Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1532/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə,pul) X5 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 14079,17 (on dörd min yetmiş doqquz manat 17 qəpik) manat əsas icarə haqqı borcu, 6021,08 (altı min iyirmi bir manat 08 qəpik) manat cərimə borcu olmaqla toplam 20100,25 (iyirmi min bir yüz manat 25 qəpik) manat məbləğində pulun alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (VÖEN:**********) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 003/2024 nomrəavadanlıqların icarəsi haqqında müqaviləyə əsasən hər 1 kvadrat metrinin aylıq icarə haqqı 3,4884 manat olmaqla 1000 kv.m qalavız tipli dəmirbənd tərəfim Cavabdeh MMC-yə icarəyə verilmişdir. Qeyd edilən müqavilənin 3.1-ci bəndinə əsasən icarə haqqı “İcarəyə verən” tərəfindən hesab-faktura təqdimedilmək şərti ilə hər ayın ilk 5 ( beş) bank günü ərzində “İcarəçi” tərəfindən “İcarəyə verən”ə ödənilir. Lakin, Cavabdeh MMC qeyd edilən müqavilə şərtini pozaraq icarəyə götürmüş olduğu avadanlıqların pulunu tam olaraq ödəməmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən “İcarəçi” bu müqavilə üzrə müəyyən edilmişicarə haqqının ödənişini üzrsüz səbəbdən gecikdirdikdə hər gecikdirilmiş günə görə “İcarəyə verən”ə gecikdirilmiş məbləğin 0,5%-i miqdarında cərimə ödəyir. Qeydedilən müqavilə üzrə Cavabdeh MMC-nin 14079,17 (on dörd min yetmiş doqquz manat 17 qəpik) manat əsas icarə haqqı borcu, 6021,08 (altı miniyirmi bir manat 08 qəpik) manat cərimə borcu olmaqla mənə olan toplam borcu 20100,25 (iyirmi min bir yüz manat 25 qəpik) manat məbləğindədir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdehndən 11800 manat əsas icarə haqqı borcu, 10052 manat cərimə borcu olmaqla toplam 21852 manat məbləğində pulun alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı (“icarəyə verən”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında imzalanmış xx.xx.2024-cü il tarixli avadanlıqların icarəsi haqqında müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən icarəyə verən hazırkı müqavilənin şərtlərinə uyğun olaraq, icarəçiyə müqavilənin ayrımaz hissəsi olan 1 saylı Əlavəsində göstərilən növdə avadanlıqlar (bundan sonra "Avadanlıqlar” adlanacaq) “icarəçi"nin istifadəsinə verir, “icarəçi" isə müqavilədə müəyyən olunmuş icarə haqqını “icarəyə verən"ə ödəməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən hazırkı müqavilənin icarə obyekti olan “avadanlıqların növü, miqdarı, icarə haqqı barədə məkimatiar müqavilənin ayrılmaz hissəs olan 1 saylı Əlavəsində (X1) göstərilir. - 2.3.2-ci bəndinə əsasən avadanlıqların icarəsinə görə nəzəndə tutulan icarə haqqının bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək icarəçinin vəzifəsidir. - 3.1-ci bəndinə əsasən icarə haqqı “Tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş qiymətlər üzrə təyin edilir və “İcarəyə yerən” tərəfindən hesab faktura təqdim edilmək şərti ilə hər ayın ilk 5 bank günü ərzində “İcarəçi" tərəfindən “İcarəyə verən” nağdsız şəkildə ödənilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
10. İddiaçı tərədfindən cavabdehə MT2407 11113673 saylı xx.xx.2024-cü il tarixli 16279.17 manat məbləğində elektron qaimə göndərilmişdir (cavabdeh tərəfindən) .
11. xx.xx.2024-cü il tarixli avadanlıqların icarəsi haqqında müqaviləsinə 01 saylı Əlavə olan Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, iddiaçı ilə cavabdeh arasında avadanlıqların ayllıq icarə haqqı 3488.40 manat məbləğində razılaşdırılmışdır.Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, xx.xx.2024-cü il tarixli avadanlıqların icarəsi haqqında müqavilə üzrə avadanlıqlar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
13. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı aid) hesabdan çıxarış məlumatlarında görünür ki, cavabdeh tərəfindən iddiaçıya MT2407 11113673 saylı xx.xx.2024-cü il tarixli elektron qaimə üzrə xx.xx.2024-cü il tarixində 2215.70 manat məbləğində ödəniş edilmişdir. V. Tətbiq edilən hüquq:
14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
18. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə müqavilədə qeyd olunmuş avadanlıqları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
20. Belə ki, iş materialları əsasında, iddiaçının nümayəndəsinin izahatı və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, avadanlıqlar 4 ay müddətində cavabdehin sahibliyində olub və həmin müddət üçün ödənilməli olan icarə haqqı məbləği 14015 manat təşkil edir. İddiaçı iddia ərizəsində həmçinin məhkəmə iclaslarındakı izahatlarında qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya icarə müddəti ərzində 2215 manat məbləğində pul ödənilmişdir. Odur ki, cavabdeh tərəfindən olan ödənişləri nəzərə alınmaqla hal-hazırda Cavabdeh MMC-nin 01 aprel 2024-cü il tarixli icarə müqaviləsi üzrə İddiaçı olan cəmi borcu 11800 manat təşkil edir.
21. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş avadanlıqlara görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (tərəflər arasında mövcud icarə müqaviləsi, elektron qaimə, təhvil təslim aktı, ödəniş tapşırığı)11800 manat hissəsində öz təsdiqini tapır, həmin hissədə təmin edilməlidir.
22. Bundan əlavə iddiaçı müqavilə üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh MMC-yə hesablanmış 10052 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğıundan 550 manat məbləğində müəyyən edilməlidir.
26. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 11800 manat (on bir min səkkiz yüz) manat əsas borc,550 (beş yüz əlli) manat dəbbə pulu və 127 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova