Məhkəmə qərarları › İş №e-2-2(113)-151/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-151/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-151/2024 28.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı1 ASC-nin cavabdehlər “X2 ve İnşaat” MMC-yə, Cavabdeh1 MMC-yə qarşı, ikinci iddia üzrə İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və LPO İddiaçı1 ASC-yə qarşı Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, ilk iddia üzrə iddiaçı, ikinci iddia üzrə üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 ikinci iddia üzrə iddiaçının nümayəndəsi/vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı1 ASC-nin cavabdehlər “X2 ve İnşaat” MMC-yə, Cavabdeh1 MMC-yə qarşı xx.xx.2016-cı il tarixli, 03/7 saylı müqaviləyə əsasən pulun tutulması, ikinci iddia üzrə İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və LPO İddiaçı1 ASCyə qarşı ipoteka müqaviləsinin etibarsızlığı və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh1 MMC (birinci tərəf) və İddiaçı2 MMC (ikinci tərəf) arasında 23 dekabr 2012-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən: -Bakı şəhəri, Səbail rayonu, X5 7 ünvanında yerləşən, birinci tərəfə məxsus olan daşınmaz əmlakda, ikinci tərəfin mexmanxana fəaliyyəti ilə məşğul olması müqavilənin predmetidir. -birinci tərəf ona məxsus olan Bakı ş. Səbail r-nun X5 7 ünvanında yerləşən binanı ikinci tərəfə mehmanxana fəaliyəti üçün təmənnasız təqdim edir. -birgə fəaliyyət haqqında müqaviləyə xitam veirlən zaman birinci tərəfinən əmlakı (amortizasiya xərcəri çıxıldıqsan sonra) qiymətləndiriləcək, ikinci tərəfin mehmanxana fəaliyyətini göstərmək üçün təmir və rekonstruksiya işlərinə, avadanlıqlara, bütün təchizata sərf etdiyi vəsait hesablanacaq və nətivəsədə birinci tərəfin daşınmaz əmlakı yeni yaradılacaq şirkətin mülkyiyətinə qiymətləndirilən faiz nisbətinə uyğun veriləcək. -müqavilə müddəti ərzində birinci tərəf ikinci tərəfin yazılı razılığı olmadan həmin əmlakı sata, bağışlaya, ipoteka ilə yüklü edə bilməz, icarəyə verə bilməz və ümumiyyətlə özgəninkiləşdirə və hər hansı yüklülük əqdləri bağlaya bilməz. -tərəflər ümumi istifadədə olan əmlakdan ancaq müqavilə məqsədi ilə istifadə etməlidirlər. -müqavilə imzalandığı tarixdən 10 il müddətinə qüvvədədir. -müqaviləyə əlavələr, dəyişdiklər və xitam hər iki tərəflərin yazılı razılığı ilə həyata keçirilir.

2. 23 dekabr 2012-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli sazişə əsasən xx.xx.2012-ci il tarixli "Birgə fəaliyyət haqqında" müqavilənin 3.2. maddəsinə əsasən qeyd olunan müqavilənin müddəti digər bütün şərtlər dəyişdirilmədən xx.xx.2027-ci il tarixinə qədər uzadılmışdır.

3. İddiaçı1 ASC (borc verən) ilə "xxxx" MMC (borc alan) arasında 02 iyul 2016-cı il tarixdə ilə arasında 03/7 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən, borc verən "xxxx" MMC-ə xammal və avadanlığın alınması məqsədilə borc alana 12.900.000 manat məbləğində kredit verməsini öhdəsinə götürmüşdür. 5-ci bəndinə əsasən, kredit vəsaitindən istifadə müddətinin axımı borc alanın kredit hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. Borc alana verilən kredit vəsaitindən istifadə müddəti bu müqavilənin 5.5-ci bəndində nəzərdə tutulmuş tarixdə bitir. Kredit vəsaitindən istifadə müddəti “02” iyul 2020-cı il tarixində 17:00 saatda bitir. 6-cı bəndində əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 7%-lə hesablanır. Kredit üzrə faizlər hər rübün axırıncı ayının 02-si (bu müqavilənin 5.3.-cü bəndində nəzərdə tutulan tarixdən hesablanır) borc alan tərəfindən borc verənə ödənilir. Kredit üzrə əsas borcun ödənişi isə güzəşt müddəti 24 ay bitdikdən sonra xx.xx.2020-cı il tarixinə qədər tanı şəkildə ödənilir. (Kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəli üzrə). Müvafiq ödəniş tarixinə azı 10 iş günü qalmış borc verən tərəfindən kredit üzrə hesablanmış faizlər haqqında borc alana məlumat verilir. Bu məlumatın borc alana vaxtında çatmaması onu faizləri tam və müqavilənin 6.2.-ci bəndində nəzərdə tutulmuş müddətdə ödəmək öhdəliyindən azad etmir. Faktiki illik faiz dərəcəsi (FİFD)- 7%. 7-ci bəndinə əsasən bu Müqavilənin 5.5-ci bəndi ilə nəzərdə tutulmuş vaxt borc öhdəliyinin tam həcmdə icra edilməsinin son tarixi kimi müəyyən edilir. Kreditin tam həcmdə qaytarılması tarixi kredit üzrə əsas borcun və hesablanmış faizlərin borc verənin hesabına daxil olduğu tarix hesab olunur. 10-cu bəndinə əsasən, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 0.02 % miqdarından borc verənə dəbbə pulu ödəməlidir. Borc alan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin hər gecikdirilən günü üçün ümumi məbləğin 0.02 % miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. 12-ci bəndnə əsasən borc alan bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Boıc alan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 13-cü bəndinə əsasən borc alan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə borc verən öhdəliklərin icrasının təminat üsuluna yönəldmək hüququna malikdir.

4. 02 iyul 2016-cı il tarixli, 03/7 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən "xxxx" MMC tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2020-ci il olmaqla) ödəyəcək əsas məbləğ 12.900.000 manat, faizin məbləği 2.734.259,80 manat, cəmi ödəniləcək məbləğ 15.634.259,80 manat məbləğində müəyyən edilmişdir.

5. 18.01.2023-cü il tarixli maliyyə arayışına əsasən “X2 ve İnşaat” MMC-nin İddiaçı1 ASC-yə əsas borc üzrə qalıq məbləği 12.900.000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 3.601.966,40 manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə borcu 1.424.732,33 manat olmaqla cəmi borcu 19.557.118,43 manat təşkil edir.

6. İddiaçı1 ASC (ipoteka saxlayan) Cavabdeh1 MMC (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında 05 iyul 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən sonrakı ipoteka saxlayanla borcalan arasında bağlanmış xx.xx.2016-cı i tarixli kredit müqaviləsinə əsasən 12.900.000 manata məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın girov qoyulması barədə razılığa gəlmişlər. 2.2-ci bəndinə əsasən ipoteka predmeti Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsidir. 3-cü bəndinə əsasən ipoteka ilə yüklü olunmuş əmlakın ümumi dəyəri 18.500.000 manat məbləğində qiymətləndirilmişdir. 4-cü bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti ipoteka saxlayanla borc alan arasında Bakı şəhərində bağlanmış 02 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən verilən kredit və kredit faizlərinin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. İpoteka ilə təmin edilmiş öhdəliyin ölçüsü 12.900.000 manat məbləğindədir. İpoteka ilə təmin edilmiş öhdəlik 02 iyul 2020-ci il tarixədək qədər icra edilməlidir. 6.2.3-cü bəndinə əsasən borcalan ipoteka saxlayan ilə bağladığı 02 iyul 2016-cı il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməyi, borcun əsas məbləğinin qaytarılmasını, faizlərin ödənilməsini, dəbbə pulunu ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və həmçinin borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanların ipoteka saxlayana ödənilməsini öz öhdəsinə götürür. 7.1.10-cu bəndinə əsasən borcalan bu müqavilələr ilə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməkdən imtina etdikdə, ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün tutmanı ipotekaya yönəltmək üçun tədbirlər görmək ipoteka saxlayanın hüquqdur. 15-ci bəndinə əsasən bu müqavilə müvafiq qaydada dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.Boıcalan ipoteka saxlayanla uağladığı 02 iyul 2016-cı il kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizlərini, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin ipoteka qoyanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanları ipoteka saxlayana ödəyənədək bu müqavilə qüvvədə olur.

7. İddiaçı1 ASC (ipoteka saxlayan) Cavabdeh1 MMC (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında 05 iyul 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka saxlayanla bor calan arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 2.500.000 manat və xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 6.000.000 manat məbləğində verilən kreditlərin və onlara hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1157,9 kv.m. (3-cü zirzəmi və 6-cı mərtəbə restoran) hissəsi ipoteka ilə yüklü edilmişdir.

8. LPO İddiaçı1 ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, “X3 ve İnşaat” MMC tərəfindən xx.xx.2016-cı il tarixli 03/7 saylı kredit müqaviləsi üzrə İddiaçı1 ASC-yə ödəniş aparılmamışdır.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən xüsusi mülkiyyətli, 7 mərtəbədən ibarət, ümumi sahəsi 9461,3 kv.metr qeyri-yaşayış binası tam payla Cavabdeh1 MMC-ə məxsusdur, bu barədə 2012-ci il 5 oktyabr tarixində daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 4283 nömrəli vərəqində qeydiyyata alınmışdır.

10. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışla təsdiq edilir ki, Bakı şəhəri Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış binasının 1747.5 kv.m. (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsi (0 ha, 9461.3 kv.m) üzərində Cavabdeh1 MMC-nin mülkiyyət hüququ İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə istinad edilmişdir.

11. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli Çıxarışla təsdiq edilir ki, Bakı şəhəri Səbail rayonu, X6 küçəsi 7 qeyri-yaşayış binasının 1157.9 kv.m (3-cü zirzəmi və 6-cı mərtəbə) hissəsi (0 ha, 9461.3 kv.m) üzərində Cavabdeh1 MMC-nin mülkiyyət hüququ İddiaçı1 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli kredit müqavilələrinə istinad edilmişdir.

12. 2023-cü il 16 yanvar tarixli, **********017 saylı ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatı barədə bildirişdən aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsinə dair ipotekanın dövlət qeydiyyatına dair bildirişin qeydiyyata alınmışdır.

13. xx.xx.2023- cü il tarixli 11 nömrəli məktubun məzmunundan görünür ki, "Diplomat LTD” MMC İddiaçı2 MMC-yə müraciət edərək, "Diplomat LTD” MMC ilə "xxxx" ASC arasında bağlanmış 05 iyul 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu "xxxx" MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ipotekada olan əmlakın qiymətləndirilərək hərracdan satılmasını tələb etməsi səbəbilə, "Diplomat LTD” MMC aralarında bağlanmış "Birgə fəaliyyət haqqında" xx.xx.2012-ci il tarixli müqavilə və ona edilmiş əlavədən imtina etmiş və qeyri-yaşayış binasının 5 gün müddətində təhvil-təslim edilməsi, İddiaçı2 MMCnin qeyri yaşayış binasından çıxmasını tələb etmişdir.

14. LPO İddiaçı1 ASC tərəfindən “X2 ve İnşaat” MMC-yə və Cavabdeh1 MMC-yə pretenziya ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

15. "xxxx" MMC-nin 25 sentyabr 2023-cü il tarixli, LP-190/2023 saylı mütəxəssis rəyinə əsasən ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 816,2 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) real bazar qiyməti 694.000 manat, likvid qiyməti isə, 625.000 manat məbləğində, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 9313 kv.m olan qeyri-yaşayış sahəsinin (otel kimi istifadədir) real bazar qiyməti, 2 794 000 manat, likvid qiyməti isə 2 515 000 manat dəyərində müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli, 9/9928 saylı ekspert rəyinə əsasən “X3 ve İnşaat” MMC-nin hesabdan çıxarış məlumatları əsas götürülməklə xx.xx.2020-ci il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) cavabdeh “X3 ve İnşaat” MMC-nin İddiaçı1 ASC-yə ödənilməli əsas borcu 12.900.000 manat, faiz borcu 3.612.000 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

17. İddiaçı LPO İddiaçı1 ASC cavabdehlər “X2 ve İnşaat” MMC-yə və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ASC ilə “X2 ve İnşaat” MMC arasında bağlanmış 02 iyul 2016-cı il tarixli 03/7 saylı kredit müqaviləsinə əsasən 12.900.000 manat məbləğində əsas borc, 3.601.966,40 manat məbləğində faiz borcu, 1.424.732,33 manat məbləğində cərimə borcu, 1.630.419,70 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun, ümumilikdə 19.557.118,43 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10.183,56 manat dövlət rüsumunun cavabdeh “X2 ve İnşaat” MMC-dən tutularaq Ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi, 02 iyul 2016-cı il tarixli 03/7 saylı kredit müqaviləsi üzrə tutmanın ünvan 5 ünvanında 0.1747 ha 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m hissəsinə yönəldilməsi, həmin əmlakların boşaldılması, onların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh2 MMC arasında 03/7 saylı, 02 iyul 2016-cı il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 7 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 12.900.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 12.900.000 manat məbləğində əsas borc, 3.601.966,40 manat məbləğində faiz borcu, 1.424.732,33 manat məbləğində cərimə borcu, 1.630.419,70 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 19.557.118,43 manat məbləğində borcu qalmışdır. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 MMC-yə məxsus ünvan 6 ünvanında 0,1747 ha 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m hissəsi (AR ƏMDK yanında DƏDRX-nın xx.xx.2012-ci il tarixli çıxarışı, seriya RX №0062447, reyestr №**********25-06301, qeydiyyat №**********) 05 iyul 2016-cı il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borclu ilə bağlanmış kredit müqavilələrinin 6-cı bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “borc alan”ın vəzifəsidir. Həmin müqavilələrin 8-ci bəndinin tələblərinə görə “kreditor”un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən borcluya dəfələrlə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, bank ilə borclu arasında bağlanmış ipoteka müqavilələrinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Həmin müqavilələrin 4.2.8-ci bəndində isə göstərilir ki, “borc alan”ın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə, «ipoteka saxlayan»ın ipoteka predmetinə ödəniş yönəltməsi üçün zəruri şəraitin təmin edilməsi və bunun icrası ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi “İpoteka qoyan”ın vəzifəsidir.

19. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.7, 279, 295, 319.1, 385.1, 425.1, 442, 445.1, 445.2, 448.1, 448.2, və 739-cu maddələrinə, İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun 33, 34.1, 39.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

20. İkinci iddia üzrə iddiaçının nümayəndəsi/vəkili Vəkil1 ilkin iddiaya qarşı etiraz təqdim etmişdir.

21. Etiraz onunla əsaslandırılmışdır ki, ipoteka müqavilələri səlahiyyəti olmayan şəxs tərəfindən bağlanılmışdır. Qeyd edilən nüans Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2-2(103)-105/2020 nömrəli qətnaməsində öz əksini tapmışdır. Belə ki, həmin qətnamənin 6-cı səhifəsinin birinci abzasında qeyd edilmişdir ki, Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh3 təsisçi kimi Cavabdeh1 MMC-yə məxsus əmlaklar üzərində sərəncam vermək səlahiyyəti olsa da, ipoteka müqavilələrini imzalayan oğlu Kamran Vəkilova verdiyi 2011-ci il tarixli etibarnamədə təsisçisi olduğu Cavabdeh1 MMC-yə məxsus əmlaklara dair də sərəncam vermək səlahiyyətini göstərməli idi. Həmin qətnamənin 6-cı səhifəsinin 3-cü abzasında qeyd etmişdir ki, Cavabdeh3 Kamran Vəkilova verdiyi xx.xx.2011- ci il tarixli etibarnamədə özünə məxsus əmlaklara dair sərəncam vermək səlahiyyəti göstərildiyinə görə Kamran Vəkilovun Cavabdeh1 MMC-yə məxsus əmlakı ipoteka ilə yüklü etməyə hüququ olmamış və ona etibar edilən səlahiyyətlərdən kənara çıxmışdır. Həmçinin həmin qətnamənin 6-cı səhifəsinin 4-cü abzasında qeyd edilmişdir ki, həmin ipoteka müqavilələri əqd bağlayan şəxs (Kamran Vəkilov) tərəfindən səlahiyyətlərdən kənara çıxıldığına və səlahiyyətləri məhdud olduğuna görə mənafeləri məhdudlaşdırılmış şəxs tərəfindən mübahisələndirilə bilər. Qeyd edilən nüanslar Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən edilmişdir və həmin nüanslar hazırkı iş üzrə mübahisələndirilə bilməz və sübuta yetirilməsinə ehtiyac yoxdur.

22. İkinci iddia üzrə iddiaçının nümayəndəsi/vəkili etirazın maddi hüquqi əsası kimi MPM-in 82.3-cü maddəsinə istinad etmişdir.

c) İkinci iddia tələbi və ikinci iddia tələbinin dəlilləri

23. İddiaçı2 MMC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 qarşı ipoteka müqaviləsinin etibarsızlığı və s. tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümümi sahədən ibarət qeyri-yaşayış binasının (1747,5 kv.m sahəsinə dair) tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli “birgə fəaliyyət haqqında” müqavilə və ona əlavə sazişin şərtlərinin məcburi icrası və Cavabdeh1 MMC-nin qeyriyaşayış binasından istifadəsinə yaratdığı maneə və qadağalara son qoyulmaqla pozulmuş hüquqlarının bərpası barədə Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri,Səbail rayonu,X6 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m sahəsinə dair Cavabdeh1MMC ilə İddiaçı1 ASC arasında bağlanmış 05 iyul 2016 cı il tarixli 3 M/244 nömrəli ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi, ipoteka müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi və ipotekaya dair yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24.İddia tələbi onunla əsaslandırılmışdır ki, ‘'Diplomat LTD” MMC ilə bağlanan birgə fəaliyyət haqqında müqavilə və həmin müqavilənin müddətinin uzadılması barədə əlavə saziş imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 MMC-nin mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən qeyri -yaşayış binasını birgə fəaliyyət göstərilməsi üçün müqavilə şərtlərinə əsasən İddiaçı2 MMC-yə vermiş,müqavilə şərtlərinə əsasən həmin əmlaklara görə heç bir icarə haqqı alınmır, İddiaçı2 MMC tərəfindən həmin əmlakların otel fəaliyyətinin təşkili üçün milyonlarla manat dəyərində təmir və rekonstruksiya işlərinə vəsait sərf edilir, birgə fəaliyyət nəticəsində əldə edilən gəlir 50%-50% nisbətində aralarında bölünür. Eyni zamannda həmin müqavilə ilə müqavilə müddəti ərzində İddiaçı2 MMC -nin yazılı razılığı olmadan Cavabdeh1 MMC-nin həmin əmlakları sata, bağışlaya, ipoteka ilə yüklü edə, icarəyə verməyə, özgəninkiləşdirmə və hər hası yüklülük əqdlərinin bağlanılması qadağan edilmişdir. Müqavilə şərtlərinə əsasən müqavilə müddətinin sonunda Cavabdeh1 MMC-nin mülkiyyətində olan əmlaklar (amortizasiya xərcləri çıxıldıqdan sonra) qiymətləndiriləcək və İddiaçı2 MMC-nin birgə fəaliyyət təşkil etmək üçün sərf etdiyi vəsaitə uyğun ya əmlakların həmin faiz nisbətinə uyğun hissəsi paylı mülkiyyətlərinə veriləcək və ya əmlaklar huquqi şəxs olaraq İddiaçı2 MMC tərəfindən maya qoyuluşu kimi Cavabdeh1 MMC-yə məxsus Şirkətin balansına verilməklə əmlakın dəyərinə uyğun İddiaçı2 MMC-nin təsis payının miqdari müəyyən ediləcək idi. Həmin müqavilə şərtləri hal-hazırda da qüvvədədir. Ancaq müqavilə şərtlərinə baxmayaraq xx.xx.2023 il tarixində Cavabdeh1 MMC idddiaçıya məktub ilə müraciət edərək mülkiyyətində olan və müqavilə şərtlərinə əsasən birgə çalışdıqları qeyri-yaşayış binasının İddiaçı1 ASC də ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edildiyini və borc götürən şəxsin borcu ödəmədiyinə görə borc tələbinin hazırki əmlaka yönəldilməsi, qiymətləndirilməsi və hərracda satılması barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırıldığını məhz bu səbəbdən aralarında bağlanmış birgə fəaliyyət barədə müqavilənin və ona əlavə sazişin ləğv edilməsi və qeyri-yaşayış sahəsindən çıxmaqla əmlakları təhviltəslim etmək üçün 5 günlük müddət müəyyənləşdirilmişdir. Bağlanmış ipoteka müqaviləsi tamamilə etibarsız və qanunsuzdur. 25.İddiaçı2 MMC iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 338, 339, 358.1, 404.1, 404.2-ci maddələrinə və İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun 10.8-ci maddələrinə istinad etmişdir. 26.Bakı şəhəri Səbail rayon Məhkəməsində keçirilmiş xx.xx.2023-cü il tarixli iclasda qəbul edilmiş qərardada əsasən, İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 qarşı ipoteka müqaviləsinin etibarsızlığı və s. tələbinə dair mülki işin baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 27.İş Bakı Kommersiya Məhkəməsinə daxil olan zaman İddiaçı2 MMC iddia ərizəsinə əlavə verərək, 1) Cavabdeh1MMC ilə İddiaçı1 ASC arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m sahəsinə dair 05 iyul 2016-cı il tarixli 3 M/244 reyestr nömrəsi ilə notariusda qeydiyyata alınmış ipoteka müqaviləsinin və Bakı şəhəri Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən xüsusi mülkiyyətli, 7 mərtəbədən ibarət, ümumi sahəsi 9461,3 kv.m. qeyri-yaşayış binasının 1157,9 kv.m (3-cü mərtəbə və 6-ci mərtəbə restoran) hissəsinə dair 05 iyul 2016-cı il tarixli 3 M/245 reyestr nömrəsi ilə notariusda qeydiyyata alınmış ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış ipoteka qeydlərinin ləğv edilməsi, 2) Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən daşınmaz əmlaka dair aralarında bağlanmış xx.xx.2012-ci il tarixli “birgə fəaliyyət haqqında müqavilə və ona əlavə edilmiş sazişin şərtlərinin məcburi icrası və Cavabdeh1 MMC-nin qeyriyaşayış binasından istifadələrinə yaratdığı maneə və qadağalara son qoyulmaqla pozulmuş hüquqlarının bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Daha sonra İddiaçı2 MMC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh1 MMC ilə İddiaçı1 ASC arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m sahəsinə dair 05 iyul 2016-cı il tarixli 3 M/244 reyestr nömrəsi ilə notariusda qeydiyyata alınmış ipoteka Qurban Abbasov küçəsi 7 ünvanında yerləşən xüsusi mülkiyyətli, 7 mərtəbədən ibarət, ümumi sahəsi 9461,3 kv.m. qeyri-yaşayış binasının 1157,9 kv.m. hissəsinə dair 05 iyul 2016-cı il tarixli 3 M/245 reyestr nömrəli ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində aparılmış qeydin ləğv edilməsi, Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi 7 ünvanında yerləşən qeyri-yaşayış binasından iddiaçının istifadəsinə Cavabdeh1 MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5287/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı1 ASC-nin Cavabdeh2 MMC-yə və Cavabdeh1 MMC-yə qarşı xx.xx.2016-cı il tarixli, 03/7 saylı müqaviləyə əsasən pulun tutulması və s. tələbinə dair e-2-2(113)-3779/2023 saylı kommersiya mübahisəsinə dair iş həmin məhkəmənin icraatında olan İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 qarşı (LPO İddiaçı1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) ipoteka müqaviləsinin etibarsızlığı və s. tələbinə dair e-2- 2(113)-5287/2023 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir.

30. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 qarşı (LPO İddiaçı1 ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) ipoteka müqaviləsinin etibarsızlığı və s. tələbinə dair iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş LPO İddiaçı1 ASC-nin işdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirakına xitam verilmiş və LPO İddiaçı1 ASC həmin iş üzrə əlavə cavabdeh qismində işə cəlb edilmişdir.

d) İkinci iddiaya qarşı etirazın dəlilləri

31. İkinci iddia üzrə cavabdeh LPO İddiaçı1 ASC ikinci iddiaya qarşı etiraz təqdim edilmişdir.

32. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilə etibarsızdır. İşə əlavə edilmiş hazırki iş üzrə Cavabdeh1 MMC-nin LPO İddiaçı1 ASC-yə və qeyrilərinə qarşı müvafiq (mübahisələndirilən ipoteka müqaviləsi də o siyahıda olmaqla) ipoteka müqavilələrinin etibarsızlığına dair iddia tələbi üzrə məhkəmə işi olmuş və həmin iddia tələbi rədd edilmişdir. Bu da hazırki iddia tələbinin rədd edilməsi üçün daha bir əsasdır. İşin hallarından da göründüyü kimi, iddaçı İddiaçı2 MMC Cavabdeh1 MMC ilə üçüncü şəxs İddiaçı1 ASC arasında bağlanmış müqavilə üzrə müqavilə tərəfi olmadığından ümumiyyətlə bu əqdi mübahisələndirmək hüququna malik deyil.

33. İkinci iddia üzrə cavabdeh etirazın maddi hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.1,169.2,169.3,169.4-cü maddələrinə istinad etmişdir.

e) İşdə iştirak edən şəxslər və onların izahatları

34. İlk iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında ilkin iddia tələbini müdafiə etmiş, ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunması, ikinci iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

35. İkinci iddia üzrə iddiaçının nümayəndəsi/vəkili ikinci iddia tələbini müdafiə etmiş, ikinci iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ikinci iddia tələbinin təmin olunması, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Məhkəmə işə işdə iştirak edən digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

37. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

38. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

39. AR Mülki Məcəlləsinin: -157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə redaksiyasına görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

40. “İpoteka haqqında” Qanunun: -1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

41. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” AR Qanununun: - 1.0.3-cü maddəsinə görə hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). -2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

42. AR MPM-in: -4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

43. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

45. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ikinci iddia isə rədd edilməlidir.

46. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh LPO İddiaçı1 ASC (borc verən) ilə ilkin iddia üzrə cavabdeh "xxxx" MMC (borc alan) arasında 02 iyul 2016-cı il tarixli 03/7 nömrəli kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-yə xammal və avadanlığın alınması məqsədilə “02” iyul 2020-cı il tarixinədək olan müddətə illik 7%-lə 12.900.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda həmin müqavilə üzrə "xxxx" MMC-nin öhdəliklərinin təmin edilməsi üçün İddiaçı1 ASC (ipoteka saxlayan) ilkin və ikinci iddia üzrə Cavabdeh1 MMC (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında bağlanmış 05 iyul 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsi ipoteka ilə yüklü edilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı LPO İddiaçı1 ASC mübahisəli kredit müqaviləsi üzrə əsas, faiz borcunun, dəbbə pulunun, kreditin verilmə müddətinin bitdiyi tarixdən sonrakı müddət üçün faizlərinin ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutulması və tutmanın ilkin iddia üzrə Cavabdeh1 MMC-yə məxsus ipoteka predmetinə yönəldilməsini tələb edir.

47. Eyni zamanda ikinci iddia üzrə İddiaçı2 MMC ikinci iddia üzrə Cavabdeh1 MMC ilə Bakı şəhəri, Səbail rayonu, X6 7 ünvanında yerləşən, sonuncuya məxsus daşınmaz əmlakda birgə fəaliyyətlə məşğul olmaları barədə 23 dekabr 2012-ci il tarixdə birgə fəaliyyət barədə müqavilə bağladıqlarını, həmin müqaviləyə əsasən Cavabdeh1 MMC-nin müqavilə müddəti ərzində onların yazılı razılığı olmadan həmin əmlakı özgəninkiləşdirməmək və barəsində hər hansı yüklülük əqdləri bağlamaq (ipoteka ilə yüklü etməmək) barədə öhdəlik götürdüyünü, lakin həmin müqavilə müddəti ərzində həmin əmlakın 1747,5 kv.m hissəsinin (2-ci zirzəmi və 2-ci mərtəbə) 05 iyul 2016-cı il tarixli 3 M/244 reyestr nömrəli və 1157,9 kv.m. hissəsinin (3-cü mərtəbə və 6-ci mərtəbə restoran) isə 05 iyul 2016-cı il tarixli 3 M/245 reyestr nömrəli ipoteka müqavilələrinə əsasən yüklü edildiyini, həmin müqavilələrin səlahiyyətsiz şəxs tərəfindən imzalandığını, eyni zamanda Cavabdeh1 MMC-nin onlara xəbərdarlıq məktubu ünvanlayaraq müqavilədən imtina etdiklərini bildirdiyini və qeyri-yaşayış sahəsindən çıxmalarını tələb etdiyi əsas göstərərək mübahisəli qeyri-yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, eləcə də həmin qeyri-yaşyış sahəsinin hissələrinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir

48. Məhkəmə ilk növbədə qeyd edir ki, birinci iddianın baxılması nəticəsi ikinci iddiaya baxılması nəticəsindən asılı olduğundan məhkəmə ilk növbədə ikinci iddiaya münasibət bildirilməsini mümkün sayır.

49. İddiaçı2 MMC-nin iddiası iki hissədən ibarətdir:

50. Birinci tələb "xxxx" MMC ilə İddiaçı1 ASC arasında bağlanmış ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbidir. Həmin tələbə baxılarkən məhkəmə ilk növbədə iddiaçının həmin iddianı qaldırmağa dair subyektiv hüququnun olub-olmamasını araşdırmağı zəruri sayır.

51. Belə ki, MPM-in 4.1-ci maddəsinin tələblərinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

52. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.

53. Hazırkı halda ikinci iddia üzrə İddiaçı2 MMC mübahisəli ipoteka müqavilələrinin tərəfi deyildir. Həmin müqavilələrinin qanunla qorunan hüquq və maraqlarına toxunmasını isə ikinci iddia üzrə iddiaçı onunla əsaslandırır ki, onunla "xxxx" MMC arasında mübahisəli ipoteka müqavilələri üzrə ipoteka predmeti olan daşınmaz əmlaka dair birgə fəaliyyət barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC həmin daşınmaz əmlakı onun razılığı olmadan ipoteka ilə yüklü etməyəcəyi barədə öhdəlik götürmüşdür.

54. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı2 MMC-nin istinad etdiyi birgə fəaliyyət haqqında müqavilənin sözügedən şərtləri mahiyyət etibarilə "xxxx" MMC-nin mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu məhdudlaşdırdığından, yəni hüququn yüklülüyünü yaratdığından həmin yüklülük “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun müddəalarına əsasən dövlət qeydiyyatına alınmalı idi.

55. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, daşınmaz əmlak üzərində əşya hüquqlarının, eləcə də yüklülüklərin dövlət qeydiyyatına alınması birinci növbədə müvafiq əmlak üzərində əşya hüquqları və yüklülüklər barədə üçüncü şəxsləri məlumatlandırmaq, bununla da həmin əmlaka dair müqavilə bağlayacaq üçüncü şəxsləri əsassız risklərdən qorumaqdan məqsədi daşıyır.

56. Odur ki, hazırkı halda İddiaçı2 MMC-nin xeyrinə yüklülüyün dövlət reyestrində qeydiyyata alınmaması həmin yüklülüyün üçüncü şəxslər (hazırkı halda İddiaçı1 ASC üçün hər hansı hüquqi nəticələr doğurmasını və belə olan halda ikinci iddia üzrə İddiaçı2 MMC-nin həmin yüklülüyə istinad edərək üçüncü şəxslərə qarşı iddia qaldırmağa dair subyektiv hüquqa malik olmasını istisna edir.

57. Beləliklə, ikinci iddia üzrə İddiaçı2 MMC Səbail rayonu, X5 7 ünvanında yerləşən, "xxxx" MMC-yə məxsus qeyri-yaşayış sahəsinin 1747,5 kv.m hissəsinin (2-ci zirzəmi və 2ci mərtəbə) və 1157,9 kv.m. hissəsinin (3-cü mərtəbə və 6-ci mərtəbə restoran) ipoteka ilə yüklü edilməsinə dair "xxxx" MMC ilə İddiaçı1 ASC arasında bağlanmış ipoteka müqavilələrini mübahisələndirməyə dair subyektiv hüququ olmadığından həmin hissədə iddia rədd edilməlidir.

58. Tələbin ikinci hissəsinə - "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsindən istifadəyə maneələrin aradan qaldırılması tələbinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı2 MMC qeyri-yaşayış sahəsindən istifadə etməsinə "xxxx" MMC tərəfindən maneələr yaradılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən ikinci iddia həmin hissədə də rədd edilməlidir. Belə ki, ikinci iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi ikinci iddia üzrə cavabdeh "xxxx" MMC-nin qeyri-yaşayış sahəsinin boşaldılması barədə xəbərdarlıq məktubu yalnız sonuncunun birgə fəaliyyət barədə müqaviləyə xitam vermək niyyətini ifadə etməklə ikinci iddia üzrə iddiaçının qeyri-yaşayış sahəsindən istifadəsinə ikinci iddia üzrə cavabdeh tərəfindən faktiki maneələr törədilməsini sübuta yetirmir. Odur ki, həmin hissədə də iddia rədd edilməlidir.

59. İlkin iddia ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə ilkin iddia üzrə iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır.

60. Kredit müqaviləsi üzrə ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutulmalı əsas və faiz borcunun məbləğinə gəldikdə məhkəmə ilk növbədə qeyd edir ki, "xxxx" MMC -nin kredit müqaviləsi üzrə ilkin iddia üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə xx.xx.2020-ci il tarixə (kreditin verilmə müddətinin bitdiyi tarixə) cavabdeh “X3 ve İnşaat” MMC-nin İddiaçı1 ASC-yə ödənilməli əsas borcu 12.900.000 manat, faiz borcu 3.612.000 manat məbləğində müəyyən edilmişdir.

61. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

62. Odur ki, məhkəmə iddia tələbi həddində işə baxaraq belə nəticəyə gəlir ki, ilkin iddia əsas və fazi bocunun tutulması hissəsində tam təmin edilməli, cavabdeh “X3 ve İnşaat” MMC-dən kredit müqaviləsi üzrə 12.900.000 manat məbləğində əsas borc və 3.601.966,4 manat məbləğində faiz borcu tutulmalıdır.

63. İlkin iddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli kredit müqaviləsi üzrə borcun ödənilməsi gecikdirildiyi halda dəbbə pulunun ödənilməli olması nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda kredit borcunun ödənilməsi gecikdirildiyindən ilkin iddiaçı dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir.

64. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq ilkin cavabdeh "xxxx" MMC-dən tutulacaq dəbbə pulu 645.000 manat məbləğində müəyyən edilməlidir.

65. Mübahisəli kredit müqaviləsi üzrə kreditin verilmə müddəti bitdikdən sonrakı müddət üçün illik 5%-lə hesablanmış faizlərin ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

66. Göründüyü kimi Konstitusiya Məhkəməsinin sözügedən qərarında formalaşdırılmış hüquqi mövqeyə görə kredit verən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri), sonrakı müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% hesabı ilə faizləri tələb etməkdə haqlıdır.

67. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (iddia ərizəsində tələb edilən tarixədək) olan 910 müddət üçün AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.630.419,7 manat məbləğində (12.900.000 manat*5%/360gün x910 gün) faiz borcu ilkin iddia üzrə cavabdeh “X3 ve İnşaat” MMC-dən ilkin iddia üzrə İddiaçı1 ASC-nin xeyrinə tutulmalıdır.

68. Bununla yanaşı iş materiallarından görünür ki,ilkin iddia üzrə İddiaçı1 ASC borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür.

69. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 02 iyul 2016-cı il tarixli ilə arasında 03/7 nömrəli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı1 ASC (ipoteka saxlayan) ilkin və ikinci iddia üzrə Cavabdeh1 MMC (ipoteka qoyan) və "xxxx" MMC (borc alan) arasında bağlanmış 05 iyul 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsi ipoteka ilə yüklü edilmişdir. ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetnə tutma yönəldilməsi ilə bağlı “İpoteka haqqında” AR Qanununda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.

70. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh "xxxx" MMC kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini vaxtında icra etmədiyi üçün “İpoteka haqqında” AR qanununun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

71. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2ci mərtəbə) hissəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakların satışından əldə olunmuş vəsait hesabına İddiaçı1 ASC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 MMC-yə qaytarılmalı, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdeh "xxxx" MMC-dən tutulmalıdır.

72. Bununla yanaşı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

73. Həmin qanunun 1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

74. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

75. İpoteka predmeti olan əmlakın boşaldılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, birincisi, ilkin iddiaçı tələbində ipoteka predmetinin ipotekaya tutma yönəldilməsi ilə eyni zaman kəsiyində və ya ipoteka predmeti satıldıqdan sonra boşaldılmalı olmasını tələb etdiyini konkretləşdirməmişdir. Digər tərəfdən “İpoteka haqqında” AR Qanununda ipoteka predmeti olan qeyri-yaşayış sahələrinə tutma yönəldilərkən həmin sahələrin boşaldılmasını nəzərdə tutulan norma mövcud deyildir, belə ki, “İpoteka haqqında” AR Qanununun 59.3-cü maddəsi yalnız yaşayış evləri və mənzillərə şamil edilməklə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin ipoteka predmeti olan yaşayış sahəsi satıldıqdan 1 ay ərzində həmin sahəsi tərk etmək öhdəliklərini təsbit edir.

76. Beləliklə, hazırkı halda ipoteka predmeti qeyri-yaşayış sahəsi olduğundan ipotekaya tutma yönəldilməsi barədə qətnamədə həmin əmlakın boşaldılmasının da qət edilməsi üçün qanuni əsas mövcud deyildir. Odur ki, həmin hissədə iddia rədd edilməlidir.

77. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-nin rəyi alınmış və həmin rəyə əsasən ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 816,2 kv.m olan qeyri-yaşayış sahəsinin (qarajın) real bazar qiyməti 694.000 manat, likvid qiyməti isə, 625.000 manat məbləğində, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 931,3 kv.m olan qeyri-yaşayış sahəsinin (otel kimi istifadədir) real bazar qiyməti, 2 794 000 manat, likvid qiyməti isə 2 515 000 manat dəyərində müəyyən edilmişdir.

78. Qiymətləndirici şirkətin rəyi ilə razılaşmamaq üçün əsas olmadığından məhkəmə hesab edir ki, ipoteka predmetin ilkin satış dəyəri "xxxx" MMC-nin rəyində müəyyən edilmiş likvid qiymətə əsasən, yəni 3.140.000 manat (625.000+2515.000) məbləğində müəyyənləşdirilməlidir.

79. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 10568,56 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmişdir.

80. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 10568,56 manat təşkil edir.

81. Odur ki, hazırkı qətnamə ilə ilkin iddia qismən təmin və ikinci iddia rədd edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 10.100 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməli, ikinci iddia üzrə çəkilmiş məhkəmə xərcləri isə ikinci iddia üzrə iddiaçıya aid edilməlidir.

82. Məhkəmə hazırkı qətnamə ilə hazırkı qətnamə ilə ilkin iddia qismən təmin və qarşılıqlı iddia rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 48 manat hissəsi ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada, 2 manat hissəsi isə ilkin iddia üzrə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh “X3 ve İnşaat” MMC-dən 02 iyul 2016-cı il tarixdə ilə arasında 03/7 nömrəli kredit müqaviləsi üzrə 12.900.000 manat məbləğində əsas borc və 3.601.966,4 manat məbləğində faiz borcu, 645.000 manat məbləğində dəbbə pulu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1.630.419,7 manat məbləğində faiz borcu, ümumilikdə 18.777.386,1 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 10.100 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh1 MMC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X6 küçəsi, 7 ünvanında 0,17474 ha torpaq sahəsində yerləşən 9461,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının 1747,5 kv.m (2-ci zirzəmi və 2-ci mərtəbə) hissəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, mənzilin ilkin satış qiyməti 3.140.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına “"xxxx" ASC-nin tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 MMC-yə qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdeh “X3 ve İnşaat” MMC-dən tutulsun. Qalan hissədə ilkin iddia rədd edilsin. İkinci iddia üzrə iddiaçı Kroun LTD” MMC-nin ikinci iddia üzrə cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və LPO İddiaçı1 ASC-yə qarşı ipoteka müqavilələrin etibarsız hesab edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddiası rədd edilsin. İkinci iddia üzrə çəkilmiş məhkəmə xərcləri ikinci iddia üzrə iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 48 manat hissəsi ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada, 2 manat hissəsi isə ilkin iddia üzrə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar