Məhkəmə qərarları › İş №e-2-2(113)-154/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-154/2023

24.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-154/2023 24.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qeyriqanuni tikilinin sökülməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: torpaq sahəsinin boşaldılması, qeyri-qanuni tikilinin sökülməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 tərəfindən zəbt edilmiş iddiaçıya məxsus Bakı şəhəri, 1 ünvanında yerləşən torpaq sahəsinin boşaldılması və zəbt edilmiş torpaq sahəsində inşa edilmiş qeyri qanuni tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1995-ci il tarixində dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin Bakı şəhəri, 1 ünvanında yerləşən X4 perimetr hasarının şərq hissəsində AR Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi və təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normaları” haqqında xx.xx.2016-cı il tarixli, 1 nömrəli qərarının tələblərinə zidd olaraq cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. Həmin obyekt üçün Əmlak Məsələləri Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixində 000989 nömrəli texniki pasport hazırlanmışdır. Müəssisənin müasir dövrün tələblərinə cavab verməsi üçün müəssisədə yenidənqurma işləri aparılmış, Əmlak Məsələləri Komitəsi tərəfindən yenidənqurma işlərinə əsasən xx.xx.2014-cü il tarixində 11/769 nömrəli yeni texniki pasport verilmişdir. Həmin texniki pasportda perimetr boyunca cavabdehin kafesinin tikintisi göstərilməmişdir. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan obyektin perimetr boyunca yerləşən torpaq sahəsinin bir hissəsi qeyriqanuni yollarla zəbt edilmiş və zəbt edilmiş torpaq sahəsi üzərində cavabdeh tərəfindən qanunsuz tikililər inşa edilmişdir. Həmçinin cavabdeh həmin qanunsuz tikililəri icarəyə verərək, qeyri-qanuni sahibkarlıqla məşğul olur. Cavabdeh tərəfindən tikilmiş qeyri-qanuni tikilinin sökülməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər (pretenziya məktubları) edilmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi barədə təklif göndərilmişdir. Cavabdeh nə təklifə münasibət bildirmiş, nə də təyin edilmiş mediasiya prosesində iştirak etmişdir. Cavabdeh tərəfindən edilmiş bu qeyri-qanuni əməl adi zəbtdən əlavə, həm də xüsusi mühafizə normaları müəyyənləşdirilmiş bir xüsusi əhəmiyyətli binanın təhlükəsizliyinə ciddi xələl gətirir. Belə ki, Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi və təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normalarının 9.1.12.1-ci maddəsinə əsasən hasarlamaya heç bir əlavə tikili bitişik olmamalıdır. Müəssisənin xüsusi təyinatlı obyekt olduğunu nəzərə alaraq, mühafizə zolağının tam və aydın nəzarətdə saxlanılması mütləqdir. Ancaq cavabdeh tərəfindən sonradan qeyri-qanuni qaydada inşa edilmiş kafenin varlığı mühafizə zonasının tam nəzarətdə saxlanılmasına maneçilik törədir. Həmçinin cavabdehin qeyri-qanuni əməlləri yalnız iddiaçının mülkiyyətində olan əmlak kompleksinin perimetri boyunca yerləşən torpaq sahəsini zəbt edib, orda qeyri-qanuni tikililər inşa etməklə bitməmişdir. Belə ki, iddiaçı tərəfindən aparılan monitorinq zamanı müəyyən edilmişdir ki, özünü cavabdehə məxsus olduğu bildirilən əmlakın icarəçi kimi təqdim edən şəxs iddiaçı tərəfin əməkdaşlarına cavabdehin imzası ilə təsdiq edilmiş icarə müqaviləsini təqdim etmişdir. Kənarda yerləşən digər obyekt istifadəçiləri də həmin qanunsuz tikililərin cavabdeh tərəfindən inşa edildiyini bildirmişlər. Bu isə o deməkdir ki, cavabdeh həmin qeyri-qanuni tikililəri əsassız və qanuna zidd qaydada icarəyə verməklə qanunsuz sahibkarlıqla məşğul olur. Bu barədə ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir reaksiya verməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Qanunun tələbindən də açıq şəkildə görünür ki, mülkiyyət və digər hüquqların yaranması üçün dövlət qeydiyyatı məcburidir. Belə sənəd mövcud olmadan torpağa yiyələnmək özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Lakin cavabdeh tərəfindən zəbt edilmiş mübahisəli torpaq sahəsi üzərində cavabdehin hər hansı hüququnun mövcud olması barədə daşınmaz əmlakın dövlət reyestrindən heç bir sənəd verilməmişdir. Bu hal belə həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və həmin ərazidə qeyri-qanuni tikililərin inşa edilməsi faktını sübut edir. Cavabdehə dəfələrlə edilmiş şifahi və yazılı müraciətlər bir nəticə vermədiyi üçün mübahisənin məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh tərəfindən Bakı şəhəri, 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan obyektin perimetr boyunca yerləşən hasarına bitişik inşa olunmuş qeyri-qanuni tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi”, yanlışlığın düzəldilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəticə hissəsində qanunsuz tikilinin yerləşdiyi ünvan texniki səhv olaraq ünvan 1şdir. Qanunsuz tikilinin yerləşdiyi ünvanın ünvan 2 maddi hüquqi əsası kimi “Fərmanına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı qərarına, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 110, 111-ci maddələrinə istinad olunmuşdur.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasında izahat vərərək bildirdi ki, “xxx” adlanan qeyriyaşayış obyekti ona məxsusdur. Əvvəllər əlavə tikililər mövcud idi. İddiaçı tərəfindən həmin əlavə tikililərin sökülməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Bundan sonra həmin əlavə tikililəri sökmüşdür. Hazırda ona məxsus obyekt iddiaçının hasarından aralı yerləşir. Həmçinin “xx” adlanan tikili ona məxsus deyildir. Orada yerləşən sanitar qovşağı da “xx” adlanan tikiliyə məxsusdur.Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası “X3” MMC-nin xx.xx.2022-ci il tarixli, 226 saylı mütəxəssis rəyindən məlum olur ki, , "xxxx" İstehsalat Birliyi MMC, İddiaçı MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, reyestr nömrəsi **********53-12101 olan Texniki Pasportu ilə müəyyən edilmiş sərhəd hasarına yaxın olan, ünvan 3 ünvanında yerləşən “Möhürcü” və “xxx” adları ilə fəaliyyət göstərən mübahisəli qeyri-yaşayış sahələri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2016-cı il tarixli, 1 №-li qərarfnm “Xüsusi Tikinti Normalari”nın tələblərinə əsasən mühafizə olunan zonasının perimetrindən qüvvədə olan normativ sənədlərin, yanğına qarşı ara məsafələrinin, eləcə də həmin tələblərdə göstərilən fiziki mühafizə məqsədilə quraşdırılmış videomüşahidə sisteminin sərbəst görüntüsünün yayılma tələblərinə uyğun inşa edilməmişdir.

9. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən Vəkil 810001 nömrəli sorğusuna göndədrilmiş 20 iyun 2023-cü il tarixli 326/208/1274/23 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2005-ci il tarixli ”nın 6-cı bəndinə əsasən, Nazirliyi üzrə xüsusi əhəmiyyətli və rejimli müəssisələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış və Nazirlik tərəfindən təsdiq edilmişdir. Həmin siyahıya uyğun olaraq, “” xüsusi əhəmiyyətli müəssisələrin siyahısına daxil edilmişdir. Həmçinin həmin Qaydanın 10-cu bəndinə əsasən xüsusi əhəmiyyətli və rejimli binaların perimetr üzrə mühafizə hasarının xarici tərəfindən ona bitişik olmaqla, hər hansı tikililərin inşa edilməsinə yol verilmir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-ci il tarixli 10/432 №-li saylı ekspert rəyindən görünür ki, baxış zamanı təqdim olunan mübahisəli tikililərin İddiaçı Bakı şəhəri, 1 ünvanında yerləşən X4 istifadəsinə ayrılmış ərazinin xx.xx.2022-ci il tarixli, **********53-12101 reyestr nömrəli Texniki Pasportda qeyd olunan perimetr hasarının hüdudlarından kənarda yerləşdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2016-cı il tarixli, 1 nömrəli qərarı ilə təsdiq olunmuş xüsusi tikinti normaları Azərbaycan Respublikasının həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərinin bina, otaq və perimetr hasarlarının konstruksiya elementlərinin fiziki mühafizə üsullarını, həmçinin həmin obyektlərin mühəndis-texniki vasitələrlə və təhlükəsizlik sistemləri ilə təchiz edilməsi parametrləri və qaydasını müəyyən edir. Həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısı və onların təhlükəsizlik kateqoriyası təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısı əldə olunmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğu qeyd olunan obyektin xüsusi tikinti normalarının təsiri altına düşüb-düşməməsini müəyyən etmək olar. Baxış zamanı təqdim olunan mübahisəli tikililərin İddiaçı Bakı şəhəri, 1 ünvanında yerləşən X4 perimetr hasarından aralıda yerləşməsini (sanitar qovşağı 1 metr aralıda, dəmir konstruksiyalı xxx 2-2,1 metr aralıda) nəzərə alaraq, həmin tikililərin yerləşməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2016-cı il tarixli, nömrəli qərarına əsasən xüsusi tikinti normalarının tələblərinin pozulmadığı müəyyən edilir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2023-ci il tarixli 10/5458 №-li ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı təqdim olunan mübahisəli tikililərin İddiaçı Bakı şəhəri, 1 ünvanında yerləşən X4 istifadəsinə ayrılmış ərazinin xx.xx.2022-ci il tarixli, **********53-12101 reyestr nömrəli Texniki Pasportda qeyd olunan perimetr hasarının hüdudlarından kənarda yerləşdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2016-cı il tarixli, nömrəli qərarı ilə təsdiq olunmuş xüsusi tikinti normaları Azərbaycan Respublikasının həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərinin bina, otaq və perimetr hasarlarının konstruksiya elementlərinin fiziki mühafizə üsullarını, həmçinin həmin obyektlərin mühəndis-texniki vasitələrlə və təhlükəsizlik sistemləri ilə təchiz edilməsi parametrləri və qaydasını müəyyən edir. Həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısı və onların təhlükəsizlik kateqoriyası Azərbaycan Respublikası X1 Agentliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin siyahısı əldə olunmaqla İddiaçınə məxsus olduğu qeyd olunan obyektin xüsusi təyinatlı obyektlər siyahısına daxil olub-olmamasını və xüsusi tikinti normalarının təsiri altına düşüb-düşməməsini müəyyən etmək olar.

12. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubunda görünür ki, zəbt edilmiş İddiaçınə məxsus Bakı şəhəri, 1 ünvanında yerləşən torpaq sahəsinin boşaldılması və zəbt edilmiş torpaq sahəsində inşa edilmiş qeyri-qanuni tikililərin onun vəsaiti hesabına sökülməsi barədə xəbərdarlıq edimişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

14. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2016-cı il tarixli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin fiziki mühafizəsi və mühəndis təhlükəsizlik sistemləri ilə təchiz edilməsi üzrə Xüsusi Tikinti Normalarında qeyd olunur: 9.1.12.1. hasarlamaya heç bir əlavə tikili bitişik olmamalıdır. Hasarlama perimetrinin tərkib hissəsi olan binalar istisna təşkil edir. Bu halda, həmin bina mərtəbələrinin mühafizə olunmayan əraziyə açılan pəncərələri metal şəbəkələrlə təchiz edilməlidir. Binanın zahiri görünüşünün ona bitişik tikililərin ümumi ansamblına uyğunlaşdırılması zəruri olduğu halda, xüsusi konstruksiyalar və zirehləndirici plyonkalar, gücləndirilmiş şüşəli səthlərin istifadə edilməsinə icazə verilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

17. İddiaçının iddia tələbi Cavabdeh tərəfindən Bakı şəhəri, 1 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan obyektin perimetr boyunca yerləşən hasarına bitişik inşa olunmuş qeyri-qanuni tikililərin cavabdehin vəsaiti hesabına sökülməsindən ibarətdir.

18. Məhkəmə ilk növbədə qeyd edir ki, vergi uçotuna alınmış fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan (buna dair sübutlar təqdim olunmuşdur) cavabdeh tərəf qeyd edilən halları təkzib edərək, sözügedən ərazidə iddiaçıya məxsus obyektin hasarına bitişik tikililərin çoxdan söküldüyünü, obyektin hasarına bitişik olan ona məxsus heç bir tikilinin artıq mövcud olmadığını bildirmişdir.

19. Məhkəmə tərəfindən sözügedən halın müəyyən edilməsindən ötrü hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdə məhkəmə mühəndis tikinti-texniki ekspertizası və xx.xx.2023-cü il tarixdə əlavə məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizaların aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

20. Yuxarıda qeyd edilən hər iki ekspert rəylərində qeyd edilmişdir ki, baxış zamanı təqdim olunan mübahisəli tikililərin İddiaçı Bakı şəhəri, 1 ünvanında yerləşən X4 istifadəsinə ayrılmış ərazinin xx.xx.2022-ci il tarixli, **********53-12101 reyestr nömrəli Texniki Pasportda qeyd olunan perimetr hasarının hüdudlarından kənarda yerləşdiyi müəyyən edilir. Baxış zamanı təqdim olunan mübahisəli tikililərin İddiaçı Bakı şəhəri, 1 ünvanında yerləşən X4 perimetr hasarından aralıda yerləşməsini (sanitar qovşağı 1 metr aralıda, dəmir konstruksiyalı xxx 2-2,1 metr aralıda) nəzərə alaraq, həmin tikililərin yerləşməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2016-cı il tarixli, 1 nömrəli qərarına əsasən xüsusi tikinti normalarının tələblərinin pozulmadığı müəyyən edilir.

21. Beləliklə ekspert rəylərindən göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilmiş xüsusi tikinti normalarının tələbləri pozulmamışdır.

22. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəfindən mübahisəli tikililərin ona məxsus, onun mülkiyyətində olan torpaq sahəsində inşa olmasına dair sübutlar məhkəməyə təqdim olunmamışdır.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində iddia etdiyi faktlar öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir.

24. Eyni zamanda, məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar