Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1496/2025 02.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, borc, iddia müddəti) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Razılaşma əsasında ödənilməli olan 72 ay abunə borcu 432 və qeydiyyatdan çıxma aktı 35 manatı. Cəmi borcu 467 (yüz altmiş yeddi) manat və məhkəmə xərclərinə görə ödənilmiş 30 manatı CavabdehMMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01,150 F-01,1** MF ***F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylıQərarı ilə tənzimlənir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə razılaşmaya əsasən nəzarət kassa aparatı (NKA) vasitəsi ilə ödəyici (istehlakcı) pul əməliyyatlarını qeyd edir. Və NKA-da rüb ərzində vurulan bu pulların cəminə ( Z-hesabatı) görə ödəyici vergini ödəyir. Vergi ödəyicisi razlaşma olunduqdan sonra STXM kassanı blomplayır və xüsusi Təhvil-təslim Aktı tərtib etməklə bu Aktı öz şəxsi vərəqindən online şəkildə Vergilər Nazirliyinə yollayır və Vergilər Nazirliyi bu blomb Aktı əsasında bu kassanı qeydiyyata alır. (Blomb Aktı əlavə edilir.) Hər rüb Vergi ödəyicisi Vergiyə bəyannamə (online) təqdim edir. Və bu bəyannamədə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM-tərəfindən Zhesabatı çıxarılaraq VN-ə təqdim edilərək təsdiqlənir. Həmçinin işlədiyi dövrdə STXMtərəfindən hər mövsümdə saat dəyişikliyi etmək və uyğun saatı düzəltmək, kassa aparatı xarab olarsa onu təmir etməkdir. X3 NKA işləmədiyi dövrdə işləməsini təmin etmək üçün “NKA işləmədiyi dövrdə əməliyyatların uçotu” kitabını plomblayıb ödəyiciyə təqdim edir. Həmçinin sahələrarası ekspert komissiyasının NKA-ya aid bütün tələblərini yerinə yetirir. Bu qərara əsasən "xxxx" MMC CavabdehMMC (VÖEN:**********) arasında xx.xx.2018-cı ildə **********168700 nömrəli akt imzalanaraq və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Beləliklə, vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan CavabdehMMC-ə həmin öhdəliyi yerinə yetirməmişdir.Beləliklə CavabdehMMC tərəfindən 2019-cu ildən 12 ay, 2020-ci ildən 12 ay, 2021-ci ildən 12 ay, 2022-ci ildən 12 ay, 2023 cü ildən 12 ay, 2024-cü ildən 12 ay xidmət pulu ödənilməmişdir. Toplamda cavabdehin 72 ay abunə borcu 432 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin tərəfimizdən məhkəmənin keçirilməsi ilə bağlı 30 manat məbləğində məhkəmə xərci ödənilmişdir.
3. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ərizənı məhkəməyə əvvəlcədən işin mahiyyətini bilərəkdən dəyişdirilməsi yolu ilə vermişdir. Ərizədən belə nəticəyə gəlmək olur ki, iddiaçının vəzifəsi NKA plomblayarq sifarişçinin istifadəsinə vermək və bunu müqabilində aylıq xidmət haqqı yığmaqdan ibarətdir, guya iddiaçının başqa heç xidmət göstərmək vəzifəsi yoxdur. Əvvəla, xx.xx.2017-ci ildə "xxxx" MMC-yə 260.00 manat ödəməklə (ödəniş tapşırığı əlavə olunur) Merkuri 130 F-01 markalı NKA almış və xx.xx.2017-ci ildə 028 saylı xx.xx.2017-ci il tarixli NKA servis hesabna əsasən 20.00 manat ödənilərək ilk dəfə 2017-ci il də qeydiyyata götürülmüşdür. "Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılmışdır və qərarın qeyd hissəsində bildirilmişdir ki, “ Bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmış müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir (52 saylı qərar əlavə olunur). Birinci və ikinci mərhələdə iri marketlər, yanacaqdoldurma məntəqələri və sair şirkətlər, üçüncü mərhələdə isə yəni xx.xx.2020-ci il tarixinədək bütün şəhər və regionlar üzrə ƏDV ödəyiciləri keçməli idi. ƏDV ödəyicisi olduğunu nəzərə alaraq, AR Nazirlər Kabinetinin adıçəkilən qərarı avtomatik surətdə iddiaçı ilə aralarınmızda bağlanmış müqaviləyə xitam verildi. 3 il əvvəl iddiaçıdan alındığı NKA lazımsız bir əşyaya çevrildı. Bu səbəbdən onlar yeni e-kassa operatorları kimi Dövlət Reyestrinə daxil edilməmişdilər (reyestr əlavə olunur). Yeni nəsil kassa aparatları reyestrinə baxanda onların çoxu 2019-cu ilin sentyabroktyabr aylarında dövlət reyestrinə daxil edilmişdirlər və bu səbəbdən 2020-ci ilin əvvəlində onların bazarda sayı məhdud idi, qiyməti 450.00 manatdan başlamasına baxmayarq bir çoxları POS TERMİNAL funksiyasını yerinə yetirmirdi. Bir müddət gözləyəndən sonra nəhayət 2020-ci ilin may ayında Paşabank ASC vasitəsi ilə yenidən 60.00 manat ödəyərək yeni nəsil e-kassa alındı, aylıq servis xidməti 9.44 manat (2024-cu ildən 13,00 manat) üstəlik 2022-ci ildən Paşabank ASC xidmət tariflərində dəyişiklik edərək, 1500.00 manat limitdən az kart əməliyyatları aparan şırkətlərə əlavə aylıq 20.00 manat cərimə tətbiq edir, hazırda NKA ayda 33.00 manat ödəniş edilir. Əlbəttə seçim olsaydı 6.00 manatlıq servis haqqı ilə Merkuri NKA istıfadə edilərdi. E-kassa aparatının olmaması səbəbindən 2020-ci ilin mayına qədər fəaliyyət göstərilməmişdir. (2020-ci il üçün aylıq ƏDV hesabatı reyestri əlavə edilir). İddiaçı MMC NKA-nın qeydiyyatdan çıxarılması ilk növbədə maraqlarında idi, belə ki kassa qeydiyyatdan çıxarıldıqda orada fiskal yaddaş göstəricisi qeyd edilir (nümünə əlavə olunur) bu da sonrakı 3 il ərzində Vergı Xidmətinin səyyar yoxlamaları zamanı əsas yoxlama predmeti hesab edilirdi. Lakin 2020-ci ilin yanvar ayında İddiaçı MMC iki dəfə müraciət edilməsinə baxmayaraq pasportun olmaması səbəbindən xidmət göstərməkdən imtina etdilər. Hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmişdir Nəzarət-kassa aparatlarının istismarı qaydalarınnın - 7.2.17. NKA-nın texniki pasportu (formulyarı) itdikdə, həmin sənədin dublikatını vermək kimi vəzifəsi var idi. 2020-ci ilin yanvar ayınadək, bütün ödənişləri bütünlüklə İddiaçı MMC tərəfindən heç bir elektron hesab faktura təqdim etmədən servis xidmətini nağd şəkildə (heç bir ödəniş qəbzi təqdim etmədən) ödəmişik. Əgər İddiaçı əksini tələb edirsə onda o zaman 2017-2018-ci illərdə bizim tərəfimizdən ödənilmiş ödəniş sənədlərinin surətini məhkəməyə təqdim etsin. Eyni zamanda qeyd edim ki, NKA aylıq servis haqqı ödənilmədikdə növbəti ayda bir neçə gün sonra blok olurdu və onun istifadəsi mümkün olmurdu. İddia ərizəsində göstərilir ki, “ Hər rüb Vergi ödəyicisi Vergiyə bəyamnamə (online) təqdim edir. Və bu bəyamnamə rüb ərzində vurulan pulu qeyd edir. Bu məbləğ STXM tərəfindən Z- hesabatı çıxarılaraq VN təqdim edilərək təsdiqlənir.” Əgər bizim tərəfimizdən ödəniş olunmayıbsa o zaman 2019cu ildə STXM tərəfindən Z – hesabat necə çıxarılıb? İddia ərizəsindən belə çıxır ki, şirkət 2019-cu ildə kassa aparatından istıfadə etməmişdir və iddiaçıda bizə heç bir xidmət göstərməmişdir. İddiçının məhkəməyə təqdim etdiyi arayış ilkin uçot sənədi deyil və borcun yaranması haqqında sənəd sayıla bilməz. Mühasibat uçotu haqqında qanununa görə, (maddə 3) bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məcburidir. (2.1.10). Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. (2.1.11.) İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. (QAYDALAR)- Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.Hətta 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən (Vergi Məcəlləsinin 58.13-cu maddəsi) elektron qaimə-faktura və ya elektron vergi hesabfakturası təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə həmin malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Əgər iddiaçı bizə xidmət göstəribsə, onda heç olmasa 1 ədəd elekton qaimə məhkəməyə təqdim etsin. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi QAYDALARİ-na uygun olaraq: (1.4.) Elektron qaiməfaktura aşağıdakı şəxslər istisna olmaqla, yalnız vergi ödəyicisi kimi uçota alınmış şəxslər tərəfindən hazırlanır və təqdim edilir: (1.4.1.) bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; (1.4.2.) dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; (1.4.3.) notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; 1.5. Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. (3.7.) Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: (3.7.3.) işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində. Tərəflərində 2017-2024-cü illər üçün xidmət göstərən bütün şirkətlərin bütün elektron qaimələrin siyahısını əlavə edilir. İddiaçıdan başqa bütün şirkətlər xidmət göstərib, EQ təqdim edib və ödənişini də alıblar. Yeni operatorun “NBA texnologies MMC” servis xidməti ilə əlaqədar hər ay EQ təqdim etməsinə baxmayarq ödənişi bir dəfə ilin əvvəlindən avans olaraq ödəyirlər. İddiaçı MMC 2020-ci ildən başlayaraq şirkətə heç bir xidmət göstərməyib və heç bir öhdəçiliyi yaranmayıb. İddiaçı nəin ki, xidmətlərin görülməsi haqqnda 1 ədəd belə elektron qaimə tətbiq etməyib, 5 il ərzində borc haqqında heç olmasa 1 ədəd məktubla belə müraciət etməyib. Yalnz iki ay əvvəl telefon danışığı zamanı onlardan görülmüş xidmətlər haqqında hər hansı bir sənəd tələb edəndə 5 illik müddəti əhatə edən EQ və xx.xx.2024-cü ildə xəbərdarlıq məktubu və 1 saat 20 dəqiqədən sonra iddia ərizəsi ilə müraciət olunmuşdur. Xəbərdarlıq məktubunda göstərilir ki, Merkuri kassa aparatından bu günə qədər istifadə edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2019cu il tarixli 1704-VQD nömrəli Qanununun 2.3-cü maddəsinə əsasən 2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları barədə məlumat formasını vergi orqanına təqdim etməlidirlər. 1 yanvar 2020-ci il tarixə debitor və avans üzrə kreditor borclara dair məlumatı ASAN imzadan istifadə edərək 1 yanvar 2021-ci il tarixədək təqdim edilməlıdir. “2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması”nın tərtib edilməsi QAYDASİ-nin 1-ci bəndində göstərilir. Bu forma xx.xx.2020-ci il tarixədək qeydiyyata alınmış ƏDV ödəyiciləri tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək təqdim olunur. Müvafiq forma təqdim edilmədikdə (və yaxud heç bir göstərici olmadan təqdim edildikdə) vergi ödəyicisinin xx.xx.2020-ci il tarixə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı debitor borclarının və alınmış avanslar üzrə kreditor borcunun olmadığı hesab olunur. Tərəfimizdən 12 saylı Ərazı Vergilər Baş İdarəsinə İddiaçı MMC debitorlar və kreditorlar haqqında təqdim etdiyi hesabatda şirkətin borcu olub olmaması haqqında arayış verməyini xahişi ilə müraciət edilmişdir. Cavab əlavə olunur. İddiaçıdan 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları barədə məlumat formasını məhkəməyə təqdim etməsini tələb edilir. Sonda, əgər iddiaçı iddia edirsə ki, 2019-cu il üçün xidmət haqqı ödənilməyib o zaman Mülkü Məcəllənin aşağıdakı maddəsinə görə tələblər qüvvəsini itirmişdir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 06 mart tarixində keçən məhkəmə prosesində iddiaçının çıxışına qarşı etiraz olaraq bildirirəm ki, iddiaçının nümayəndəsi hələ də məhkəmə prosesinin mahiyyətini dərk etmir, belə ki, iddiaçi çıxışında bildirir ki, “ biz dedik ki gəl 100 manat ödə sonra kompyuterə baxanda, borc 432.00 manat çıxdı” . Bunu deməklə iddiaçı sübut edir ki, şirkətdə ikili mühasibat uçotu gedir, belə ki, rəsmi qaydada elektron qaiməni 5 ildən sonra göndərilir (bu günədək təsdiq olunmamaışdır və vaxtında gönərilməməsi inzibatı xəta sayılır), qaydalara görə isə xidmət göstərildikdən sonra 5 gün ərzində göndərilməlidir. İddiaçı hələ də məhkəməyə borcu təsdiq edən sənəd təqdim etməmişdir, belə ki , borc arayışı ilkin mühasibat sənədi deyil. İkincisi, iddiaçının təqdim etdiyi müqaviləyə əsasən tərəflərin hüquq və məsuliyyəti NK-nin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10 bəndləri ilə tənzimlənməsi qeyd olunur. Yuxarıda adıçəkilən qərar, AR NK-nin 01 avqust 2019-cu il tarixli 338 saylı qərarı ilə ləğv edilmiş və eyni zamanda NKA –nin yeni istismarı qaydaları təsdiq edilmişdir. Bu qərarla tərəflər arasındakı müqavilə avtomatik olaraq ləğv edilmiş saylılır. Yeni qəbul edilmiş NK qərarı ilə operatorlara yeni tələblər və yeni nəsil NKA-na müəyyən meyyralar tətbiq edilmişdir. Operatora tətbiq edilən tələblərdən biri (3.1.5. bəndi) operatorun dövlət büdcəsinə borcu olmamasıdır, eyni zamnada iddiaçının istehlakçılara təqdim etdiyi Merkuri 130 F-01 markalı NKA yeni meyarlara cavab vermədiyi üçün tərəfimizdən digər operator seçilmiş, müqavilə bağlanılmış və hər ay təqdim edilmiş Elektron Qaimə əsasında ödənişlər edilmişdir.
4. Daha sonra cavabdeh yeni ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Mülki Məcəllənin 372 maddəsi ilə iddia müddəti anlayışı nəzərdə tutulmuşdur. Məcəllənin 373.2 maddəsinə görə müqavilənin tələbləri ilə iddia müddəti 3 il nəzərə tutulmuşdur. Nazirlər Kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10 bəndləri ilə tənzimlənən müqavilə müddəaları AR NK-nin 01 avqust 2019-cu il tarixli 338 saylı qərarı ilə ləğv edilmişdir və bununla da müqavilə avtomotik olaraq qüvvəsini itirmişdir. Bütün yuxarıdakıları nəzərə alaraq məhkəmədən iddianı əsassız sayaraq rədd edilməsi haqqında qərar çıxarılmasını xahiş edir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazının və iddia müddətinin tətbiqi barədə ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan müqavilədə şirkətin möhürü olmasa da və imza ona məxus olmasa da, lakin həqiqətən də tərəflər arasında xidmət münasibətləri yaranmışdır və Merkuri-130F-01 tipli zavod №00219884 Nəzarət kassa aparatı quraşdırılmışdır. Və bugün də Merkuri-130F-01 markalı, 00219884 nömrəli nəzarət-kassa aparatı işlədilməsə də, cavabdehin adına qeydiyyatdadır, qeydiyyatdan çıxarılmayıb.
6. Məhkəmə iclasının vaxtı yeri barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında servis texniki xidmət gösdirlməsi barədə bağlanmış xx.xx.2018-cı il tarixli, 65700 saylı müqaviləyə əsasən:
10. Həmin müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130F-01 tipli zavod №00219884 Nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. 11.Həmin müqavilənin 2-ci bəndinə əsasən “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır.
12. Həmin müqavilənin 3-cü bəndinə əsasən istehsalçının “STXM”-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı, xx.xx.1995-ci il tarixli qərarının 9 və 10 bəndləri ilə tənzimlənir.
13. Həmin müqavilənin 4-cü bəndinə əsasən texniki xidmətin müvafiq tələbləri NKAya əlavə edilən Formulyar və istismar qaydalarına uyğun yerinə yetirilir.
14. Həmin müqavilənin 5-cü bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehsalçı tərəfindən “STXM”-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”-üzərinə düşür.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli nəzarət-kassa aparı haqqında məlumatında Merkuri-130F-01 markalı, 00219884 nömrəli nəzarət-kassa aparatının **********-31002 kodlu təsərrüfat subyektində qeydiyyatda olduğu bildirilmişdir.
16. İddiaçı MMC-nin 9 saylı maliyyə arayışına əsasən Xəzər Qrup MC-yə hesablanmış aylıq 6 manat abunə üzrə xidmət haqqı 432 manat (xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi) və qeydiyyatdan çıxma aktı üzrə 35 manat olmaqla toplam borcunun 467 manat olması qeyd olunmuşdur.
17. Məhkəmə iş materiallarını nəzərdən keçirərək onlara hüquqi giymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.
18. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
19. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Xəzər Grup MMC arasında servis texniki xidmət gösdərilməsi barədə xx.xx.2018-cı il tarixli, müqavilə bağlanmış və xidmət haqqı aylıq 6 manat müəyyən edilmişdir. İddiaçı bildirir ki, cavabdeh 2019-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə öhdəliyi yerinə yetirməmiş və hazırda müqavilə üzrə yaranmış borcun və kassanın qeydiyyatdan çıxarılması üçün ödənilməli olan 35 manat məbləğində vəsaiti tələb edir. Cavabdehin nümayəndəsi isə bidirir ki, baxmayaraq ki, Merkuri-130F-01 tipli zavod №00219884 Nəzarət kassa aparatı bugün də onun adına qeydiyyatdadır, qeydiyyatdan çıxarılmayıb, lakin 2020-ci ildən yeni nəsil kassa aparatlarına keçid olduğu üçün həmin Merkuri-130F-01 aparatını istifadə etməyib ona görə iddiaçı bu cür tələbi irəli sürə bilməz. 2019-cü ilə gədər nəğd olaraq iddiaçıya aylıq 6 manat ödənişlərini edib, lakin buna dair sübutları məhkəməyə təqdim edə bilmir. Digər tərəfdən iddiaçı iddia müddətini də ötürmüşdür.
21. Beləliklə, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
22. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız 2022, 2023 və 2024-cü illər üzrə olan dövr üçün təmin edilə bilər.
23. Belə ki, Göründüyü kimi, tərəflər arasında “servis texniki xidmət göstərilməsi haqqında” müqavilənin bağlanılması işin mübahisəsiz halını təşkil edir. Belə ki, kassanəzarət aparatı cavabdehin adına qeydiyyata alınıb, xidmətlər göstərilib, cavabdehin izahatına əsasən 2018-2019-cu illərdə aylıq 6 manat olaraq cavabdeh iddiaçıya nəğd qaydada ödənişləri də edib.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında əsasnamənin 1.3-cü bəndinə əsasən NKA-nın satışı, istismarı, servis texniki xidməti və təmiri qaydalarının yaradılmasında iştirak edən və bilavasitə NKA-nı satan, istismar, servis texniki xidmət və təmir edən, həmçinin göstərilən fəaliyyətlərə, o cümlədən elektron məsafədən ötürmə qurğuları vasitəsi ilə nəzarət edən təşkilat, müəssisə və idarələrə aşağıdakılar aiddir: nəzarət-kassa aparatlarının servis texniki xidmət mərkəzləri (STXM)
30. Həmin Əsasnamənin 9.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçıları hüquqi və fiziki şəxsdir. O, əhali ilə pul hesablaşmasını Dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparır.
31. Həmin Əsasnamənin 9.2-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçısı:-NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlayır.
32. Həmin Əsasnamənin 9.3-cü bəndinə əsasən nəzarət-kassa aparatları istehlakçısının vəzifələri: - 9.3.1. NKA-nı vergi orqanlarında qeydiyyatdan keçirmək; - 9.3.2. Vergi orqanlarında qeydiyyatdan keçmiş və STXM-də servis texniki xidmətə götürülmüş NKA-dan istifadə etmək, texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq; - 9.3.3. NKA-nın istismara hazırlıqla əlaqədar olan işləri yalnız STXM-in nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; - 9.3.8. Vergi orqanlarında STXM-in tələblərinə uyğun NKA-nın alınması, servis texniki xidməti və təmiri ilə əlaqədar olan sənədləri və həm də bu məsələlərlə əlaqədar olan lazımi izahat, arayış və məlumatları təqdim etmək; - 9.3.9. Vergi orqanları və STXM işçilərinin NKA-nın işinə baxışa maneəsiz buraxılışını təmin etmək; - 9.3.11. NKA-nın plombu pozulduqda və ya başqa nasazlıqları yarandıqda, həmçinin vergi orqanları və ya STXM tərəfindən NKA-nın istifadəsinə qadağan qoyulduqda, NKA-dan istifadə edilməsini müvafiq qaydada dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək; - 9.3.15. vergi orqanlarında qeydiyyatı ləğv edildikdə və ya NKA qeydiyyatdan çıxarıldıqda, elektron məsafədən ötürmə qurğusunu və ya elektron nəzarət lentini işlək vəziyyətdə vergi orqanlarına təhvil vermək;
33. Həmin Əsasnamənin 10.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının servistexniki xidmət mərkəzləri NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən hüquqi şəxsdir və müvafiq qaydada qeydiyyatdan keçirilir.
34. Həmin Əsasnamənin 10.6-cı bəndinə əsasən servis texniki xidmət mərkəzi: - nəzarət-kassa aparatlarını göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir; - nəzarət-kassa aparatlarının modellərinin servis texniki xidməti və təmiri məqsədi ilə NKA-nı göndərənlərlə müqavilə bağlayır; - NKA-nın satıcıları ilə onların realizə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri üçün müqavilə bağlayır; - əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır;
35. Həmin Əsasnamənin 10.7-ci bəndinə əsasən STXM və malgöndərən arasındakı müqavilə ləğv olunduğu halda o NKA-nın müvafiq modellərinin servis texniki xidmət və təmir hüququnu itirir, malgöndərən isə STXM tərəfindən xidməti göstərilən nəzarət-kassa aparatlarının istehlakçılarına digər STXM-in xidmət göstərilməsini təmin etməlidir. Malgöndərən və STXM arasındakı müqavilənin ləğvindən sonrakı 24 saat ərzində STXM-i qeydiyyatdan keçmiş vergi orqanlarına yazılı məlumat verməlidirlər. Malgöndərən həmin müddət ərzində müqaviləsi pozulmuş NKA istehlakçılarına həmin NKA-lara xidmət göstərəcək digər STXM-i (STXM-in siyahısını) təqdim etməlidir.
36. Həmin Əsasnamənin 10.8-ci bəndinə əsasən servis texniki xidmət mərkəzi aşağıdakı vəzifələri yerinə yetirir: - 10.8.4. STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların Dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək; - 10.8.10. Nəzarət-kassa aparatı istismara verilən zaman NKA istehlakçılarını STXMin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan nəzarət-kassa aparatlarının texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq. - 10.9.1. Malgöndərənlə NKA-nın servis texniki xidməti və təmiri haqqında müqavilələr bağlamaq.
37. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 2022-2024-cü illər üzrə aylıq 6 manat olmaqla 216 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.
38. Bundan əlavə, cavabdeh iddia tələbini ümumiyyətlə qəbul etməyərək rədd edilməsini, həmçinin iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.
39. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
41. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
42. Məhkəmə cavabdehin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.
43. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
44. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı formada bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri əmələ gəldiyindən, həmin müqavilə üzrə xidmət göstərildiyindən məhkəmə hesab edir ki, iddiaçının borcunu tələb etmək hüququ (subyektiv tələb hüququ) yaranmışdır.
45. Məhkəmə, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin 2019, 2020 və 2021-ci illər üzrə xidmət göstərilməsi hissəsində təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.
46. Beləliklə, iddia müddətinin axımı may xx.xx.2021-ci il tarixində başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
48. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
49. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
51. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini (2019, 2020 və 2021-ci illər üzrə) buraxmışdır. Odur ki, iddia tələbi həmin illərin xidmət haqqı tələbinə münasibətdə rədd edilməlidir.
52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.
53. Bundan başqa iddia tələbinin digər hissəsini təşkil edən NKA-nın qeydiyyatdan çıxarılmasına görə 35 manatın tələb edilməsini məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən cavabdehə kassa aparatının qeydiyyatdan çıxarılma xidmətinin göstərilmədiyi (hətta bugün də həmin kassa aparatı cavabdehin adına qeydiyyatdadır) müəyyən olunduğu üçün 35 manatın tutulması tələbi təmin oluna bilməz.
54. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
57. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 216 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova