Məhkəmə qərarları › İş №e-2-2(113)-1497/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1497/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1497/2022 11.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 31860,00 manat əsas borc, vəkilə qonarar olaraq ödənilmiş 150,00 manat, mediatora ödənilmiş 200,00 manat, cəmi 32210,00 manat pulun tutularaq onun "xxxx" ASC 6 saylı filialında olan AZ10NABZ******************** saylı hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 019/025 saylı, 03 may 2019-cu il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən tərəfindən “Sifarişçi” olaraq cavabdeh tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. Tərəflərindən göstərilmiş xidmətlərə dair işlərin qiyməti “Qiymətlərin razılaşma Protokolu”na əsasən tərəflər arasdında razılaşdırılmış, görülmüş işlər haqqında Aktlarla “İcraçı”nın nümayəndəsi tərəfindən təhvil verilmiş və “Sifarişçi”nin nümayəndəsi tərəfindən də qəbul edilmişdir. Belə ki, tərəflər arasında tərtib edilmiş 04 aprel 2019-cu il tarixli, 04 iyun 2019-cu il tarixli, 04 iyun 2019-cu il tarixli, 07 aprel 2020-ci il tarixli, 07 avqust 2020-ci il tarixli, 16 noyabr 2020-ci il tarixli, 30 yanvar 2021-ci il tarixli Aktlara, müvafiq olaraq 027 saylı, 04 iyun 2019-cu il tarixli, 025 saylı, 04 iyun 2019-cu il tarixli, 026 saylı, 04 iyun 2019-cu il tarixli, 009 saylı, 07 aprel 2019-cu il tarixli, 020 saylı, 07 avqust 2019-cu il tarixli, 029 saylı, 16 noyabr 2020-ci il tarixli, 004 saylı, 30 yanvar 2021-ci il tarixli Hesab-fakturalara və EAAV seriyalı, 389218 nömrəli, 05 iyun 2019-cu il tarixli, EAAV seriyalı, 389050 nömrəli, 05 iyun 2019-cu il tarixli, EAAV seriyalı, 389209 nömrəli, 05 iyun 2019-cu il tarixli, EBAİ seriyalı, 516156 nömrəli, 08 aprel 2020-ci il tarixli, EBAN seriyalı, 378269 nömrəli, 07 avqust 2020-ci il tarixli, EBAV seriyalı, 076479 nömrəli, 18 dekabr 2020-ci il tarixli və EBAW seriyalı, 803415 nömrəli, 30 yanvar 2021-ci il tarixli Elektron qaimələrə əsasən cəmi 61 860,00 manatlıq iş görülmüş və təhvil verilnmişdir. Lakin bu günə qədər dəfələrlə etdikləri müraciətlərə baxmayaraq yaranmış borc məbləği cavabdeh tərəfindən heç bir əsas göstərilmədən ödənilməmişdir. Cavabdehə qanunvericiliyin tələblərinə uyğun olaraq pretenziya qaydasında 19 avqust 2021-ci il tarixli, 003 saylı məktub (pretenziya) YAPS (təcili poçt) vasitəsi ilə cavabdehə çatdırılmış və daha sonra mediasiya təklifi göndərilmiş və nəhayət Mediasiya Şurasına da müraciət olunmuşdur. Lakin bütün bunlara baxmayaraq iş üzrə cavabdeh borcunu ödəməmiş, nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş və borcunu ödəməkdən yayınmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 03 may 2019-cu il tarixli 019/025 nömrəli təmir xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, sifarişçi (iddiaçı) təmir xidmətlərinin göstərilməsini sifariş verib, icarəçiyə (cavabdeh) razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci maddəsinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EAAV 389209 nömrəli 05.06.2019-cu il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 10690 manat məbləğində xidmət göstərilmişdir. 04 iyun 2019-cu il tarixli 026 nömrəli hesab-fakuradan görünür ki, iddiaçı tərəfindən 10690 manat məbləğində xidmət göstərilmişdir. 04 iyun 2019-cu il tarixli tərəflər arasında imzalanmış aktdan görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin (və onun aqreqatları) xidmət keçirilmiş göstərilən xidmət və ehtiyat hissələrinin dəyişdirilməsinə görə 10690 manat məbləğində xidmət göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EBAN 378269 07.08.2020-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12635 manat məbləğində xidmət göstərilmişdir. 07 avqust 2019-cu il tarixli 020 nömrəli hesab-fakuradan görünür ki, iddiaçı tərəfindən 12635 manat məbləğində xidmət göstərilmişdir. 07 avqust 2020-ci il tarixli tərəflər arasında imzalanmış aktdan görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin (və onun aqreqatları) xidmət keçirilmiş göstərilən xidmət və ehtiyat hissələrinin dəyişdirilməsinə görə 12635 manat məbləğində xidmət göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EAAV 389218 nömrəli 05.06.2019-cu il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 8830 manat məbləğində xidmət göstərilmişdir. 04 iyun 2019-cu il tarixli 027 nömrəli hesab-fakuradan görünür ki, iddiaçı tərəfindən 8830 manat məbləğində xidmət göstərilmişdir. 04 iyun 2019-cu il tarixli tərəflər arasında imzalanmış aktdan görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin (və onun aqreqatları) xidmət keçirilmiş göstərilən xidmət və ehtiyat hissələrinin dəyişdirilməsinə görə 8830 manat məbləğində xidmət göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EAAV 389050 nömrəli 05.06.2019-cu il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 6350 manat məbləğində xidmət göstərilmişdir. 04 iyun 2019-cu il tarixli 025 nömrəli hesab-fakuradan görünür ki, iddiaçı tərəfindən 6350 manat məbləğində xidmət göstərilmişdir. 04 iyun 2019-cu il tarixli tərəflər arasında imzalanmış aktdan görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin (və onun aqreqatları) xidmət keçirilmiş göstərilən xidmət və ehtiyat hissələrinin dəyişdirilməsinə görə 6350 manat məbləğində xidmət göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EBAW 803415 nömrəli 30.01.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 10340 manat məbləğində xidmət göstərilmişdir. 30 yanvar 2021-ci il tarixli 004 nömrəli hesab-fakuradan görünür ki, iddiaçı tərəfindən 10340 manat məbləğində xidmət göstərilmişdir. 30 yanvar 2021-ci il tarixli tərəflər arasında imzalanmış aktdan görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin (və onun aqreqatları) xidmət keçirilmiş göstərilən xidmət və ehtiyat hissələrinin dəyişdirilməsinə görə 10340 manat məbləğində xidmət göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EBAİ 516156 nömrəli 08.04.2020-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 5525 manat məbləğində xidmət göstərilmişdir. 07 aprel 2019-cu il tarixli 009 nömrəli hesab-fakuradan görünür ki, iddiaçı tərəfindən 5525 manat məbləğində xidmət göstərilmişdir. 07 aprel 2020-ci il tarixli tərəflər arasında imzalanmış aktdan görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin (və onun aqreqatları) xidmət keçirilmiş göstərilən xidmət və ehtiyat hissələrinin dəyişdirilməsinə görə 5525 manat məbləğində xidmət göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş EBAV 076479 nömrəli 18.12.2020-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 7490 manat məbləğində xidmət göstərilmişdir. 16 noyabr 2020-ci il tarixli 029 nömrəli hesab-fakuradan görünür ki, iddiaçı tərəfindən 7490 manat məbləğində xidmət göstərilmişdir. 16 noyabr 2020-ci il tarixli tərəflər arasında imzalanmış aktdan görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin (və onun aqreqatları) xidmət keçirilmiş göstərilən xidmət və ehtiyat hissələrinin dəyişdirilməsinə görə 7490 manat məbləğində xidmət göstərilmişdir. Ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçıya 23.08.2019-cu ildə 9000 manat, 16.01.2020-ci ildə 5000 manat, 02.07.2020-ci ildə 7000 manat, 09.07.2020-ci ildə 5000 manat, 17.07.2020-ci ildə 4000 manat, ümumilikdə 30000 manat ödənilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 07 dekabr 201-ci il tarixli MŞİH-06909 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 03 may 2019-cu il tarixli 019/025 nömrəli təmir xidmətlərinin göstərilməsi müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 31860 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 31860 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 32210,00 manat pulun tutularaq iddiaçının "xxxx" ASC 6 saylı filialında olan AZ10NABZ******************** saylı hesabına köçürülməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa iddia ərizəsində 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, İddiaçı ilə fərdi qaydada fəaliyyət göstərən vəkil X1 arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 18 nömrəli 01 sentyabr 2021-ci il tarixli müqavilədən və 01 sentyabr 2021-ci il tarixli 369931 nömrəli mədaxil qəbzindən görünür ki, hüquqi xidmətlərə görə vəkilə 150 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 31860 (otuz bir min səkkiz yüz altmış) manat məbləğində əsas borc, hüquqi yardıma görə ödənilmiş 150 (bir yüz əlli) manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 200 (iki yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar