Məhkəmə qərarları › İş №e-2-2(113)-151/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-151/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-151/2023 11.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə həmin kredit müqaviləsi üzrə 421937,93 manat əsas borcun, 1292,01 manat faiz borcunun, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 313,23 manat pulun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC bankdan xx.xx.2024 ilədək qaytarmaq və illik 15 % ödəmək şərti ilə aldığı 750000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcun məbləği: a) əsas borc üzrə 421937.93 manat; b) faizlər üzrə 1292.01 manat təşkil edir. xx.xx.2022-ci ildə AR MPM-in 150.2-ci maddəsində göstərilən qaydada borcalana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zaminlər "xxxx" MMC-yə (hazırda Cavabdeh1 MMC), Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 pretenziya göndərilib, lakin cavabdeh tələbi yerinə yetirməmiş, həmçinin pretenziyaya cavab verməmişdir. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdehlər iştirak etmədiyi üçün mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022 il tarixli MŞB/5-02810 №-li arayış verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi sistemə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 2l002-0001/1917631/KM nömrəli İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 MMC-yə 3 il müddətinə illik 15 % ödəmək şərti ilə 750000 manat məbləğində kredit verir. xx.xx.2021-ci il tarixli 21002-0001/1917631/Z-4 nömrəli İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 MMC ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixli tarixli 21002-0001/1917631/Z-3 nömrəli İddiaçı ASC ilə cavabdeh "xxxx" MMC (bundan sonra Cavabdeh1 MMC) arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 MMC xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 MMC ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır xx.xx.2021-ci il tarixli tarixli 21002-0001/1917631/Z-1 nömrəli İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh5 xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 MMC ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixli tarixli 21002-0001/1917631/Z-2 nömrəli İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 MMC ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixli İddiaçı ASC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin həmin tarixə kredit müqaviləsi üzrə 421937,93 manat əsas borc, 1292,01 manat faiz borcu olmaqla, cəmi 423229,94 manat borcu vardır. 20 fevral 2023-cü il tarixli 9/8103 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixə 414085,49 manat əsas və 517,61 manat faiz borcu vardır. Tədqiqatının dəyəri 100 manatdır. 16 may 2023-cü il tarixli 9/2259 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixə 422823,49 manat əsas və 528,53 manat faiz borcu vardır. Tədqiqatın dəyəri 100 manatdır. xx.xx.2022-ci il tarixli MŞB/5-02810 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC Bakı şəhəri 5 saylı mediasiya təşkilatına 400 manat məbləğində mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı ASC 314 manat məbləğində dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1 və 470.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. 16 may 2023-cü il tarixli 9/2259 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixə əsa borc 422823,49 manat, faiz borcu isə 528,53 manat məbləğində müəyyən edilsmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, 421937,93 manat əsas borc, 400 manat mediasiya xərci və 313,23 manat dövlət rüsumu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə 1292,01 manat faiz borcu tələbi ilə bağlı isə qeyd edir ki, həmin tələb qismən, yəni ekspert rəyinə uyğun olaraq 528,53 manat hissədə təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizaların keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində xərc cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 421937,93 manat əsas borc və 528,53 manat faiz borcu cəmi 422466,46 manat, həmçinin 400 manat mediasiya xərci və 313,23 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində xərc cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 421937,93 manat əsas borc, 528,53 manat faiz borcu cəmi 422466,46 manat, həmçinin 400 manat mediasiya xərci, 313,23 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində xərc cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar