Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-153/2024 31.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı kredit razılaşması üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC (müştəri) arasında 07 iyun 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqavilədən bağlanmış və gəmin müqaviləyə əsasən bank həmin müqavilə çərçivəsində müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim etmişdir: a) Cari hesabın açılması, aparılması və “Müştəri-Bank” Xidməti; b) Əmanət; c) Kredit; d) Qarantiya; e) Akkreditiv; f) Faktorinq; g) Korporativ kart; h) Lokal kart; i) Əmək haqqı kartları; j) POS-terminal; k) İnkassasiya xidməti; l) Elektron ticarət (e-commerce) xidməti. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müştəri, bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə (tələb olunduğu hallarda və məhsullar üzrə) Müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır.
2. İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC (borcalan) arasında 07 iyun 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə bağlanmışdır. Həmin əlavənin: - 1-ci bəndinə əsasən hazırkı əlavə Bank və Borcalan arasında bağlanmış **********07062021 saylı Bank Xidmətlərinin Göstərilməsi X5 (bundan sonra “Müqavilə” adlanacaq) ayrılmaz tərkib hissəsi hesab olunur. - 2-ci bəndinə əsasən bank aşağıdakı xüsusi şərtlərlə Borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür: 2.2. Kreditin məqsədli təyinatı: xx.xx.2020-ci il tarixli, 01/153 saylı X2 Kreditlər Üzrə Ümumi Müqavilənin Xüsusi Şərtlərinə dair xx.xx.2020-ci il tarixli 01 saylı Əlavəsinə əsasən verilmiş 50000 (əlli min) manat məbləğli overdraft limitinin restruktrizasiya edilməsi 2.3. Kreditin müddəti: 12 (on iki) ay 2.4. Kreditin məbləği: 58.547,20 manat 2.6. Kredit üzrə illik faiz dərəcəsi: 16 (on altı)% 2.7. Kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunan faiz dərəcəsi: Bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə 5 (beş)% 2.8. FİFD: 16 (on altı)% Müqavilə bankın və borc alanın imzası və möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında 24 yanvar 2022-ci il tarixli 01/153 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən zamin borc alanın kreditor qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. - 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu **********07062021 saylı Bank Xidmətlərinin Göstərilməsi X7 və həmin müqaviləyə Kreditləşmənin xüsusi şərtlərinə dair 24 yanvar 2022-ci il tarixli 01 saylı əlavə ilə müəyyən olunur. - 1.11-ci bəndinə əsasən zamin əsas borc, hesablanmış istifadə faizi, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər, habelə borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borcalanla eyni həcmdə, birgə məsuliyyət daşıyır. - 1.12-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik (borc), habelə kredit müqaviləsi üzrə hüquqlar hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik, hüquqi varislik qaydasında başqa şəxsə keçdikdə, borcalan öldükdə və ya hüquqi şəxs ləğv edildikdə zaminlik qüvvəsində qalır. - 2.4.3-cü bəndinə görə bu müqavilənin 1.2-ci bəndində qeyd olunmuş müqavilədə nəzərədə tutulmuş digər hallarda; kreditor kredit müqaviləsi üzrə əsas və faiz borclarını zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun bankdakı hesabından tuta (silə) bilər. Müqavilə kreditorun imzası və möhürü ilə, zaminin isə imzası ilə təsdiq edilmişdir.
4. Kreditləşmənin xüsusi şərtlərinə dair 24 yanvar 2022-ci il tarixli 01 saylı əlavənin ödəniş cədvəlinə əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 58.547,20 manat, faizin məbləği 5.222,46 manat, cəmi ödəniləcək məbləğ 63.769,66 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli borc alan və bank tərəfindən imzalanmışdır.
5. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit razılaşması üzrə Cavabdeh1 MMC sonuncu dəfə xx.xx.2022-ci il və Cavabdeh2 isə sonuncu dəfə xx.xx.2022-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.
6. 22.06.2023-cü il tarixli 85/6252 saylı maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 07 iyun 2021-ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi Haqqında **********07062021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 24 yanvar 2022-cı il tarixli 01 saylı Əlavəsinə əsasən Cavabdeh1 MMC-yə 12 ay müddətinə illik 16% olmaqla 58.547,20 manat kredit verilmişdir. Bankla Cavabdeh1 MMC arasında bağlanmış 07 iyun 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi Haqqında **********07062021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 24 yanvar 2022-cı il tarixli 01 saylı Əlavəsi üzrə Cavabdeh1 MMC və Cavabdeh2 22 iyun 2023-cü il tarixə 20.595,84 manat əsas borc, 2.340,75 manat faiz borcu və 549,17 manat cərimə borcu olmaqla cəmi 23.485,76 manat kredit borcu təşkil edir.
7. İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC və Cavabdeh2 pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2023-cü il tarixli, 9/6049 saylı ekspert rəyinə əsasən Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 27.538,78 manat, faiz borcu 1.101,55 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
9. İddiaçı Kapital Bank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 iyun 2021-ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi X7 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 24 yanvar 2022-cı il tarixli 01 saylı Əlavəsi üzrə 20.595,84 manat əsas borc, 2.340,75 manat faiz borcu və 549,17 manat cərimə borcu olmaqla cəmi 23.485,76 manat kredit borcu və mediasiya xərci olaraq ödənilmiş 200 manat dövlət rüsumunun Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 09 iyun 2021-ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi Haqqında **********07062021 saylı ümumi müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 24 yanvar 2022-cı il tarixli 01 saylı Əlavəsinə əsasən Cavabdeh1 MMC-yə 12 ay müddətinə illik 16% olmaqla 58.547,20 manat kredit verilmişdir. Bankla Cavabdeh2 arasında 24 yanvar 2022-ci il tarixli 01/153 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borc alanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh1 MMC hər ay ödəniş etməli olduğu halda o bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Hazırda 22 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC və Cavabdeh209 iyun 2021ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi Haqqında **********07062021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 24 yanvar 2022-cı il tarixli 01 saylı Əlavəsi üzrə 20.595,84 manat əsas borc, 2.340,75 manat faiz borcu və 549,17 manat cərimə borcu olmaqla cəmi 23.485,76 manat kredit borcu təşkil edir. Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.
11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2, 385.1, 442, 472.1, 739 və 743, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
12.İddiaya qarşı etiraz təqdim olunmamışdır.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
13. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
14. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
15. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
18. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
19. AR MPM-in: - 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
20. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 07 iyun 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1 MMC-yə müqavilədə və əlavədə müəyyən edilmiş şərtlərlə cəmi 58.547,20 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
23. Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə (kredit müqaviləsinin bitdiyi tarixə) əsas borcunun 27.538,78 manat məbləğində olması müəyyən edilmişdir.
24. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.
25. Digər tərəfdən iddiaçı bank isə iddiasında həmin kredit müqaviləsi üzrə 20.595,84 manat əsas borcun tutulmasını tələb etdiyindən və məhkəmə işə iddia tələbləri həddində baxdığından hesab edir ki, kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tam təmin edilməlidir.
26. Mübahisəli kredit müqaviləsinin şərtlərinə əsasən hesablanmış faiz borcunun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən ekspert rəyi ilə mübahisəli müqavilə üzrə faiz borcunun xx.xx.2023-cü il tarixə (kredit müqaviləsinin bitdiyi tarixə) 1.101,55 manat olması müəyyən edilmişdir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
28. Konstitusiya Məhkəməsinin sözügedən qərarında formalaşdırılmış hüquqi mövqeyə görə kreditor müqavilədə nəzərdə tutulmuş pul vəsaitindən istifadə haqqını (faizləri) yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan müddət üçün tələb etməkdə haqlıdır.
29. Odur ki, mübahisəli kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun tutulması hissəsində iddia qismən edilməli və mübahisəli müqavilə üzrə tutulacaq faiz məbləği ekspert rəyinə uyğun olaraq 1.101,55 manat məbləğində müəyyən edilməlidir.
30. Beləliklə, 07 iyun 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə 20.595,84 manat əsas və 1.101,55 manat məbləğində faiz borcu Cavabdeh1 MMC-dən bankın xeyrinə tutulmalıdır.
31. Bundan əlavə iddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh1 MMC-yə hesablanmış 549,17 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
32. Məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 07 iyun 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə 549,17 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
34. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış 07 iyun 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi İddiaçı ASC (bank) ilə Cavabdeh2 (zamin) arasında 24 yanvar 2022-ci il tarixli 01/153 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 borc alan Cavabdeh1 MMC-nin 07 iyun 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavədən irəli gələn öhdəliklərinə zamin durmuşdur.
35. Məhkəmə zamin Cavabdeh2 07 iyun 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə borc alan Cavabdeh1 MMC-nin bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
36. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
37. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 160,46 manat təşkil edir.
38. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
39. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
40. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 190 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
41. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 95 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 5 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 müştərək qaydada krеdit müqaviləsi üzrə 20.595,84 manat məbləğində krеdit bоrcu, 1.101,55 manat məbləğində faiz bоrcu, 549,17 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 22.246,56 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 95 manat hissəsi cavabdehlərdən müştərək qaydada, 5 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva