Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1541/2021 21.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Tovuz” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 19.07.2018ci il tarixli BK № 001/MKOS/07.18 və 19.07.2018-ci il tarixli BK №0 02/MKOS/07.18 saylı kredit müqavilələrinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Tovuz” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 19.07.2018-ci il tarixli BK № 002/MKOS/07.18 saylı kredit müqaviləsi üzrə Banka olan 11,309.38 (on bir min üç yüz doqquz manat, otuz səkkiz qəpik) manat əsas, 445,75 (dörd yüz qırx beş manat, yetmiş beş qəpik) manat faiz, 8,237.32 (səkkiz min iki yüz otuz yeddi manat, otuz iki qəpik) manat cərimə olmaqla, ümumilikdə 19,992.45 (on doqquz min doqquz yüz doxsan iki manat, qırx beş qəpik) manat, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Tovuz” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 19.07.2018-ci il tarixli BK №0 01/MKOS/07.18 saylı kredit müqaviləsi üzrə Banka 134,076.99 (yüz otuz dörd min yetmiş altı manat, doxsan doqquz qəpik) manat əsas, 1,326.62 (min üç yüz iyirmi altı manat, altmış iki qəpik) manat faiz, 42,866.31 (qırx iki min səkkiz yüz altmış altı manat, otuz bir qəpik) manat cərimə olmaqla, ümumilikdə 178,269.92 (yüz yetmiş səkkiz min iki yüz altmış doqquz manat, doxsan iki qəpik) manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 62 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun tutulması, İddiaçı ASC-nin “Tovuz” filialı ilə Cavabdeh2 arasında bağlanmış 20.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı ipoteka müqaviləsinə Cavabdeh2 məxsus olan (ƏMDKYDƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 14.05.2018-ci il tarixli çıxarışa əsasən, Seriya RX 1304525; Reyestr nömrəsi; **********61-05301-093001, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 152.40 kv.m ümumi, 89.80 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilə, Cavabdeh1 arasında bağlanmış 20.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı ipoteka müqaviləsinə Cavabdeh1 məxsus olan (ƏMDKYDƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 30.11.2016-cı il tarixli çıxarışa əsasən, Seriya RX 0967246; Reyestr nömrəsi; **********00-10301, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 167.1 kv.m ümumi, 96.2 kv.m yaşayış , 70.9 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli 4 yaşayış otaqlı fərdi yaşayış evi, 0.0305 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək, həmin əmlak hesabına İddiaçı ASC-yə ödənilməsi, İpoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borclu – Cavabdeh3 MMC) tutularaq İddiaçı ASC-yə ödənilməsi, İpoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Tovuz” filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 19.07.2018-ci il tarixli BK №0 02/MKOS/07.18 saylı kredit müqaviləsinə əsasən illik 24% olmaqla 36 (otuz altı) ay müddətinə 20.000 (iyirmi min) AZN, 19.07.2018-ci il tarixli BK № 0 01/MKOS/07.18 saylı kredit müqaviləsinə əsasən illik 6 % (altı), 12 (on iki) ay güzəşt müddəti olmaqla 60 (altmış ) ay müddətinə 160.000 (yüz altmış min) AZN məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 arasında bağlanmış 20.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı ipoteka müqaviləsinə Cavabdeh2 məxsus olan (ƏMDKYDƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 14.05.2018-ci il tarixli çıxarışa əsasən, Seriya RX 1304525; Reyestr nömrəsi; **********61-05301-093001, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 3 ünvanında xüsusi mülkiyyətində olan 152.40 kv.m ümumi, 89.80 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh1 arasında bağlanmış 20.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı ipoteka müqaviləsinə Cavabdeh1 məxsus olan (ƏMDKYDƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 30.11.2016-cı il tarixli çıxarışa əsasən, Seriya RX 0967246; Reyestr nömrəsi; **********00-10301, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 4 ünvanında xüsusi mülkiyyətində olan 167.1 kv.m ümumi , 96.2 kv.m yaşayış , 70.9 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli 4 yaşayış otaqlı fərdi yaşayış evi, 0.0305 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 MMC kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, cavabdeh 22 yanvar 2021-ci il tarixə qədər 19.07.2018-ci il tarixli BK №0 02/MKOS/07.18 saylı kredit müqaviləsi üzrə əsas borcdan 8,690.62 manat, 8,191.57 manat faiz borcundan ödəniş etmişdir. Hazırda borclunun 19.07.2018-ci il tarixli BK №0 02/MKOS/07.18 saylı kredit müqaviləsi üzrə Banka olan borcu 11,309.38 (on bir min üç yüz doqquz manat, otuz səkkiz qəpik) manat əsas, 445,75 (dörd yüz qırx beş manat, yetmiş beş qəpik) manat faiz, 8,237.32 (səkkiz min iki yüz otuz yeddi manat, otuz iki qəpik) manat cərimə olmaqla, ümumilikdə 19,992.45 (on doqquz min doqquz yüz doxsan iki manat, qırx beş qəpik) manat təşkil edir. Belə ki, cavabdeh 22 yanvar 2021-ci il tarixə qədər 19.07.2018-ci il tarixli BK №0 01/MKOS/07.18 saylı kredit müqaviləsi üzrə əsas borcdan 25,923.01 manat, 20,986.54 manat faiz borcundan ödəniş etmişdir. Hazırda borclunun 19.07.2018-ci il tarixli BK №0 01/MKOS/07.18 saylı kredit müqaviləsi üzrə Banka olan borcu 134,076.99 (yüz otuz dörd min yetmiş altı manat, doxsan doqquz qəpik) manat əsas, 1,326.62 (min üç yüz iyirmi altı manat, altmış iki qəpik) manat faiz, 42,866.31 (qırx iki min səkkiz yüz altmış altı manat, otuz bir qəpik) manat cərimə olmaqla, ümumilikdə 178,269.92 (yüz yetmiş səkkiz min iki yüz altmış doqquz manat, doxsan iki qəpik) manat təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 19.07.2018-ci il tarixli BK №0 01/MKOS/07.18 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 18 faiz olmaqla cərimə faizi ödəyir. 3.1.2.-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış 19.07.2018-ci il tarixli BK №0 02/MKOS/07.18 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 48 faiz olmaqla cərimə faizi ödəyir. 3.1.2.-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər razılaşırlar ki, borcalanlar kredit müqaviləsi üzrə öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə sonrakı ipoteka saxlayan tələbinin ödənilməsi üçün məhkəməyə müraciət edilmədən sonrakı ipoteka predmetinə yönəldə bilər. 5.2-ci bəndə əsasən sonrakı ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması, borcalanlar və ya sonrakı ipoteka qoyanın əmlak və ya maliyyə vəziyyəti pisləşdikdə, kredit müqaviləsində və həmçinin bu müqavilədə nəzərdə tutulmuş digər hallarda yaranır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin artırılmasına dair ərizə verərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 19.07.2018-ci il tarixli BK № 01/MKOS/07.18 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 19.07.2018-ci il tarixli BK № 02/MKOS/07.18 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna, 19.07.2021-ci il tarixinə Banka olan 11,309.38 (on bir min üç yüz doqquz manat, otuz səkkiz qəpik) manat əsas, 1,931.63 (bir min doqquz yüz otuz bir manat, altmış üç qəpik) manat faiz, 8,237.32 (səkkiz min iki yüz otuz yeddi manat, otuz iki qəpik) manat cərimə olmaqla, ümumilikdə 21,478.33 (iyirmi bir min dörd yüz yetmiş səkkiz manat, otuz üç qəpik) manat borcun və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialı ilə Cavabdeh3 MMC arasında bağlanmış 20.07.2018-ci il tarixli BK № 01/SKMF/07.18 saylı kredit müqaviləsi üzrə Banka 134,076.99 (yüz otuz dörd min yetmiş altı manat, doxsan doqquz qəpik) manat əsas, 8166.34 (səkkiz min yüz altmış altı manat, otuz dörd qəpik) manat faiz, 42,866.31 (qırx iki min səkkiz yüz altmış altı manat, otuz bir qəpik) manat cərimə olmaqla, ümumilikdə 185,109.64 (yüz səksən beş min yüz doqquz manat, altmış dörd qəpik) manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 62 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun tutulması, İddiaçı ASC-nin “Tovuz” filialı ilə Cavabdeh2 arasında bağlanmış 20.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı ipoteka müqaviləsinə Cavabdeh2 məxsus olan (ƏMDKYDƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 14.05.2018-ci il tarixli çıxarışa əsasən, Seriya RX 1304525; Reyestr nömrəsi; **********61-05301-093001, Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 5 ünvanında xüsusi mülkiyyətində olan 152.40 kv.m ümumi, 89.80 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilə, Cavabdeh1 arasında bağlanmış 20.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı ipoteka müqaviləsinə Cavabdeh1 məxsus olan (ƏMDKYDƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən 30.11.2016-cı il tarixli çıxarışa əsasən, Seriya RX 0967246; Reyestr nömrəsi; **********00-10301, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 167.1 kv.m ümumi, 96.2 kv.m yaşayış, 70.9 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli 4 yaşayış otaqlı fərdi yaşayış evi, 0.0305 ha torpaq sahəsi ilə birlikdə yönəldilərək, həmin əmlak hesabına İddiaçı ASC-yə ödənilməsi, İpoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borclu – Cavabdeh3 MMC) tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə izahatında iddia tələbini qismən etiraf edərək qeyd etdi ki, sahibkarlıq fəliyyətləri ilə bağlı olaraq banka müraciət etmiş və kredit götürmüşdür. Hazırda pomidor istehsalı ilə məşğuldur. Hər il noyabr-mart aylarında məhsullarını yetişdirir, mart ayından etibarən satışlara başlayırlar. Lakin 2020-ci ilin mart ayında COVİD-19 xəstəliyinn yayılması ilə bağlı olaraq mart ayında bütün yerlər bağlanmış satışlarda ciddi problemlə üzləşmişlər. Belə ki, iyun ayında maya dəyəri 1.65 (bir manat, altımış beş qəpik) manat olan məhsullarını 0.4 (qırx qəpik) manat qiymətinə də sata bilməmişlər. Bununla bağlı olaraq Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. İşçilərinin maaşını ödəyə bilmək üçün bir neçə əmlakını satmaq məcburiyyətində qalmışdır. Bütün banklar kredit öhdəliklərini restrukturizasiya etsələr də, iddiaçıya bununla bağlı müraciət etmiş, lakin nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən sonda cavabdeh iddia tələbinin əsas borc hissəsində təmin, cərimə hissəsində rədd edilməsi, kredit ödənişlərinə isə hissə-hissə icra edilməsi ilə bağlı vaxt verilməsini xahiş etmişdir. Cavabdeh3 MMC-nin direktoru X6 iddia ərizəsinə yazılı etirazı təqdim edərək, iddia tələbinin faiz və cərimə borcu hissəsində rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbini əsas borc hissəsində qəbul edir, lakin faiz və cərimə məbləği ilə razı deyillər. Belə ki, Cavabdeh3 MMC kənd təsərüfatı məhsullarının istehsalı (tərəvəz, bostan, kökümeyvəli və köküyumruların becərilməsi) və topdan satışı ilə məşğul olur. Daha dəqiq pomidor məhsulunun becərilməsi və topdan satışını həyata keçirir. Adətən əldə olunan məhsulu Rusiya Federasiyasına ixrac edir. 2020-ci ildə məhsul götürmək üçün 2019-cu ilin dekabrında məhsulun əkin prosesinə başlanmış, lazimi qaydada qulluq edilmiş və mart-iyun aylarına məhsul çıxışı olmuşdur. 2020-ci əkin ilində ümumilikdə 120 ton məhsul götürülmüşdür. Lakin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək ticarət bazarlarında baş verən kəskin dalğalanmalar sahibkarlıq subyektlərinə, o cümlədən onların da sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərmişdir. Bütün dünyada, o cümlədən Azərbaycan Respubikasında və məhsulu ixrac etdikləri Rusiya Federasiyasında ictimai iaşə obyektləri və əsas bazarlar fəaliyyətini dayandıraraq bağlanmışdır. Həmin sahibkarlıq obyektlərinin uzun müddət işləməməsi nəticəsində pomidor məhsullarını sata bilməmiş, nəticədə pomidor məhsulları xarab olmuş və qazanc əldə edə bilməmişlər. Son nəticədə isə digər sahibkarlıq subyektləri qarşısında olan öhdəlikləri də yerinə yetirə bilməmişlər. Koronavirus (COVİD-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq üçün ölkə rəhbərliyi tərəfindən bir sıra qərarlar qəbul edilmişdir. Həmin qərarlardan biri də kredit ödənişləri ilə bağlı olmuşdur. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının təklif etdiyi əlavə dəstəkləyici tədbirlər Azərbaycan Respublikası Mərkəzi X5 23.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə təsdiq edilmişdir. Həmin dətəkləyici tədbirlərin İ hissəsində qeyd edilmişdir ki, koronavirus pandemiyası və qlobal enerji bazarlarında kəskin dalğalanmalar nəticəsində iqtisadi aktivliyin azalması, biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsi və ödəniş qabiliyyətinin pisləşməsi kredit-bank sektorunun maliyyə dayanıqlığına da təsir göstərmiş, bununla əlaqədar, koronavirus pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimindən birbaşa təsirlənən sahələrdə fəaliyyət göstərən sahibkarlara və fiziki şəxslərə ipoteka kreditləri üzrə müvəqqəti requlyativ yumşalmaların qəbul edilməsi zərurəti yaranmış, bu tədbirlər müəyyən edilərkən beynəlxalq maliyyə institutları tərəfindən tənzimləyici orqanlara verilmiş tövsiyələr də nəzərə alınmış, beynəlxalq maliyyə institutları requlyativ yumşalmalarda konservativ mövqe tutmağı, tənzimləyici qərarların maliyyə sektorunda problemlərin gizlədilməsinə imkan yaratmamasını və əsasən maliyyə sektorunda yığılmış sabitlik buferlərindən istifadə etməyi tövsiyə edir. Həmin dətəkləyici tədbirlərin İ hissəsində 3-cü bəndində qeyd edilmişdir ki, 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq kredit faizləri subsidiyalaşdırılan sahibkarların kreditləri restrukturizasiya olunduqda borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq keyfiyyətinin 30 sentyabr 2020-ci ilədək pisləşdirilməməsi, 01 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və dövlət fondlarının (X3, Aqrar Kredit və İnkişaf Agentliyi) vəsaitləri hesabına verilmiş kreditlərin fondların razılığı əsasında (fondların müvafiq normativ sənədlərinə düzəliş edilməklə) 30 sentyabr 2020-ci ilədək restrukturizasiya olunması və bu halda borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq kreditin keyfiyyətinin pisləşdirilməməsi, kredit öhdəliklərinin (əsas borc və ya faiz üzrə) gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin 30 sentyabr 2020-ci il tarixinədək hesablanmaması və tutulmaması banklara tövsiyə edilmişdir. Dəfələrlə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət edilməsinə baxmayaraq restrukturizasiya olunmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Bank” Turanbank” ASC-nin “Tovuz” Filialı, “borcalan” Cavabdeh3 MMC olmaqla imzalanmış 01/SKMF/07.18 saylı 19.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcalana əsas borc məbləğinə 12 ay güzəşt verilməklə 60 (altmış) ay müddətinə qaytarmaq şərti ilə 160.000 (yüz altmış min) Azərbaycan manatı məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. 2.5-ci bəndə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 18 (on səkkiz) faiz olmaqla cərimə faizi ödəyir. “Bank” Turanbank” ASC-nin “Tovuz” Filialı, “borcalan” Cavabdeh3 MMC olmaqla imzalanmış 19.07.2018-ci il tarixli 02/MKOS/07.18 saylı kredit müqaviləsinə əsasən bank borcalana 36 (otuz altı ay) müddətinə qaytarmaq şərti ilə 20.000 (iyirmi min) manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürür. 2.4-cü bəndə əsasən borcalan bu kreditdən istifadəyə görə illik 24 (iyirmi dörd) faiz olmaqla faiz ödəyir. “İpoteka saxlayan” İddiaçı ASC, “ipoteka qoyan” Cavabdeh1, “borcalan” Cavabdeh3 MMC olmaqla imzalanmış 01/SKMF/07.18 saylı 20 iyul 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndə əsasən ipoteka predmeti: ünvan 6 ünvanında xüsusi mülkiyyətində olan 167.1 kv.m ümumi, 96.2 kv.m yaşayış, 70.9 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli 4 yaşayış otaqlı fərdi yaşayış evi 0.0305 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. 2.2-ci bəndə əsasən kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olan ipoteka predmeti AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi dairəsi tərəfindən verilmiş Reyestr **********00- 10301, Qeydiyyat nömrəsi **********, Seriya RX ******* olan 30.11.2016-cı il tarixli çıxarışa əsasən ipotekaqoyana məxsusdur. 3.1-ci bəndə əsasən öhdəliyin mahiyyyəti: 19.07.2018 tarixli, 01/SKMF/07.18 saylı və 19.07.2018-ci il tarixli 02/MKOS/07.18 saylı kredit müqavilələri. 3.2-ci bəndə əsasən öhdəliyin (məbləği): illik 6 (altı) faiz olmaqla 160.000 (bir yüz altımış min) Azərbaycan manatı və 24 (faiz) olmaqla 20.000 (iyirmi min) Azərabaycan manatı, 3.3-cü bəndə əsasən öhdəliyin icra müddəti: kredit müqavilələri üzrə vəsaitin ipoteka qoyana (borcalana) verildiyi tarixdən 19.07.2023 və 19.07.2021-ci il tarixədək. “İpoteka saxlayan” İddiaçı ASC, “ipoteka qoyan” Cavabdeh2, “Borcalan” Cavabdeh3 MMC olmaqla imzalanmış 01/SKMF/07.18 saylı 20 iyul 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ əsasında ona məxsus olan ipoteka predmetini kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndə əsasən ipoteka predmeti: ünvan 7 ünvanında xüsusi mülkiyyətində olan 152.40 kv.m ümumi, 89.80 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil ipoteka qoyulur. 2.2-ci bəndə əsasən kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olan ipoteka predmeti AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr **********61-05301-093001, Qeydiyyat nömrəsi **********, Seriya RX ******* olan 14.05.2018-ci il tarixli çıxarışa əsasən ipotekaqoyana məxsusdur. 3.1-ci bəndə əsasən öhdəliyin mahiyyyəti: 19.07.2018 tarixli, 01/SKMF/07.18 saylı və 19.07.2018-ci il tarixli 02/MKOS/07.18 saylı kredit müqavilələri. 3.2-ci bəndə əsasən öhdəliyin (məbləği): illik 6 (altı) faiz olmaqla 160.000 (bir yüz altımış min) Azərbaycan manatı və 24 (faiz) olmaqla 20.000 (iyirmi min) Azərabycan manatı, 3.3-cü bəndə əsasən öhdəliyin icra müddəti: kredit müqavilələri üzrə vəsaitin ipoteka qoyana (borcalana) verildiyi tarixdən 19.07.2023 və 19.07.2021-ci il tarixədək. AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh1 hüququ yüklü edilən şəxs olmaqla 01/SKMF/07.18 KM və 02/MKOS/07.18 KM saylı öhdəliklər üzrə ünvan 13 fərdi yaşayış evi İddiaçı ASC Tovuz filialının xeyrinə yüklü edilmişdir. AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh2 hüququ yüklü edilən şəxs olmaqla 01/SKMF/07.18 KM və 02/MKOS/07.18 KM saylı öhdəliklər üzrə Bakı şəhəri, Nərimaov rayonu, Xan Şuşinski küçəsi, məhəllə 955/ mənzil 28 ünvanda yerləşən mənzil İddiaçı ASC Tovuz filialının xeyrinə yüklü edilmişdir. İddiaçı ASC-nin Tovuz Filialı tərəfindən Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh1 ünvanlanan 12 noyabr 2020-ci il tarixli 460 nömrəli ipoteka əmlakına tutmanın yönəldilməsinə dair bildirişdə 12 noyabr 2020-ci il tarixinə 02/MKOS/07.18 saylı kredit müqaviləsinə əsasən filiala 4.793,35 (dörd min yeddi yüz doxsan üç manat otuz beş qəpik) manat məbləğində əsas borc və əsas borca hesablanmış 172 (bir yüz yetmiş iki) manat faiz borcu, 1579.41 (bir min beş yüz yetmiş doqquz manat qərx bir qəpik) cərimə faizi borcu olmaqla ümumilikdə 6544.76 (altı min beş yüz qırx dörd manat yetmiş altı qəpik) manat məbləğində gecikmiş borcun ödənilməmiş qalması bildirilmişdir. Borcun ödənilməsi barədə dəfələrlə əlaqə yaradılmasına və kreditin ödənişini gecikdirilməsi barədə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, xəbərdarlıqlardan lazımı nəticə çıxarılmaması, gecikmələri 3 (üç) gün ərizində İddiaçı ASC-nin Tovuz filialına ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə, borcun ödənilməsi kreditin təminatı kimi ipotekaya (girov) qoyulmuş əmlaklar hesabına ödənilməsi tələbi ilə müvafiq məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı ASC-nin Tovuz Filialı tərəfindən Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh1 ünvanlanan 12 noyabr 2020-ci il tarixli 459 nömrəli ipoteka əmlakına tutmanın yönəldilməsinə dair bildirişdə 12 noyabr 2020-ci il tarixinə 01/SKMF/07.18 saylı kredit müqaviləsinə əsasən filiala 25511,77 (iyirmi beş min beş yüz on bir manat, yetmiş yeddi qəpik) manat məbləğində əsas borc və əsas borca hesablanmış 517,32 (beş yüz on yeddi manat, otuz iki qəpik) manat faiz borcu, 10.415,67 (on min dörd yüz on beş manat altımış yeddi qəpik) cərimə faizi borcu olmaqla ümumilikdə 36.444,76 (otuz altı min dörd yüz qırx dörd manat yetmiş altı qəpik) manat məbləğində gecikmiş borcun ödənilməmiş qalması bildirilmişdir. Borcun ödənilməsi barədə dəfələrlə əlaqə yaradılmasına və kreditin ödənişini gecikdirilməsi barədə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, xəbərdarlıqlardan lazımı nəticə çıxarılmaması, gecikmələri 3 (üç) gün ərizində İddiaçı ASC-nin Tovuz filialına ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə, borcun ödənilməsi kreditin təminatı kimi ipotekaya (girov) qoyulmuş əmlaklar hesabına ödənilməsi tələbi ilə müvafiq məhkəmə orqanına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı ASC-nin Tovuz filialı tərəfindən Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan 26 noyabr 2020-ci il tarixli 470 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı ASC-nin Tovuz filialı ilə bağlanmış 19.07.2018-ci il tarixli 02/MKOS/07.18 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə 36 (otuz altı) ay müddətinə, illik 24 % dərəcəsi ilə ödəmək şərti ilə 20 000 (iyirmi min) manat və 19.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı kredit müqaviləsinə əsasən 12 (on iki) ay güzəşt olmaqla 60 ay müddətinə illik 6 % olmaqla 160.000 (bir yüz altmış min) manat məbləğində kredit verilmişdir. Borc üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 ilə 20.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı ipoteka müqaviləsinə əsasən Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr **********61-05301-093001, Qeydiyyat nömrəsi **********, Seriya RX № 1304525) 14.05.2018-ci il tarixli çıxarışa əsasən ünvan 11 ünvanında xüsusi mülkiyyətində olan 152.40 kv.m ümumi, 89.80 km.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil və Cavabdeh1 məxsus Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr **********00-10301-093001, Qeydiyyat nömrəsi **********, Seriya RX № 0967246) 30.11.2016-cı il tarixli çıxarışa əsasən ünvan 12 ünvanında xüsusi mülkiyyətində olan 167.10 kv.m ümumi, 96.2 kv.m yaşayış, 70.9 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 yaşayış otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin icra olunmaması səbəbindən tələbi ipoteka predmetinə yönəltmək məcburiyyətindədirlər. Buna dair ipoteka qoyan Cavabdeh1 12 noyabr 2020-ci il tarixli bildiriş təqdim edilmişdir. Tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş edilmişdir. İddiaçı ASC-nin Tovuz filialı tərəfindən Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan 26 noyabr 2020-ci il tarixli 471 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı ASC-nin Tovuz filialı ilə bağlanmış 19.07.2018-ci il tarixli 02/MKOS/07.18 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 MMC-yə 36 (otuz altı) ay müddətinə, illik 24 % dərəcəsi ilə ödəmək şərti ilə 20 000 (iyirmi min) manat və 19.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı kredit müqaviləsinə əsasən 12 (on iki) ay güzəşt olmaqla 60 ay müddətinə illik 6 % olmaqla 160.000 (bir yüz altmış min) manat məbləğində kredit verilmişdir. Borc üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 ilə 20.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı ipoteka müqaviləsinə əsasən Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr **********61-05301-093001, Qeydiyyat nömrəsi **********, Seriya RX № 1304525) 14.05.2018-ci il tarixli çıxarışa əsasən ünvan 11 ünvanında xüsusi mülkiyyətində olan 152.40 kv.m ümumi, 89.80 km.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil və Cavabdeh1 məxsus Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr **********00-10301-093001, Qeydiyyat nömrəsi **********, Seriya RX № 0967246) 30.11.2016-cı il tarixli çıxarışa əsasən ünvan 12 ünvanında xüsusi mülkiyyətində olan 167.10 kv.m ümumi, 96.2 kv.m yaşayış, 70.9 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 yaşayış otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin icra olunmaması səbəbindən tələbi ipoteka predmetinə yönəltmək məcburiyyətindədirlər. Buna dair ipoteka qoyan Cavabdeh2 12 noyabr 2020-ci il tarixli bildiriş təqdim edilmişdir. Tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması xahiş edilmişdir. ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin portalıdan çıxarışa əsasən, 02 dekabr 2020-ci il taixli ********** qeydiyyat nömrəli ərizə üzrə 10 manat məbləğində dövlət rüsumu, 20 manat məbləğində xidmət haqqı, 02 dekabr 2020-ci il taixli ********** qeydiyyat nömrəli ərizə üzrə 10 manat məbləğində dövlət rüsumu, 20 manat məbləğində xidmət haqqının ödənilməsi təsdiqləmişdir. 28 sentyabr 2021-ci il tarixli 454 nömrəli maliyyə arayışında qeyd olunur ki, borclu “X8” MMC-nin 19 iyul 2018-ci il tarixli 01/SKMF/07.18 nömrəli kredit müqaviləsi üzrə əsas borcdan qalığı 134076.99 (bir yüz otuz dörd min yetmiş altı manat 99 qəpik) manat, faiz borcdan qalığı 8166.34 (səkkiz min yüz altmış altı manat 34 qəpik) manat, cərimə faizi 42866.31 (qırx iki min səkkiz yüz altmış altı manat 31 qəpik) manat, cəmi 185109.64 (Bir yüz səksən beş min yüz doqquz manat 64 qəpik) manat təşkil edir. 28 sentyabr 2021-ci il tarixli 453 nömrəli maliyyə arayışında qeyd olunur ki, borclu “X8” MMC-nin 19 iyul 2018-ci il tarixli 02/MKOS/07.18 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna, 19.07.2021-ci il tarixinə əsas borcdan qalığı 11309.38 (on bir min üç yüz doqquz manat 38 qəpik) manat, faiz borcdan qalığı 1931.63 (bir min doqquz yüz otuz bir manat 63 qəpik) manat, cərimə faizi 8237.32 (səkkiz min iki yüz otuz yeddi manat 32 qəpik) manat, cəmi 21478.33 (iyirmi bir min dörd yüz yetmiş səkkiz manat 33 qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş ƏEM/A 15-781 saylı 06 avqust 2021-ci il tarixli ekspert rəyində ünvan 11 ünvanında xüsusi mülkiyyətində olan 152.40 kv.m ümumi, 89.80 km.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilin bazar dəyəri 250.000 manat, likvid dəyəri isə 238.000 manat, ünvan 12 ünvanında xüsusi mülkiyyətində olan 167.10 kv.m ümumi, 96.2 kv.m yaşayış, 70.9 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 4 yaşayış otaqlı fərdi yaşayış evinin 0.0305 ha torpaq sahəsi ilə birlikdə 06 avqsut 2021-ci il tarixinə bazar dəyəri 110.000 manat, likvid dəyəri isə 105.000 manat olaraq qeyd olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli 9/3798 saylı ekspert rəyinin nəticə hissəsində 19 iyul 2018-ci il tarixli, 01/SKMF/07.18 saylı kredit müqaviləsi üzrə rəyin nəticə hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 19 iyul 2018-ci il tarixli 01/SKMF/07.18 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə olan borcu 29 mart 2021-ci il tarixə (maliyyə arayışının tarixinə) 136.900,80 manat: əsas borc üzrə 134.076,99 manat, faiz borcu üzrə 2.823,81 manat, 17 iyul 2021-ci il tarixə (rəy verilən tarixə) 139.314,18 manat: əsas borc üzrə 134.076,99 manat, faiz borcu üzrə 5.237,19 manat, 19 iyul 2018-ci il tarixli, 02/MKOS/07.18 saylı kredit müqaviləsi üzrə rəyin nəticə hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 19 iyul 2018-ci il tarixli 02/MKOS/07.18 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh3 MMC-nin İddiaçı ASC-yə olan borcu 29 mart 2021-ci il tarixə (maliyyə arayışının tarixinə) 12.260,56 manat: əsas borc üzrə 11.309,38 manat, faiz borcu üzrə 951,18 manat, 17 iyul 2021-ci il tarixə (rəy verilən tarixə) 13.074,83 manat: əsas borc üzrə 11.309,38 manat, faiz borcu üzrə 1.765,45 manat qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh3 MMC arasında 19 iyul 2018-ci il tarixli, 01/SKMF/07.18 saylı və 19 iyul 2018ci il tarixli, 02/MKOS/07.18 saylı kredit müqavilələri bağlanmışdır. Birinci müqavilə üzrə bank borc məbləğinə 12 ay güzəşt verilməklə 60 ay müddətinə qaytarmaq şərti ilə 160.000 (bir yüz altmış min) manat, ikinci müqavilə üzrə isə bank 36 ay müddətinə qaytarmaq şərti ilə 20.000 manat məbləğində krediti borcalana verməyi, borc alan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və həmin kreditə hesablanmış faziləri banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də cavabdeh tərəf bağlanmış müqavilə üzrəöhdəliklərini tam və vaxtında yerinə yetirməməsi səbəbindən iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-ci maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə cavabdehin kredit müqaviləsi üzrə bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin banka borcunun yarandığını nəzərə alaraq hesab edir ki, 19.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə 134.076,99 manat əsas, 8.166,34 manat faiz borcu, 19.07.2018-ci il tarixli, 02/MKOS/07.18 saylı kredit müqaviləsi üzrə 11.309,38 manat əsas, 1.931,63 manat faiz borcu Cavabdeh3 MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, 19.07.2018-ci il tarixli 02/MKOS/07.18 saylı kredit müqaviləsi üzrə tələb olunan 8.237,32 manat məbləğində dəbbə pulunun 1.103 manat həddinədək, 19.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı kredit müqaviləsi üzrə tələb olunan 42.866,31 manat məbləğində dəbbə pulunun 13.400 manat məbləğində azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimaov rayonu, Xan Şuşinski küçəsi, məhəllə 955/ mənzil 28 ünvanda yerləşən mənzil eləcə də, Cavabdeh1 məxsus ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evi 0.0305 ha torpaq sahəsi ilə birlikdə açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimaov rayonu, Xan Şuşinski küçəsi, məhəllə 955/ mənzil 28 ünvanda yerləşən mənzilin likvid dəyəri əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 238.000 manat məbləğində, Cavabdeh1 məxsus ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evi 0.0305 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni 105.000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsindən məlum olur ki, iddiaçı iddia tələbində həm də ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borclu-X8 MMC) tutularaq “TuranBank ASC”-yə ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq banka təhvil verilməsini də qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, ipoteka haqqında Azərbaycan Respublikası Qanunun 59.4-cü madəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə iddiaçının hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutulması tələbinə münasibətdə qeyd edir ki, borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 62 manat rüsum, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum, eləcə də, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 100 manat və məhkəmə əmtəəşünaslıq ekspertizası ilə bağlı olaraq ödənilməli olan cəmi 600 manat cavabdehdən tutulmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin bank rekvizitləri aşağıdakılardır: Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 19.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə 134.076,99 manat əsas, 8.166,34 manat faiz, 13.400 manat məbləğində dəbbə pulu, 02/MKOS/07.18 müqaviləsi üzrə 11.309,38 manat əsas, 1.931,63 manat faiz borcu, 1.103 manat məbləğində dəbbə pulu, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 62 manat rüsum, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum Cavabdeh3 MMC-dən tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 100 manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmə əmtəəşünaslıq ekspertizası ilə bağlı olaraq "xxxx" MMC-yə ödənilməli olan 600 manat Cavabdeh3 MMC-dən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və "xxxx" MMC-yə ödənilməlidir. Tutma Cavabdeh2 məxsus ünvan 8 ünvanda yerləşən mənzilə eləcə də, Cavabdeh1 məxsus ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evinə 0.0305 ha torpaq sahəsi ilə birlikdə yönəldilməli, həmin daşınmaz əmlaklar (ipoteka predmeti) açıq hərracda satılmalı və əldə olunan vəsait Cavabdeh3 MMC-nin iddiaçıya olan borclarının ödənilməsinə yönəldilməli, daşınmaz əmlakların satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 və Cavabdeh1 verilməli, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimaov rayonu, Xan Şuşinski küçəsi, məhəllə 955/ mənzil 28 ünvanda yerləşən mənzilin likvid dəyəri 238.000 manat məbləğində, Cavabdeh1 məxsus ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evi 0.0305 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 105.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlaklar boşaldılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı kredit müqaviləsi ləğv edilsin. 19.07.2018-ci il tarixli 01/SKMF/07.18 saylı kredit müqaviləsi üzrə 134.076,99 manat əsas, 8.166,34 manat faiz, 13.400 manat məbləğində dəbbə pulu, 02/MKOS/07.18 müqaviləsi üzrə 11.309,38 manat əsas, 1.931,63 manat faiz borcu, 1.103 manat məbləğində dəbbə pulu, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyata alınması üçün ödənilmiş 62 manat rüsum, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum, Cavabdeh3 MMC-dən tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 100 manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmə əmtəəşünaslıq ekspertizası ilə bağlı olaraq "xxxx" MMC-yə ödənilməli olan 600 manat Cavabdeh3 MMC-dən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına və "xxxx" MMC-yə ödənilsin. Tutma Cavabdeh2 məxsus ünvan 14 ünvanda yerləşən mənzilə eləcə də, Cavabdeh1 məxsus ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evinə 0.0305 ha torpaq sahəsi ilə birlikdə yönəldilsin, həmin daşınmaz əmlaklar (ipoteka predmeti) açıq hərracda satılsın və əldə olunan vəsait Cavabdeh3 MMC-nin iddiaçıya olan borclarının ödənilməsinə yönəldilsin. Daşınmaz əmlakların satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 və Cavabdeh1 verilsin. İpoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, məhəllə 955/ mənzil 28 ünvanda yerləşən mənzilin likvid dəyəri 238.000 manat məbləğində, Cavabdeh1 məxsus ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evi 0.0305 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 105.000 manat məbləğində müəyyən edilsin. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlaklar boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1541/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1541/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver