Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-150/2025 20.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh3 qarşı kredit borcun tutulması, tutmanın girov qoyulmuş əmlaka yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh3 qarşı borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh2 (Cavabdeh2 MMC), Qanuni nümayəndə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 03 dekabr 2021-ci il tarixli, 050CRLN21000012-2 nömrəli əlavə razılaşma üzrə 46660,81 manat əsas borc, 4827,29 manat faiz borcu, 5667,92 manat cərimə borcu və 21 fevral 2022-ci il tarixli, 050CRLN12000012-3 nömrəli əlavə razılaşma üzrə 53933,94 manat əsas borc, 5227,45 manat faiz borcu, 4789,93 manat cərimə borcu olmaqla, hər iki əlavə razılaşma üzrə cəmi 121107,24 manat borc və iddiaya görə ödənilmiş 412 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 MMC-yə məxsus daşınar əşyaların (malların) girov qoyulması barədə Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 005GOOD22000008 nömrəli girov müqaviləsində göstərilən girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin İddiaçı ASC-nin sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılması, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında 14 iyul 2021-ci il tarixli, 050CRLN21000012 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən borcalana 850000 (səkkiz yüz əlli min) manat (USD və ya EUR ekvivalenti) məbləğində, illik faiz dərəcəsi 30%-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 0,1%-dən çox olmamaq şərtilə 60 (altmış) ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limiti ayrılmışdır. Qeyd edilən baş kredit müqaviləsi çərçivəsində borcalanla bağlanmış 03 dekabr 2021-ci il tarixli, 050CRLN21000012-2 nömrəli əlavə razılaşma ilə 24 ay müddətinə, illik 14% dərəcəsi ilə 250000 manat (iki yüz əlli min manat) və 21 fevral 2022ci il tarixli, 050CRLN12000012-3 nömrəli əlavə razılaşma ilə 24 ay müddətinə illik 14% dərəcəsi ilə 168200 manat (yüz altmış səkkiz min iki yüz manat) kredit məbləğləri verilmişdir. Yuxarıda göstərilən kredit öhdəliklərinin təminatı olaraq aşağıdakı müqavilələr bağlanmışdır: 1. Qanuni nümayəndə ilə İddiaçı ASC arasında bağlanmış 14 iyul 2021-ci il tarixli, 050GRNT21000040 nömrəli zaminlik müqaviləsi; 2. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 14 iyul 2021-ci il tarixli, 050GRNT21000039 nömrəli zaminlik müqaviləsi; 3. Cavabdeh2 MMC-yə məxsus daşınar əşyaların (malların) girov qoyulması barədə Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 005GOOD22000008 nömrəli girov müqaviləsi. Bildirilmişdir ki, borcalan yuxarıda göstərilən bütün öhdəlikləri üzrə müqavilə şərtlərini pozmuş və ödənişlərində ciddi və uzunmüddətli gecikmələr olmuşdur. Xəbərdarlıq (pretenziya) edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Kredit müqavilələri üzrə yaranmış borc məbləği xx.xx.2024-cü il tarixinə aşağıdakı kimidir: 03 dekabr 2021-ci il tarixli, 050CRLN21000012-2 nömrəli əlavə razılaşma üzrə 46660,81 manat əsas borc, 4827,29 manat faiz borcu, 5667,92 manat cərimə borcu olmaqla, cəmi 57156,02 manat borc; 21 fevral 2022-ci il tarixli, 050crln12000012-3 nömrəli əlavə razılaşma üzrə 53933,94 manat əsas borc, 5227,45 manat faiz borcu, 4789,83 manat cərimə borcu olmaqla, cəmi 63951,22 manat borc.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 385.1, 442, 445.1, 445.2.1, 470.1, 472.2, 448, 449.1, 449.4, 462.1, 465.2, 501-ci və “Daşınar əşyaların yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə istinad edilmişdir.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 03 dekabr 2021-ci il tarixli, 050CRLN21000012-2 nömrəli əlavə razılaşma üzrə 46660,81 manat əsas borc, 4827,29 manat faiz borcu, 5667,92 manat cərimə borcu və 21 fevral 2022-ci il tarixli, 050CRLN12000012-3 nömrəli əlavə razılaşma üzrə 53933,94 manat əsas borc, 5227,45 manat faiz borcu, 4789,93 manat cərimə borcu olmaqla, hər iki əlavə razılaşma üzrə cəmi 121107,24 manat borcun, müvəqqəti təminat tədbiri barədə ödənilən 92 manat dövlət rüsumu və iddiaya görə ödənilmiş 412 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 MMC-yə məxsus daşınar əşyaların (malların) girov qoyulması barədə Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 005GOOD22000008 nömrəli girov müqaviləsində göstərilən girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin İddiaçı ASC-nin sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılması, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İş üzrə cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
7. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 050CRLN21000012 nömrəli baş kredit müqaviləsinin 1.1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kreditorun borcalana 850000 manat (səkkiz yüz əlli min manat) (USD və ya EURO ekvivalenti) məbəğində, illik faiz dərəcəsi 30%-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%-dən, cərimə faizi gündəlik 0,1%-dən, komissiya haqları bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş qaydada hər təqvim ayının sonuna kreditin istifadə edilməmiş orta günlük qalıq məbləğinin illik 10%-dən, müddətdən əvvəl borc məbləği tam və ya qismən geri qaytarıldıqda, vaxtından əvvəl geri qaytarılmış məbləğin 10%-dən, qarantiyanın və ya kontrqarantiyanın istifadəsinə görə qarantiyanın və ya kontrqarantiyanın ümumi məbləğinin illik 15%-dən, akkreditiv üzrə benefısiara hər bir ödənişin aparıldığı tarixədək akkreditivin qalıq məbləğinə illik 15%-dən, həmçinin bloklaşdırma cədvəlinə əsasən akkreditiv hesabına bloklaşdırılmış vəsaitin köçürülməsi gecikdirildikdə, gecikdirilmiş məbləğlərə görə illik 15%-dən çox olmamaq şərti ilə 60 (altmış) ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş şərtlərlə və qaydada limitdən istifadə etməsi, habelə limitin və limitə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyidir. Həmin müqavilənin 3.2.9-cu bəndinə əsasən borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranın gecikdirildiyi halda), gecikdirilən məbləğə görə kreditora bu müqavilə ilə nəzərdə tutulmuş qaydada hesablanmış faiz və cərimə ödəyir. Faizlər, cərimə bu müqavilə ilə müəyyən edilmiş gündən kreditora tam ödənildiyi günə qədər hesablanır. Faizlərin, cərimənin və zərərin əvəzinin ödənilməsi borcalanı bu müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından azad etmir. Həmin müqavilənin 3.4.4-cü bəndinə əsasən ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə/kredit xəttinin limitləri qrafiki tərtib edilərsə, qrafikdə nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri, hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 3.6.1-ci bəndinə əsasən kreditdən istifadə müddətinin bitməsi tərəfləri bu müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri pozuntular üzrə məsuliyyətdən azad etmir. Həmin müqavilənin 3.6.2-ci bəndinə əsasən kreditorun tələbi ilə borcalan krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl geri qaytardıqda, bununla bağlı faktiki vurulmuş zərəri və kredit verilmək üçün çəkilmiş xərcləri kreditora ödəməlidir. Borcalan razılaşır ki, kreditor tərəfindən çəkilmiş bütün xərcləri (dövlət rüsumları, xidmət haqları, vaxtı keçmiş kredit borclarının və problemli borcların alınması sahəsində ixtisaslaşmış şəxslərə ödənilən vəsaitlər, yol xərci və s.) ödəmək onun vəzifəsidir. Göstərilən xərclər məhkəmə qərarı tələb edilmədən müvafiq təsdiqedici sənədlər əsasında kreditorun xərci kimi tanınır və həmin sənədlər təqdim edildikdə dərhal borcalan tərəfindən ödənilməlidir. Qeyd edilən xərclər zamin(lər)dən, qarantdan və yaxud da girova (girovya) verilmiş və ya kreditin təminatı kimi çıxış edən digər əmlak (əşyalar) hesabına tutula bilər. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 050CRLN21000012 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 050CRLN21000012-2 nömrəli əlavə razılaşmanın məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC-yə 24 ay müddətinə illik 14% dərəcəsi ilə, dövriyyə vəsaitinin artırılması məqsədilə 250000 manat kredit verilməsi razılaşdırılmışdır. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 050CRLN21000012 nömrəli baş kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli, 050CRLN21000012-3 nömrəli əlavə razılaşmanın məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC-yə 24 ay müddətinə illik 14% dərəcəsi ilə, dövriyyə vəsaitinin artırılması məqsədilə 168200 manat kredit verilməsi razılaşdırılmışdır. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 005GRNT21000040 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 050CRLN21000012 nömrəli baş kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
11. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 005GRNT21000039 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 050CRLN21000012 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.
12. Girov saxlayan - İddiaçı ASC ilə girov qoyan - Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 005GOOD22000008 nömrəli girov müqaviləsinin məzmunundan görünür ki, borcalan/girov qoyan (girov qoyan) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.2-ci bəndində göstərilən əmlak 050CRLN21000012 nömrəli 14 iyul 2021-ci il tarixli baş kredit müqaviləsinə (bundan sonra - kredit müqaviləsi) əsasən yaranmış öhdəliyin təminatı kimi kreditor/girov saxlayana girova verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən girova verilən predmetin təsviri: Cavabdeh2 MMC-yə məxsus mal qalığı. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən “X1” tərəfindən xx.xx.2022ci il tarixində tərtib edilmiş əmlakın qiymətləndirmə əktına əsasən girov predmeti 649800 manat bazar dəyərində qiymətləndirilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. İddiaçı tərəfindən iş materiallarına xx.xx.2022-ci il tarixli, 005GOOD22000008 saylı girov müqaviləsinə əlavə və hesabdan çıxarış əlavə edilmişdir.
14. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ZB-424/24 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 050CRLN21000012-3 nömrəli kredit müqaviləsi üzrə banka 53933,94 manat əsas borc, 5227,45 manat faiz, 4789,83 manat cərimə borcu olmaqla, cəmi borcu 63951,22 manat təşkil edir.
15. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ZB-425/24 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 050CRLN21000012-2 nömrəli kredit müqaviləsi üzrə banka 46660,81 manat əsas borc, 4827,29 manat faiz, 5667,92 manat cərimə borcu olmaqla, cəmi borcu 57156,02 manat təşkil edir.
16. İddiaçı ASC tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli, ZB-1061 nömrəli maliyyə arayışları təqdim edilmişdir.
17. İddiaçı ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 6063379- 0105 nömrəli ödəniş tapşırığının surətinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə 12006 manat ödəniş edilmişdir.
18. İddiaçı ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 6592317- 0092 nömrəli ödəniş tapşırığının surətinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə 9222 manat ödəniş edilmişdir.
19. İddiaçı ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 6838438- 0106 nömrəli ödəniş tapşırığının surətinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə 8150 manat ödəniş edilmişdir.
20. İddiaçı ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 7098039- 0035 nömrəli ödəniş tapşırığının surətinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə 8200 manat ödəniş edilmişdir.
21. İddiaçı ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 7210170- 0066 nömrəli ödəniş tapşırığının surətinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə 11300 manat ödəniş edilmişdir.
22. İddiaçı ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 12713375- 0040 nömrəli ödəniş tapşırığının surətinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə 5000 manat ödəniş edilmişdir.
23. İddiaçı ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 7580661- 0063 nömrəli ödəniş tapşırığının surətinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə 12375 manat ödəniş edilmişdir.
24. İddiaçı ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 7854362- 0044 nömrəli ödəniş tapşırığının surətinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə 9192 manat ödəniş edilmişdir.
25. İddiaçı ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 9502735- 0056 nömrəli ödəniş tapşırığının surətinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə 7000 manat ödəniş edilmişdir.
26. İddiaçı ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 10048544- 0056 nömrəli ödəniş tapşırığının surətinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı ASC-yə 5000 manat ödəniş edilmişdir.
27. İddiaçı ASC-nin Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh3 ünvanladığı xx.xx.2024-cü il tarixli, ZB-012 nömrəli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış 109924 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7155 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 050CRLN2100012-2 saylı və xx.xx.2022-ci il tarixli, 050CRLN2100012-3 saylı kredit müqavilələrinin şərtləri üzrə banka olan borcu xx.xx.2021-ci il tarixli, 050CRLN2100012-2 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas borc üzrə 36753,57 manat, faiz borcu üzrə 728,95 manat, xx.xx.2022-ci il tarixli, 050CRLN2100012-3 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas borc üzrə 48049,29 manat, faiz borcu üzrə 2429,52 manat təşkil edir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/426 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 050CRLN2100012-2 saylı və xx.xx.2022ci il tarixli, 050CRLN2100012-3 saylı kredit müqavilələrinin şərtləri üzrə banka olan borcu xx.xx.2021-ci il tarixli, 050CRLN2100012-2 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas borc üzrə 36753,57 manat, faiz borcu üzrə 728,95 manat, xx.xx.2022-ci il tarixli, 050CRLN2100012-3 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas borc üzrə 48049,29 manat, faiz borcu üzrə 2429,52 manat təşkil edir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
32. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, 050CRLN21000012 nömrəli baş kredit müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müqavilənin predmeti kreditorun borcalana 850000 manat (səkkiz yüz əlli min manat) (USD və ya EURO ekvivalenti) məbəğində, illik faiz dərəcəsi 30%-dən, qaytarılması gecikdirildiyi halda ödəniləcək illik faiz dərəcəsi 60%dən, cərimə faizi gündəlik 0,1%-dən, komissiya haqları bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş qaydada hər təqvim ayının sonuna kreditin istifadə edilməmiş orta günlük qalıq məbləğinin illik 10%-dən, müddətdən əvvəl borc məbləği tam və ya qismən geri qaytarıldıqda, vaxtından əvvəl geri qaytarılmış məbləğin 10%-dən, qarantiyanın və ya kontrqarantiyanın istifadəsinə görə qarantiyanın və ya kontrqarantiyanın ümumi məbləğinin illik 15%-dən, akkreditiv üzrə benefısiara hər bir ödənişin aparıldığı tarixədək akkreditivin qalıq məbləğinə illik 15%-dən, həmçinin bloklaşdırma cədvəlinə əsasən akkreditiv hesabına bloklaşdırılmış vəsaitin köçürülməsi gecikdirildikdə, gecikdirilmiş məbləğlərə görə illik 15%-dən çox olmamaq şərti ilə 60 (altmış) ay müddətinə kredit, kredit xətti, akkreditiv, qarantiya və kontrqarantiya limitinin ayrılması, borcalanın isə bu müqavilədə və bu müqaviləyə əsasən bağlanacaq əlavə razılaşmalarda nəzərdə tutulmuş şərtlərlə və qaydada limitdən istifadə etməsi, habelə limitin və limitə hesablanmış faizlərin kreditora ödənilməsinə dair pul öhdəliyi kimi müəyyən edilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, 050CRLN21000012 nömrəli baş kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 050CRLN21000012-2 nömrəli əlavə razılaşma imzalanmış və Cavabdeh2 MMC-yə 24 ay müddətinə illik 14% dərəcəsi ilə, dövriyyə vəsaitinin artırılması məqsədilə 250000 manat kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, 050CRLN21000012 nömrəli baş kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli, 050CRLN21000012-3 nömrəli əlavə razılaşma imzalanmış və Cavabdeh2 MMC-yə 24 ay müddətinə illik 14% dərəcəsi ilə, dövriyyə vəsaitinin artırılması məqsədilə 168200 manat kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında xx.xx.2021-ci il tarixli, 005GRNT21000040 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 050CRLN21000012 nömrəli baş kredit müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, 005GRNT21000039 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 050CRLN21000012 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Girov saxlayan - İddiaçı ASC ilə girov qoyan - Cavabdeh2 MMC arasında xx.xx.2022-ci il tarixli, 005GOOD22000008 nömrəli girov müqaviləsi bağlanmış və borcalan/girov qoyan (girov qoyan) mülkiyyət hüququ ilə Cavabdeh2 MMC-yə məxsus mal qalığı 050CRLN21000012 nömrəli, 14 iyul 2021-ci il tarixli baş kredit müqaviləsinə (bundan sonra - kredit müqaviləsi) əsasən yaranmış öhdəliyin təminatı kimi İddiaçı ASC-nin xeyrinə girov ilə yüklü edilmişdir. Kreditor kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.
33. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada 03 dekabr 2021-ci il tarixli, 050CRLN21000012-2 nömrəli əlavə razılaşma üzrə 46660,81 manat əsas borc, 4827,29 manat faiz borcu və 21 fevral 2022-ci il tarixli, 050CRLN12000012-3 nömrəli əlavə razılaşma üzrə 53933,94 manat əsas borc, 5227,45 manat faiz borcunun tutulması təşkil edir.
34. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh3 müştərək qaydada qaydada 03 dekabr 2021-ci il tarixli, 050CRLN21000012-2 nömrəli əlavə razılaşma üzrə 36753,57 manat (otuz altı min yeddi yüz əlli üç manat əlli yeddi qəpik) əsas borc, 728,95 manat (yeddi yüz iyirmi səkkiz manat doxsan beş qəpik) faiz borcu, 21 fevral 2022-ci il tarixli, 050CRLN12000012-3 nömrəli əlavə razılaşma üzrə 48049,29 manat (qırx səkkiz min qırx doqquz manat iyirmi doqquz qəpik) əsas borc, 2429,52 manat (iki min dörd yüz iyirmi doqquz manat əlli iki qəpik) faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
35. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Qanuni nümayəndə müştərək qaydada 03 dekabr 2021-ci il tarixli, 050CRLN21000012-2 nömrəli əlavə razılaşma üzrə 5667,92 manat cərimə borcu və 21 fevral 2022-ci il tarixli, 050CRLN12000012-3 nömrəli əlavə razılaşma üzrə 4789,93 manat cərimə borcunun tutulması təşkil edir.
36. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
37. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada 03 dekabr 2021-ci il tarixli, 050CRLN21000012-2 nömrəli əlavə razılaşma üzrə 2500 (iki min beş yüz) manat cərimə, 21 fevral 2022-ci il tarixli, 050CRLN12000012-3 nömrəli əlavə razılaşma üzrə 3000 (üç min) manat cərimə tutularaq iddiaçıya ödənilməlidir.
38. İddiaçı həmçinin tutmanın Cavabdeh2 MMC-yə məxsus daşınar əşyaların (malların) girov qoyulması barədə Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 005GOOD22000008 nömrəli girov müqaviləsində göstərilən girov predmetlərinə yönəldilməsi, həmin girov predmetlərinin İddiaçı ASC-nin sahibliyinə verilməsi, sahibliyə qəbul edildikdən sonra həmin predmetlərin hərracda (açıq auksionda) və ya istənilən üsulla satılması, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
39. Həmin tələblərlə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq AEV” MMC-yə məxsus daşınar əşyaların (malların) girov qoyulması barədə Cavabdeh2 MMC ilə İddiaçı ASC arasında bağlanmış 18 fevral 2022-ci il tarixli, 005GOOD22000008 nömrəli girov müqaviləsində (əlavəsində) göstərilən girov predmetləri iddiaçının xeyrinə girov ilə yüklü edilmişdir.
40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən və girov saxlayanın girov predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın girov predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma Cavabdeh2nə məxsus olan və 18 fevral 2022-ci il tarixli, 005GOOD22000008 nömrəli girov müqaviləsində (əlavəsində) göstərilən girov predmetlərinə yönəldilməli, həmin girov predmetləri İddiaçı ASC-nin sahibliyinə verilməli, sahibliyə qəbul edildikdən sonra girov predmetləri hərracda (açıq auksionda) və ya istənilən üsulla satılmalı, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilməlidir. Satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2nə qaytarılmalıdır.
41. İddia tələbinin hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC, Qanuni nümayəndə və Cavabdeh3 müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd olunmalıdır ki, ümumilikdə 93870,63 manat (doxsan üç min səkkiz yüz yetmiş manat altmış üç qəpik) məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Bu isə elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin də cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur.
42. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada müvəqqəti təminat tədbiri barədə ödənilən 92 manat dövlət rüsumunun və iddiaya görə ödənilmiş 412 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
43. Məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbiri ilə bağlı ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 317,30 manat (üç yüz on yeddi manat otuz qəpik) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
44. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 154,30 manat (yüz əlli dörd manat otuz qəpik) hissəsi cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh3 müştərək qaydada, 45,70 manat (qırx beş manat yetmiş qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh3 müştərək qaydada 03 dekabr 2021-ci il tarixli, 050CRLN21000012-2 nömrəli əlavə razılaşma üzrə 36753,57 manat (otuz altı min yeddi yüz əlli üç manat əlli yeddi qəpik) əsas borc, 728,95 manat (yeddi yüz iyirmi səkkiz manat doxsan beş qəpik) faiz borcu, 2500 (iki min beş yüz) manat cərimə, 21 fevral 2022-ci il tarixli, 050CRLN12000012-3 nömrəli əlavə razılaşma üzrə 48049,29 manat (qırx səkkiz min qırx doqquz manat iyirmi doqquz qəpik) əsas borc, 2429,52 manat (iki min dörd yüz iyirmi doqquz manat əlli iki qəpik) faiz borcu, 3000 (üç min) manat cərimə borcu olmaqla, cəmi 93461,33 manat (doxsan üç min dörd yüz altmış bir manat otuz üç qəpik), müvəqqəti təminat tədbiri ilə bağlı ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 317,30 manat (üç yüz on yeddi manat otuz qəpik) olmaqla, ümumilikdə 93870,63 manat (doxsan üç min səkkiz yüz yetmiş manat altmış üç qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh2nə məxsus olan və 18 fevral 2022-ci il tarixli, 005GOOD22000008 nömrəli girov müqaviləsində (əlavəsində) göstərilən girov predmetlərinə yönəldilsin, həmin girov predmetləri İddiaçı ASC-nin sahibliyinə verilsin, sahibliyə qəbul edildikdən sonra girov predmetləri hərracda (açıq auksionda) və ya istənilən üsulla satılsın, satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2nə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 154,30 manat (yüz əlli dörd manat otuz qəpik) hissəsi cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə və Cavabdeh3 müştərək qaydada, 45,70 manat (qırx beş manat yetmiş qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova