Məhkəmə qərarları › İş №e-2-2(113)-1557/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1557/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1557/2021 11.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı «ipoteka predmeti üzrə borc və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 06.12.2013-cü il tarixli 119892-1-10003/1 nömrəli və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 19.07.2016-cı il tarixli 01 saylı Razılaşma üzrə 26.11.2020-ci il tarixə Banka borclu olduğu 130120,99 manat məbləğində əsas borc, həmçinin, 30,40 manat məbləğində məhkəmə üçün və 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; ipoteka predmetininn ilkin satış qiymətinin 100.000 (bir yüz min) manat məbləğində müəyyən etməklə tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 2929-cu məhəllədə istifadədə olan 0.1784 ha torpaq sahəsində yerləşən 1564.2 kv.m ümumi, 728.1 kv.m əsas, 836.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması; daşınmaz əmlakın satışından əldə edilən vəsait hesabına cavabdehlərdən müştərək qaydada tutulmalı olan borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli 119892-1-10003 nömrəli “Baş kredit razılaşması”na əsasən Bank Cavabdeh4 06 dekabr 2013-cü il tarixdən 06 dekabr 2023-cü il tarixədək 1.000.000 (bir milyon) AZN məbləğində kredit xətti açmışdır. Tərəflər arasında bağlanmış “Baş kredit razılaşmasının şərtlərinə uyğun olaraq aşağıdakı kredit müqaviləsi bağlanmışdır. Bank ilə Cavabdeh4 arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli 119892-1-10003/1 nömrəli “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh4 biznesin inkişafı üçün illik 15 (on beş) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 340.000 (üç yüz qırx min) AZN məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh4 arasında bağlanmış “06.12.2013-cü il tarixli 119892-1-10003/1 nömrəli “Kommersiya krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 19.07.2016-cı il tarixli 01 saylı Razılaşmaya əsasən Cavabdeh4 19.07.2016-ci il tarixə Banka mövcud olan borcu kapitallaşdırılaraq 239.338 (iki yüz otuz doqquz min üç yüz otuz səkkiz) AZN məbləğində müəyyən edilmiş, Cavabdeh4 isə həmin kredit məbləğini illik 15 (on beş) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə, yəni 19 iyul 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bank tərəfindən verilmiş və “Baş kredit razılaşması”na əsasən kredit müqavilələrinin təminatı kimi aşağıdakı müqavilələr bağlanmışdır. Bank ilə Cavabdeh2 Qanunu təmsilçi: Cavabdeh4 arasında bağlanmış 06 dekabr 2013-cü il tarixli 119905-NEDVİJ-2066 nömrəli “Daşınmaz Əmlak İpoteka Müqaviləsi”nə əsasən “Baş kredit razılaşması” və onun ayrılmaz hissələri olan kredit müqavilələri üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı səhəri Xətai rayonu Zığ Yolu küçəsi, 2929-cu məhəllədə istifadədə olan 0.1784 ha torpaq sahəsində yerləşən 1564.2 kv.m ümumi, 728.1 kv.m əsas, 836.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. (ipoteka müqaviləsi qeydiyyata alınmışdır - AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış). Eyni zamanda, “Baş kredit razılaşması” üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyət 06 dekabr 2013-cü il tarixli 119905-7-6324 nömrəli “Zaminlik müqaviləsi” əsasında Cavabdeh4 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh1 06 dekabr 2013-cü il tarixli 119898-7-6325 nömrəli “Zaminlik müqaviləsi” əsasında Cavabdeh4 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh3 06 dekabr 2013-cü il tarixli 119901-7-6326 nömrəli “Zaminlik müqaviləsi” əsasında Cavabdeh4 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh4 kredit vəsaitindən istifadə etsə də, öz üzərinə götürdüyü kredit öhdəliklərini 19.02.2019cu il tarixdən lazımınca icra etməmiş və nəticədə onun 26.11.2020-ci il tarixə Banka ümumilikdə isə 140.120,99 (bir yüz qırx min bir yüz iyirmi manat 99 qəpik) AZN məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, eyni zamanda məhkəməyə cavabdehin borcuna dair maliyyə arayışını təqdim edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanan 06 dekabr 2013-cü il tarixli 119892- 1-10003 nömrəli “Baş kredit razılaşmasın”dan görünür ki, «Kredit alan” Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur və fəaliyyət göstərmək üçün qanunvericiliklə tələb olunan bütün lisenziyalara malikdir və gələcəkdə kreditin istifadə ediləcək təyinatı üçün hər hansı fəaliyyətə müvafiq icazələrin alınması tələb olunarsa, bu icazələri əldə edəcəkdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən bu Razılaşma ilə müəyyən olunmuş şərtlər əsasında tam və ya hissələrlə verilən kreditlər üçün «Bank» «Kredit alan»a 1 000 000 (bir milyon) manat məbləğində kredit xətti açır. Bu Razılaşma «Bank»ın «Kredit alanna kredit vermək öhdəliyini ifadə etmir və 2.6-cı bənd nəzərə alınaraq kredit(lər) bu Razılaşma əsasında tərəflər arasında Kredit müqaviləsin və «Bank qarantiyasının verilməsinə dair Razılaşman, o cümlədən Bərpa olun(may)an Kredit xətti müqavilələri formasında bağlanmış müqavilələr və razılaşmalar əsasında veriləcək. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən «Bank» bu Razılaşma və həmin Razılaşmadan irəli gələn Kredit müqavilələri əsasında kredit xəttini "06" dekabr 2013-cü il tarixdən "06" dekabr 2023-cü il tarixədək açır və «Kredit alan” yalnız qeyd olunan müddət ərzində kredit xəttindən istifadə edə bilər. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən Aşağıda göstərilən bütün şərtlər hər hansı bir kredit verilməmişdən əwel mövcud olmalıdır, hər bir halda bu Razılaşma və həmin Razılaşmadan irəli gələn Kredit müqavilələri üzrə “Kredit alan” öhdəliklərini yerinə yetirmiş olmalıdır. "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanan 06 dekabr 2013-cü il tarixli 119892-1- 10003/1 nömrəli “Kommersiya Kredit Müqaviləsindən” görünür ki, «Bank» «Kredit alan»a 340 000 (üç yüz qırx min) manat məbləğində kredit verməyi, «Kredit alan» isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə «Bank»a illik 15% (on beş) faiz ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının metodologiyası əsasında əsas məbləğ, kredit üzrə faizlər, kreditin rəsmiləşdirilmə xərcləri, hesabın xidmət olunması, o cümlədən kreditin ağdlaşdırılması xərcləri, sığorta və təminatın qiymətləndirilməsi xərcləri (tətbiq olunduqda) və s. xərclər daxil olmaqla hesablanan X5 Dərəcəsi (FİFD) müqavilənin tərkib hissəsi olan «Ödəniş cədvəli»ndə (Əlavə nömrə 1) qeyd olunur. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kredit 60 ay müddətinə verilir. "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanan 06 dekabr 2013-cü il tarixli 119892-1- 10003/1 nömrəli kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi barədə 19.07.2016-cı il tarixli 01 saylı razılaşmadan görünür ki, Kredit alanın Banka 06.12.2013-cü il tarixli 119892-1-10003/1 nömrəli “kredit müqaviləsi” üzrə 19.07.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırara 239338 manat məbləğdə müəyyən edilmişdir. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən hazırki razılaşma imzalandığı tarixdən “kredit alan” kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 60 ay müddəti ərzində istifadə etməyi və 19.07.2021-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə Banka illik 15 faiz ödəməyi öhdəsinə götürür. Həmin Razılaşmanın tərkib hissəsi sayılan Əlavə nömrə 1 (ödəniş cədvəli) imzalandığı tarixdən 06.12.2013-cü il tarixli 119892-1-10003/1 nömrəli “kredit müqaviləsi” üzrə imzalanmış Əlavə nömrə 1 qüvvədən düşmüş hesab edilsin və həmin kredit müqaviləsinin mətni üzrə Əlavə nömrə 1 yeni Əlavə ilə əvəz edilsin. Həmin Razılaşmanın 4-cü bəndinə əsasən 06.12.2013-cü il tarixli 119892-1- 10003/1 nömrəli “kredit müqaviləsi”nin 2.1,2.3 və 4.7.1-ci bəndləri qüvvədən düşmüş hesab edilsin. Həmin Razılaşmanın 5-ci bəndinə əsasən 06.12.2013-cü il tarixli 119892-1-10003/1 nömrəli “kredit müqaviləsi”nin digər şərtləri dəyişdirilmədən qüvvədə qalır. - "xxxx" ASC (ipoteka saxlayan) ilə Cavabdeh2 (ipoteka qoyan) arasında bağlanan 06 dekabr 2013-cü il tarixli 119905-NEDVİJ-2066 nömrəli “Daşınmaz Əmlak İpoteka Müqaviləsi”ndən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən ipoteka saxlayan Cavabdeh2 Qanunu təmsilçi Cavabdeh4 06 dekabr 2013-cü il tarixli 119892-1-10003/1 saylı kredit müqaviləsinə əsasən ******* manat məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın (Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 2929-cu məhəllədə istifadədə olan 0,1784 ha torpaq sahəsində yerləşən 1564,2 kv.m ümumi, 728,1 kv.m əsas, 836,1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə) girov qoyulması barədə razılığa gəlmişlər. Həmin Müqavilənin 3.5-ci bəndinə ipoteka predmetinin "Bazar dəyəri" - ******* AZN, "Likvid dəyəri" -700000 AZN məbləğində müəyyən edilmişdir. "xxxx" ASC ilə Cavabdeh2 qanuni təmsilçisi Cavabdeh4 arasında bağlanan 06 dekabr 2013-cü il tarixli 119905-7-6324 nömrəli “Zaminlik Müqaviləsi”ndən görünür ki, zamin 2.2-ci bənddə göstərilən öhdəlik üzrə “Kredit alan”-nın bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanan 06 dekabr 2013-cü il tarixli 119901-7- 6325 nömrəli “Zaminlik Müqaviləsi”ndən görünür ki, zamin 2.2-ci bənddə göstərilən öhdəlik üzrə “Kredit alan”-nın bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanan 06 dekabr 2013-cü il tarixli 119901-7- 6326 nömrəli “Zaminlik Müqaviləsi”ndən görünür ki, zamin 2.2-ci bənddə göstərilən öhdəlik üzrə “Kredit alan”-nın bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürmüşdür. - Hüquqların Dövlət Qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli 07.12.2013-cü il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 2929-cu məhəllədə istifadədə olan 0,1784 ha torpaq sahəsində yerləşən 1564,2 kv.m ümumi, 728,1 kv.m əsas, 836,1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisinə Cavabdeh2 mülkiyyət hüququ "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan çıxarışa edilmiş MH ******* nömrəli əlavədən görünür ki, 1 mərtəbəli 624,5 kv.m sahəsi olan Mətbəə sexinin binası, 1 mərtəbəli 265,9 kv.m sahəsi olan Karobka sexi, 1 mərtəbəli 307,9 kv.m sahəsi olan Talvar, 1 mərtəbəli 45.1 kv.m sahəsi olan Qazanxana, 1 mərtəbəli 11 kv.m sahəsi olan Yardımçı bina, 1 mərtəbəli 5.4 kv.m sahəsi olan Elektrik şiti binası, 1 mərtəbəli 1.5 kv.m sahəsi olan Ayaqyolu, 1 mərtəbəli 13.1 kv.m sahəsi olan Gözətçi binası, 1 mərtəbəli 26.7 kv.m sahəsi olan Yardımçı bina, 1 mərtəbəli 209,8 kv.m sahəsi olan Yardımçı bina, 1 mərtəbəli 47.7 kv.m sahəsi olan Tullantı binası, 1 mərtəbəli 4.4 kv.m sahəsi olan Elektrik şiti binası, 1 mərtəbəli 0,9 kv.m sahəsi olan Ayaqyolu olmaqla ümumilikdə göstərilən binaların tikinti altı sahəsi 1784 kv.m təşkil etdiyi göstərilmişdir. - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri üzrə Ərazi İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, Cavabdeh4 tərəfindən kredit öhdəlikləri lazımınca icra edilmədiyindən kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması xahiş edilmişdir. - İş materiallarına əlavə edilmiş 03.11.2021-ci il tarixli Borc haqqında arayışdan görünür ki, Cavabdeh4 19.07.2016-cı il tarixli 119892-1-10003/1/1 nömrəli “kredit müqaviləsi” üzrə həmin tarixə qalıq borcu kreditə görə 125120,99 manat təşkil edir. - 18.10.2021-ci tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuş X1 Company 13.10.2021-ci il tarixli 156/21 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 2929-cu məhəllədə istifadədə olan 0,1784 ha torpaq sahəsində yerləşən 1564,2 kv.m ümumi, 728,1 kv.m əsas, 836,1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinin likvid dəyəri 140000 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh4 arasında 06 dekabr 2013-cü il tarixli 119892-1-10003 nömrəli “Baş kredit razılaşması” bağlanmışdır. Həmin müqaviləyə əsasən, «Kredit alan” Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur və fəaliyyət göstərmək üçün qanunvericiliklə tələb olunan bütün lisenziyalara malikdir və gələcəkdə kreditin istifadə ediləcək təyinatı üçün hər hansı fəaliyyətə müvafiq icazələrin alınması tələb olunarsa, bu icazələri əldə edəcəkdir. Bundan sonra tərəflər arasında 06 dekabr 2013-cü il tarixli 119892-1-10003/1 nömrəli “Kommersiya Kredit Müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə «Bank» «Kredit alan»a 340 000 (üç yüz qırx min) manat məbləğində kredit verməyi, «Kredit alan» isə verilmiş krediti qəbul edib, Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə «Bank»a illik 15% (on beş) faiz ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra Kredit alanın Banka 06.12.2013-cü il tarixli 119892-1-10003/1 nömrəli “kredit müqaviləsi” üzrə 19.07.2016-cı il tarixə mövcud olan borcu 239338 manat məbləğdə müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasında 06 dekabr 2013-cü il tarixli 119905-NEDVİJ-2066 nömrəli “Daşınmaz Əmlak İpoteka Müqaviləsi” bağlanaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 2929-cu məhəllədə istifadədə olan 0,1784 ha torpaq sahəsində yerləşən 1564,2 kv.m ümumi, 728,1 kv.m əsas, 836,1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə girov olaraq qoyulmuşdur. Qeyd olunan kredit müqaviləsi üzrə kredit alan tərəfindən götürülmüş öhdəliklərə dair Cavabdeh2 qanuni təmsilçisi Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh tərəfindən 19.07.2016-cı il tarixə 119892-1-10003/1/1 nömrəli “kredit müqaviləsi” üzrə öhdəliklər yerinə yetirilmədiyindən ümumilikdə banka 130120,99 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərək qeyd olunan borcun ödənilməsini təmin etmək üçün borcun ipoteka predmeti olan əmlaka yönəldilməsini xahiş etmişdir. Tərəflərin bərabərliyi prinsipi tərəflər arasında ədalətli balans baxımından ədalətli məhkəmə araşdırması hüququnun mühüm xüsusiyyətidir və prosessin çəkişmə xarakterinə xas olan cəhətidir. Mahiyyət etibarı ilə bu prinsip tələb edir ki: “Hər bir tərəf öz arqumentlərini, o cümlədən sübutlarını təqdim etmək üçün ağlabatan imkana malik olmalı və əks tərəfin qarşısında əlverişsiz vəziyyətə salınmamalıdır” (X3rşı, 1993-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutaraq qeyd ki, Cavabdeh4 19.07.2016-cı il tarixli 119892-1-10003/1/1 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh4 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 125120,99 manat məbləğində əsas borcunu iddiaçıya ödəməlidir. Belə ki, iddia tələbində cavabdehin borcu 130120,99 manat göstərilməsinə baxmayaraq, iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş arayış hazırda cavabdehin 125120,99 manat borcunun olması təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka” haqqında Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsinə dair əsas və faiz borcu üzrə cavabdehin öhdəliklərinin tam yerinə yetirməməsi səbəbindən tələb 06 dekabr 2013-cü il tarixli 119905-NEDVİJ-2066 nömrəli “Daşınmaz Əmlak İpoteka Müqaviləsi” nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 2929-cu məhəllədə istifadədə olan 0,1784 ha torpaq sahəsində yerləşən 1564,2 kv.m ümumi, 728,1 kv.m əsas, 836,1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəldilməlidir. likvid dəyəri 13.10.2021-ci il tarixli 156/21 nömrəli qiymətləndirmə rəyinə əsasən 140000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20.07.2020-ci il tarixli 01 saylı qərardadının 13-cü bəndinə əsasən ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipotekaqoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır. Məhkəmə iddia tələbinin ipoteka predmeti satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1(ay) ərzində boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, tələbin qeyd olunan hissəsi tərəflər arasında yaranmış bu növ münasibətləri tənzimləyən normanın (red: “İpoteka” haqqında Qanunun) tələb və hərəkət ardıcıllığı üzrə müəyyən edilmiş şərtlərinə daxildir. Belə ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən, yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; (59.3.1.) və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. (59.3.2.) Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.4 manat, İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda ipoteka predmetinin üzrə keçirilmiş qiymətləndirilmənin dəyəri olan 500 manat Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tutularaq “X2 Company” MMC -yə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 125120,99 (yüz iyirmi beş min yüz iyirmi manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc tutularaq "xxxx" ASC-yə ödənilməli, Tutma Cavabdeh2 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 2929-cu məhəllədə istifadədə olan 0.1784 ha torpaq sahəsində yerləşən 1564.2 kv.m ümumi, 728.1 kv.m əsas, 836.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməli, Əmlakın likvid dəyəri 140000 (yüz qırx min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə 125120,99 (yüz iyirmi beş min yüz iyirmi manat doxsan doqquz qəpik) manat və 60,4 (altmış manat qırx qəpik) manat dövlət rüsumu məbləğində pul iddiaçı "xxxx" ASC-yə ödənilməli, habelə İpoteka predmeti olan Cavabdeh2 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 2929-cu məhəllədə istifadədə olan 0.1784 ha torpaq sahəsində yerləşən 1564.2 kv.m ümumi, 728.1 kv.m əsas, 836.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdən və əmlak kompleksi satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 MMC Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 2929-cu məhəllədə istifadədə olan 0.1784 ha torpaq sahəsində yerləşən 1564.2 kv.m ümumi, 728.1 kv.m əsas, 836.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisədən çıxarılaraq əmlak kompleksi boşaldılmış vəziyyətdə təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 125120,99 (yüz iyirmi beş min yüz iyirmi manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc tutularaq "xxxx" ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,4 (otuz manat qırx qəpik) manat, İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 (otuz) manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh2 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 2929-cu məhəllədə istifadədə olan 0.1784 ha torpaq sahəsində yerləşən 1564.2 kv.m ümumi, 728.1 kv.m əsas, 836.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilsin. Əmlakın likvid dəyəri 140000 (yüz qırx min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə 125120,99 (yüz iyirmi beş min yüz iyirmi manat doxsan doqquz qəpik) manat və 60,4 (altmış manat qırx qəpik) manat dövlət rüsumu məbləğində pul iddiaçı "xxxx" ASC-yə ödənilsin. İpoteka predmeti olan Cavabdeh2 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 2929-cu məhəllədə istifadədə olan 0.1784 ha torpaq sahəsində yerləşən 1564.2 kv.m ümumi, 728.1 kv.m əsas, 836.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdən və əmlak kompleksi satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 MMC Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, 2929-cu məhəllədə istifadədə olan 0.1784 ha torpaq sahəsində yerləşən 1564.2 kv.m ümumi, 728.1 kv.m əsas, 836.1 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisədən çıxarılaraq əmlak kompleksi boşaldılmış vəziyyətdə təhvil verilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 500 (beş yüz) manat qiymətləndirmə xərci tutularaq “X2 Company” MMC-nin hesabına (Hesab nömrəsi: AZ61İBAZ******************** Bank: ABB Şərifzadə filialı; VÖEN **********; M/H: AZÜ3NABZ**********0000002944; Kod:805142 SYVİFT: İBAZAZ2X) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar