Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1500/2022 12.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh olan Cavabdeh hesabından 13455 (on üç min dörd yüz əlli beş) manat əsas borc, vəkilə qonarar olaraq ödənilmiş 150 (yüz əlli) manat və mediatora ödənilmiş 200 (iki yüz) manat olmaqla, cəmi 13805 (on üçı min səkkiz yüz beş) manat pulun tutularaq iddiaçının "xxxx" ASC-də olan h/h: AZ39MUGA**********00013AZM00 saylı hesablaşma hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcraçı” olaraq iddiaçı ilə “Sifarişçi” olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 021/025 saylı, 16 mart 2021-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. İddiaçı tərəfindən göstərilmiş xidmətlərə dair işlərin qiyməti “Qiymətlərin razılaşma Protokolu”na əsasən tərəflər arasında razılaşdırılmış, görülmüş işlər haqqında aktlarla “İcraçı”nın nümayəndəsi tərəfindən təhvil verilmiş və “Sifarişçi”nin nümayəndəsi tərəfindən də qəbul edilmişdir. Belə ki, tərəflər arasında tərtib edilmiş 08 aprel 2021-ci il tarixli, 28 aprel 2021-ci il tarixli aktlara, müvafiq olaraq 019 saylı, 08 aprel 2021-ci il tarixli, 024 saylı, 28 aprel 2021-ci il tarixli hesab-fakturalara və EBAZ seriyalı, 875740 nömrəli, 08 aprel 2021-ci il tarixli və EBBA seriyalı, 909656 nömrəli, 28 aprel 2021-ci il tarixli elektron qaimələrə əsasən cəmi 13455 (on üç min dörd yüz əlli beş) manat məbləğində iş görülmüş və təhvil verilmişdir. Lakin bu günə qədər dəfələrlə edilən müraciətlərə baxmayaraq, yaranmış borc məbləği heç bir əsas göstərilmədən ödənilməmişdir. Sonuncu dəfə iş üzrə cavabdeh olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq 19 avqust 2021-ci il tarixdə pretenziya qaydasında 012 saylı məktub göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi göndərilmiş və nəhayət Mediasiya Şurasına da müraciət olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, cavabdeh borcunu ödəməmiş, nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş və borcunu ödəməkdən yayınmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdehndən 13455 (on üç min dörd yüz əlli beş) manat əsas borc, vəkilə qonarar olaraq ödənilmiş 150 (yüz əlli) manat və mediatora ödənilmiş 200 (iki yüz) manat olmaqla, cəmi 13805 (on üçı min səkkiz yüz beş) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “İcraçı” qismində İddiaçı ilə “Sifarişçi” qismində Cavabdeh MMC arasında 16 mart 2021-ci il tarixli, 021/025 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi təmir xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir xidmətləri göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən Xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı Müqavilənin tərkib hissəsi olan hesabfakturada qeyd edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə 15 iş günü ərzində həyata keçirilir. - 08.04.2021-ci il tarixli, EBAZ seriyalı, 875740 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6940 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar Məmmədov.H.M tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 08.04.2021-ci il tarixli, 019 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 08.04.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 6940 manat təşkil edir. - 08.04.2021-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 6940 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - 28.04.2021-ci il tarixli, EBBA seriyalı, 909656 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6515 (ƏDV daxil) manat təşkil edir. - İcraçı fərdi sahibkar Məmmədov.H.M tərəfindən tərtib edilərək sifarişçi Cavabdeh MMC-yə ünvanlanmış 28.04.2021-ci il tarixli, 024 nömrəli hesab-faktura adlı sənəddən görünür ki, 28.04.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ödənilməli olan məbləğ 6515 manat təşkil edir. - 28.04.2021-ci il tarixli malların təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən sifarişçiyə məxsus olan avtomobilin 6515 manat məbləğində xidmət və ehtiyyat hissələri dəyişdirilmişdir. - İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 19 avqust 2021-ci il tarixli 012 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. 13455 (on üç min dörd yüz əlli beş) manat məbləğində borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 13455 (on üç min dörd yüz əlli beş) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı hüquqi yardıma ödənilmiş 150 (yüz əlli) manat məbləğin və 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən göstərilmiş hüquqi yardıma görə 150 (yüz əlli) manat və mediasiyaya ödənilmiş 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 13455 (on üç min dörd yüz əlli beş) manat əsas borc, 150 (yüz əlli) manat hüquqi yardım və 200 (iki yüz) manat mediasiya xərcləri olmaqla, cəmi 13805 (on üç min səkkiz yüz beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1500/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1500/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver