Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1555/2021 12.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X6, Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-nin nümayəndəsi X4, Müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs olmaqla) qarşı ödənilmiş sadələşdirilmiş verginin geri qaytarılması tələbinə dair kommersiya işinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon Məhkəməsinin 2(050)-153/2017 saylı xx xxxx 2017-ci il tarixli icra sənədinə və Masallı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən Masallı şəhəri, Qarabağ küçəsi, 10 saylı evin 20 saylı mənzili ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən Bank tərəfindən Hərrac Mərkəzi “xxxx” MMC-yə ödənilmiş 689,25 (altı yüz səksən doqquz manat iyirmi beş qəpik) AZN məbləğində sadələşdirilmiş vergi ödənişinin; Masallı rayon Məhkəməsinin 2(050)- 2980/2017 saylı xx xxxx 2017-ci il tarixli icra sənədinə və Masallı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2017-ci il tarixli sifariş məktubuna əsasən Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən 0,07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən Bank tərəfindən Hərrac Mərkəzi“xxxx” MMC-yə ödənilmiş 1696,75 (bir min altı yüz doxsan altımanat yetmiş beş qəpik) AZN məbləğində sadələşdirilmiş vergi ödənişinin; Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9773/2015 saylı xx xxxxxx 2015-ci il tarixli icra sənədinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx xxxxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, 29B/18 saylıevin 164 saylı mənzili ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən Bank tərəfindən Hərrac Mərkəzi “xxxx” MMC-yə ödənilmiş 1082,25 (bir min səksən iki manat iyirmi beş qəpik) AZN məbləğində sadələşdirilmiş vergi ödənişinin; Abşeron rayon Məhkəməsinin 2(012)- 1259/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx xxxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Abşeron rayonu, Novxanı kəndi, S.Rüstəm küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən 1 saylı fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən Bank tərəfindən Hərrac Mərkəzi “xxxx” MMC-yə ödənilmiş 2016 (ikimin on altı) AZN məbləğində sadələşdirilmiş vergi ödənişinin; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1347/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinə və Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, X11 prospektində yerləşən 34 saylı evin 47 saylı mənzili ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxxxx 2019-cu il tarixli hesabfakturaya əsasən Bank tərəfindən Hərrac Mərkəzi “xxxx” MMC-yə ödənilmiş 969,75 (doqquz yüzaltmış doqquzmanat yetmiş beş qəpik) AZN məbləğində sadələşdirilmiş vergi ödənişinin; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3483/2018 saylı xx xxxx 2018-ci il tarixli icra sənədinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 63 A ünvanında 0,0084 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən Bank tərəfindən Hərrac Mərkəzi “xxxx” MMC-yə ödənilmiş 1446,75 (bir min dörd yüz qırx altımanat yetmiş beş qəpik) AZN məbləğində sadələşdirilmiş vergi ödənişinin; Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3787/2016 saylı xx xxxx 2016-cı il tarixli icra sənədinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixlisifariş məktubuna əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28 May küçəsində 0,01 hatorpaq sahəsində yerləşən 2 C saylı fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxx 2019-cu il tarixli hesabfakturaya əsasən Bank tərəfindən Hərrac Mərkəzi “xxxx” MMC-yə ödənilmiş 2811 (ikimin səkkiz yüz on bir) AZN məbləğində sadələşdirilmiş vergi ödənişinin; Xəzər rayon Məhkəməsinin 2(003)-1534/2018 saylı xx xxxx 2018-ci il tarixli icra sənədinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən ünvan 2 ünvanında yerləşən 25 saylı fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən Bank tərəfindən Hərrac Mərkəzi “xxxx” MMC-yə ödənilmiş 4467,6 (dörd min dörd yüzaltmış yeddimanataltmış qəpik) AZN məbləğində sadələşdirilmiş vergi ödənişinin; Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1728/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 19-cu küçə, döngə 1A ünvanında yerləşən fərdi yaşayış evi və 0,065 ha torpaq sahəsi ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxx 2019cu il tarixli hesab-fakturaya əsasən Bank tərəfindən Hərrac Mərkəzi “xxxx” MMC-yə ödənilmiş 4854,75 (dörd min səkkiz yüz əlli dörd manat yetmiş beş qəpik) AZN məbləğində sadələşdirilmiş vergi ödənişinin; Lerik rayon Məhkəməsinin 2(048)-10/2019 saylı xx xxxxxx 2019-cu iltarixli icra sənədinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixlisifariş məktubuna əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi və 0,0119 ha torpaq sahəsi ilə bağlı keçirilmiş hərrac üzrə xx xxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən Bank tərəfindən Hərrac Mərkəzi “xxxx” MMC-yə ödənilmiş 4854,75 (dörd min səkkiz yüzəlli dörd manat yetmiş beş qəpik) AZN məbləğində sadələşdirilmiş vergi ödənişinin - Ümumilikdə cəmi “xxxx” İKB ASC (hazırki adı İddiaçı ASC) tərəfindən Hərrac Mərkəzi “xxxx” MMC-yə ödənilmiş 21.282,70 (iyirmi bir min iki yüz səksən iki manat yetmiş qəpik) AZN məbləğində sadələşdirilmiş vergi məbləğinin və ödənilmiş 10 AZN məbləğində dövlət rüsumunun Hərrac Mərkəzi “xxxx” MMC-dən tutularaq İddiaçıASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan icra sənədləri üzrə keçirilmiş hərraclar zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı“xxxx” İKB ASC) daşınmaz əmlakları təqdim edən şəxs olmamış, həmin əmlakı əldə edən qismində çıxış etmişdir. Belə olan halda, keçirilmiş hərraclar zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən (əvvəlki adı “xxxx” İKB ASC) sadələşdirilmiş verginin tələb olunaraq tutulması (ödətdirilməsi) qanunsuz və əsassız olmuşdur. Həmçinin mübahisəli hərracların yekunu olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı “xxxx” İKB ASC) əldə etdiyi daşınmaz əmlaklar gələcəkdə satıldıqda bank tərəfindən Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin tələblərinə əsasən yenidən sadələşdirilmiş vergi ödənilməlidir. Belə olan halda isə, əmlaklar alınarkən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı “xxxx” İKB ASC) tərəfindən sadələşdirilmiş verginin ödənilməsi bankın eyni əmlakla bağlı iki dəfə eyni vergiyə cəlb edilməsinə səbəb olacaqdır. Qeyd edirik ki, hərraca çıxarılmış ipoteka predmetinin satılmaması, yəni hərracın baş tutmaması nəticəsində ipoteka saxlayanın əmlakı əldə etdiyi zaman ondan sadələşdirilmiş verginin tutulmasının, faktiki olaraq ipoteka saxlayanın sonradan əmlakı satarkən həmin vergini təkrar ödəmək məcburiyyətində qalmasına və bunun, Bankın bir əmlak üzrə bir-neçə dəfə eyni vergini ödəmək öhdəliyi ilə yüklü edilməsinə səbəb olur. İddiaçı ASC-nin nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-nin nümayəndəsi X7 iddiaya etiraz edərək, qeyd olunan sadələşdirilmiş vergi məbləğinin hesablanaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənildiyini bildirmiş və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, qeyd olunan məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələri əsasında ipoteka predmeti olmuş əmlaklar hərraca çıxarılmış, həmin əmlaklar hərracın baş tutmaması səbəbindən bank tərəfindən təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətə qəbul edilmiş, hərracın yekunları barədə protokollar tərtib edilərək bankla hərrac təşkilatı arasında əmlakın alqı-satqısı barədə müqavilələr bağlanmışdır. Hazırda isə iddiaçı yuxarıda sadalanmış müqavilələr üzrə ödənmiş olan sadələşdirilmiş verginin Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-dən alınması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət vergi orqanlarını müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları təşkil edir. Həmin məcəllənin 20.4-cü maddəsinə əsasən Vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. Vergi Məcəlləsinin 150-ci maddəsində ödəmə mənbəyində verginin tutulması qaydası müəyyən edilmişdir. Həmin Məcəllənin 150.1.13-cü maddəsinə uyğun olaraq, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar ödəmə mənbəyində vergi tutmağa borcludur. Adıçəkilən maddədə istifadə edilən “malların təqdim edilməsi” müddəasının anlayışı Vergi Məcəlləsinin 13.2.10-cu maddəsində verilmişdir. Bu maddəyə görə, malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən, notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Yuxarıda göstərilən normalar yaşayış və qeyri-yaşayış sahələrinin hərrac qaydasında təqdim edilməsi zamanı verginin məhz ödəmə mənbəyində, yəni əmlakı əldə edənin həyata keçirdiyi ödənişdən tutulmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Vergilər məcəlləsinin 150.1.13-cü maddəsinə əsasən yaşayış və qeyri-yaşayış, habelə torpaq sahələrinin açıq hərracda təqdim edilməsi zamanı sadələşdirilmiş verginin hesablanaraq tutulması öhdəliyi hərracın nəticələrini müvafiq protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatların üzərinə qoyulsa da, tutulmuş vergilər dövlət büdcəsinə ödənilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-nin şəxsi hesab vərəqəsindən çıxarışdan və ödəniş tapşırıqlarından görünür ki, tələb olunan məbləğdə sadələşdirilmiş vergi dövlət büdcəsinə köçmüşdür. Belə olan halda iddiaçı iddia tələbini bu tələbə cavab verməli olmayan Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə yönəltmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər; Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC isə iddiaçının müvafiq tələbinə cavab verməli olan subyekt deyildir. Belə ki, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti Vergi orqanları həyata keçirir. Vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanlarının vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İddia rədd olunduğundan və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üçüncü şəxs olmaqla) qarşı ödənilmiş sadələşdirilmiş verginin geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Ödnilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1555/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1555/2021
12.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver