Məhkəmə qərarları › İş №e-2-2(113)-1498/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1498/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1498/2021 19.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi Hakim Həsənova Ülkər Təhmasib qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borcun tutulması” barədə kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 1504,98 manat məbləğində əsas borc, 610,15 manat məbləğində dəbbə pulu və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 2144,11 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddialara dair işlər üzrə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hazırkı iş üzrə iddiaçı tərəfindən əsas borcun ödənilməsi ilə yanaşı, cərimə borcunun tutulması da tələb olunduğundan, həmin hissədə iddiaçının tələbi digər tərəfinin mübahisəsiz vəzifəsinə əsaslanmamışdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı cavabdehdən tutulmasını tələb etdiyi alqı-satqı müqaviləsi üzrə əsas borcun iddianın qaldırıldığı tarixə 1504,98 manat təşkil etməsini təsdiq edən heç bir sübutu ərizəsinə əlavə etməmişdir. Azərbayan Respublikası MPM-nin 284-4.1.3-cü və 284-4.1.4-cü maddələrinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, eləcə də ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçıya izah edilməlidir ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı MMC-yə izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ülkər Həsənova İş № e-2-2(113)-1498/2021 Bakı Kommersiya Məhkəməsi Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol xx xxxxxx 2021-ci il Bakı şəhəri Məhkəmənin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə Bakı Kommersiya Məhkəməsinin binasında baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət edir. Prosessual hərəkət saat 11:00-da başlayır. Hakim daxil olmuş kiçik iddialara dair işlər üzrə ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxaraq müəyyən edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisəli olduğundan iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Hakim ərizənin qəbulundan imtina edilməsi barədə qərardad qəbul edir. Prosessual hərəkət saat 11:10-da qurtarır. Protokol xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmişdir. Hakim: Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar