Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1556/2021 23.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi X8 oğlunun, Üçüncü şəxsin nümayəndəsi Nəcəfquliyev Ramil Nurəddin oğlunun iştirakları ilə İddiaçı ASC-nin cavabdeh “X4 Mərkəzi” MMC-yə (üçüncü şəxs:Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı “ödənilmiş verginin geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh “X4 Mərkəzi” MMC-yə (üçüncü şəxs:Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 21.018,49 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 7736/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli icra sənədinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx xxxxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Sumqayıt şəhəri, 4-cü mikrorayon, 32A/78 nömrəli evin 55 nömrəli mənzili ilə bağlı keçirilmişdir. Bununla bağlı xx xxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən cavabdehə 1343 AZN məbləğində vergi ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-198/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinə və Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 3 Mədən küçəsi, 44 nömrəli evin 15 nömrəli mənzili ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 07 fevral 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4 Mərkəzi” MMC-yə 1079,64 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-225/2019 saylı xx xxxx 2019-cu ıl tarixli icra sənədinə və Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Bərdə şəhəri, Bakı küçəsi, 3 nömrəli evin 17 nömrəli mənzili ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxxx 2019-cu il tarixli hesab fakturaya əsasən “X4 Mərkəzi” MMC-yə 513,75 AZN məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)- 334/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli icra sənədinə və Bərdə rayon İcra və Probasiya Şöbəsinin x xxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Bərdə rayonu, Şirvanlı kəndində 0,09 ha torpaq sahəsində yerləşən tərdi yaşayış evi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 15 iyul 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə 1110.75 AZN məbləğində sadələşdirilmiş vergi ödənilmışdır. Bundan sonra xx xxxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Sabunçu rayon Məhkəməsinin 2(008)-8906/2017 saylı xx xxxxxx 2017-cı il tarixli icra sənədinə və Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2019-cu fl tarixli sifariş məktubuna əsasən Bakı şəhəri Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi,məhəllə 4048/49, Yusub Ayvazov küçəsi, 3 nönrəli evin 136 saylı mənzili ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 29 may 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır.xx xxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4 Mərkəzi" MMC-yə 1559,92 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir və Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1160/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinə və Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin xx xxxxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 23A/8 nömrəli evin 50 saylı mənzili ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə 1986.75 AZN məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Xəzər rayon Məhkəməsinin 2(003)- 2920/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinə və Xəzər rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri. Xəzər rayonu, Şimal DRES qəsəbəsi, Lev Starçuk küçəsi, 9 nömrəli evin 21 saylı mənzili ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxxx 2019cu il tarixli hesab-faktıraya əsasən cavabdehə 1094.4 AZN məbbğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra xx xxxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Bərdə rayon Məhkəməsinin 2(021)- 3434/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli icra sənədinə və Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli sifariş məktubuna əsasən Bərdə rayonu, Hacallı kəndi, 0,26 ha torpaq sahəsində yerləşən tərdi yaşayış evi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxxx 2019-cu il tarixli hesabfakturaya əsasən cavabdehə 1632,5 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra xx xxxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 3460/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli icra sənədinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx xxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küç., 1 saylı evin 33 saylı mənzili ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 31 iyul 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən cavabdehə 1568,25 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 18 dekabr 2019-cu il tarixdə həmin əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Bərdə rayon Məhkəməsinin 2(021)- 2511/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədinə və Bərdə rayon İcra və Probasiya Şöbəsinin 14 avqust 2018-ci il tarixli sifariş məktubuna əsasən Bərdə ş., H. Cavid küç., 0,05 ha torpaq sahəsində yerləşən 26 nömrəli fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesabfaktıraya əsasən cavabdehə 2015,75 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Suraxanı rayon Məhkəməsinin 2(010)-451/2016 saylı xx xxxxxx 2016-cı il taixli icra sənədinə və Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı ş., Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqlliyin 20 illiyi küçəsi, 2 saylı evin 3 saylı mənzili ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən cavabdehə 1170 manat məbləğində vergi ödənilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3714/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli icra sənədinə və Suraxanı rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı ş., Suraxanı rayonu Qara-Çuxur qəsəbəsi V.Quliyev küçəsi, 107 C ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesab-faktıraya əsasən cavabdehə 1845 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Ağdam rayon Məhkəməsinin 2(013)307/2019 sayt xx xxxxxx 2019-cu il tarixli icra sənədinə və Bərdə rayon İcra və Probasiya Şöbəsinin 16 avqust 2019-cu il tarixli sifariş məktubuna əsasən Bərdə rayonu,Qazıqurdalı kəndi 0,09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır.xx xxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən cavabdehə 773.25 AZN məbləğində sadəbşdirilmiş vergi ödənilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır.Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-342/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra sənədinə və Sumqayıt şəhəri İcra İdarəsinin 19 iyul 2019-cu il tarixli sifariş məktubuna əsasən Sumqayıt şəhəri, 1-ci mikrorayon, 1629A saylı evin 32 saylı mənzili ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı xx xxxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən cavabdehə 938,48 manat sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra 29 dekabr 2019-cu il tarixdə həmin əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3362/2018 saylı xx xxxx 2018-ci il tarixli icra sənədinə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx xxxx 2019-cu il tarixli sifariş məktubuna əsasən Sumqayıt şəhəri, 10-cu mikrorayon. 27 saylı evin 9 saylı mənzili ilə bağlı hərrac keçirilmiş. Bununla bağlı xx xxxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesab fakturaya əsasən cavabdehə 1426,05 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Ağcabədi rayon Məhkəməsinin 2(017)-5462016 saylı xx xxx 2016-cı il tarixli icra sənədinə və Ağcabədi rayon İcra və Probasiya Şobəsinin 13 mart 2019-cu il tarixli sifariş məktubuna əsasən Ağcabədi şəhəri H.Hacıyev küçəsi, 0.07 ha torpaq sahəsində yerləşən 47 nömrəli fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmişdir. Bununla bağlı 28 iyun 2019-cu il tarixdə hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə imzalanmışdır. xx xxxxxx 2019-cu i! tarixli hesab- fakturaya əsasən cavabdehə 961 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə həmin əmlakla bağlı iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış alınmışdır. Qeyd olunan məbləğlərin banka geri qaytarılması ilə bağlı cavabdehə xx xxxxxxxx 2021-ci il tarixdə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, bank tərəfindən sadələşdirilmiş vergi olaraq ödənilmiş yuxarıda qeyd olunan məbləğləri 5 gün müddətində iddiaçıya qaytarılması xahiş olunmuş, ödənilmiş sadələşdirilmiş vergi məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi əməliyyatına münasibətdə vergi qanunvericiliyi ödənilməli olan vergi növü olaraq sadələşdirilmiş vergini müəyyən etmişdir. Belə ki, AR Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin 2020-ci ilin yanvar ayınadək qüvvədə olmuş redaksiyasına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edilmişdir. Bu zaman, sadələşdirilmiş verginin vergitutma obyekti həmin Məcəllənin 219.3-1 -ci maddəsinə müvafiq olaraq daşınmaz əmlakın sahəsidir. Sadələşdirilmiş verginin digər vergitutma obyektlərindən fərqli olaraq yaşayış və qeyri- yaşayış sahələrinin təqdim edilməsinə münasibətdə vergitutmanın forması kimi “bilavasitə mənbədən” forması nəzərdə tutulmuşdur. Qeyd olunan əməliyyatlar çərçivəsində sadələşdirilmiş verginin "bilavasitə mənbədən" tutulmasını həyata keçirmək öhdəliyi yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilmə üsulundan asılı olaraq iki fərqli subyekt arasında bölüşdürülmüşdür. Birinci halda, Vergi Məcəlləsinin 150.1.9-ci maddəsinə müvafiq olaraq torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur. İkinci halda isə, vergini ödəmə mənbəyində tutmaq öhdəliyi həmin Məcəllənin 150.1.13- cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatların üzərinə qoyulmuşdur. Qeyd olunan normada və yaxud vergi qanunvericiliyinin digər normalarında ixtisaslaşdırılmış təşkilatlar tərəfindən sadələşdirilmiş verginin məhz yaşayış və ya qeyri yaşayış sahəsinin mülkiyyətçisindən tutulması göstərilməmişdir. Beləliklə, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sadələşdirilmiş verginin hesablanmasını, tutulmasını və dövlət büdcəsinə ödənilməsini notariuslar və hərracın nəticələrini təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar həyata keçirir. Qeyd etmək lazımdır ki, vergitutma ilə bağlı öhdəliyin hansı subyektin üzərinə qoyulmasından asılı olmayaraq, vergitutmanın yalnız "bilavasitə mənbədən" forması nəzərdə tutulur və yaranan münasibətlərdə əmlakı təqdim edən, yəni gəlir əldə edən şəxsin iştirakı birmənalı olaraq istisna edilir. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sadələşdirilmiş verginin tutulması, bəyan edilməsi və dövlət büdcəsinə ödənilməsinin qaydası xüsusi olaraq müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 150.3-1 -ci maddəsinə əsasən notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Ümumiyyətlə, vergi qanunvericiliyi baxımından hesab olunur ki, yaşayış və qeyri- yaşayış sahələrini təqdim edən şəxs formasından asılı olmayaraq müəyyən gəlir əldə edir və həmin gəlirin mənbəyi qismində əmlakı mülkiyyətinə qəbul edən şəxs çıxış edir. Bu zaman, əmlakı təqdim edən şəxsin əldə etdiyi gəliri və çəkdiyi xərclər arasında fərqin mənfi, yaxud müsbət olması, yəni zərərə məruz qalıb-qalmaması heç bir əhəmiyyət daşımır. İpoteka saxlayanın icra olunmamış kredit öhdəliyi əvəzində ipoteka predmetini təşkil edən əmlakları alması ilə bağlı məsələyə gəldikdə ilk növbədə vergitutma məqsədləri baxımından “təqdim etmə" anlayışına münasibətin bildirilməsi zəruridir. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən mülkiyyət hüququnun başqasına verilməsi hesab olunan "təqdim etmə" anlayışı bir qayda olaraq sadalanan əməliyyatları özündə ehtiva edir satış; mübadilə; hədiyyə vermə;natura şəklində əmək haqqı ödəmə natura şəklində digər ödəmələr, həmçinin girov predmeti üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi. Qeyd olunan anlayışdan aydın olur ki, girov predmeti üzrə mülkiyyət hüququnun girov saxlayana keçməsi “təqdim etmə" anlayışı ilə tam əhatə olunur. İpoteka predmetini təşkil edən yaşayış və qeyriyaşayış sahələrinin icra edilməmiş kredit öhdəliyi qarşılığında ipoteka saxlayanın mülkiyyətinə keçməsi vergitutma məqsədləri üçun təqdim edilmə sayılır və sadələşdirilmiş verginin obyektini təşkil edir.Təsvir olunan münasibətlərdə əmlakı əldə edən qismində ipoteka saxlayan çıxış edir. İpoteka predmetini təşkil edən əmlakın mülkiyyətindən çıxması qarşılığında ipoteka qoyan kredit üzrə öhdəliklərinin tam və ya qismən əvəzləşdirilməsi formasında müəyyən gəlir əldə edir. Məsələyə bu mövqedən yanaşdıqda hərracın nəticələrini müvafiq protokolla rəsmiləşdirən ixtisaslaşdırılmış təşkilat tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması haqqında tələbi məhz ipoteka saxlayana qarşı yönəlməlidir. Bu zaman sadələşdirilmiş verginin tutulduğu şəxs ipoteka saxlayan olsa da, bu vergi məbləği ipoteka qoyanın hesabına aid edilir. Qeyd olunan mövqe "İpoteka haqqında" Qanunun müddəaları ilə də uzlaşır. Belə ki. həmin Qanunun 5-ci maddəsinə əsasən ipoteka müqaviləsinin şərtlərinə və ya həmin Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Göründüyü kimi ‘İpoteka haqqında Qanun ipoteka əməliyyatı ilə bağlı yaranan vergi öhdəliyinin ipoteka saxlayandan tutulmasını və onun üzərinə düşən vergi yükünün ipoteka predmetinin dəyərindən ödənilməsi mümkün edir. Digər tərəfdən, Mülki Məcəllənin 319.3-cü maddəsi müəyyən edir ki, ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. İpoteka münasibətlərini tənzimləyən mülki qanunvericilik tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi zamanı meydana gələn istənilən xərclərin satınalma qiymətindən tutulmasını və bu qiymətin alıcı tərəfindən ödənilməli olduğunu müəyyən edir. Hazırkı halda ipoteka predmetini öz mülkiyyətinə qəbul etməsi ilə əlaqədar ipoteka saxlayandan tutulan sadələşdirilmiş verginin ipoteka predmetinin dəyərindən ödənilməsi həmin vergi məbləğinin ipoteka qoyanın kredit borcunun əvəzləşdirilən hissəsinin azaldılması yolu ilə baş verir. Xüsusi olaraq göstərmək lazımdır ki. vergi qanunvericiliyi mülkiyyət hüququnun ipoteka qoyana keçməsi formasında ipoteka predmetinin təqdim edilməsini sadələşdirilmiş vergi öhdəliyini istisna edən hal kimi müəyyən etmir. Başqa sözlə, ipoteka predmetinin ipoteka saxlayanın mülkiyyətinə keçməsi ilə bağlı vergi azadolması nəzərdə tutulmamışdır. Ümumiyyətlə, qanunvericiliyin təhlilində sistemli yanaşmanın zəruri olduğunu nəzərə alaraq hesab edirik ki, ipoteka predmeti üzərində mülkiyyət hüququnu əldə edən şəxslərin statusundan və hərracın nəticələrindən asılı olaraq sadələşdirilmiş verginin fərqli qaydada tutulması ağlabatan hesab oluna bilməz. Bır halda ipoteka predmetinin baş tutumuş hərrac nəticəsində üçüncü şəxslərə satılması zamanı sadələşdirilmiş verginin onlardan tutulması ikinci halda isə hərracın baş tutmaması ilə əlaqədar ipoteka predmetinin ipoteka saxlayanın mülkiyyətinə keçməsi zamanı verginin əmlaka mülkiyyət hüququ əldə edəndən deyil, ipoteka qoyandan tutulması ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi, eləcə də, mütənasiblik prinsiplərinə uyğun gəlmir. İddiaçının digər mövqeyinə görə hərracın yekunu olaraq iddiaçının əldə etdiyi əmlak gələcəkdə satıldıqda bank tərəfindən yenidən sadələşdirilmiş vergi ödəniləcək ki, bu da eyni əmlakla bağlı iki dəfə vergiyə cəlb edilməyə səbəb olacaq. İddiaçının bu dəlili ilə bağlı bildirilir ki, ipoteka predmetini mülkiyyətinə qəbul etməsinə görə ipoteka saxlayandan sadələşdirilmiş verginin tutulması və həmin predmetin sonradan üçüncü şəxslərə satışı zamanı sadələşdirilmiş verginin ödənilməsi təkrar vergitutma hesab oluna bilməz. Belə ki, birinci halda ipoteka saxlayandan tutulan sadələşdirilmiş vergi onun hesabına deyil, ipoteka qoyanın hesabına aid edilir və həmin vergini dolayı olaraq ipoteka qoyan ödəmiş hesab olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, ipoteka predmetinə mülkiyyət hüququnun kredit borcu qarşılığında ipoteka saxlayana keçməsi prosesini rəsmiləşdirən hərrac təşkilatı sadələşdirilmiş vergi məbləğini ödəmə mənbəyində ipoteka saxlayandan tutaraq dövlət büdcəsinə ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nəcəfquliyev Ramil Nurəddin oğlu məhkəməyə təqdim edilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən məlum olur ki: - Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 32A/78 ünvanında yerləşən mənzillə bağlı hərrac keçirilmiş, xx xxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən “xxxx” ASC (indiki İddiaçı ASC) tərəfindən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC- yə 1343 AZN məbləğində vergi ödənilmişdir. - Bakı ş., Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, 3 Mədən küçəsi, ev 44 ünvanında yerləşən mənzillə bağlı hərrac keçirilmiş, 07 fevral 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxxx 2019cu il tarixli hesab-fakturaya əsasən “X4 Mərkəzi” MMC-yə 1079,64 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Bərdə şəhəri, Bakı küçəsi, ev 3 ünvanında yerləşən 17 nömrəli mənzil ilə bağlı hərrac keçirilmiş, xx xxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4 Mərkəzi” MMC-yə 513,75 AZN məbləğində sadələşdirilmiş vergi ödənilmişdir; - Bərdə şəhəri, Şirvanlı kəndində 0,09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmiş, 15 iyul 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4 Mərkəzi” MMC-yə 1110.75 AZN məbləğində sadələşdirilmiş vergi ödənilmışdır - Bakı şəhəri ünvan 5 ünvanında yerləşən 136 saylı mənzil ilə bağlı hərrac keçirilmiş, xx xxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “X4 Mərkəzi” MMC-yə 1559,92 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir - ünvan 6 ünvanında yerləşən 50 saylı mənzil ilə bağlı hərrac keçirilmiş, xx xxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə 1986.75 AZN məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - ünvan 7 ünvanında yerləşən 21 saylı mənzili ilə bağlı açıq hərrac keçirilmiş, xx xxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxxx 2019-cu il tarixli hesab-faktıraya əsasən cavabdehə 1094.4 AZN məbləğində sadələşdirilmiş vergi ödənilmişdir - Bərdə rayonu, Hacallı kəndi, 0,26 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmiş, xx xxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən cavabdehə 1632,5 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, 1 saylı evin 33 saylı mənzili ilə bağlı hərrac keçirilmiş, xx xxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən cavabdehə 1568,25 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Bərdə şəhəri, Hüseyn Cavid küçəsi 0,05 ha torpaq sahəsində yerləşən 26 nömrəli fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmiş, xx xxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesab-faktıraya əsasən cavabdehə 2015,75 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir - Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Müstəqlliyin 20 illiyi küçəsi, ev 2 ünvanında yerləşən 3 saylı mənzil ilə bağlı hərrac keçirilmiş, xx xxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən cavabdehə 1170 manat məbləğində vergi ödənilmişdir; - Bakı şəhəri, Suraxanı rayonu Qara-Çuxur qəsəbəsi V.Quliyev küçəsi, 107 C ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmiş, xx xxxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesab-faktıraya əsasən cavabdehə 1845 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. - Bərdə rayonu,Qazıqurdalı kəndi 0,09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmiş, xx xxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən cavabdehə 773.25 AZN məbləğində sadəbşdirilmiş vergi ödənilmişdir - Sumqayıt şəhəri, 1-ci mikrorayon, 1629A saylı evin 32 saylı mənzil ilə bağlı hərrac keçirilmiş, xx xxxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən cavabdehə 938,48 manat sadələşdirilmiş vergi ödənilmişdir; - Sumqayıt şəhəri, 10-cu mikrorayon. 27 saylı evin 9 saylı mənzil ilə bağlı hərrac keçirilmiş, xx xxxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesab fakturaya əsasən cavabdehə 1426,05 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir - Ağcabədi şəhəri H.Hacıyev küçəsi, 0.07 ha torpaq sahəsində yerləşən 47 nömrəli fərdi yaşayış evi ilə bağlı hərrac keçirilmiş, xx xxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib edilmiş və əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli hesab-fakturaya əsasən cavabdehə 961 manat məbləğində sadələşdirilmiş vergi ödənilmişdir. İşdən görünür ki, İddiaçı ASC tərəfindən “X4 Mərkəzi” MMC-yə xx xxxxxx 2021-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq MMC-yə ödənilmiş 21,018.49 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin 5 gün müddətində banka geri qaytarılması xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, müvafiq icra və probasiya şöbələri tərəfindən verilmiş sifariş əsasında hərrac təşkilatçısı olan “X4 Mərkəzi” MMC tərəfindən ipoteka predmetləri olan daşınmaz əmlaklar satışa çıxarılmış və “xxxx” ASC (indiki İddiaçı ASC) tərəfindən həmin əmlaklar satın alınmışdır. Bununla bağlı müvafiq protokollar tərtib edilmiş və “xxxx” ASC ilə hərracın təşkilatçısı olan “X2” MMC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr bağlanılmışdır. Nəticə etibarilə “X4 Mərkəzi” MMC tərəfindən AR Vergi Məcəlləsinin 150.1.3-cü maddəsinə müvafiq olaraq bankdan ümumilikdə 21,018.49 manat məbləğində ödəmə mənbəyində sadələşdirilmiş vergi tutularaq büdcəyə ödənilmişdir. Belə ki, qeyd olunan normada yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ödəmə mənbəyində vergi tutulması nəzərdə tutulmuşdur. Hazırda İddiaçı ASC “X4 Mərkəzi” MMC tərəfindən verginin tutulmasının əsassız və qanunsuz olmasını iddia edərək, cavabdeh “X4 Mərkəzi” MMC-yə ödənilmiş ümumilikdə 21,018.49 manat məbləğində verginin geri qaytarılmasını tələb edir və tələbin hüquqi əsas kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin (150, 218,219) normalarına istinad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. İlkin olaraq Məhkəmə qeyd etmək istəyir ki, kommersiya xarakterli mülki işə baxıldığını nəzərə alsaq, Mülki Məcəllənin qeyd edilən 2.1-ci və 2.5-ci maddələrinin, eləcə də «Normativhüquqi aktlar haqqında» Konstitusiya Qanunun 2.5-ci maddələrinin tələbləri baxımından, bankın hərrac təşkilatına qarşı iddia tələbinin qanuni əsası mülki qanunvericiliyin normaları tətbiq olunmalıdır. Belə ki, fiziki və ya hüquqi şəxslərin verginin ödənilməsindən yayınması faktları, onun vergi qanunvericiliyinin müddəlarının pozulması məhkəmə tərəfindən mülki məhkəmə icraatı qaydasında əqdlərin bağlanması və ya etibarsız hesab edilməsi mübahisəsi üzrə sübut, tədqiq və qiymətləndirilə bilməz, çünki bu hallar mübahisə üzrə sübutetmə predmetinə daxil deyil və vergi mübahisəsinin baxılması zamanı vergi qanunvericiliyinin müddəalarına əsasən müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən ipoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Göründüyü kimi qanunvericilik ipoteka predmetinin saxlanılması və salamatlığı ilə bağlı çəkilmiş xərclərin ipoteka saxlayandan tutulmasını və onun üzərinə düşən ödənişlərin, o cümlədən vergi yükünün ipoteka predmetinin dəyərindən ödənilməsini nəzərdə tutur. Hazırkı halda iddiaçı ilə “X4 Mərkəzi” MMC arasında bağlanmış alqı-satqı müqavilələrinə uyğun olaraq bank ipoteka saxlayan qismində çıxış edir. Odur ki, ipoteka əməliyyatı ilə bağlı yaranmış vergi öhdəlikləri ipoteka saxlayan kimi bankın üzərinə düşür və ödəniş ipoteka predmetinin dəyərindən həyata keçirilir. Qanunvericilik ödəmə mənbəyində verginin tutulmasını isə “X4 Mərkəzi” MMC-yə həvalə edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, “X4 Mərkəzi” MMC hər hansı bir qanun pozuntusuna yol vermədən, qanunauyğun surətdə üzərinə düşən öhdəliyi icra etmiş və bankdan ödəmə mənbəyində vergi tutulmasını təmin edərək büdcəyə köçürmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 3-cü bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. 5.7-ci bəndə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 6-cı bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməyindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. İstinad edilən normaların tələblərindən görünüdüyü kimi artıq ödənilmiş vergilərin büdcədən qaytarılması vergi ödəyicisinin həmin qaydalara uyğun təqdim edilmiş ərizəsi əsasında qəbul edilmiş vergi orqanının müvafiq rəyinə əsasən maliyyə orqanları tərəfindən təmin edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən ödənilmiş vergi məbləğinin büdcədən geri qaytarılması məqsədilə yuxarıda sadalanan Qaydalara uyğun hərəkət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdeh “X4 Mərkəzi” MMC-yə (üçüncü şəxs:Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı “ödənilmiş verginin geri qaytarılması” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1556/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1556/2021
23.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver