Məhkəmə qərarları › İş №e-2-2(113)-1542/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1542/2021

03.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1542/2021 03.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ) qarşı "ödənilmiş verginin geri qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "İddiaçı” Açıq Səhmdar Cəmiyyəti ("İddiaçı” ASC) cavabdeh "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx” MMC) (üçüncü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 9372,29 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2766/2018 saylı 30 mart 2018-ci il tarixli icra sənədinə və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 08 fevral 2019-cu il tarixli sifariş məktubuna əsasən Cəlilabad rayonu, Göytəpə şəhəri, Vüqar Mürsəlov küçəsində yerləşən 147,4 kv.m ümumi sahədən ibarət 98 A saylı fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 29 aprel 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 03 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “xxxx” MMC-yə 1505,5 (min beş yüz beş manat əlli qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 05 dekabr 2019-cu il tarixdə həmin əmlakla bağlı İddiaçı ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1044/2017 saylı 12 aprel 2017-ci il tarixli icra sənədinə və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin 10 sentyabr 2018-ci il tarixli sifariş məktubuna əsasən Lənkəran rayonu, Kənarmeşə kəndində yerləşən 179,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 03 yanvar 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 03 sentyabr 2019-cu il tarixli hesabfakturaya əsasən “xxxx” MMC-yə 3645,6 (üç min altı yüz qırx beş manat altmış qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 05 dekabr 2019-cu il tarixdə həmin əmlakla bağlı İddiaçı ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5524/2011 saylı 08 dekabr 2011-ci il tarixli icra sənədinə və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2019-cu il tarixli sifariş məktubuna əsasən Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 18,0261 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 03 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “xxxx” MMC-yə 199 (yüz doxsan doqquz) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 25 sentyabr 2019-cu il tarixdə həmin əmlakla bağlı “xxxx” İKB ASC-nin (hazırki adı İddiaçı ASC) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5524/2011 saylı 08 dekabr 2011-ci il tarixli icra sənədinə və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2019-cu il tarixli sifariş məktubuna əsasən Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 20,15 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 21 iyun 2019cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə imzalanmışdır. 17 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “xxxx” MMC-yə 222,45 (iki yüz iyirmi iki manat qırx beş qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 25 sentyabr 2019-cu il tarixdə həmin əmlakla bağlı “xxxx” İKB ASC-nin (hazırki adı İddiaçı ASC) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5524/2011 saylı 08 dekabr 2011-ci il tarixli icra sənədinə və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2019-cu il tarixli sifariş məktubuna əsasən Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 19,2322 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 17 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “xxxx” MMC-yə 212,32 (iki yüz on iki manat otuz iki qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 25 sentyabr 2019-cu il tarixdə həmin əmlakla bağlı “xxxx” İKB ASC-nin (hazırki adı İddiaçı ASC) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5524/2011 saylı 08 dekabr 2011-ci il tarixli icra sənədinə və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2019-cu il tarixli sifariş məktubuna əsasən Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 19,5147 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 17 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “xxxx” MMC-yə 215,44 (iki yüz on beş manat qırx dörd qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 25 sentyabr 2019-cu il tarixdə həmin əmlakla bağlı “xxxx” İKB ASC-nin (hazırki adı İddiaçı ASC) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5524/2011 saylı 08 dekabr 2011-ci il tarixli icra sənədinə və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2019-cu il tarixli sifariş məktubuna əsasən Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 41,31 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 17 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “xxxx” MMC-yə 456,06 (dörd yüzəlli altı manat altı qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 26 sentyabr 2019-cu il tarixdə həmin əmlakla bağlı “xxxx” İKB ASC-nin (hazırki adı İddiaçı ASC) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5524/2011 saylı 08 dekabr 2011-ci il tarixli icra sənədinə və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2019-cu il tarixli sifariş məktubuna əsasən Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 15,0459 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 17 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “xxxx” MMC-yə 166,10 (yüz altmış altı manat on qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 25 sentyabr 2019-cu il tarixdə həmin əmlakla bağlı “xxxx” İKB ASC-nin (hazırki adı İddiaçı ASC) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5524/2011 saylı 08 dekabr 2011-ci il tarixli icra sənədinə və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2019-cu il tarixli sifariş məktubuna əsasən Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 12,1247 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 17 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “xxxx” MMC-yə 133,85 (yüz otuz üç manat səksən beş qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 25 sentyabr 2019-cu il tarixdə həmin əmlakla bağlı “xxxx” İKB ASC-nin (hazırki adı İddiaçı ASC) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5524/2011 saylı 08 dekabr 2011-ci il tarixli icra sənədinə və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2019-cu il tarixli sifariş məktubuna əsasən Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 19,042 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 17 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “xxxx” MMC-yə 210,22 (iki yüz onmanat iyirmi iki qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 25 sentyabr 2019-cu il tarixdə həmin əmlakla bağlı “xxxx” İKB ASC-nin (hazırki adı İddiaçı ASC) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5524/2011 saylı 08 dekabr 2011-ci il tarixli icra sənədinə və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2019-cu il tarixli sifariş məktubuna əsasən Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 8,6779 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 17 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “xxxx” MMC-yə 95,8 (doxsan beş manat səksən qəpik) AZN məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 26 sentyabr 2019-cu il tarixdə həmin əmlakla bağlı “xxxx” İKB ASC-nin (hazırki adı İddiaçı ASC) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5524/2011 saylı 08 dekabr 2011-ci il tarixli icra sənədinə və Binəqədi rayon İcra və Probasiya Şöbəsinin 13 mart 2019-cu il tarixli sifariş məktubuna əsasən Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 27,6249 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 17 sentyabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “xxxx” MMC-yə 304,97 (üç yüz dörd manat doxsan yeddi qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 25 sentyabr 2019-cu il tarixdə həmin əmlakla bağlı “xxxx” İKB ASC-nin (hazırki adı İddiaçı ASC) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-280/2019 saylı 05 fevral 2019-cu il tarixli icra sənədinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 12 iyun 2019-cu il tarixli sifariş məktubuna əsasən Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 18 saylı evin 14 saylı mənzili ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 13 sentyabr 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 26 dekabr 2019-cu il tarixli hesab-fakturaya əsasən “xxxx”MMC-yə 1000,58 (min manat əlli səkkiz qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7729/2018 saylı 10 oktyabr 2018-ci il tarixli icra sənədinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 05 avqust 2019-cu il tarixli sifariş məktubuna əsasən Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 32A/78 saylı evin 8 saylı mənzili ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 08 noyabr 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. 26 dekabr 2019-cu iltarixli hesab-fakturaya əsasən “xxxx” MMC-yə 1004,40 (min dörd manat qırx qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 29 dekabr 2019-cu il tarixdə həmin əmlakla bağlı “xxxx” İKB ASC-nin (hazırki adı İddiaçı ASC) adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Qeyd olunan məbləğlərin Banka geri qaytarılması ilə bağlı “xxxx” MMC-yə 28 yanvar 2021-ci il tarixdə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, bank tərəfindən sadələşdirilmiş vergi olaraq ödənilmiş yuxarıda qeyd olunan məbləğlərin 5 gün müddətində iddiaçıya qaytarılması xahiş olunmuş, ödənilmiş sadələşdirilmiş vergi məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, yaşayış və qeyri- yaşayış sahələrinin təqdim edilməsi əməliyyatına münasibətdə vergi qanunvericiliyi ödənilməli olan vergi növü olaraq sadələşdirilmiş vergini müəyyən etmişdir. Belə ki, AR Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin 2020-ci ilin yanvar ayınadək qüvvədə olmuş redaksiyasına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1. 16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edilmişdir. Bu zaman, sadələşdirilmiş verginin vergitutma obyekti həmin Məcəllənin 219.3-1 -ci maddəsinə müvafiq olaraq daşınmaz əmlakın sahəsidir. Sadələşdirilmiş verginin digər vergitutma obyektlərindən fərqli olaraq yaşayış və qeyri- yaşayış sahələrinin təqdim edilməsinə münasibətdə vergitutmanın forması kimi "bilavasitə mənbədən” forması nəzərdə tutulmuşdur. Qeyd olunan əməliyyatlar çərçivəsində sadələşdirilmiş verginin "bilavasitə mənbədən” tutulmasını həyata keçirmək öhdəliyi yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilmə üsulundan asılı olaraq iki fərqli subyekt arasında bölüşdürülmüşdür. Birinci halda, Vergi Məcəlləsinin 150.1.9-ci maddəsinə müvafiq olaraq torpaq, yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1. 16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur. İkinci halda isə, vergini ödəmə mənbəyində tutmaq öhdəliyi həmin Məcəllənin 150.1.13- cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.2ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatların üzərinə qoyulmuşdur. Qeyd olunan normada və yaxud vergi qanunvericiliyinin digər normalarında ixtisaslaşdırılmış təşkilatlar tərəfindən sadələşdirilmiş verginin məhz yaşayış və ya qeyri yaşayış sahəsinin mülkiyyətçisindən tutulması göstərilməmişdir. Beləliklə, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sadələşdirilmiş verginin hesablanmasını, tutulmasını və dövlət büdcəsinə ödənilməsini notariuslar və hərracın nəticələrini təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar həyata keçirir. Qeyd etmək lazımdır ki, vergitutma ilə bağlı öhdəliyin hansı subyektin üzərinə qoyulmasından asılı olmayaraq, vergitutmanın yalnız "bilavasitə mənbədən" forması nəzərdə tutulur və yaranan münasibətlərdə əmlakı təqdim edən, yəni gəlir əldə edən şəxsin iştirakı birmənalı olaraq istisna edilir. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sadələşdirilmiş verginin tutulması, bəyan edilməsi və dövlət büdcəsinə ödənilməsinin qaydası xüsusi olaraq müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 150.3-1 -ci maddəsinə əsasən notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Ümumiyyətlə, vergi qanunvericiliyi baxımından hesab olunur ki, yaşayış və qeyri- yaşayış sahələrini təqdim edən şəxs formasından asılı olmayaraq müəyyən gəlir əldə edir və həmin gəlirin mənbəyi qismində əmlakı mülkiyyətinə qəbul edən şəxs çıxış edir. Bu zaman, əmlakı təqdim edən şəxsin əldə etdiyi gəliri və çəkdiyi xərclər arasında fərqin mənfi, yaxud müsbət olması, yəni zərərə məruz qalıbqalmaması heç bir əhəmiyyət daşımır. İpoteka saxlayanın icra olunmamış kredit öhdəliyi əvəzində ipoteka predmetini təşkil edən əmlakları alması ilə bağlı məsələyə gəldikdə ilk növbədə vergitutma məqsədləri baxımından "təqdim etmə" anlayışına münasibətin bildirilməsi zəruridir. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən mülkiyyət hüququnun başqasına verilməsi hesab olunan "təqdim etmə" anlayışı bir qayda olaraq sadalanan əməliyyatları özündə ehtiva edir satış; mübadilə; hədiyyə vermə; natura şəklində əmək haqqı ödəmə natura şəklində digər ödəmələr, həmçinin girov predmeti üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi. Qeyd olunan anlayışdan aydın olur ki, girov predmeti üzrə mülkiyyət hüququnun girov saxlayana keçməsi "təqdim etmə" anlayışı ilə tam əhatə olunur. İpoteka predmetini təşkil edən yaşayış və qeyriyaşayış sahələrinin icra edilməmiş kredit öhdəliyi qarşılığında ipoteka saxlayanın mülkiyyətinə keçməsi vergitutma məqsədləri üçun təqdim edilmə sayılır və sadələşdirilmiş verginin obyektini təşkil edir. Təsvir olunan münasibətlərdə əmlakı əldə edən qismində ipoteka saxlayan çıxış edir. İpoteka predmetini təşkil edən əmlakın mülkiyyətindən çıxması qarşılığında ipoteka qoyan kredit üzrə öhdəliklərinin tam və ya qismən əvəzləşdirilməsi formasında müəyyən gəlir əldə edir. Məsələyə bu mövqedən yanaşdıqda hərracın nəticələrini müvafiq protokolla rəsmiləşdirən ixtisaslaşdırılmış təşkilat tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması haqqında tələbi məhz ipoteka saxlayana qarşı yönəlməlidir. Bu zaman sadələşdirilmiş verginin tutulduğu şəxs ipoteka saxlayan olsa da, bu vergi məbləği ipoteka qoyanın hesabına aid edilir. Qeyd olunan mövqe "İpoteka haqqında" Qanunun müddəaları ilə də uzlaşır. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən ipoteka müqaviləsinin şərtlərinə və ya həmin Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Göründüyü kimi ‘İpoteka haqqında" Qanun ipoteka əməliyyatı ilə bağlı yaranan vergi öhdəliyinin ipoteka saxlayandan tutulmasını və onun üzərinə düşən vergi yükünün ipoteka predmetinin dəyərindən ödənilməsini mümkün edir. Digər tərəfdən, Mülki Məcəllənin 319.3-cü maddəsi müəyyən edir ki, ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. İpoteka münasibətlərini tənzimləyən mülki qanunvericilik tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi zamanı meydana gələn istənilən xərclərin satınalma qiymətindən tutulmasını və bu qiymətin alıcı tərəfindən ödənilməli olduğunu müəyyən edir. Hazırkı halda ipoteka predmetini öz mülkiyyətinə qəbul etməsi ilə əlaqədar ipoteka saxlayandan tutulan sadələşdirilmiş verginin ipoteka predmetinin dəyərindən ödənilməsi həmin vergi məbləğinin ipoteka qoyanın kredit borcunun əvəzləşdirilən hissəsinin azaldılması yolu ilə baş verir. Xüsusi olaraq göstərmək lazımdır ki, vergi qanunvericiliyi mülkiyyət hüququnun ipoteka qoyana keçməsi formasında ipoteka predmetinin təqdim edilməsini sadələşdirilmiş vergi öhdəliyini istisna edən hal kimi müəyyən etmir. Başqa sözlə, ipoteka predmetinin ipoteka saxlayanın mülkiyyətinə keçməsi ilə bağlı vergi azadolması nəzərdə tutulmamışdır. Ümumiyyətlə, qanunvericiliyin təhlilində sistemli yanaşmanın zəruri olduğunu nəzərə alaraq hesab edirik ki, ipoteka predmeti üzərində mülkiyyət hüququnu əldə edən şəxslərin statusundan və hərracın nəticələrindən asılı olaraq sadələşdirilmiş verginin fərqli qaydada tutulması ağlabatan hesab oluna bilməz. Bır halda ipoteka predmetinin baş tutulmuş hərrac nəticəsində üçüncü şəxslərə satılması zamanı sadələşdirilmiş verginin onlardan tutulması, ikinci halda isə hərracın baş tutmaması ilə əlaqədar ipoteka predmetinin ipoteka saxlayanın mülkiyyətinə keçməsi zamanı verginin əmlaka mülkiyyət hüququ əldə edəndən deyil, ipoteka qoyandan tutulması ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi, eləcə də mütənasiblik prinsiplərinə uyğun gəlmir. İddiaçının digər mövqeyinə görə hərracın yekunu olaraq iddiaçının əldə etdiyi əmlak gələcəkdə satıldıqda bank tərəfindən yenidən sadələşdirilmiş vergi ödəniləcək ki, bu da eyni əmlakla bağlı iki dəfə vergiyə cəlb edilməyə səbəb olacaq. İddiaçının bu dəlili ilə bağlı bildirilir ki, ipoteka predmetini mülkiyyətinə qəbul etməsinə görə ipoteka saxlayandan sadələşdirilmiş verginin tutulması və həmin predmetin sonradan üçüncü şəxslərə satışı zamanı sadələşdirilmiş verginin ödənilməsi təkrar vergitutma hesab oluna bilməz. Belə ki, birinci halda ipoteka saxlayandan tutulan sadələşdirilmiş vergi onun hesabına deyil, ipoteka qoyanın hesabına aid edilir və həmin vergini dolayı olaraq ipoteka qoyan ödəmiş hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, ipoteka predmetinə mülkiyyət hüququnun kredit borcu qarşılığında ipoteka saxlayana keçməsi prosesini rəsmiləşdirən hərrac təşkilatı sadələşdirilmiş vergi məbləğini ödəmə mənbəyində ipoteka saxlayandan tutaraq dövlət büdcəsinə ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi məhkəməyə təqdim edilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən məlum olur ki: - Cəlilabad rayonu, Göytəpə şəhəri, Vüqar Mürsəlov küçəsində yerləşən 147,4 kv.m ümumi sahədən ibarət 98 A saylı fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmiş, 29 aprel 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 03 sentyabr 2019-cu il tarixli ödəniş taprığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 1505,5 (min beş yüz beş manat əlli qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Lənkəran rayonu, Kənarmeşə kəndində yerləşən 179,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmiş, 03 yanvar 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 03 sentyabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 3645,6 (üç min altı yüz qırx beş manat altmış qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 18,0261 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmiş, 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 03 sentyabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 199 (yüz doxsan doqquz) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 20,15 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmiş, 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 17 sentyabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 222,45 (iki yüz iyirmi iki manat qırx beş qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 19,2322 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmiş, 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 17 sentyabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 212,32 (iki yüz on iki manat otuz iki qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 19,5147 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmiş, 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 17 sentyabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 215,44 (iki yüz on beş manat qırx dörd qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 41,31 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmiş, 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 17 sentyabr 2019-cu il tarixli ödəniş tapşırığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 456,06 (dörd yüzəlli altı manat altı qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 15,0459 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmiş, 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 17 sentyabr 2019-cu il tarixli ödəniş taprığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 166,10 (yüz altmış altı manat on qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 12,1247 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmiş, 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 17 sentyabr 2019-cu il tarixli ödəniş taprığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 133,85 (yüz otuz üç manat səksən beş qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 19,042 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmiş, 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 17 sentyabr 2019-cu il tarixli ödəniş taprığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 210,22 (iki yüz onmanat iyirmi iki qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 8,6779 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmiş, 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 17 sentyabr 2019-cu il tarixli ödəniş taprığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 95,8 (doxsan beş manat səksən qəpik) AZN məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən 27,6249 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmiş, 21 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 17 sentyabr 2019-cu il tarixli ödəniş taprığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 304,97 (üç yüz dörd manat doxsan yeddi qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 18 saylı evin 14 saylı mənzili ilə bağlı hərrac keçirilmiş, 13 sentyabr 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 26 dekabr 2019-cu il tarixli ödəniş taprığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 1000,58 (min manat əlli səkkiz qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 32A/78 saylı evin 8 saylı mənzili ilə bağlı hərrac keçirilmiş, 08 noyabr 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 26 dekabr 2019-cu iltarixli ödəniş taprığına əsasən "xxxx” İKB ASC (indiki "İddiaçı” ASC) tərəfindən “xxxx” MMC-yə 1004,40 (min dörd manat qırx qəpik) manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. "İddiaçı” ASC tərəfindən “xxxx” MMC-yə 28 yanvar 2021-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq MMC-yə ödənilmiş 9372,29 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin 5 gün müddətində banka geri qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, müvafiq icra və probasiya şöbələri tərəfindən verilmiş sifariş əsasında hərrac təşkilatçısı olan "xxxx” MMC tərəfindən ipoteka predmetləri olan daşınmaz əmlaklar satışa çıxarılmış və "xxxx Bank” ASC (indiki "İddiaçı” ASC) tərəfindən həmin əmlaklar satın alınmışdır. Bununla bağlı müvafiq protokollar tərtib edilmiş və "xxxx Bank” ASC ilə hərracın təşkilatçısı olan "xxxx” MMC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr bağlanılmışdır. Nəticə etibarilə "xxxx” MMC tərəfindən AR Vergi Məcəlləsinin 150.1.3-cü maddəsinə müvafiq olaraq bankdan ümumilikdə 9372,29 manat məbləğində ödəmə mənbəyində sadələşdirilmiş vergi tutularaq büdcəyə ödənilmişdir. Belə ki, qeyd olunan normada yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ödəmə mənbəyində vergi tutulması nəzərdə tutulmuşdur. Hazırda iddiaçı "İddiaçı” ASC, "xxxx” MMC tərəfindən verginin tutulmasının əsassız və qanunsuz olmasını iddia edərək, cavabdeh "xxxx” MMC-yə ödənilmiş ümumilikdə 9372,29 manat məbləğində verginin geri qaytarılmasını tələb edir və tələbin hüquqi əsas kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin (150, 218, 219) normalarına istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. İlkin olaraq məhkəmə qeyd olunmalıdır ki, kommersiya xarakterli mülki işə baxıldığını nəzərə alsaq, Mülki Məcəllənin qeyd edilən 2.1 -ci və 2.5-ci maddələrinin, eləcə də «Normativ- hüquqi aktlar haqqında» Konstitusiya Qanunun 2.5-ci maddələrinin tələbləri baxımından, bankın hərrac təşkilatına qarşı iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin normaları tətbiq olunmalıdır. Belə ki, fiziki və ya hüquqi şəxslərin verginin ödənilməsindən yayınması faktları, onun vergi qanunvericiliyinin müddəlarının pozulması məhkəmə tərəfindən mülki məhkəmə icraatı qaydasında əqdlərin bağlanması və ya etibarsız hesab edilməsi mübahisəsi üzrə sübut, tədqiq və qiymətləndirilə bilməz, çünki bu hallar mübahisə üzrə sübutetmə predmetinə daxil deyil və vergi mübahisəsinin baxılması zamanı vergi qanunvericiliyinin müddəalarına əsasən müəyyən edilməlidir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən ipoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Göründüyü kimi, qanunvericilik ipoteka predmetinin saxlanılması və salamatlığı ilə bağlı çəkilmiş xərclərin ipoteka saxlayandan tutulmasını və onun üzərinə düşən ödənişlərin, o cümlədən vergi yükünün ipoteka predmetinin dəyərindən ödənilməsini nəzərdə tutur. Hazırkı halda iddiaçı ilə "xxxx” MMC arasında bağlanmış alqı-satqı müqavilələrinə uyğun olaraq bank ipoteka saxlayan qismində çıxış edir. Odur ki, ipoteka əməliyyatı ilə bağlı yaranmış vergi öhdəlikləri ipoteka saxlayan kimi bankın üzərinə düşür və ödəniş ipoteka predmetinin dəyərindən həyata keçirilir. Qanunvericilik ödəmə mənbəyində verginin tutulmasını isə "xxxx” MMC-yə həvalə edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, "xxxx” MMC hər hansı bir qanun pozuntusuna yol vermədən, qanunauyğun surətdə üzərinə düşən öhdəliyi icra etmiş və bankdan ödəmə mənbəyində vergi tutulmasını təmin edərək büdcəyə köçürmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001- ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 3-cü bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. 5.7-ci bəndə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 6-cı bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməyindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. İstinad edilən normaların tələblərindən görünüdüyü kimi artıq ödənilmiş vergilərin büdcədən qaytarılması vergi ödəyicisinin həmin qaydalara uyğun təqdim edilmiş ərizəsi əsasında qəbul edilmiş vergi orqanının müvafiq rəyinə əsasən maliyyə orqanları tərəfindən təmin edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı” ASC tərəfindən ödənilmiş vergi məbləğinin büdcədən geri qaytarılması məqsədilə yuxarıda sadalanan Qaydalara uyğun hərəkət edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ) qarşı "ödənilmiş verginin geri qaytarılması” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar