Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-156/2022 14.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh3 MMC-nin nümayəndəsi, həmçinin cavabdeh kimi Cavabdeh1, Cavabdeh2 nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması və digər tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 01.10.2014-cü il tarixli 134229-1-12236/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə, ona və onun tərkib hissəsi olan 02 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə” 11.12.2018-ci il tarixli 03 saylı Razılaşma üzrə 06.04.2021-ci il tarixə Banka borclu olduğu 974314,54 (doqquz yüz yetmiş dörd min üç yüz on dörd dollar 54 sent) ABŞ dolları məbləğində əsas borc, 205877,09 (iki yüz beş min səkkiz yüz yetmiş yeddi dollar 09 sent) ABŞ dolları məbləğində faiz borcu, 15714 (on beş min yeddi yüz on dörd) ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1.195.905,63 (bir milyon bir yüz doxsan beş min doqquz yüz beş dollar 63 sent) ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), həmçinin, 30,40 (otuz manat 40 qəpik) AZN məbləğində məhkəmə üçün və 30 (otuz) AZN ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 60,40 (altmış manat 40 qəpik) AZN məbləğində dövlət rüsumunun müştərək qaydadaCavabdeh1, Cavabdeh2 və Cavabdeh3ndən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ipoteka predmetininn ilkin satış qiymətinin ******* (yeddi milyon beş yüz min) manat məbləğində müəyyən etməklə tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında 1.92828 ha torpaq sahəsində yerləşən 3881.9 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi və həmin daşınmaz əmlakın açıq hərracdan satılması, daşınmaz əmlakın satışından əldə edilən vəsait hesabına cavabdehlərdən müştərək qaydada tutulmalı olan borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, daşınmaz əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan sonra əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank və ya iddiaçı) ilə Cavabdeh1 (bundan sonra mətndə Cavabdeh1 və ya cavabdeh)arasında bağlanmış 01 oktyabr 2014-cü il tarixli 134229-1-12236/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh1 biznesin inkişafı üçün illik 12,9 % (on iki tam onda doqquz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə tranşlarla hər biri 100.000 (bir yüz min) AZN və ya ABŞ dolları /RUB/AVRO ekvivalenti məbləğindən az olmayaraq ümumilikdə1.910.000 (bir milyon doqquz yüz on min) ABŞ dolları və ya AZN/RUB/AVRO evivalenti olan məbləğində bərpa olunmayan kredit açılmışdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış “01.10.2014-cü il tarixli 134229-1-12236/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə” 19.02.2016-cı il tarixli 01 saylı Razılaşmaya əsasən Cavabdeh1 19.02.2016-cı il tarixə Banka mövcud olan borcu kapitallaşdırılaraq 1.665.849 (bir milyon altı yüz altmış beş min səkkiz yüz qırx doqquz) ABŞ dolları məbləğində müəyyən edilmiş, Cavabdeh1 isə həmin kredit məbləğini illik 44 (qırx dörd) ay müddətinə, yəni 01 oktyabr 2019-cu il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə Banka illik 12.9 % (on iki tam onda doqquz) faiz ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış “01.10.2014-cü il tarixli 134229-1-12236/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə və onun tərkib hissəsi olan 1 saylı Razılaşmaya əlavə və dəyişiklik edilməsi barədə” 07.11.2016-cı il tarixli 02 saylı Razılaşmaya əsasən Cavabdeh1 07.11.2016-cı il tarixə Banka mövcud olan borcu kapitallaşdırılaraq 1.665.849 (bir milyon altı yüz altmış beş min səkkiz yüz qırx doqquz) ABŞ dolları məbləğində müəyyən edilmiş, Cavabdeh1 isə həmin kredit məbləğini illik 60 (altmış) ay müddətinə, yəni 07 noyabr 2021-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə Banka illik 12.9 % (on iki tam onda doqquz) faiz ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış “01.10.2014-cü il tarixli 134229-1- 12236/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə və onun tərkib hissəsi olan 02 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə” 11.12.2018-ci il tarixli 03 saylı Razılaşmaya əsasən Cavabdeh1 11.12.2018-ci il tarixə Banka mövcud olan borcu kapitallaşdırılaraq 1.318.515,43 (bir milyon üç yüz on səkkiz min beş yüz on beş dollar 43 sent) ABŞ dolları məbləğində müəyyən edilmiş, Cavabdeh1 isə həmin kredit məbləğini illik 35 (otuz beş) ay müddətinə, yəni 07 noyabr 2021-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə Banka illik 9.9 % (doqquz tam onda doqquz) faiz ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən verilmiş kreditin təminatı kimi aşağıdakı müqavilələr bağlanmışdır: Bank ilə Cavabdeh2 arasında bağlanmış 01 oktyabr 2014-cü il tarixli 134269- NEDVİJ-3210 №-li “Daşınmaz Əmlak İpoteka Müqaviləsi”nə əsasən “Baş kredit razılaşması” və onun ayrılmaz hissələri olan kredit müqavilələri üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ona tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında 1.92828 ha torpaq sahəsində yerləşən 3881.9 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə Bank qarşısında ipoteka ilə yüklü edilmişdir (ipoteka müqaviləsi qeydiyyata alınmışdır - AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış; reyestr nömrəsi: **********50-12301; qeydiyyat nömrəsi: **********). Bank ilə Cavabdeh1 arasında bağlanmış “01.10.2014-cü il tarixli 134229-1-12236/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə və onun tərkib hissəsi olan 02 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə” 11.12.2018-ci il tarixli 03 saylı Razılaşmanın bağlanması ilə əlaqədar Bank ilə Cavabdeh2 arasında bağlanmış 01.10.2014-cü il tarixli 134269-NEDVİJ-3210 saylı İpoteka Müqaviləsinə dəyişiklik edilməsi barədə 11 dekabr 2018-ci il tarixli 01 saylı Razılaşma bağlanmışdır (ipotekanın əlavə qeydiyyatı aparılmışdır - AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış; reyestr nömrəsi: **********50-12301; qeydiyyat nömrəsi: **********). Eyni zamandaCavabdeh2 01 oktyabr 2014-cü il tarixli 134269-7-7966 №-li “Zaminlik müqaviləsi” əsasında Cavabdeh1 Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış “01.10.2014-cü il tarixli 134229-1-12236/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə və onun tərkib hissəsi olan 02 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə” 11.12.2018-ci il tarixli 03 saylı Razılaşmanın bağlanması ilə əlaqədar Bank ilə Cavabdeh2 arasında bağlanmış 01.10.2014-cü il tarixli 134269-7-7966 №-li “Zaminlik müqaviləsi” dəyişikliklər edilməsi barədə 11 dekabr 2018-ci il tarixli 01 saylı Əlavə Razılaşma bağlanmışdır. Həmçinin, Bank tərəfindən verilmiş kreditin təminatı kimi Cavabdeh3 (əvvəlki adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) 01 oktyabr 2014-cü il tarixli 134271- G_RAN-151 №-li “Zaminlik müqaviləsi” əsasında Cavabdeh1 Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bank ilə Cavabdeh1 arasında bağlanmış “01.10.2014-cü il tarixli 134229-1-12236/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə və onun tərkib hissəsi olan 02 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə” 11.12.2018-ci il tarixli 03 saylı Razılaşmanın bağlanması ilə əlaqədar Bank ilə Cavabdeh3arasında bağlanmış 01.10.2014-cü il tarixli 134271- G_RAN151 №-li “Zaminlik müqaviləsi”nə dəyişikliklər edilməsi barədə 11 dekabr 2018-ci il tarixli 01 saylı Əlavə Razılaşma bağlanmışdır. Cavabdeh1 kredit vəsaitindən istifadə etsə də, öz üzərinə götürdüyü kredit öhdəliklərini 07.09.2020-ci il tarixdən lazımınca icra etməmiş və nəticədə onun 06.04.2021-ci il tarixə Banka 974.314,54 (doqquz yüz yetmiş dörd min üç yüz on dörd dollar 54 sent) ABŞ dollarıməbləğində əsas borc, 205.877,09 (iki yüz beş min səkkiz yüz yetmiş yeddi dollar 09 sent) ABŞ dolları məbləğində faiz borcu, 15.714 (on beş min yeddi yüz on dörd) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1.195.905,63 (bir milyon bir yüz doxsan beş min doqquz yüz beş dollar 63 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bundan əlavə, Bank ilə Cavabdeh2 və Cavabdeh3 MMC arasında bağlanmış zaminlik müqavilələrinin tələbinə görə «Kredit alan» kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etmədikdə, «Zamin» «Kredit alan» ilə birlikdə Bank qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrinin və qanunvericiliyin tələblərinə əsasən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, Bank ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən borc alan kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetlərinə ödəniş yönəltmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinin tələbinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin hesab edirik ki, ipoteka predmetinin ilkin satış qiyməti qətnamədə göstərilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3 və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirik ki, ölkədəki hazırkı iqtisadi vəziyyətlə bağlı əmlak bazarında baş vermiş dəyişikliklər ipoteka predmetinin bazar dəyərinə təsir etmişdir. Bu səbəbdən də X1 və Monitorinqi Şöbəsi tərəfindən ipoteka predmetini yenidən qiymətləndirmişdir və “MBA ltd” qiymətləndirmə şirkətinin müvafiq qiymətləndirmə aktı əsasında tərtib olunmuş Bankın “Girovların qiymətləndirilməsi və monitorinqi” şöbəsinin 23 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən ipoteka predmeti olan - ünvan 1 ünvanında 1.92828 ha torpaq sahəsində yerləşən 3881.9 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin dəyəri 7.500.000 (yeddi milyon beş yüz min) manat məbləğində müəyyən olunmuşdur. Hesab edirik ki, ipoteka predmetinin ilkin satış qiyməti mövcud ekspert rəyinə əsasən müəyyən olunmalıdır. Həmçinin hesab edirik ki, Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı, həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehlərdən tutulmalıdır. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-ninkredit müqaviləsi və razılaşma üzrə borcu qaytarmalı olduqlarına dair vəzifələrini icra etməmələri nəticəsində Bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumları ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də, dövlət rüsumları da, cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən, əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarının izahına əsasən Mülki Məcəllənin 439.2-ci maddəsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o manatla ödənilir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh3 MMC-nin nümayəndəsi, həmçinin cavabdeh kimi Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, Vəkil izahatlarında tərəflərin arasında 21.12.2021-ci il tarixli barışıq sazişi imzalandığını bildirərək, məhkəmədən sözügedən barışıq sazişinin təsdiq olunmasını xahiş etmişlər. Məhkəməyə təqdim edilən 21.12.2021-ci il tarixli barışıq sazişi aşağıdakı şətrlərlə bağlanmışdır:
1. Bakı Komersiyya Məhkəməsinin icraatında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması və s. tələblərə dair kommersiya mübahisəsi üzrə işə baxılır.
2. “Borclular” Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 “Bank”a müştərək qaydada olan borcu “Bank” ilə “Kredit alan” Cavabdeh1 arasında bağlanmış 01.10.2014-cü il tarixli 134229-1-12236/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə, ona və onun tərkib hissəsi olan 02 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə” 11.12.2018-ci il tarixli 03 saylı Razılaşma üzrə 974.314,54 (doqquz yüz yetmiş dörd min üç yüz on dörd dollar 54 sent) ABŞ dolları məbləğində əsas borc, 205.877,09 (iki yüz beş min səkkiz yüz yetmiş yeddi dollar 09 sent) ABŞ dolları məbləğində faiz borcu və 15.714,00 (on beş min yeddi yüz on dörd dollar 00 sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1.195.905,63 (bir milyon bir yüz doxsan beş min doqquz yüz beş dollar 63 sent) ABŞ dolları məbləğində müəyyən edilir.
3. Tərəflər hazırki Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndi ilə “Borclular” Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin 01.10.2014-cü il tarixli 134229-1-12236/1 №-li “Bərpa olunmayan kredit xətti müqaviləsi”nə, ona və onun tərkib hissəsi olan 02 saylı Razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə” 11.12.2018-ci il tarixli 03 saylı Razılaşma üzrə “Bank”a müştərək qaydada ABŞ dolları ilə müəyyən edilən borcları 1 ABŞ dolları = 1.70 AZN məzənnəsi ilə manata konvertasiya edilərək 1.656.334,72 (bir milyon altı yüz əlli altı min üç yüz otuz dörd manat 72 qəpik) AZN məbləğində əsas borc, 349.991,05 (üç yüz qırx doqquz min doqquz yüz doxsan bir manat 05 qəpik) AZN məbləğində faiz borcu və 26.713,80 (iyirmi altı min yeddi yüz on üç manat 80 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, cəmi 2.033.039,58 (iki milyon otuz üç min otuz doqquz manat 58 qəpik) AZN məbləğində müəyyən olunur. “Borclular” Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin müştərək qaydada “Bank”a 1.656.334,72 (bir milyon altı yüz əlli altı min üç yüz otuz dörd manat 72 qəpik) AZN məbləğində olan əsas borcu 8 (səkkiz) ay müddətində hər ayın 30-dan gec olmayaraq 207.041,84 (iki yüz yeddi min qırx bir manat 84 qəpik) AZN-ə bölünmüş hissələrlə bu Sazişin 3.2-ci bəndində nəzərdə tutulmuş “Ödəniş cədvəli”nə uyğun olaraq “Borclular” tərəfindən müştərək qaydada “Bank”a ödənilir. Bununla da, “Borclular”ın “Bank” qarşısında olan öhdəlikləri tam icra olunmuş hesab olunur, “Bank” tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və “Bank” qarşısında yüklü edilmiş ipoteka predmeti yüklülükdən azad edilir. 3.2. Ödəniş cədvəli:
1 207.041,84 AZN 2 207.041,84 AZN 3 207.041,84 AZN 4 207.041,84 AZN 5 207.041,84 AZN 6 207.041,84 AZN 7 207.041,84 AZN 8 207.041,84 AZN
4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə hər hansı irad, etiraz bildirmədən və hər hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər: 4.1. “Borclular” Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin müştərək qaydada “Bank”a olan 1.656.334,72 (bir milyon altı yüz əlli altı min üç yüz otuz dörd manat 72 qəpik) AZN məbləğində əsas borc, 349.991,05 (üç yüz qırx doqquz min doqquz yüz doxsan bir manat 05 qəpik) AZN məbləğində faiz borcu və 26.713,80 (iyirmi altı min yeddi yüz on üç manat 80 qəpik) AZN məbləğində cərimə üzrə borcu olmaqla, cəmi 2.033.039,58 (iki milyon otuz üç min otuz doqquz manat 58 qəpik) AZN məbləğində borcun həmin günə olan qalıq məbləği “Bank”ın xeyrinə tutulur. 4.2. Bu sazişin 4.1-ci bəndinə əsasən “Borclular” Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada “Bank”ın xeyrinə tutulmalı olan borc “Bank” qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında 1.92828 ha torpaq sahəsində yerləşən 3881.9 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (ipoteka predmetinin ilkin satış qiyməti 9.000.000 (doqquz milyon) AZN məbləğində müəyyən edilməklə) yönəldilir, həmin daşınmaz əmlak açıq hərracdan satılır, satıldıqdan sonra daşınmaz əmlak bir ay ərzində “İpoteka qoyan” Cavabdeh2 tərəfindən boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. 4.3. İpoteka predmetinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular” Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin müştərək qaydada “Bank”a olan borcunun qalığının bağlanmasına, qalan hissə isə “İpoteka qoyan” Cavabdeh2 qaytarılır. 4.4. İpoteka predmetinin satışından əldə olunan vəsaitin məbləği bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun ödənilməsi üçün yetərli olmazsa, həmin çatışmayan məbləğ “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir, həmin əmlaklar “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq açıq hərracdan satılır və əldə olunmuş vəsait “Borclular” Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC-nin müştərək qaydada “Bank”a olan borcunun qalığının ödənilməsinə yönəldilir.
5. “Borclular” Cavabdeh1, Cavabdeh2 və "xxxx" MMC bu Sazişin 3.1-ci bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu Sazişin 2-ci bəndində qeyd edilən kredit müqaviləsi üzrə “Bank” qarşısında heç bir öhdəliyi qalmır və bu Sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlak “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir.
6. “Tərəflər” öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və imzalanmış 21.12.2021-ci il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış 21.12.2021-ci tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "xxxx" MMC-nin 21.10.2021-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında 1.92828 ha torpaq sahəsində yerləşən 3881.9 m2 ümumi sahədən ibarət əmlak kompleksinin likvid dəyəri ******* manat, bazar dəyəri isə 10000000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 13.12.2021-ci il tarixli 9/6906 nömrəli məhkəməmühasibatlıq rəyindən görünür ki, Cavabdeh1 06.04.2021-ci il tarixə 970477,32 ABŞ dolları əsas borcu, 94482,40 ABŞ dolları faiz borcu cəmi 1064959,72 ABŞ dolları məbləğində borcu vardır. Tədqiqatın dəyəri 200 manatdır. Məhkəmə hesab edir ki, tərəflərin arasında barışıq sazişi bağlandığından məhkəməmühasibatlıq ekspertizasının xərci olan 200 manat məbləğində pul cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC arasında bağlanmış 21.12.2021-ci tarixli barışıq sazişi təsdiq edilsin. E-2-2(113)-156/2022 nömrəli iş üzrə icraata xitam verilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 200 manat məbləğində pul cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Emin Əliyev