Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-155/2023 30.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 21.810 (iyirmi bir min səkkiz yüz on) manat əsas borcun, əsas borcun gecikdirilməsinə görə illik 5 aiz olmaqla ümumi dəyəri 3.271,5 (üç min iki yüz yetmiş bir manat,əlli qəpik) manat məbləğində əlavə borcun, iddia verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 (iki yüz ) manatın, ümumilikdə 25.281,5 (iyirmi beş min iki yüzsəksən bir manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında şifahi müqavilə bağlanmışdır. Müqaviləyə əsasən müəyyən işlərin və xidmətlərin görülməsi nəzərdə tutulmuş və görülmüş, lakin bunun qarşılığında görülmüş işlərin və xidmətlərin dəyəri olan pul vəsaiti "xxxx" MMC tərəfindən hesaba ödənilməmişdir. Belə ki, "xxxx" MMC-nin hazırda xx.xx.2019-cu il tarixli üzləşmə aktına müvafiq olaraq sözügedən iş və xidmətlərin dəyəri olaraq 21.810 (iyirmi bir min səkkiz yüz on) manat məbləğində həmin tarixə olan əsas borcu mövcuddur. Eyni zamanda "xxxx" MMC-nin AR Mülki Məcəlləsinin tələbinə əsasən illik 5 faiz cərimə borcu yaranmışdır. Belə ki, qanunvericiliyin tələbinə müvafiq olaraq cavabdehin gecikdirilmiş 03 (üç) il müddət üçün əlavə 3271,5 (üç min iki yüz yetmiş bir manat,əlli qəpik) manat borcu yaranmışdır. Daha sonra iddiaçı xx.xx.2022 tarixində cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, iş üzrə cavabdeh "xxxx" MMC-nin əsl Cavabdeh MMC ilə əvəz edilməsini xahiş etmiş ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə qarşı pul tələbinə qarşı iddia verilmişdir. Həmin iddianın "xxxx" MMC-yə verilməsinə səbəb və əsas isə tarixli üzləşmə aktında "xxxx" MMC-nin direktoru qismində Nümayəndə3 imza çəkməsi olmuşdur. Eyni zamanda ilkin mediasiya sessiyası zamanı Nümayəndə3 məxsus ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmış və bu barədə müvafiq qeydlər müvafiq arayışda öz əksini tapmışdır. Bakı Kommersiya Məhkəməsində "xxxx" MMC-yə qarşı iddia qaldırıldıqdan sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən iddia ərizəsinə etiraz olaraq bildirilmişdir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında hər-hansısa müqavilə münasibətləri olmamış və üzləşmə aktında qeyd olunan Nümayəndə3 adlı şəxsin "xxxx" MMC-yə heç bir aidiyyatı yoxdur. Bununla bağlı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında arada olan anlaşılmazlığı aydınlaşdırmaq məqsədilə üzləşmə aktını imzalayan Nümayəndə3 məhkəmədə şahid qismində dindirilməsi barədə şifahi vəsatət verilsə də bu vəsatət təmin olunmamışdır. Sözügedən məhkəmə iclasından sonra Nümayəndə3 məxsus ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmış və bu zaman ona məhkəmə iclasında şahid qismində dindirilməsinin zəruriliyi eləcə də xx.xx.2019-cu il tarixli üzləşmə aktında ona heç bir aidiyyatı olmayan bir şirkətin direktoru qismində aktı imzaladığı bildirilmişdir. Bu zaman isə o, direktoru olduğu şirkətin "xxxx" MMC olduğu deyil Cavabdeh MMC olduğu bildirilmişdir. Yalnız bundan sonra məlum olmuşdur ki, borcu olan cavabdeh "xxxx" MMC deyil, Cavabdeh MMC-dir. Göründüyü kimi iddia ona cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmiş ərizə təmin edilmiş, cavabdeh "xxxx" MMC əsl cavabdeh olan Cavabdeh MMC ilə əvəz edilmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Daha əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş, işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: Kommersiya qurumlarının dövlət reyestr məlumatlarının verilməsi çıxarışından məlum olur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X1r. xx.xx.2019-cu il tarixli üzləşmə aktında qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixinə "xxxx" MMC-nin İddiaçı MMC-yə olan borcu 21.810 manat təşkil edir. Üzləşmə aktında İddiaçı MMC-nin dirketoru olaraq Hüseynov N qeyd edilməklə imzalanmış İddiaçı MMC-nin möhürü ilə təsdiqlənmişdir. "xxxx" MMC-nin direktoru olaraq Nümayəndə3 qeyd edilməklə imzalanmışdır. Kommersiya qurumlarının dövlət reyestr məlumatlarının verilməsi çıxarışından məlum olur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi Nümayəndə3dur. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC-yə xidmətlərin göstərildiyini, lakin göstərilmiş xidmətlərin qarşılığının ödənilmədiyini qeyd etmiş, cavabdehin borcunun yaranması kimi məhkəməyə üzləşmə aktını təqdim etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı tələbində 21.810 manat borcun ödənilmədiyini qeyd etsə də iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansısa əsaslı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi sənəd sadəcə üzləşmə aktı olmuşdur ki, həmin üzləşmə aktı ilə iddia tələbi öz təsdiqini tapmır. Belə ki, təqdim edilmiş üzləşmə aktını Nümayəndə3 imzalasa belə həmin akt "xxxx" MMC-nin möhrləri ilə təsdiqlənməmişdir. İddia ərizəsində tərəflər arasında müəyyən iş və xidmətlərin görülməsi barədə şifahi müqavilənin olması qeyd edilsə də ümumiyyətlə məhkəmə iclaslarında iddiaçı tərəf müəyyən iş və xidmət dedikdə hansı işin nəzərdə tutulduğunu qeyd etməmişdir. Bundan başqa xx.xx.2022 tarixli ərizəsində məhkəmə iclasının əlavə sübutların təqdim ediləcəyi ilə bağlı təxir edilməsini istəsə də ötən müddət ərzində heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı iddia tələbində əsas borcun gecikdirilməsinə görə illik 5% olmaqla 3.271,5 manatın da cavabdehdən tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014 tarixli Qərarında qeyd edilmişdir ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Hazırki iş üzrə Mülki Məcəllənin 445.7 maddəsinə əsasən iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir...Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MMin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz”. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, “Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Qeyd edilənlərə əsasən eyni zamanda cavabdehin hər-hansıa borcunun olması öz təsdiqini tapmadığından iddia tələbi 3.271,5 manatın tutulması hissəsində də təmin edilməməlidir. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 200 (bir yüz manat) manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-155/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-155/2023
30.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver