Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1555/2023 18.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Vəkil Nürəddin oğlu və müstəqil tələb irəli sürməyən LPO Maraqlı şəxs ASCnin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən LPO Maraqlı şəxs ASC-nin iştirakı ilə) qarşı kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehin üzərinə qoyulması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli, 55ÖM/F20-14 nömrəli müqaviləyə əsasən xx.xx.2013-ü il tarixli 55 AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ. Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Maraqlı şəxs ASC-nin etibarnaməsi əsasında çıxış edən 20 saylı filialın rəhbəri X8 və Cavabdeh arasında 06 sentyabr 2014-cü il tarixdə öz aramızda “Öhdəliyin keçməsi haqqında” 55 ÖM/F20-14 nömrəli müqavilə bağlanmış, müqavilə imzalarla təsdiq edilmişdir. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən borc verən və borc alan arasında xx.xx.2013-cü il tarixli 55 AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə əsasən borc alanın borc verənə bu müqavilənin bağlanması tarixinə kimi əsas borc üzrə ödənilməmiş 278207 manat əsas borc və müqaviləyə əsasən bundan sonra hesablanacaq faizlərin qrafiki üzrə ödənilməsini yeni borclu öz üzərinə götürür, borc verən isə bu borcun yeni borclu tərəfindən ödənilməsinə razılıq verərək borcun ondan qəbul edəcəyini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən borc verən ilə borc alan arasında bağlanmış xx.xx.2013-cü il tarixli 55 AV/F20-13 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2013-cü il tarixli 55İP/F20-13 saylı girov müqaviləsi üzrə girov qoyulmuş 4 ədəd DAEWOO (BS090) markalı avtobusların istifadə hüququ cavabdehə - “yeni borclu”-ya keçmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə bağlandığı andan borc verən ilə borc alan arasında olan öhdəlik hüquq münasibətlərinə xitam verilmiş və borc verən ilə yeni borclu arasında yeni öhdəlik hüquq-münasibətləri meydana gəlmişdir. 2020-ci ilin əvvəlinə qədər olan müddətdə Cavabdeh bağlanmış müqavilənin şərtini pozaraq, 278207 manat borcu tam ödəməmişdir. Bu səbəbdən də, ləğv prosesində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçıya qarşı iddia ərizəsi ilə borc pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi Vəkil Nürəddin oğlu iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, məhkəmənin nəzərinə çatdırılır ki, “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqaviləyə əsasən “Borc verən” – Maraqlı şəxs ASC-dir, “Borc alan” – İddiaçıdur, “Yeni borclu” – Cavabdehdur. Həmin öhdəliyin keçməsi haqqında 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqavilənin bağlanmasına səbəb 27 may 2013-cü il tarixli, 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli, 55 İP/F20- 13 nömrəli girov müqaviləsi olmuşdur. Belə ki, 27 may 2013-cü il tarixli 55AV/F20-13 nömrəli təminatlı kredit müqaviləsinə əsasən Maraqlı şəxs ASC tərəfindən 5 ədəd “DAEWOO” markalı sərnişin daşıma avtobusunun alınması məqsədi ilə İddiaçı 48 ay müddətinə illik 20% hesablanmaqla, 348.500 manat məbləğində kredit verilmişdir. 27 may 2013-cü il tarixli 55İP/F20-13 nömrəli girov müqaviləsinə əsasən, 27 may 2013-cü il tarixli, 55AV/F20-13 nömrəli təminatlı kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün İddiaçı mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005847, buraxılış ili 2012- ci il, **-VS-*** nömrə nişanlı; şassi № KL5UK42HEDU005875, buraxılış ili 2012-ci il, 90- VS- 438 nömrə nişanlı; şassi № KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı avtobuslar banka girov qoyulmuşdur. Bildirilir ki, Lpo Maraqlı şəxs ASC iddia ərizəsi ilə kommersiya məhkəməsinə müraciət etməklə məqsədi ondan ibarət olmuşdur ki, İddiaçı Maraqlı şəxs ASC ilə 25 may 2012-ci il tarixli 17AV/F20-12 №-li kredit müqaviləsi və həmin müqaviləyə əsasən 25 may 2012-ci il tarixli 17 İP/F20-12 nömrəli girov müqaviləsi, 27 may 2013-cü il tarixli 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən 27 may 2013-cü il tarixli 55 İP/F20-13 nömrəli girov müqaviləsi, 19 iyul 2013-cü il tarixli 63AV/F20-13 №-li kredit müqaviləsi və həmin müqaviləyə əsasən 19 iyul 2013-cü il tarixli 63 İP/F20-13 nömrəli girov müqaviləsi bağlamışdır. Göstərilən müqavilələrə əsasən lpo Maraqlı şəxs ASC tərəfindən İddiaçı kredit borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi tələb edilmişdir. Göründüyü kimi İddiaçı lpo Maraqlı şəxs ASC ilə müxtəlif tarixlərdə kredit müqavilələri və həmin müqavilələrə əsasən girov müqavilələri bağlamışdır. Yuxarıda adı çəkilən kredit müqavilələrindən və həmin müqavilələrə əsasən bağlanılmış girov müqavilələrindən isə ancaq Cavabdeh 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli, 55 İP/F20- 13 nömrəli girov müqaviləsi üzrə “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqaviləyə əsasən 278207 manat əsas borc, xx.xx.2014-cü il tarixdə bağlanmış 2 saylı əlavəyə uyğun olaraq qrafikə əsasən 45 ay olmaqla hər ay 8837 manat ödəməyi öz üzərinə götürmüş, girov predmeti olaraq 4 ədəd Daewoo (BS090) markalı avtobusların istifadə hüququ Cavabdeh keçmişdir. 27 may 2013-cü il tarixli, 55İP/F20-13 nömrəli girov müqaviləsi üzrə göstərilən şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, **-VS-*** nömrə nişanlı avtobusun istifadə hüququ Cavabdeh keçməmişdir. Bildirilir ki, hazırda İddiaçı Cavabdeh qarşı iddia tələbi qaldıra bilməz. Ona görə ki, həmin “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı andan “Borc verən” ilə “Borc alan” arasında öhdəlik hüquq münasibətlərinə xitam verilir və “Borc verən” ilə “Yeni borclu” arasında yeni öhdəlik hüquq münasibətləri meydana gəlir. Yəni 06 sentyabr 2014cü il tarixində bağlanılmış “Öhdəliyin keçməsi haqqında” müqaviləyə əsasən Maraqlı şəxs ASC ilə İddiaçı arasında olan öhdəlik hüquq münasibətlərinə xitam verilərək, Maraqlı şəxs ASC ilə Cavabdeh arasında yeni öhdəlik hüquq münasibətləri meydana gəlmişdir. Bir sözlə “Öhdəliyin keçməsi haqqında” müqaviləyə əsasən iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri yaranmamış, öhdəlik hüquq münasibətləri Bank ilə cavabdeh arasında yaranmışdır. Bu halda ona dəlalət edir ki, “Öhdəliyin keçməsi haqqında” müqaviləyə əsasən Bank iddia tələbi ilə Cavabdeh qarşı iddia qaldırmalı idi. İddiaçı Cavabdeh qarşı iddia irəli sürə bilməz. Belə ki, Maraqlı şəxs ASC kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən, “Öhdəliyin keçməsi haqqında” müqaviləni mübahisələndirmədən, iddia ərizəsində göstərmədən, 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli 55 İP/F20- 13 nömrəli girov müqaviləsi üzrə İddiaçı kredit borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsini tələb etmiş, cavabdeh İddiaçı məhkəmə iclasında həmin borcun üçüncü şəxs tərəfindən ödənildiyini bildirsə də cavabdehin izahatı məhkəmə qətnaməsindən görünür ki, nəzərə alınmamışdır. Bank tərəfindən məhkəmə iclasında 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli 55 İP/F20-13 nömrəli girov müqaviləsi üzrə 06 sentyabr 2014-cü il tarixində “Öhdəliyin keçməsi haqqında” müqavilənin bağlanıldığı, həmin müqaviləyə əsasən öhdəliyin “Yeni borclu” Cavabdeh keçdiyi, cavabdeh İddiaçı əsl Cavabdeh ilə əvəz edilməsi bildirilməmiş və bu səbəbdən kommersiya məhkəməsi, apelyasiya instansiyası məhkəməsi və kassasiya instansiyası məhkəməsi 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli 55 İP/F20-13 nömrəli girov müqaviləsi üzrə aktlar qəbul etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-386/2020 nömrəli qətnaməsi ilə 27 may 2013-cü il tarixli 55AV/F20-13 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə əsasən bağlanılmış 27 may 2013-cü il tarixli 55 İP/F20-13 nömrəli girov müqaviləsi hissəsində cavabdeh İddiaçı 27 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 184.790,16 manat, faiz borcu üzrə 40.243,19 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5 faiz hesablanmaqla məhkəməyə müraciət olunan tarixədək ümumilikdə 242.511,41 manat və 50 manat cərimə olmaqla cəmi 242.561,41 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, tutmanın girov predmeti olan, İddiaçı mülkiyyətində olan və kredit vəsaiti hesabına alınmış şassi KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli **-VS-***, şassi KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, dövlət qeydiyyat nömrəli**-VS-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılmaqla satışdan əldə edilən pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 noyabr 2020-ci il tarixli 2-2(103)-540/2020 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2021- ci il tarixli 2- 2(102)-103/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, cavabdeh İddiaçı 27 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “cəmi 242.561,41 manat məbləğində” ifadəsi “cəmi 282.804,60 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması ifadələrinə dəyişdirilməsi qərara alınmışdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi məhkəmə tərəfindən “Öhdəliyin keçməsi haqqında” müqavilənin mübahisələndirilməməsi, bank tərəfindən məhkəməyə hər hansı məlumatın bildirilməməsi nəticəsində kredit borcu əsl Cavabdeh deyil, cavabdeh İddiaçı tutulmuşdur. “Öhdəliyin keçməsi haqqında” müqaviləyə əsasən isə iddiaçı ilə cavabdeh arasında hüquq münasibətləri yaranmadığına görə hazırda İddiaçı “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqaviləyə görə xx.xx.2013-cü il tarixli 55AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını məhkəmədən tələb edə bilməz və göstərilən hal həmin iddia tələbinin rədd edilməsi üçün əsasdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırıq ki, Maraqlı şəxs ASC, İddiaçı və Cavabdeh arasında bağlanmış 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli öhdəliyin keçməsi haqqında müqavilə üzrə xx.xx.2014-cü il tarixli 02 nömrəli qəbzə əsasən Cavabdeh İddiaçı **-VS-***, **-VS-***, **-VS-***, **-VS-*** qeydiyyat nişanlı 4 ədəd DAEWOO BS 090 markalı avtobusların 60000 manat dəyərindən 30000 manat ödəniş etmiş və hər iki tərəf qəbzi öz imzaları ilə təsdiq etmişlər. Bundan sonra Cavabdeh tərəfindən İddiaçı xx.xx.2014-cü il tarixində 29500 manat, xx.xx.2014-cü il tarixində 8837 manat, xx.xx.2014-cü il tarixində 8837 manat, xx.xx.2014-cü il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 8837 manat, xx.xx.2015-ci il tarixində 5000 manat, xx.xx.2015-ci il tarixində 3837 manat, xx.xx.2016-cı il tarixində 5000 manat, xx.xx.2016-cı il tarixində 3837 manat, xx.xx.2016-cı il tarixində 10000 manat, xx.xx.2016-cı il tarixində 10000 manat məbləğində ödənişlər edilmişdir. Göründüyü kimi Cavabdeh tərəfindən 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli “öhdəliyin keçməsi haqqında müqavilə” üzrə yuxarıda göstərilən qəbzlərə əsasən İddiaçı ümumilikdə 220.892 manat məbləğində ödəniş edilmişdir. Bildiririk ki, Cavabdeh 2016-cı il tarixində ölkədə yaranan devolvasiya və dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində qalan məbləği ödəməkdə çətinlik çəkmiş və cavabdehin sonuncu ödəniş tarixi xx.xx.2016-cı il tarixində olmuşdur. Nəzərinizə çatdırılır ki, cavabdeh tərəfindən ödənişin çox hissəsi ödənilsə də həmin 4 ədəd DAEWOO (BS090) markalı avtobusların mülkiyyət hüququ Cavabdeh keçməmiş, lpo Maraqlı şəxs ASC tərəfindən həmin 4 ədəd DAEWOO (BS090) markalı avtobuslar açıq hərracda satılması məqsədilə cavabdehdən alınmışdır. Bir sözlə hazırda həmin avtobuslar cavabdehdə deyildir. Qeyd edirik ki, hazırda iddiaçının cavabdehə qarşı olan tələbi əsassız və qanunsuzdur. Ona görə ki, həmin nəqliyyat vasitələri cavabdehdə olmadığı halda iddiaçının cavabdehə qarşı heç bir öhdəliyinin olmadığı halda belə iddia qaldırmışdır. Cavabdeh nümayəndəsi Vəkil Nürəddin oğlu həmçinin sistemə iddia müddətinin tətbiqinə dair ərizə yükləmiş və ərizədə qeyd etmişdir ki, lizensiya əsasında fəaliyyət göstərən Maraqlı şəxs ASC fərdi sahibkar fiziki şəxs İddiaçı, (vöen **********) və fərdi sahibkar fiziki şəxs Cavabdeh (vöen **********) (bundan sonra “Yeni borclu”) arasında “Öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Yeni borclu” “Borc verən” ilə “Borc alan” arasında 27 may 2013- cü il tarixli 55AV/F20-13 saylı Təminatlı kredit müqaviləsinə əsasən “Borc alanın” “Borc verənə” bu müqavilənin bağlanması tarixinə kimi əsas borc üzrə ödənilməmiş 278207 manat əsas borc və müqaviləyə əsasən bundan sonra hesablanacaq faizlərin qrafik üzrə ödənilməsini öz üzərinə götürür, “Borc verən” isə borcun “Yeni Borclu” tərəfindən ödənilməsinə razılıq verərək borcun ondan qəbul edəcəyini öhdəsinə götürür. “Borc verən” ilə “Borc alan” arasında bağlanmış 27 may 2013-cü il tarixli 55AV/F20-13 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2013-cü il tarixli 55İP/F20-13 saylı girov müqaviləsi üzrə girov qoyulmuş 4 (dörd) ədəd Daewoo (BS090) markalı avtobusların istifadə hüququ “Yeni borclu”-ya keçir. Müqavilənin 2.1-ci bəndinə əsasən “Yeni borclu” tərəfindən borc məbləği “Borc verən” ilə “Borc alan” arasında bağlanmış 27 may 2013-cü il tarixli 55AV/F20-13 saylı təminatlı kredit müqaviləsinin şərtlərinə xx.xx.2014-cü il tarixdə bağlanmış 2 saylı əlavəyə uyğun olaraq qrafikə əsasən göstərilmiş müddət və məbləğlərdə ödəniləcəkdir (45 ay olmaqla hər ay 8837 manat) Məhkəmənin nəzərinə çatdırılır ki, yuxarıda qeyd olunan müqavilə çoxtərəfli əqdir və həmin müqavilə hüquqi şəxs Maraqlı şəxs ASC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər İddiaçı və Cavabdeh arasında 06 sentyabr 2014-cü il tarixində bağlanılmışdır, belə ki, müqavilədən görünür ki, müqavilənin bağlanılmasında niyyət həmin girov qoyulmuş 4 ədəd Daewoo (BS090) markalı avtobuslardan sərnişin daşınması kimi istifadə etməkdir və müqavilənin 2.1-ci bəndinə əsasən ödənişin müddəti 45 ay olmaqla nəzərə alınmışdır. Yəni ödəmə planına əsasən sonuncu ödəniş müddəti xx.xx.2018-ci il tarix olaraq müəyyən edilmişdir. Cavabdeh tərəfindən isə sonuncu ödəniş xx.xx.2016-cı il tarixində həyata keçirilmişdir. Bildiririk ki, iddiaçı tərəf müqavilə üzrə öhdəliklərdən irəli gələn borcun ödənilmədiyini qeyd edərək, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etdiyindən hesab edirik ki, qanunvericiliyin tələbi və işin faktiki halları nəzərə alınmaqla, həmin iş üzrə iddia müddəti tətbiq olunmalıdır. Ona görə ki, 06 sentyabr 2014-cü il tarixli 55ÖM/F20-14 nömrəli müqavilədən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 45 ay olmaqla, ödəmə planına əsasən xx.xx.2018-ci il tarixə qədər ödənişlərin edilməsi göstərilmişdir. Belə ki, cavabdeh tərəfdən Maraqlı şəxs ASC-yə sonuncu ödəniş xx.xx.2016-cı il tarixində həyata keçirilmişdir və belə olan halda iddiaçı tərəfdən hər iki halda iddia müddətləri bitmişdir. Həm cavabdeh tərəfin Banka sonuncu ödəniş etdiyi xx.xx.2016-cı il tarixindən, həm də ödəmə planına əsasən sonuncu ödəniş ediləcək xx.xx.2018-ci il tarixindən 3 illik iddia müddətləri bitmişdir. Qeyd edirik ki, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətlərinin axımı cavabdeh tərəfin Banka sonuncu ödəniş etdiyi xx.xx.2016-cı il tarixindən və ödəmə planına əsasən xx.xx.2018-ci il tarixindən başlanmasına baxmayaraq, İddiaçı iddia tələbini iddia müddətləri bitdikdən sonra irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 və nümayəndəsi Vəkil Nürəddin oğlu iddianı qəbul etməyərək etiraza və iddia müddətinin tətbiqinə dair ərizəyə uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İİ. İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 06 sentyabr 2014-cü il tarixli İddiaçı, cavabdeh X4 və LPO Maraqlı şəxs ASC arasında bağlanmış “Öhdəliyin keçməsi haqqında” 55 ÖM/F20-14 nömrəli müqavilədən görünür ki, bu müqaviləyə əsasən X4 (yeni borclu), LPO Maraqlı şəxs ASC(borc verən) və İddiaçı (borc alan) arasında xx.xx.2013-cü il tarixli 55AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə əsasən İddiaçı LPO Maraqlı şəxs ASC-yə bu müqavilənin bağlanması tarixinə kimi əsasən borc üzrə ödənilməmiş 278207 manat əsas borc və müqaviləyə əsasən bundan sonra hesablanacaq faizlərin qrafiki üzrə ödənilməsini X4 öz üzərinə götürmüş, LPO Maraqlı şəxs ASC isə bu borcun X4 tərəfindən ödənilməsinə razılıq verərək borcun ondan qəbul ediləcəyini öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli 55AV/F20-13 nömrəli LPO Maraqlı şəxs ASC ilə İddiaçı arasında bağlanmış təminatlı kredit müqaviləsindən görünür ki, LPO Maraqlı şəxs ASC İddiaçı 348500 manat məbləğində 48 ay müddətinə illik 20 faizlə kredit verməyi, İddiaçı isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətlərdə geri qaytarmağı öhdəsinə götürür. xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli ödəniş qəbzlərindən görünür ki, xx.xx.2013-cü il tarixli 55AV/F20-13 nömrəli kredit müqaviləsi üzrə ödənişlər edilmişdir xx.xx.2020-ci il tarixli e-2-2(113)-386/2020 nömrəli Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı LPO Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 184790,16 manat, faiz borcu üzrə 40243,19, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 242511,41 manat və 50 manat cərimə olmaqla, cəmi 242561,41 manat məbləğində pulun ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı borcun ödənildiyini bildirmiş, eyni zamanda müqavilələrin əsillərinin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamasını nəzərə alaraq tələbin rədd olunmasını xahiş etmişdir. İİİ. Tətbiq edilən hüquq. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1, 551.2.1 və 373.2-ci maddələrinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdən sonra qüvvəsini itirir. İV.Məhkəmənin gəldiyi nəticə. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Maraqlı şəxs ASC arasında xx.xx.2013-cü il tarixli 55AV/F20-13 nömrəli təminatlı kredit müqaviləsi bağlanmış, sözügedən kredit müqaviləsinə əsasən LPO Maraqlı şəxs ASC İddiaçı 348500 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş, daha sonra isə İddiaçı, cavabdeh X4 və Maraqlı şəxs ASC arasında 06 sentyabr 2014-cü il tarixli öhdəliyin keçməsi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən xx.xx.2013-cü il tarixli 55AV/F20-13 saylı təminatlı kredit müqaviləsinə əsasən İddiaçı Maraqlı şəxs ASC-yə bu müqavilənin bağlanması tarixinə kimi əsasən borc üzrə ödənilməmiş 278207 manat əsas borc və müqaviləyə əsasən bundan sonra hesablanacaq faizlərin qrafiki üzrə ödənilməsini X4 öz üzərinə götürmüş, Maraqlı şəxs ASC isə bu borcun X4 tərəfindən ödənilməsinə razılıq verərək borcun ondan qəbul ediləcəyini öhdəsinə götürmüş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-386/2020 nömrəli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı kredit borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 184790,16 manat, faiz borcu üzrə 40243,19, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 242511,41 manat və 50 manat cərimə olmaqla, cəmi 242561,41 manat məbləğində pulun ləğv prosesində olan Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir, ilk öncə məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il tarixli 55AV/F20-13 saylı kredit müqaviləsi üzrə kreditor qismində ləğv prosesində olan Maraqlı şəxs ASC çıxış edir, İddiaçı ilə X4 isə müvafiq olaraq əvvəlki borclu və 06 sentyabr 2014-cü il tarixli öhdəliyin keçməsi haqqında müqaviləyə əsasən yeni borclu qismində çıxış edir. Hazırda iş üzrə iddiaçı qismində əvvəlki borclu, yəni İddiaçı çıxış edir, məhkəmə isə hesab edir ki, bir borclunun digər borclunun üzərinə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi vəzifəsini qoymağa subyektiv hüququ yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, xx.xx.2013-cü il tarixli 55AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklər 06 sentyabr 2014-cü il tarixli öhdəliyin keçməsi haqqında müqaviləyə əsasən X1 də, ləğv prosesində olan Maraqlı şəxs ASC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə borcun hazırki İddiaçı tutulmasını məhkəmədən xahiş etmiş və xx.xx.2020-ci il tarixli e-2-2(113)-386/2020 nömrəli qətnaməsi ilə borcun yalnız İddiaçı tutulması qət edilmişdir. Göründüyü kimi iddiaçının öhdəliyi yerinə yetirilməsi tələb olunan xx.xx.2013-ü il tarixli 55 AV/F20-13 saylı kredit müqaviləsi üzrə LPO Maraqlı şəxs ASC İddiaçı qarşı borc tələbi ilə bağlı iddia irəli sürürlmüş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-386/2020 nömrəli qətnaməsi ilə xx.xx.2013-ü il tarixli 55 AV/F20-13 saylı kredit müqaviləsi üzrə yaranmış borc İddiaçı tutulması qət edilmişdir. Son olaraq isə məhkəmə qeyd edir ki, hətta iddiaçının hazırki iddia ərizəsini verməyə subyektiv hüququ olsadı belə, iddia tələbi məhkəmə tərəfindən yenə də rədd olunacaq, belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı “öhdəliyin keçməsi haqqında” 06 sentyabr 2014-cü il tarixli, 55ÖM/F20-14 nömrəli müqaviləyə əsasən xx.xx.2013-ü il tarixli 55 AV/F20-13 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması tələbi ilə bağlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1555/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1555/2023
18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver