Məhkəmə qərarları › İş №e-2-2(113)-1523/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1523/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1523/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə,pul) X3 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-dən olan 25 iyul 2023-cü il tarixli 25/08/23 saylı icarə müqaviləsi (26 iyul 2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair müqavilə) üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə tərəflər arasında razılaşdırılmış icarə haqqının ilkin məbləği olan ƏDV daxil olmaqla 110.000 (bir yüz on min) manat (əsas borc 93.220,34 (doxsan üç min iki yüz iyirmi manat 34 qəpik) manat və 16.779,66 (on altı min yeddi yez yetmiş doqquz manat 66 qəpik) manat ƏDV borcu), o cümlədən 776,84 (yeddi yüz yetmiş altımanat 84 qəpik) manat cərimə borcunun (gecikdirilmiş məbləğə illik 5%-i həddində) tutularaq İddiaçı MMC-yə ödənilməsi; İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 25iyul 2023-cü il tarixli 25/08/23 saylı icarə müqaviləsinin (26 iyul 2024-cü il tarixlimüqavilənin dəyişdirilməsinə dair müqavilə) ləğv edilməsi;icarə obyektinin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçıarasında 25 iyul 2023-cü il tarixli 25/08/23 saylı icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinin tələblərinə əsasən İcarəyə verən Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxizu ərazisi ünvanında 99 il icarəsində olan 6.1319 ha ümumi torpaq sahəsinin üzərində yerləşən və ona məxsus 5,5 ha istixana əkin sahələrini, orada yerləşən əşya və avadanlıqlar ilə birlikdə (bundan aonra birlikdə “icarə obyekti”) İcarəçinin istifadəsinə verir, İcarəçi isə icarə obyektini icarəyə qəbul edir və müqavilə ilə razılaşdırılımış icarə haqqını müəyyən edilmiş şərtlərlə ödəyir. 26 iyul 2024-cü il tarixində tərəflər arasında müqavilənin dəyişdirilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin dəyişdirilməsinə dair müqavilənin 1.1-ci maddəsində tərəflər qeyd olunan müqavilənin 5-ci bəndində icarə haqqının (X4 daxil olmaqla) 220.000 (iki yüz iyirmi min) manat təşkil etməsi, icarə haqqının ƏDV daxil olmaqla 110.000 (bir yüz on min) manatı hər cari ilin oktyabr ayının sonuna qədər, qalan 110.000 (bir yüz on min) manatı o biri ilin 15 mart ayı tarixinə qədər İcarəyəverənin hesablaşma hesabına köçürülməsi barədə razılığa gəlmişlər. Daha əvvəlcədən İcarəyəverən tərəfindən təqdim edilmiş elektron qaimə fakturalar əsasında İcarəçi tərəfindən ödəniş aparılmışdır. (qeyd edilən elektron qaimə fakturalar və ödəniş tapşırıqları iddia ərizəsinə əlavə edilir.) Bildirmək istəyirik ki, tərəflər arasında imzalanan icarə müqaviləsinin və həmin icarə müqaviləsinin dəyişidirilməsinə dair müqavilənin 1.1-ci maddəsinin şərtlərinə əsasən tərəflər arasında razılaşdırılmış olan icarə haqqının ilkin məbləği 2024-cü ilin oktyabr ayının sonuna qədər İcarəyəverənin hesablaşma hesabına ödənilməli idi. Ancaq qeyd edilən müddətdən hal-hazırdakı dövrə qədər 2 ay müddət keçməyinə baxmayaraq ödəmə müddəti və şərtləri razılaşdırılmış icarə haqqının ilkin məbləği İcarəyəverənə ödənilməmişdir. Bu səbəbdən hesab edirik ki, tərəfinizdən qeyd edilən ödənişin aparılmamasıCavabdeh MMC-nin müqavilə üzrə üzrə öhdəliklərinin pozulmasına gətirib çıxarmışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh MMC-dən olan 25 iyul 2023-cü il tarixli 25/08/23 saylı icarə müqaviləsi (26 iyul 2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair müqavilə) üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə tərəflər arasında razılaşdırılmış icarə haqqlarının (2024-cü ilin oktyabr ayının sonunda və 2025-ci ilin 15 mart tarixində ödənilməli olan) ƏDV daxil olmaqla 220.000 manat (əsas borc 186.440,68 manat və 33.559,32 manat ƏDV borcu), o cümlədən 776,84 manat faiz məbləğinin (gecikdirilmiş məbləğə illik 5%-i həddində) və 803 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 25 iyul 2023-cü il tarixli 25/08/23 saylı icarə müqaviləsinin (26 iyul 2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair müqavilə) ləğv edilmiş hesab edilməsi; icarə obyektinin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

1. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

3. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin yazılı ərizəsini razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

4. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

5. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

6. İddiaçıMMC (“icarəyə verən”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyə verən Abşeron rayon Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında 99 il icarəsində olan 6.1319 ha ümumi torpaq sahəsinin üzərində yerləşən və ona məxsus 5.5 ha istixana əkin sahələrini, orada yerləşən əşya və avadanlıqlar ilə birlikdə (bundan sonra birlikdə “İcarə obyekti”) İcarəçinin istifadəsinə verir, İcarəçi isə icarə obyektini icarəyə qəbul edir və müqavilə ilə razılaşdırılmış icarə haqqını müəyyən edilmiş şərtlərlə ödəyir. - 5.1-ci bəndinə əsasən İcarə haqqı ƏDV daxil 118 000 manat təşkil edir. İcarə haqqı cari ilin 31 dekabr tarixinə kimi İcarə verənin hesabına köçürülməlidir. - 5.2-ci bəndinə əsasən İcarəçi İcarə verənin kassasına 200 000 manat depozit yerləşdirir və bu vəsait müqavilə bitənə qədər İcarəyə verəndə qalır və müqaviləyə xitam veriləndə İcarəçiyə qaytarılır. Bir ildən sonra İcarəçi tərəfindən müqaviləyə xitam verilərsə və İcarəçi 3.4.6. bəndində göstərilən götürdüyü öhdəliyi yerinə yetirməzsə, depozitdən 70 000 manat İcarəyə verən tərəfindən saxlanılacaqdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

7. İddiaçıMMC (“icarəyə verən”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında xx.xx.2024-cü il tarixli müqavilənin dəyişdirilməsinə dair müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən hazırki müqavilədə tərəflər qeyd olunan müqavilənin 5-ci bəndində icarə haqqı ƏDV daxıl 220 000 təşkil edir. İcarə haqqının ƏDV daxıl 110 000 manatı hər cari ilin oktyabr ayının sonuna qədər qalan 110 000,00 manatı o biri ilin 15 mart ayı tarixinə qədər İcarə verənin hesabına köçürülməsi barədə razılığa gəldilər.

8. İddiaçı tərəfindən cavabdehə MT2406 10473633 nömrəli xx.xx.2024-cü il tarixli 19999 manat, MT2405 10862533 nömrəli xx.xx.2024-cü il tarixli 49999 manat, MT2406 10803483 nömrəli xx.xx.2024-cü il tarixli 19999 manat, MT2405 10388479 nömrəli xx.xx.2024-cü il tarixli 19999 manat, MT 2412 11244772 nömrəli xx.xx.2024-cü il tarixli 110 000,12 manat, MT2504 10270376 nömrəli xx.xx.2025-ci il tarixli 110 000 manat məbləğində elektron qaimələr göndərilmişdir.

9. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh MMC-yə aid xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən "xxxx"MMC-nin hesabına MT2405 10388479 nömrəli elektron qaimə üzrə 16949.15 manat pul köçürülmüşdür.

10. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh MMC-yə aid xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən "xxxx"MMC-nin hesabına MT2405 10862533 nömrəli elektron qaimə üzrə 10000 manat pul köçürülmüşdür.

11. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh MMC-yə aid xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən "xxxx"MMC-nin hesabına MT2405 10862533 nömrəli elektron qaimə üzrə 32372.88 manat pul köçürülmüşdür.

12. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh MMC-yə aid xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən "xxxx"MMC-nin hesabına MT2406 10803483 nömrəli elektron qaimə üzrə 16949.15 manat pul köçürülmüşdür.

13. "xxxx" ASC tərəfindən verilmiş Cavabdeh MMC-yə aid xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən "xxxx"MMC-nin hesabına MT2406 10803483 nömrəli elektron qaimə üzrə 16949.15 manat pul köçürülmüşdür.

V. Tətbiq edilən hüquq:

14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə müqavilədə qeyd olunmuş ünvanda yerləşən sahəni cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə (xidmət) haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

20. Belə ki, iş materialları əsasında, iddiaçının nümayəndəsinin izahatı və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, icarə sahəsi cavabdehin sahibliyindədir və həmin müddət üçün ödənilməli olan icarə haqqı məbləği 220 000 manat təşkil edir.

21. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 776.84 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

22. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni xx.xx.2024-cü il tarixdən (pretenziya məktubu göndərilən tarix) keçən müddəti və əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli və illik 5% ilə hesablanmış 776.84 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. İddia tələbinin üçüncü hissəsi icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsindən ibarətdir.

24. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətlərinə faktiki xx.xx.2024-cü il (pretenziya məktubu göndərilən tarix) tarixdən xitam verildiyindən və davam etmədiyindən, cavabdeh müqaviləni əhəmiyyətli dərəcə pozduğu üçün (icarə haqqını ödəmdiyi üçün) müqavilə münasibətlərinə xitam verildiyindən tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi ləğv edilmiş hesab edilməlidir.

25. İddia tələbinin dördüncü hissəsi icarə obyektinin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsindən ibarətdir. Məhkəmə hazırki tələblə bağlı qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilə cavabdeh icarə haqqını ardıcıl olaraq 2 dəfədən artıq ödəmədiyindən, ləğv edildiyi üçün hazırki hissədə iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən icarə obyekti boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir.

26. Hazırkı qətnamə ilə iddianın təmin edilən hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 511 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 25 iyul 2023-cü il tarixli 25/08/23 saylı icarə müqaviləsi ləğv edilmiş hesab edilsin. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 25 iyul 2023-cü il tarixli 25/08/23 saylı icarə müqaviləsi üzrə icarə obyekti cavabdeh tərəfindən boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Cavabdeh MMC-dən 220 000 manat (iki yüz iyirmi min) manat əsas borc,776.84 (yeddi yüz yetmiş altı səksən dörd qəpik) manat illik 5% və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 511 manat məbləğində pul vəsaiti X5” MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. .

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar