Məhkəmə qərarları › İş №e-2-2(113)-1530/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1530/2021

14.07.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1530/2021 14.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İlkin iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-in qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı “bocun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı "xxxx" MMC ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı **********00001 nömrəli qaz sayğacının yenisi ilə əvəz olunması və artıq yazılan 150.000 (yüz əlli min) manat məbləğində əsassız yazılmış borcun silinib yenidən hesablanması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qarşı ilkin iddianın rədd edilməsi, təbii qazdan istifadəyə görə 01.03.2021-ci il tarixə yaranmış 313879 manat məbləğində əsas borcun abonentin koduna və 30 manat məbləğində dövlət rüsumunun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İlkin iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddia ərizəsinə əlavə ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində, 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi, 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMC-nin iştirakı olmadan və xəbərdarlıq edilmədən, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişilik qanunsuz olduğundan etibarsız hesab edilməli, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə Cavabdeh İB tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində borc pulun silinməsi, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə "xxxx" MMC tərəfindən artıq ödənilmiş 1.543.941,00 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir manat) manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 4.284,00 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00201 nömrəli, 26**********002abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 7.019,00 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 11.188,00 manat məbləğində pulun və 30,00 manat məbləğində dövlət rüsumunun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2-2(113)-1530/2021 nömrəli qərardadı ilə ilkin iddia tələbinin “Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G- 6T DİAFRAQMA markalı, 28101227 nömrəli, **********00201 nömrəli, 26**********002 abonent kodlu Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli, **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması” hissəsində iş üzrə icraata xitam verilmişdir. İlkin iddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Xaçmaz rayonu, Ləcət kəndində yerləşən şirkətin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsi parnik, digər hissəsində bağçılıq işlədilir. "xxxx" MMC ilə Cavabdeh İB arasında 20.11.2017-ci il tarixdə, /32101 nömrəli müqavilə bağlayaraq 26/32101 ödəyici kodu alınaraq, "xxxx" MMC-nin parnikində 4 ədəd qaz sayğacı birləşdirilmişdir. Birinci qaz sayğacı, əsas qaz borusuna **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı qoyulmuşdur. İkinci qaz sayğacı, Elster G-1600 TRZ EK- 220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” tipli qaz sayğacından keçən, yemək otağına gedən qaz xəttinə **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacı qoyulmuşdur. Üçüncü qaz sayğacı, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tinli “İTRON” qaz sayğacından keçən, qadın yuyunma otağına gedən qaz xəttinə **********00101 nömrəli, 26**********001 abonent kodlu Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacı qoyulmuşdur. Dördüncü qaz sayğacı, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacından keçən, kişi yuyunma otağına gedən qaz xəttinə **********00201 nömrəli, 26**********002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacı qoyulmuşdur. Birinci əsas qaz borusuna qoyulan **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı 01.12.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək 187724 manat məbləğində pul hesablanmışdır. Bu qaz sayğacı qoyulan vaxtdan yəni 20.11.2017-ci il tarixdən artıq ödəniş hesabladığını hiss olunurdu. Digər o ərazidə yerləşən istixanalarla müqaysə edib şirkətə artıq ödəniş hesabladığından bu barədə dəfələrlə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşlarını şifahi müraciət edilmişdir. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşlarıda hər müraciətdə sayğac düz işləyir heç bir artıq hesablanmış ödəniş olmadığını bildirərək şirkətə yalan məlumatlar vermişdir. Lakin bir ay müddətində 187.724,00 manat məbləğində həddən çox ödəniş hesablandığından Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yoxlanması, həmin vaxt qaz xəttinə başqa qaz sayğacın qoyulması barədə Cavabdeh İByə müraciət edilmişdir. Müraciət əsasından Bakı şəhərindən gələn Cavabdeh İB-nin əməkdaşları 04.02.2021- ci il tarixdə Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı çıxarılaraq ekspertiza idarəsinə yoxlanmağa göndərildi. Həmin vaxt 04.02.2021-ci il tarixdə mübahisəli əsas qaz xəttinə, çıxarılmış qaz sayğacın yerinə G- 1600 EK-220 markalı, 10517234 nömrəli, Turbin tipli “İTRON” qaz sayğacı qoyuldu. Bu barədə 04.02.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərəflər arasında imzalandı. 04.02.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt imzalanarkən qaz sayğacının göstəricisi 42210014 kub idi. Akta qeyd olundu və sayğac göstəricisinin şəkli çəkilmişdir. 12.04.2021-ci il tarixdə Bakı şəhərindən gələn Cavabdeh İB-nin əməkdaşları çıxarılmış qaz sayğacın yerinə 04.02.2021-ci il tarixdə qoyulmuş G-1600 EK-220 markalı, 10517234 nömrəli, sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərəflər arasında imzalanmışdır. 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt imzalanarkən qaz sayğacının göstəricisi 42428204 kub idi. Akta qeyd olundu və sayğac göstəricisinin şəkli çəkildi. İki ay səkkiz gün ərzində tərəflər arasında tərtib edilən aktlara və çəkilən şəkillərə görə müəyyən olundu ki, 218190 kub qaz istifadə olunmuşdur. 218190 kub qaz istifadəsinə görə iki ay səkkiz günə 218190 kub * 0,2 = 43.638,00 manat məbləğində pul ödənişi müəyyən olunur. Burdanda görünür ki, bir ay üzrə 21.819,00 manat məbləğində pul ödənişi müəyyən olunur. Lakin yenə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz artıq yazılan pulların üstünü ört-basdır etmək üçün 04.02.2021-ci il tarixdən 12.04.2021 -ci il tarixədək 805685 kub qaz istifadə edilmiş göstərərək 161137,00 manat məbləğində pul hesablanmışdır. Bu pulun necə hesablanması Cavabdeh İB-nin əməkdaşlarından soruşanda bildirdi ki, 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMC-nin iştirakı olmadan və xəbərdarlıq edilmədən qaz sayğacının göstəricisi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən 42428204 kubdan dəyişdirilərək qanunsuz olaraq 43314652 kub kimi qeyd edilmişdir. 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMC-nin iştirakı olmadan və xəbərdarlıq edilmədən, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişilik qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Hal-hazırda Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq 417340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində qazın istifadəsindən borc pul hesablanmışdır. SOCAR-ın Cavabdeh İB-nin qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 10.03.2021-ci il tarixli, SS29/1640-00216 nömrəli aktla razılaşmayaraq, qaz sayğacları üzrə ekspertiza keçrilən zaman “Metrologiya” Departamenti, SOCAR-ın Cavabdeh İB-nin tərkibində yaradılaraq, SOCAR-ın Cavabdeh İB-nin təhkim edilərək və SOCAR-ın Cavabdeh İB-i “Metrologiya” Departamentinə rəhbərlik edir. Ona görədə “Metrologiya” departamentinin qaz sayğacının yoxlanılması zamanı düzgün olmayan akt qəbul etmişdir. Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacını düzgün və tam işləsəydi SOCAR-ın Cavabdeh İB-i “Metrologiya” Departamenti "xxxx" MMC ilə 10.03.2021-ci il tarixdə 301ST nömrəli xidmət müqaviləsi bağlayaraq mübahisəli qaz sayğacının təmirinə 226,00 manat xidmət haqqı alınmazdı. Cavabdeh İB tərəfindən qanunsuz olaraq qazın istifadəsindən hesablanmış 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində borc pul silinməlidir. Belə ki, parnikdə il ərzində beş ay (noyabr, dekabr, yanvar, fevral və mart) üzrə qaz xəttindən istifadə olunur. İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-nə qarşı "xxxx" MMCnin parniki şirkətin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan Xaçmaz rayonu, Ləcət kəndindəki torpaq sahəsinin bir hissəsində yaradılmışdır. 04.02.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli və 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktlardan görünür ki, 20.11.2017-ci il tarixdən 31.04.2021-ci il tarixədək **********00001 nömrəli qaz sayğacı düzgün işləməyərək 2.394.680,80 manat pul yazmışdır. 04.02.2021-ci il tarixli, ******* nömrəli, 12.04.2021-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlardan görünür ki, bir ay üzrə 21.819,00 (yirmi bir min səkkiz on doqquz manat) manat məbləğində pul ödənişi hesablanmalıdır. 5 ay üzrə (noyabr ayının sonundan, dekabr, yanvar, fevral, mart və aprel ayının əvvəllərinədək) istixanada qazdan istifadəsindən 21.819,00 manat * 5ay = 109.095,00 manat, dörd ildi istifadə etdiyimizdən yəni 20.11.2017-ci il tarixdən hal-hazıradək 109.095,00 manatı * 4 ilə = 436.380,00 (dörd yüz otuz altı min üç yüz səksən manat) manat məbləğində pul ödənişi hesablanmalıdır. Lakin Cavabdeh İB 20.11.2017-ci il tarixdən hal-hazıradək "xxxx" MMC“yə qanunsuz olaraq 2.394.680,00 (iki milyon üç yüz doğsan dörd min altı yüz səksən) manat məbləğin qazdan istifadə ödənişi hesablamışdır. "xxxx" MMC 20.11.2017-ci il tarixdən hal-hazıradək Cavabdeh İB-nə 1.980.321,80 manat məbləğində ödəniş etmişdir. Bu ödənişdən əlavədə qanunsuz olaraq 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində qazın istifadəsindən borc pul hesablanmışdır. Burdanda görünür ki, 20.11.2017-ci il tarixdən hal-hazıradək Cavabdeh İB qanunsuz olaraq "xxxx" MMC-ə qarşı qazın istifadəsindən 2.394.680,00 (iki milyon üç yüz doğsan dörd min altı yüz səksən) manat məbləğin qazdan istifadə ödənişi hesablamışdır. "xxxx" MMC 20.11.2017-ci il tarixdən hal-hazıradək “ Azəriqaz” İB-nə ödənilmiş 1.980.321,80 (bir milyon, doqquz yüz səksən min üç yüz yirmi bir) manat məbləğində puldan, qazdan istifadə olunan bu dörd ildə ödənilməli olan 436.380,00 (dörd yüz otuz altı min üç yüz səksən) manat məbləğində pul çıxıldıqda 1.543.941,00 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir) manat məbləğində pul artıq ödəmə vardır. Ona görədə "xxxx" MMCnin Cavabdeh İB- nə artıq ödənilmiş 1.543.941,00 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir) manat məbləğində pul "xxxx" MMC geri qaytarılmalıdır. Birinci qaz sayğacı əsas qaz borusunda **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacından hesablanaraq keçən xətt üzərində qurulmuş, yemək otağına gedən qaz xətinə qoyulmuş **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli, qadın yuyunma otağına gedən qaz xətinə qoyulmuş **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli və kişi yuyunma otağına gedən qaz xətinə qoyulmuş **********00201 nömrəli, 26**********002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacları qanunsuz birləşdirildiyi üçün ləğv olunmalıdır. 20.11.2017-ci il tarixdən yemək otağına gedən qaz xətinə quraşdırılmış **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacı üzrə hesablanmış 55944 kub və "xxxx" MMC tərəfindən Cavabdeh İB-nə qanunsuz ödənilmiş 11.188,00 manat məbləğində pul "xxxx" MMC -ə geri qaytarılmalıdır. 20.11.2017-ci il tarixdən qadın yuyunma otağına gedən qaz xətinə quraşdırılmış **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacı üzrə hesablanmış 21424 kub və "xxxx" MMC tərəfindən Cavabdeh İB-nə qanunsuz ödənilmiş 4284 manat məbləğində pul "xxxx" MMC-yə geri qaytarılmalıdır. 20.11.2017-ci il tarixdən kişi yuyunma otağına gedən qaz xətinə quraşdırılmış **********00201 nömrəli, 26**********002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacı üzrə hesablanmış 35096 kub və "xxxx" MMC tərəfindən Cavabdeh İB-nə qanunsuz ödənilmiş 7019 manat məbləğində pul "xxxx" MMC-yə geri qaytarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-in nümayəndəsi qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, təbii qazdan istifadəyə görə 01.06.2021-ci il tarixə yaranmış 417340,40 manat məbləğində əsas borcun abonentin koduna və 30 manat məbləğində dövlət rüsumunun tutularaq qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Qarşılıqlı iddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı “Yaşıl Ranço MMC ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Faktiki olaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh qaz sayğacının qaz sərfiyyatını düzgün qeydə almasını mübahisələndirmişdir. Bu mübahisənin həlli üçün abonentin nümayəndələrinin iştirakı ilə həmin qaz sayğacı 04.02.2021-ci il tarixdə xətdən açılaraq Metrologiya Departamentinin Sayğacların müayinəsi Laboratoriyasında texniki baxışa göndərilmiş, əvəzinə qaz xəttinə müvəqqəti analoji qaz sayğacı quraşdırılmışdır. 15.02.2021-ci il tarixdə keçirilən texniki müayinənin nəticələrinə görə sayğacın mexaniki hissəsi işləkdir, xətalar normaya uyğun deyil, batareya tələb olunur. Müayinənin nəticəsindən müəyyən olunur ki, sayğac sərfiyyatı əsasən düzgün qeydə alır, xətaların normaya uyğun olmaması isə abonentin xeyrinə sərfiyyatın faktiki olduğundan az qeydə alındığını bildirir. Beləliklə, sayğacın keçən qazın artıq qeydə alması müayinənin nəticəsinə görə istisna edilir. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə görə Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. “Azəriqaz “ İstehsalat Birliyi ilə "xxxx" MMC arasında bağlanmış “Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən "xxxx" MMC məxsus kommersiya obyekti ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində 01.02.2021-ci il tarixə Birliyə 313 879,40 manat borc yaranmışdır. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3 maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən 01.10.2020 ci il tarixli, 01- HŞ/05HŞ-968 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heç bir cavab verilməmışdır. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün mənkəməyə müraciət olunacağı bildirilmişdir. Yaranmış borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə təsdiq olunmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə İlkin iddia ərizəsi üzrə iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ilkin iddia ərizəsi üzrə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi tam təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; İş materiallarına əlavə edilmiş 20.02.2017-ci il tarixli 3071 nömrəli texniki şərtdən görünür ki, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən X2 xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsinin (istixananın) qazlaşdırılması, istixana kompleksinin saatlıq qaz sərfiyyatı 2272,3 kub metr olmaqla 219 mm-lik orta təzyiqli qaz kəmərindən qəbul edilməsi, birləşmə nöqtəsində işçi layihə əsassında siyirtmə quraşdırmaqla obyektə qaz xətti çəkilməsi və üzərində qaz tənzimləyici qurğu quraşdırılması, habelə obyektin şəbəkəy qoşulması “Azəriqaz “ İstehsalat Birliyi ilə alqı-satqı müqaviləsi bağlandıqdan sonra mümkün olacağı göstərilmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında 11.09.2019-cu ildə “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AUX-4492/19 nömrəli müqavilədən müəyyən olunur ki, Xaçmaz rayonu, Ləçət kəndində yerləşən obyektə sahəsinə G-1600 markalı ********** nömrəli, G-6 diafraqma markalı 28101227 nömrəli, G-6 diafraqma markalı 28101183 nömrəli, G-4 diafraqma markalı 10326990 nömrəli sayğac quraşdırılmışdır. 19.01.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh İB-yə ərizə müraciətdən görünür ki, müəssisəyə 18.11.2017-ci il tarixdən xidmət edən G-1600 markalı ********** nömrəli qaz sayğacı qeyd olunan tarixdə quraşdırılmışdır. 31.12.2020-ci il tarixə qədər aylıq sərfiyyat barəsində heç bir narazılığının olmaması bildirilmişdir. Lakin sonuncu sayğac oxumasından istehsalatda artım olmadığı halda qaz sərfiyyatı əvvəlki aylardan dəfələrlə artıq hesablanmış, yəni sayğacın göstəricisinə uyğun hesablanmışdır. Bununla əlaqədar olaraq sayğacın iş prinsipindən narazı olduqlarından cəmiyyətin vəsaiti hesabına və iddiaçının iştirakı ilə müvvəqəti sayğac ilə əvəz edilərək növbədənkənar dövlət yoxlamasının keçirilməsi xahiş olunmuşdur. 04.02.2021-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, "xxxx" MMC-yə xidmət edən G-1600 markalı ********** nömrəli sayğac çıxarılmış, G-1600 markalı 10517234 nömrəli sayğac (quraşdırılan zaman mexaniki göstərici 04242796 kub metr olmuşdur) quraşdırılmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş 12.04.2021-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, "xxxx" MMC-yə məxsus obyektə müvvəqəti quraşdırılmış G-1600 markalı 10517234 nömrəli sayğac (çıxarılan zaman mexaniki göstərici ********* kub metr) çıxarılaraq, G-1600 markalı ********** nömrəli sayğac quraşdırılması qeyd olunmuşdur. Cavabdeh İB-i tərəfindən məhkəməyə təqdim edilmiş 12.04.2021-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, "xxxx" MMC-yə məxsus obyektə müvvəqəti quraşdırılmış G-1600 markalı 10517234 nömrəli sayğac (çıxarılan zaman mexaniki göstərici ********* kub metr) çıxarılaraq, G-1600 markalı ********** nömrəli sayğac quraşdırılması qeyd olunmuşdur. 10.03.2021-ci il tarixli SS seriyalı 29/1640-00216 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktdan görünür ki, Cavabdeh İB-nin SOCAR**********31791640X00216 saylı 28.01.2021-ci il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Xaçmaz rayon xidmət sahəsinin "xxxx" MMC-nin qaz xətti üzərində quraşdırılmış G-1600 markalı ********** nömrəli turbin tipli “İTRON” qaz sayğacı 04.02.2021-ci il tarixində xətdən çıxarılmış (forma-2 ******* nömrəli), 16.02.2021-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir.

1. İlkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edildi, Pbaza- 1,01325, Tbaza-293,15, CO2-0.22, DR-0,69. Göstəricilər arasında fərq var.

2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir.

3. 12.12.2020-04.02.2021-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3.67 bar, korreksiya olunmuş maksimal qaz həcmi 3948 kub metr, korreksiya olunmamış qaz həcmi 1150 kub metr qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat 04.02.2021-ci il tarixində qeydə alınmışdır. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 1615 kub metr çoxdur. Pbaza=1,01325 bar, Tbaza=20 dərəcə. 16.10.2017-ci il tarixli dövlət yoxlamasında sayğacın mexaniki göstəricisi 00001319 kub metr, elektron göstərici Vbt-00001319 kub metr, Vt-00001319 kub metr, 09.02.2021-ci il tarixli yoxlamasında sayğacın mexaniki göstəricisi 03867274 kub metr, elektron göstərici Vbt-11169034 kub metr, Vt-03868889 kub metr olaraq qeyd olunaraq yoxlamanın nəticəsi:Xətalar normaya uyğun deyil. Batareya tələb olunur. "xxxx" MMC ilə Cavabdeh İB-in Metrologiya Departamenti ilə bağlanmış 10.03.2021ci il tarixli 301ST nömrəli xidməti müqaviləsindən görünür ki, Xaçmaz rayonunda yerləşən "xxxx" MMC-yə məxsus 1 ədəd turbin tipli G-1600 markalı ********** nömrəli qaz sayğacının 10.03.2021-ci il tarixli 000118 nömrəli qüsur aktı nəzərə alınmaqla təmiri və ehtiyyat hissəssinin ayrılması ilə əlaqədar münasibətlər tənzimlənmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən görüləcək işlərə görə sifarişçi əvvəlcədən köçürmə yolu ilə icraçının göstərdiyi bank hesabına 222.39 manat ƏDV daxil ödəmə aparır. İş materiallarına əlavə edilmiş, 09.06.2021-ci il tarixli Abonentin Saldosundan görünür ki, 26**********001 nömrəli abonent "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən Elster GT diafraqma markalı 28101227 nömrəli sayğac üzrə qalıq borc 638,6 manat qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş, 09.06.2021-ci il tarixli Abonentin Saldosundan görünür ki, 26**********002 nömrəli abonent "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən Elster GT diafraqma markalı 28101183 nömrəli sayğac üzrə qalıq borc 998,4 manat qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş, 09.06.2021-ci il tarixli Abonentin Saldosundan görünür ki, 26**********003 nömrəli abonent "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən Elster GT diafraqma markalı 10326990 nömrəli sayğac üzrə qalıq borc 1300,8 manat qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş, 16.06.2021-ci il tarixli Abonentin Saldosundan görünür ki, 26**********000 nömrəli abonent "xxxx" MMC-nin ünvan 4 ünvanında yerləşən Elster G-1600 TRZ EK-220 markalı ********** nömrəli sayğac üzrə qalıq borc 414372 manat qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, "xxxx" MMC tərəfindən təbii qazın istehlak haqqı olaraq Cavabdeh İB-yə ümumilikdə 262276,9 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş 25.01.2021-ci il tarixli Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xəbərdarlıqdan görünür ki, "xxxx" MMC-dən 29.01.2021-ci il tarixədək 187164,5 manat debitor borcun ödənilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş 16.06.2021-ci il tarixli Cavabdeh İB-i tərəfindən tərtib edilmiş abonentin debitor borcu haqqında arayışdan görünür ki, 26**********000 nömrəli abonentin ********** nömrəli sayğacın mexaniki göstəricisi ******* kub metr 414372 manat, 26**********001 nömrəli abonentin 28101227 nömrəli sayğacın mexaniki göstəricisi 21524 kub metr 643,6 manat, 26**********002 nömrəli abonentin 28101183 nömrəli sayğacın mexaniki göstəricisi 35212 kub metr 1012,8 manat və 26**********003 nömrəli abonentin 10326990 nömrəli sayğacın mexaniki göstəricisi 56045 kub metr 1312 manat qalıq borcu olaraq cəmi debitor borcu 417340,4 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.09.2019-cu ildə “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AUX-4492/19 nömrəli müqavilədən müəyyən olunur ki, Xaçmaz rayonu, Ləçət kəndində yerləşən obyektə sahəsinə G-1600 markalı ********** nömrəli, G-6 diafraqma markalı 28101227 nömrəli, G-6 diafraqma markalı 28101183 nömrəli, G-4 diafraqma markalı 10326990 nömrəli sayğac quraşdırılmışdır. 19.01.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən ərizə ilə Cavabdeh İB-yə tərəflər arasında bağlanmış müqavilə üzrə müəssisəyə 18.11.2017-ci il tarixdən xidmət edən G-1600 markalı ********** nömrəli qaz sayğacı qeyd olunan tarixdən 31.12.2020-ci il tarixə qədər aylıq sərfiyyat barəsində heç bir narazılığının olmaması bildirilmişdir. Lakin sonuncu sayğac oxumasından istehsalatda artım olmadığı halda sayğacın qaz sərfiyyatı əvvəlki vaxtlardan dəfələrlə artıq hesablanmışdır. Bu səbəbdən də qeyd olunan sayğacın yoxlanılması xahiş olunmuşdur. Bundan sonra aparılmış yoxlama nəticəsində sayğacın mexaniki göstəricinin işlək, xətalar normaya uyğun olmaması və batareya tələb olunduğu göstərilmişdir. Obyektə xidmət edən G-1600 markalı ********** nömrəli sayğacın yoxlanıldığı dövr ərzində müvvəqəti quraşdırılmış sayğacın quraşdırıldığı və çıxarıldığı zaman ərzində göstərdiyi sərfiyyata uyğun cəmiyyətin təbii qaz sərfiyyatının yenidən müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bundan sonra ilkin iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçıya hesablanmış debitor borcunun silinməsinə yönəlmiş tələbin olması səbəbindən məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək hesablanmış borcun ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə irəli sürülümüş ilkin iddia tələbinin mürrəkəbliyini, habelə hazırda mübahisə predmetinin əsas hissəsini əhatə etdiyindən ilk öncə ilkin iddia tələbinin hallarının müəyyən edilməsini məqsədmüvafiq hesab edir. Belə ki, ilkin iddia tələbinin “20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.12-ci bəndinə əsasən “Qazadan istifadə Qaydalarının” 4.9-cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlamasından keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamandan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə götürülümş öhdəliklərdə sayğacın dəyişdirilməsi və quraşdırılması qaydaları müəyyən edilmişdir. Qeyd olunan müqavilənin müvafiq bəndində sayğacın dəyişdirilməsi və quraşdırılması meyyarının həyata keçirilməsi hissəsin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-na istinad olunduğundan məhkəmə ilkin iddia tələbinin “20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi” hissəsində iddiaçının tələbi haqlıdır. Belə ki, işin hallarından məlum olduğu kimi sayğacdan nasazlığın olması müəyyən edilmişdir. Həmin nasazlığın yaranma səbəbi aparılmış yoxlama zamanı müəyyən edilməsədə aradan qaldırılması barədə tədbirlər görülmüşdür. İlki iddia tələbi üzrə qeyd olunan hissədə məhkəməyə müraciət etməsində məqsəd sayğac üzərində aparılmış təmirdən narazı qalmasıdır. Belə olan halda ilkin iddia tələbinin qeyd olunan hissəsi üzrə ilkin iddia üzrə iddiaçının ilkin iddia üzrə Cavabdeh İBnə qarşı tələbi qanunamüvafiqdir. Məhkəmə ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən mübahisələndirilən “Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində olan obyektə quraşdırılmış Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə "xxxx" MMC tərəfindən artıq ödənilmiş 1.543.941 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir manat) manat, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacı üzrə hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 4.284 manat, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacı üzrə hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 7.019 manat, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacı üzrə hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 11.188 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması hissəsinə münasibətdə bildirir ki, qeyd olunan məbləğlər ilkin iddia üzrə iddiaçı cəmiyyətin fəaliyyəti dövründə yalnız sərfiyyatını əhatə edir. Yəni hesablanmış borclar həmin tarixlərdə cəmiyyətin istifadəsində olan sayğacların göstəriciləri üzrə qeydə alınmışdır. İlkin iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh İB-nə müraciət edərək, Elster G-1600 TRZ EK-220 markalı qaz sayğacının 31.12.2020-ci il tarixə qədər aylıq sərfiyyat barəsində heç bir narazılığının olmamasını bildirərək, qeyd olunan tarixdən sonrakı dövr üzrə sərfiyyat hesablaması üzrə yoxlamanın aparılmasını xahiş etmişdir. Aparılmış yoxlmanın nəticəsində sayğacın elektron göstəricisində nasazlığın olması bu nasazlığın səbəbi kimi “batareyanın” dəyişdirilməsinə ehtiyac olması bildirilmişdir. Eyni zamanda aparılan yoxlama zamanı sayğacın mexaniki göstəricisinin işlək vəziyyətdə olması qeyd olunmuşdur. İs materiallarına əlavə edilmiş “Abonentin saldosunda” cəmiyyətə hesablanmış məbləğlərin sayğacın mexaniki göstəricisinə uyğun hesablandığı müəyyən edilir. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəfindən ilk əvvəl 31.12.2020-ci il tarixə qədər olan dövrə dair hər-hansı mübahisəli halın olması göstərilməmişdir. Lakin buna baxmayaraq ilkin iddia üzrə iddiaçı yoxlama dövrü ərzində müvvəqəti olaraq obyektə qoşulmuş sayğacın çıxarılma aktında qeyd olunan sərfiyyata uyğun bütün fəaliyyət dövrünə aid edilməsini xahiş etmişdir. Məhkəmə ilkin iddia tələbinin “12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMC-nin iştirakı olmadan və xəbərdarlıq edilmədən, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişilik qanunsuz olduğundan etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin akta düzəliş edilmiş hissə aktın məzmunun əhatə etmir. Belə ki, adından da göründüyü kimi qeyd olunan akt “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında”-dır. İlkin iddia üzrə iddiaçı sayğacın çıxarılması zamanı sərfiyyat göstəricilərinə edilmiş düzəlişin etibarsız hesab edilməsini tələb etməklə müvvəqəti sayğacın qoşulduğu dövr üzrə sərfiyyatın hesablanmasını və həmin sərfiyyatın digər aylara tətbiq edilməsini təmin etməkdir. Məhkəmə qeyd olunan halla razılaşmayaraq bildirir ki, tərtib edilmiş aktın tərəflər üçün yaratdığı hüquqi nəticə sayğacın çıxarılması halının təsdiqidir. Beləliklə ilkin iddia tələbi üzrə həmin aktda edilmiş dəyişikliyin etibarsız hesab edilməsi halında belə həmin aktın hüquqi nəticəsinə təsir etməyəcəkdir. Eyni zamanda ilkin iddia üzrə iddiaçının bu tələbi irəli sürməsində əldə etmək istədiyi nəticə, yəni həmin akt üzrə göstərilmiş sərfiyyata uyğun olaraq müəssisənin təbii qazdan istifadə etdiyi bütün müddətə və yaxud müvvəqəti sayğacın obyektdə xidmət etdiyi müddətə şamil edilməsinə əsas olmayacaqdır. Məhkəmə ilkin iddia üzrə iddiaçının həmin aktda edilmiş düzəlişin etibarsız hesab edilməsinə dair əsasları edilmiş düzəlişin etibarsız hesab edilməsinə deyil, əksinə etibarsız hesab edildikdən sonra “sayğacın çıxarılması” barədə akt əsasında cəmiyyətin təbii qaz sərfiyyatının hesablanmasına yönəldiyi nəzərə alaraq ilkin iddia tələbinin “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMCnin iştirakı olmadan və xəbərdarlıq edilmədən, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişilik qanunsuz olduğundan etibarsız hesab edilməsi” hissəsini əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması insititut irəli sürülmüş tələb üzrə iddiaçının pozulmuş hüquqlarını qanuni bərpasına yönəlməklə yanaşı həmçinin, irəli sürülmüş tələbin təmin edilməsindən sonra bərpa edilmiş halın qanuni tətbiqinə yönəlməlidir. Çünki ilkin iddia tələbinin “Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə Cavabdeh İB tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində borc pulun silinməsi” və “Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində olan obyektə quraşdırılmış Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə "xxxx" MMC tərəfindən artıq ödənilmiş 1.543.941 (bir milyon beş yüz qırx üç min doqquz yüz qırx bir manat) manat, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacı üzrə hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 4.284 manat, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacı üzrə hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 7.019 manat, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacı üzrə hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 11.188 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması” hissələrinin təmin edilməsi üçün yeganə əsaslandığı hal kimi tətbiq yönələçəkdir. Bu isə tərtib edilmiş aktın mahiyyətini və yaratdığı hüquqi nəticəsini qanunsuz olaraq dəyişməklə nəticələnəcəkdir. Odur ki, məhkəmə mübahisələndiriın aktın mahiyyəti ilə ilkin iddia üzrə iddiaçının tələbinin uyğunsuzluğunu müəyyən edərək tələbin bu hissəsinin əsassız olması qənatinə gəlir. Məhkəmə ilkin iddia tələbinin “Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə Cavabdeh İB tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində borc pulun silinməsi” hissəsinə münasibətdə qeyd edir ki, mübahisə predmeti üzrə göstərilən məbləğ üzrə Cavabdeh İB-nin "xxxx" MMC-yə qarşı təbii qazdan istifadəyə görə 01.06.2021-ci il tarixə yaranmış 417340,40 manat məbləğində əsas borcunun ödənilməsinə dair qarşlıqlı iddia tələbi irəli sürülmüşdür. Odur ki, məhkəmə araşdırmasında qənaət prinsipinə uyğun olaraq məhkəmə hər iki tələbə hüquqi qiymətin birlikdə verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan maddi hüquq normaların tələblərindən göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin və həmin öhdəliklərin yerinə yetirilməsi şərtlərinin meyyarları müəyyən olunmuşdur. İlkin iddia üzrə iddiaçı tərəf ümumilikdə cavabdehə qarşı qaldırılmış tələblərində ödənilmiş təbii qaz sərfinə görə məbləğlərin geri qaytarılması, habelə hazırda ilkin iddia üzrə cavabdeh tərəfindən hesablanmış borcun silinməsinə dair iddiasının əsası cəmiyyətə xidmət edən sayğacı yoxlama üçün çıxarıldığı iki ay boyunca digər sayğacın sərfiyyat göstəricisinə uyğun olaraq hesablaması və bütün fəaliyyət dövrünə şamil etməsidir. Buna sübut olaraq müvvəqəti sayğacın çıxarılması zamanı tərtib edilmiş aktda cavabdeh tərəfindən onun iştirakı olmadan edilmiş düzəlişdir. Qeyd olunan hallara məhkəmə məcmuu halında qiymət verərək bir daha bildirir ki, tərəflər arasında yaranmış münasibətlərdə və bu münasibətləri tənzimləyən müqavilə və digər əqdlərdə istifadə edilmiş qaz sərfiyyatının sözügedən akt əsasında hesablanmasına dair hər hansı öhdəlik və ya qayda qeyd olunmamışdır. Belə olan halda məhkəmə qarşılıqı iddia tələbi üzrə iddiaçı Cavabdeh İB-nin iddiasını əsaslı hesab edir. Belə ki, hal-hazırda irəli sürülmüş qarşılıqlı tələb üzrə göstərilən əsas borc məbləği bir başa iddiaçının təbii qazdan istifadə etməsi nəticəsində yaranmışdır ki, qeyd olunan borcun ödənilməsi qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMCnin üzərinə tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən edilmiş öhdəlikdir. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia tələbində haqlıdır. Eyni zamanda ilkin iddia üzrə iddiaçı məhkəmə araşdırması zamanı istixanada yetişdirilən məhsulun miqdarının hər il eyni olması halında sərfiyyatın müvvəqəti sayğac qoyulduğu vaxt az olması səbəbindən də əvvəlki sayğacın düzgün işləməməsi qənaətinə gəlmişdir. Bununla əlaqədar olaraq 2021-ci il dövrü əhatə edən müvafiq gömrük bəyənnamələrini məhkəməyə təqdim etmişdir ki, həmin bəyənnamələr üzrə göstərilən məhsulun miqdarı yalnız həmin il üzrə əkilmiş məhsulu müəyyən etməyə qismən imkan verir. Belə ki, təqdim olunan gömrük bəyənnamələr cəmiyyət tərəfindən ölkə ərazisindən kənara satılmış malların miqdarını təsdiq etsədə ölkə daxilində edilmiş satışların olmaması və olduğu halda nə qədər olması barədə məlumatı özündə əks etirmir. Umiyyətlə təqdim edilmiş sübutlar iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələblərin əsaslı olmasını təsdiq etmir. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə iddiaçıya iddia tələblərinin hüquqi əsasını təşkil edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də sonuncu qeyd olunan halların təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən,tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İlkin iddia tələbi üzrə iddianın əsasını təşkil edən hallar müəyyən edilməsi halına dair ilkin iddia üzrə iddiaçı tərəfindən mötəbər sübutların məhkəməyə təqdim edilməməsi səbəbindən məhkəmə ilkin iddia tələbi üzrə iddiaçının əsaslandığı halların mövcud olmaması qənaətinə gəlir. Lakin qarşılıqlı iddia üzrə iddiaçının tələbinin əsasını təşkil edən halların təsdiqi üçün təqdim edilmiş sübutlar tələbin əsaslı olması tam təsdiq etmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə yuxarıda göstərilən maddi hüququ normalarının tələblərini işin hallarına tətbiq edərək müəyyən edilmiş xüsusatlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı olduğundan, ilkin iddia üzrə iddiaçı "xxxx" MMC ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində, 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi hissəsində təmin edilməli, ilkin iddia tələbi üzrə iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi əsaslı olduğundan, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə "xxxx" MMC-yə qarşı təbii qazdan istifadəyə görə 01.06.2021-ci il tarixə yaranmış 417340,40 manat məbləğində əsas borcun abonentin koduna ödənilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən məhkəmə xərcləri ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qarşılıqlı iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlkin iddia tələbi qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçı "xxxx" MMC ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X2 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində, 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi ilkin iddia üzrə Cavabdeh İB-nə həvalə edilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. "xxxx" MMC-dən təbii qazdan istifadəyə görə 01.06.2021-ci il tarixə yaranmış 417340,40 (dörd yüz on yeddi min üç yüz qırx manat, qırx qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar