Məhkəmə qərarları › İş №e-2-2(113)-157/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-157/2020

05.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-157/2020 05.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı Qanuni nümayəndə2 cavabdeh Azərbaycan Respublikasının X3rşı Azərbaycan Respublikası Qida X1 Nəzarət şöbəsi tərəfindən xx.xx.2019-cu iltarixli 3087/19 nömrəli İdxal Karantin icazəsində göstərilən texniki səhvdən yaranmış 2172.47 manat dəyən ziyanın iddiaçının hesablaşma hesabına qaytarılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı Azərbaycan Respublikası Qida X1 Nəzarət şöbəsi tərəfindən xx.xx.2019-cu iltarixli 3087/19 nömrəli İdxal Karantin icazəsində göstərilən texniki səhvdən yaranmış 2172.47 manat dəyən ziyanın iddiaçının hesablaşma hesabına qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının 200m3 meşə materialını (taxta) X2 Kray vilayətindən idxalı ilə bağlı xx.xx.2019-cu ildə cavabdehə müraciəti əsasında xx.xx.2019-cu il tarixə qədər Yalama sərhəd Gömrük Məntəqəsindən meşə materialının buraxılmasına iddiaçıya razılıq verilmişdir. 3087/19 saylıidxal qarantı sənədlərində cavabdehin texniki səhv olaraq “Yalama-Samux” sözü əvəzinə “Samux” sözü göstərilmişdir. Bundan başqa ixracedən “Krasnoyarskiy Kray” sözü əvəzinə “Kirov” sözü göstərilmişdir. Cavabdehin bu səhvlərinə görə16 günmeşə material olan 90822818 saylı vaqonu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə sözügedən vaqon “Abşeron Logistika” məhdud məsuliyyətli cəmiyyətinin yükdaşıma mərkəzinə daxil olmuşdur. Sənəd üzrə 90822818 saylı vaqonun ünvanına gecikdirilməsi ilə bağlı 16 gün qeyd olunmuş və X6 Normativ sənədləri əsasında hər günə iddiaçı tərəfindən X4 PİNA19-9506 saylı hesablama vərəqiilə 118 manat x 16 gün= 1888 manat və ƏDV ilə birlikdə 2142,07 manat pul ödənilmişdir. Bundan başqa 30 manat 40 qəpik dövlət rüsumu, ümumilikdə iddiaçıya cavabdeh tərəfindən 2172.47 manat ziyan vurulmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş və ərizəyə əsasən xx xxxxxx 2019-cu il tarixli 3087/19 nömrəli İdxal karantin icazəsi verilmişdir. Digər ərizə cavabdehə daxil olmamış və ikinci icazə sənədi yoxdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: Nizamnamənin surətindən görünür ki, Qanuni nümayəndə2 xx xxxx 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 3087/19 saylı İdxal karantin icazəsinin surətindən görünür ki, iddiaçı tərəfindən 200 3 m meşə materialının (taxta) X2 Kray vilayətindən idxalı ilə bağlı icazə verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçının 200 m3 meşə materialının (taxta) X2 Kray vilayətindən idxalı ilə bağlı ona 3087/19 saylı İdxal karantin icazəsi verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 3087/19 saylı İdxal karantin icazəsi sənədində “Yalama-Samux” sözü əvəzinə “Samux” sözü, ixracedən “Krasnoyarskiy Kray” sözü əvəzinə “Kirov” sözü göstərilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan zərəri təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216,220,227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu Qanuni nümayəndə2nə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar