Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1543/2021 23.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X6, Cavabdeh MMC-nin nümayəndəsi X2, nümayəndəsi və vəkili X7, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2839/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinə və Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi, 102 saylı evin 64/67 saylı mənzili ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4” MMC-yə 4930,20 manat məbləğində sadələşdirilmiş vergi ödənişinin; Yasamal rayon Məhkəməsinin 2(004)-2657/2018 saylı xx xxxx 2018-ci il tarixli icra sənədinə və Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5035-də yerləşən 2 saylı evin 135 saylı mənzili ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4” MMC-yə 814,14 manat məbləğində sadələşdirilmiş vergi ödənişinin; Nəsimi rayon Məhkəməsinin 2(006)-1876/2018 saylı xx xxxx 2018-ci il tarixli icra sənədinə və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu Rəşid Məmmədov küçəsi, 11 saylı evin 34 saylı mənzili ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4” MMC-yə 1215,81 manat məbləğində sadələşdirilmiş vergi ödənişinin; Nərimanov rayon Məhkəməsinin 2(005)-3342/2011 saylı xx xxxxxxx 2011-ci il tarixli icra sənədinə və Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən Şamaxı rayonu Sis kəndinə yerləşən 2,1256 ha torpaq sahəsi ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4” MMC-yə 425 manat məbləğində sadələşdirilmiş vergi ödənişinin; İsmayıllı rayon Məhkəməsinin 2(037)545/2012 saylı xx xxxxxx 2012-ci il tarixli icra sənədinə və İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən İsmayıllı rayonu, Mican kəndində 0,21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən cavabdehə 1845 manat məbləğində sadələşdirilmiş vergi ödənişinin, ümumilikdə, cəmi “xxxx” ASC (hazırkı adı İddiaçı ASC) tərəfindən cavabdehə ödənilmiş 9.257,1 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2839/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinə və Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi, 102 saylı evin 64/67 saylı mənzili ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxxxx 20119-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4” MMC-yə 4930,20 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra xx xxxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı İddiaçı ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Yasamal rayon Məhkəməsinin 2(004)-2657/2018 saylı xx xxxx 2018-ci il tarixli icra sənədinə və Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5035-də yerləşən 2 saylı evin 135 saylı mənzili ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4” MMC-yə 814,14 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı İddiaçı ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Nəsimi rayon Məhkəməsinin 2(006)-1876/2018 saylı xx xxxx 2018-ci il tarixli icra sənədinə və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu Rəşid Məmmədov küçəsi, 11 saylı evin 34 saylı mənzili ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4” MMC-yə 1215,81 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı İddiaçı ASCnin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Nərimanov rayon Məhkəməsinin 2(005)-3342/2011 saylı xx xxxxxxx 2011-ci il tarixli icra sənədinə və Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən Şamaxı rayonu Sis kəndinə yerləşəən 2,1256 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4” MMC-yə 425 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı İddiaçı ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. İsmayıllı rayon Məhkəməsinin 2(037)545/2012 saylı xx xxxxxx 2012-ci il tarixli icra sənədinə və İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən İsmayıllı rayonu, Mican kəndində 0,21 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4” MMC-yə 1845 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı İddiaçı ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış alınmışdır. Qeyd olunan məbləğlərin Banka geri qatarılması ilə bağlı “X4” MMC-yə xx xxxxxx 2021-ci il tarixdə xəbərdarlıq məktubu təqdim edilərək Bank tərəfindən sadələşdirilmiş vergi olaraq ödənilmiş yuxarıda qeyd olunan məbləğləri 5 gün müddətində İddiaçı ASC-yə qaytarılması xahiş olunmuş, ödənilmiş sadələşdirilmiş vergi məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən məhkəməyə müraciət olunacağı bildirilmişdir. Qeyd olunan icra sənədlərinin icrası ilə bağlı “xxxx” İKB ASC (hazırkı adı İddiaçı ASC) tərəfindən sadələşdirilmiş vergi olaraq “X4” MMC-yə ödənilmiş ümumilikdə cəmi 9.257,15 manat məbləğində pul vəsaiti X4” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi F.Abbasov iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili F.Nəcəfov iddiaya etiraz edərək iddia tələbinin əsassız olduğunu, cavabdeh orqanın hərrac keçirildikdən sonra vergi qanunvericiliyinin tələbinə əsasən hərəkət edərək qeyd edilən vergiləri hesablayıb dövlət büdcəsinə ödənildiyini göstərib iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi H.Cəfərli Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi R.Nəcəfquliyev iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hərrac keçirildikdən sonra qeyd edilən vergilərin dövlət büdcəsinə keçirilməsi hərrac təşkilatçısının vəzifəsidir, iddia ərizəsində göstərilən vergilər də hazırkı halda cavabdeh qurum tərəfindən tam şəkildə dövlət büdcəsinə keçirilmişdir. Sübuların tədqiqi: Belə ki, materiallara əlavə olunmuş sənədlərdən görünür ki: “X4” MMC xx xxxxxxxx 2019–cu il tarixdə “xxxx” İKB ASC-yə 899 nömrəli məktub ünvanlayaraq İsmayıllı rayonu Mican kəndində 0,21 ha həyətyanı torpaq sahəsində, ümumi sahəsi 246 kv.m olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi üzrə 1845 manat; Şamaxı rayonu Sis kəndinə yerləşən 2.1256 ha torpaq sahəsi üzrə 425 manat; Bakı şəhəri Nəsimi rayonu Rəşid Məmmədov küçəsi ev 11, mənzil 34, sahəsi 45.03 kv.m olan məznil üzrə 1215.81 manat; ünvan 1 ünvanlı ümumi sahəsi 46.73 kv.m olan mənzil üzrə 841.14 manat və ünvan 2 ünvanlı ümumi sahəsi 149.4 kv.m mənzil üzrə 4930,20 manat sadələşdirilmiş verginin ödənilməsi xahiş etmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, 9257,15 manat məbləğində sadələşdirilmiş vergi xx.xx.2019-cu il tarixli hesab-fakturaya əsasən iddiaçı tərəfindən ödənilmişdir. Hərrac təşkilatının hərracın yekunları barədə xx xxxxx 2019-cu il tarixli 37/4 nömrəli protokolundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2839/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinə və Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi, 102 saylı evin 64/67 saylı mənzili ilə bağlı hərrac keçirilmişdir. xx xxxxx 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi ilə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi, 102 saylı evin 64/67 saylı mənzilin alqısatqısı həyata keçirilmişdir. Hərrac təşkilatının hərracın yekunları barədə xx xxxxxx 2019-cu il tarixli 26/6 nömrəli protokolundan görünür ki, Yasamal rayon Məhkəməsinin 2(004)-2657/2018 saylı xx xxxx 2018-ci il tarixli icra sənədinə və Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5035-də yerləşən 2 saylı evin 135 saylı mənzillə bağlı hərrac keçirilmişdir. xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi ilə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5035-də yerləşən 2 saylı evin 135 saylı mənzilin alqı-satqısı həyata keçirilmişdir. Hərrac təşkilatının hərracın yekunları barədə xx xxxxxx 2019-cu il tarixli 47/1 nömrəli protokolundan görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-1876/2018 saylı xx xxxx 2018-ci il tarixli icra sənədinə və Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu Rəşid Məmmədov küçəsi, 11 saylı evin 34 saylı mənzili ilə bağlı hərrac keçirilmişdir. xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi ilə Bakı şəhəri Nəsimi rayonu Rəşid Məmmədov küçəsi, 11 saylı evin 34 saylı mənzilinin alqısatqısı həyata keçirilmişdir. xx xxxxxx 2019-cu il tarixli 07/2 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə protokolundan görünür ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-3342/2011 saylı xx xxxxxxx 2011-ci il tarixli icra sənədinə və Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən Şamaxı rayonu Sis kəndinə yerləşən 2,1256 ha torpaq sahəsi ilə bağlı hərrac keçirilmişdir. xx xxxxxx 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi ilə Şamaxı rayonu Sis kəndinə yerləşəşən 2,1256 ha torpaq sahəsinin alqı-satqısı həyata keçirilmişdir. xx xxxxxx 2019-cu il tarixli 07/1 nömrəli hərrac təşkilatının hərracın yekunları barədə protokolundan görünür ki, İsmayıllı rayon Məhkəməsinin 2(037)545/2012 saylı xx xxxxxx 2012-ci il tarixli icra sənədinə və İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən İsmayıllı rayonu, Mican kəndində 0,21 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 246 kv.metr olan – bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmişdir. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, “X4” MMCnin təsisçilərinin xx xxxxxxxx 2020-ci il tarixli 04 saylı qərarı ilə adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmışdır. İddiaçı ASC xx.xx.2021-ci il tarixdə “X4” MMC-yə PAİHTD-924 saylı xəbərdarlıq məktubu ünvanlayaraq İddiaçı ASC tərəfindən “X4” MMC-yə ümumilikdə ödənilmiş cəmi 9.257,15 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin 5 gün müddətində geri qaytarılmasını xahiş etmiş, sadələşdirilmiş vergi məbləğinin könüllü şəkildə geri qaytarılmayacağı təqdirdə həmin məbləğin geri qaytarılmasının təmin olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin (bundan sonra – VM) 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət vergi orqanlarını müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları təşkil edir. Həmin məcəllənin 20.4-cü maddəsinə əsasən vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. Həmin Məcəllənin 150.1.13-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergi tutmağa borcludur. Həmin Məcəllənin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. Həmin Məcəllənin 150.3-1-ci maddəsinə əsasən, notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən ipoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Yuxarıda göstərilən normalar yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Vergilər məcəlləsinin 150.1.13-cü maddəsinə əsasən yaşayış və qeyri-yaşayış, habelə torpaq sahələrinin açıq hərracda təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablanaraq tutulması öhdəliyi hərracın nəticələrini müvafiq protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatların üzərinə qoyulsa da, tələb olunan məbləğdə sadələşdirilmiş vergi dövlət büdcəsinə köçürülmüş, qeyd olunan xüsusat iddiaçı tərəfindən mübahisələndirilməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi R.Nəcəfquliyev tərəfindən də məhkəmə baxışında təsdiq edilmişdir. Belə olan halda iddiaçı iddia tələbini bu tələbə cavab verməli olmayan cavabdehə qarşı yönəltmişdir. Belə ki, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti vergi orqanları həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 3-cü bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. 5.7-ci bəndə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 6-cı bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməyindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. İstinad edilən normaların tələblərinə görə artıq ödənilmiş vergilərin büdcədən qaytarılması vergi ödəyicisinin həmin qaydalara uyğun təqdim edilmiş ərizəsi əsasında qəbul edilmiş vergi orqanının müvafiq rəyinə əsasən maliyyə orqanları tərəfindən təmin edilir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1543/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1543/2021
23.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver