Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1567/2021 22.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və X1 İddiaçı ASC-nin xeyrinə 47466.71 (qırx yeddi min dörd yüz altmış altı manat 71 qəpik) manat əsas borc, 1107.55 ( bir min yüz yeddi manat 55 qəpik) manat faiz, cəmi 48574.26 (qırx səkkiz min beş yüz yetmiş dörd manat 26 qəpik) manat borc, iddiа ərizəsinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) mаnаt dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 (otuz) manat ödənişin tutulması, tutma ilkin satış qiyməti müəyyən edilməklə Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 74 saylı evin 71 saylı mənzilinə (yeni qaydalara əsasən ev 228, m.2, m.1) və tam mülkiyyət hüququ üzrə Sadıxova (Məmmədli) Nübar Əli qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 59 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, bankın kredit tələbi satılmış əmlakların hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 47466.71 (qırx yeddi min dörd yüz altmış altı manat 71 qəpik) manat əsas, 3533.62 (üç min beş yüz otuz üç manat 62 qəpik) manat faiz, 1434.71 (bir min dörd yüz otuz dörd manat 71 qəpik) manat əsas borc məbləğinə hesablanmış illik beş faiz, cəmi 52435.04 (əlli iki min dörd yüz otuz beş manat 04 qəpik) manat borc, iddia ərizəsinə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 30 (otuz) manat ödənişin tutulması, tutma ilkin satış qiyməti müəyyən edilməklə Cavabdeh3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 74 saylı evin 71 saylı mənzilinə (yeni qaydalara əsasən ev 228, m.2, m.1) və tam mülkiyyət hüququ üzrə Sadıxova (Məmmədli) Nübar Əli qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 59 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, bankın kredit tələbi satılmış əmlakların hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işi baxılmamış saxlamaqla iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlər arasında borcun ödənilməsi ilə bağlı razılıq əldə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilsə də, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin nümayəndəsinin üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsini məhkəmə onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirir. İddiaçının iddianın baxılmamış saxlanması və ərizənin geri qaytarılması barədə xahişi həm qanuna zidd olmadığından, həm də cavabdehin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmalı və ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) mаnаt məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1567/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1567/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver