vardır. Həmin məbləğin 3489,94 manat hissəsi icarə haqqı borcu, 710 manatı icarə predmeti olan avtomobilin cavabdehin icarəsində olduğu müddətdə həmin avtomobillə inzibati xəta törədilməsinə görə tətbiq edilmiş cərimə məbləğidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtinə əsasən icarəçi qismində çıxış edən cavabdeh həmin cəriməni ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini də pozaraq inzibati xətaya görə cəriməni ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən icarə predmeti olmuş avtomobilin üzərinə həbs qoyulmaması və hərəkət zamanı dayandırılmaması üçün tətbiq edilmiş cərimələr İddiaçı MMC tərəfindən ödənilmişdir və tərəflər arasında bağlanılmış müqavilənin şərtinə əsasən cavabdeh həmin cərimə məbləğini sonuncuya ödəməlidir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - “xxxxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 27082019 saylı uzun müddətli avtomobil icarə müqaviləsinə əsasən “Hyundai Accent” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixinə kimi ayda 900 manat icarə haqqı ödəməklə Cavabdeh MMC-nin icarəsinə verilmişdir. - inzibati xətaların törədilməsi barədə cərimə proktolllarının əks olunduğu cədvəldən göründüyü kimi Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə kimi cəmi 710 manat inzibati cəriməsinin olması müəyyən edilmişdir. - xx.xx.2020-ci il tarixli mühasibat arayışında göründüyü kimi Cavabdeh MMC-nin xx.xx.2019-cu ildən xx.xx.2020-ci ili əhatə edən dövr üzrə borcu 4199,94 manat təşkil etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, xx.xx.2019-cu il tarixli, 007671 saylı invois üzrə 581,74 manat, xx.xx.2019-cu il tarixli, 008135 saylı invois üzrə 162 manat, xx.xx.2019-cu il tarixli, 008321 saylı invois üzrə 162 manat, xx.xx.2019-cu il tarixli, 008675 saylı invois üzrə 1062 manat, xx.xx.2019-cu il tarixli, 008969 saylı invois üzrə 1032 manat və xx.xx.2020-ci il tarixli, 009201 saylı invois üzrə 460,20 manat olmaqla 3489,94 manat məbləğində borcu yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın icarə haqqı üzrə yaranmış borcun ödənilməsi hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, xx.xx.2019-xx.xx.2019-ci illər üzrə avtomobilin cavabdehin istifadəsində olan müddət ərzində nəqliyyat vasitəsinin idarə olunması ilə bağlı inzibati xətalara ümumilikdə 710 manat cərimə borcu yaranmışdır və həmin borc iddiaçı tərəfindən ödənilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinin tələblərinə əsasən icarə müddətində yol hərəkət qaydalarının pozulması ilə əlaqədar cərimələri və digər xərcləri ödəməyi qeyd-şərtsiz olaraq qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçıya vurulmuş zərər kimi qiymətləndirilərək cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 3489,94 manat məbləğində icarə haqqı və zərərin əvəzi olaraq 710 manat olmaqla ümumilikdə 4199,94 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar