Məhkəmə qərarları › İş №e-2-2(113)-152/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-152/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-152/2025 30.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələblərinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 12001,02 manat əsas, 1858,73 manat faiz, 397,12 manat cərimə borcu olmaqla, ümumilikdə 14256,87 manat məbləğində borc və ödənilmiş 132,77 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 mülkiyyətindəki 77-BA398 dövlət qeydiyyat nişanlı, qara rəngli, “Ford Fusion” markalı, ban 3FA6P0K99ER332694, yürüş 256798 km olan avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə yönəldilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı ASC-dən 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 21%-lə 36 ay müddətinə 35000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki **-BA-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Ford Fusion” markalı, ban 3FA6P0K99ER332694, yürüş 256798 km olan avtomobilə dair xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ilə yüklülük dövlət qeydiyyatına alınmışdır. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 23 fevral 2024-cü il tarixədək Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 12001,02 manat əsas, 1858,73 manat faiz, 1588,48 manat cərimə borcu olmaqla, ümumilikdə 15448,23 AZN borcu vardır. Cavabdeh2 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ümumi cərimə borcunun 1588,48 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 397,12 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 317.1, 442, 445.2.1, 445.7, 448.1, 449.1, 465.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.1-ci maddəsinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəblərdən işirak etmədiklərini bildirmiş və iddia tələbinin təmin edilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23- MZ2A2-2-0-492-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilənin məzmunundan müəyyən olunur ki, müqaviləyə əsasən Cavabdeh2 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 30% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit limitinin ayrılması barədə razılıq əldə olunmuşdur.

7. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MZ2A2- 2-0-492-21 nömrəli kreditin verilməsinə dair müqavilənin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 bankdan 36 (otuz altı) ay müddətinə, faiz dərəcəsi 21% olmaqla, 35000 (otuz beş min) manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır.

8. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli məxaric qəbzinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 15000 manat kredit verilmişdir.

9. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli məxaric qəbzinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 14020 manat kredit verilmişdir.

10. xx.xx.2021-ci il tarixli, 23-MZ2A2-2-0-492-21 nömrəli kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli, 1 saylı ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, 23-MZ2A2-2-0-492-21 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə qədər hissə-hissə ödənilməklə, ümumilikdə 35000 manat əsas, 12336,02 manat faiz borcu ödənilməli idi.

11. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MZ2A2- 2-0-492-21 nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MZ2A2-2-0-492-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

12. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MZ2A2- 2-0-492-21 nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MZ2A2-2-0-492-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

13. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan və borc alan – Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, A/00226/21 nömrəli ipoteka müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MZ2A2-2-0-492-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan **-BA-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Ford Fusion” markalı, ban 3FA6P0K99ER332694, yürüş 256798 km olan avtomobil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak kredit müqaviləsi üzrə ipoteka saxlayanın tələblərini (o cümlədən kredit üzrə əsas borc məbləğini, hesablanmış faizləri, cəriməni, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərəri, tələbin yönəldilməsi ilə bağlı digər xərcləri) öhdəliklər tam yerinə yetirilənə qədər təmin etməlidir.

14. xx.xx.2024-cü il tarixli, KBD1388 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin məzmunundan müəyyən olunur ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh2 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə (**-BA-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Ford Fusion” markalı, ban 3FA6P0K99ER332694, yürüş 256798 km olan avtomobil) tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır.

15. AR DİN BDYP tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA seriyalı, 142763 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 ona məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Ford Fusion” markalı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü etmişdir.

16. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixə banka olan borcu 12001,02 manat əsas, 1858,73 manat faiz, 1588,48 manat cərimə borcu olmaqla, ümumilikdə 15448,23 manat təşkil edir.

17. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixə banka olan borcu 11506,02 manat əsas, 2308,94 manat faiz, 2641,47 manat cərimə borcu, əldən çıxamış fayda (əsas borca hesablanmış 5%) 70,60 manat olmaqla, ümumilikdə 16527,03 manat təşkil edir.

18. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair razılaşma üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixə banka olan borcu 10516,02 manat əsas, 3646,49 manat faiz, 5889,96 manat cərimə borcu, əldən çıxamış fayda (əsas borca hesablanmış 5%) 388,95 manat olmaqla, ümumilikdə 20441,42 manat təşkil edir.

19. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarışlar əlavə edilmişdir.

20. İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ünvanladığı xx.xx.2024cü il tarixli, KBD581 nömrəli xəbərdarlıq məktubunun məzmunundan müəyyən olunur ki, xəbərdarlıq məktubunun alındığı vaxtdan 5 (beş) gün müddətində xx.xx.2021-ci il tarixli, 23-MZ2A2-2-0-492-21 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə bank tərəfindən borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6518 saylı ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 15 mart 2021-ci il tarixli 23-MZ2A2-2-0-492- 21 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu xx.xx.2024-cü il tarixə (ilk maliyyə arayışında göstərilən tarix) əsas borc üzrə - 12813,58 manat; faiz borcu üzrə -767,58 manat; xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə -12813,58 manat, faiz borcu üzrə - 932,02 manat; xx.xx.2024-cü il tarixə (son maliyyə arayışında göstərilən tarix) əsas borc üzrə - 12318,58 manat, faiz borcu üzrə - 1249,07 manat məbləğində müəyyən olunur. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 15 mart 2021-ci il tarixli 23-MZ2A2-2-0-492-21 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün yuxarıda göstərilən tarixlər üzrə Cavabdeh2 cərimə borcu hesablanmadı.

22. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli, CVN/İ 09-161/2025 saylı qiymətləndirmə rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Ford Fusion” markalı, ban 3FA6P0K99ER332694 olan avtomobilin likvid dəyəri 14300 manat, bazar dəyəri 15900 manat təşkil edir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

27. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 23-MZ2A2-2-0-492-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən əsasən Cavabdeh2 bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə, kredit limiti üzrə faiz dərəcəsi 30% olmaqla, 100000 (yüz min) manat məbləğində kredit limitinin ayrılması barədə razılıq əldə olunmuşdur. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 23-MZ2A2-2-0- 492-21 nömrəli kreditin verilməsinə dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 bankdan 36 (otuz altı) ay müddətinə, faiz dərəcəsi 21% olmaqla, 35000 (otuz beş min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 23-MZ2A2-2-0-492-21 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli, 23- MZ2A2-2-0-492-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, 23- MZ2A2-2-0-492-21 nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MZ2A2-2-0-492- 21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan və borc alan – Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, A/00226/21 nömrəli ipoteka müqaviləsinin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23-MZ2A2-2-0-492-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan **-BA-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Ford Fusion” markalı, ban 3FA6P0K99ER332694, yürüş 256798 km olan avtomobil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zaminlər müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

28. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 12001,02 manat əsas, 1858,73 manat faiz borcunun tutulması təşkil edir.

29. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin yaranmış borcu iddiaçıya ödəmək vəzifəsi daşımasını, işdə olan sübutları, xx.xx.2024-cü il tarixli maliyyə arayışını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6518 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun və faiz borcnunun tutulması hissəsində qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10516,02 manat (on min beş yüz on altı manat iki qəpik) əsas borc, 767,58 manat (yeddi yüz altmış yeddi manat əlli səkkiz qəpik) faiz borcu tutularaq iddiaçıya ödənilməli, əsas və faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Əsas borcla bağlı hazırkı nəticəyə gələrkən xx.xx.2024-cü il tarixli maliyyə arayışı nəzərə alınmışdır, belə ki, borcdan ödənişlər edildiyindən əsas borcun məbləği 10516,02 manat təşkil etmişdir. İddia tələbinin faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə gələrkən isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe və ekspert rəyi əsas götürülmüşdür. Belə ki, ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixə faiz borcu 767,58 manat təşkil etmişdir.

30. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 397,12 manat cərimə borcunun tutulması təşkil edir.

31. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

32. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən birgə qaydada 397,12 manat (üç yüz doxsan yeddi manat on iki qəpik) cərimə tutularaq iddiaçıya ödənilməlidir.

33. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

34. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus yuxarıda qeyd edilən nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir.

35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2021-ci il tarixli, A/00226/21 nömrəli ipoteka müqaviləsinə əsasən **-BA-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Ford Fusion” markalı, ban 3FA6P0K99ER332694 olan avtomobilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır.

36. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi müştərək qaydada tutulması hissəsinə münasibətdə qeyd edir ki, bütünlükdə borc məbləğinin həmin cavabdehlərdən müştərək qaydada tutulması elə hərracdan əldə olunmuş vəsait borcların tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını da özündə ehtiva edir. Ona görə də həmin hissənin ayrıca göstərilməsinə zərurət yoxdur.

37. Həmçinin iddiaçı cavabdehlərdən müştərək qaydada 132,77 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasının xahiş etmişdir.

38. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 108,77 manat (yüz səkkiz manat yetmiş yeddi qəpik) cavabdehlərdən müştərək qaydada tutularaq banka ödənilməlidir.

39. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 82 manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, 18 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

40. Həmçinin, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 163,90 manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, 36,10 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ013501**********2944, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə 10516,02 manat (on min beş yüz on altı manat iki qəpik) əsas borc, 767,58 manat (yeddi yüz altmış yeddi manat əlli səkkiz qəpik) faiz borcu, 397,12 manat (üç yüz doxsan yeddi manat on iki qəpik) cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 108,77 manat (yüz səkkiz manat yetmiş yeddi qəpik) olmaqla, ümumilikdə 11789,49 manat (on bir min yeddi yüz səksən doqquz manat qırx doqquz qəpik) məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan, Cavabdeh2 mülkiyyətindəki **-BA-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “Ford Fusion” markalı, ban № 3FA6P0K99ER332694 olan avtomobilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan, 77-BA398 dövlət qeydiyyat nişanlı, “Ford Fusion” markalı, ban № 3FA6P0K99ER332694 olan nəqliyyat vasitəsinin ilkin satış qiyməti 14300 (on dörd min 300 manat ) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 82 manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, 18 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 163,90 manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, 36,10 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ013501**********2944, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar