Məhkəmə qərarları › İş №e-2-2(113)-1574/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1574/2021

20.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1574/2021 20.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi ilə, İddiaçı «X1» MMC-nin Cavabdehxxxx«öhdəliyin icra edilməsi və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1» MMC Cavabdehxxxx“MMC-nin qarşı «öhdəliyin icra edilməsi və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 245.00 (iki yüz qırx beş dollar 00 sent) ABŞ dolları məbləği pul vəsaitinin iddiaçı «X1» MMC-yə ödənilməsi və digər işlərin icrasının ləngiməsi nəticəsində hazırda mümkünsüz hala gətirilməsi ilə cavabdeh tərəfindən iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 5.000 (beş min manat) AZN məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası 20 may 2021-ci il tarixə saat 10:50-yə təyin edilmiş və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Lakin tərəflərin nümayəndələri göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilsə də, tərəflərin nümayəndələri məhkəməyə gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı «X1» MMC-nin Cavabdehxxxx«öhdəliyin icra edilməsi və vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı «X1» MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar