Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-158/2025 14.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 4.046,85 manat maddi zərər məbləğinin, 60,47 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 4.107,72 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən Cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin balansında olan “Neoplan” CityLiner markalı **-JH-*** DQN-lı avtobusun və Cavabdeh MMCnin balansında olan “BMC Procity” markalı **-JK-*** DQN-lı avtobusun işktirakı ilə yolnəqliyyat hadisəsi baş vermişdir. YNH-i barədə Cəmiyyətimizin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə Nizami rayon DYPŞ-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Nizami rayon DYPŞ-nin inspektoru Polis baş leytenantı X2 tərəfindən araşdırılmış və nəticədə cavabdeh "xxxx" MMC-nin sürücüsü olan X1 əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından, barəsində xx.xx.2023-cü il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir.Sürücü tərtib edilmiş protokolnan razılaşmış və protokolun ödənişini etmişdir. Bununla da sürücünün günahı Nizami RPİ-nin DYPŞ-də öz təsdiqini tapmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün uzun müddət xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2023cü il tarixli 11008 saylı Zərər Aktına əsasən ** JH *** DQN-lıavtobusa 9046.85 (Doqquz min qırx altı manat, 85 qəpik) manat maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “BMC Procity” markalı **-JK-*** DQN-lı avtobusun icbari sığorta müqaviləsi mövcud olduğundan, Nizami DYPŞ tərəfindən ** JH *** DQN-lı avtobusa dəymiş maddi ziyanla birlikdə Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış tərtib edilərək "xxxx" ASC-yə göndərilib. Adı keçən sığorta şirkəti ** JH *** DQNlı avtobusa dəymiş maddi ziyanı qəbul edərək icbari sığorta ödənişinin maksimum həddi olan 5000 (beş min ) AZN ödənişi, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin bank hesabına köçürmüşdür. BakuBus” MMC-nin balansında olan avtobusa vurulmuş ümumi zərərdən geriyə qalan 4046.85 ( Dörd min qırx altı manat, 85 qəpik) AZN maddi ziyan cavabdeh tərəfindən qarşılanmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əassən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixində “BMC Procity” markalı, 99JK933 dövlət qeydiyyat nişanlı, avtobusun sürücüsü (cavabdehin işçisi) X1 təqsirli olduğu yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı balansında olan “X6” markalı, 99JH319 dövlət qeydiyyat nişanlı avtobusa ziyan dəymişdir.
13. İş materiallarına əlavə edilmiş ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə “BMC Procity” markalı, 99JK933 dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi) maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.
14. Hazırda iddiaçı vurulmuş ziyanın ümumi dəyərinin xx.xx.2024-cü il tarixli 11008 saylı akta əsasən (akt iş materiallarına əlavə olunmuşdur) 9.046,85 manat olduğunu, həmin məbləğin 5.000 manat hissəsinin siğorta tərəfindən ödənildiyini bildirərək, qalıq 4.046,85 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir.
15. Cavabdeh tərəf xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət göndərərək, iddiaçıya dəymiş ziyanın müəyyən olunması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasınnı keçirilməsini xahiş etmişdir.
16. Belə olan halda, Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam yol nəqliyyat hadisəsi zamanı İddiaçı balansında olan “X6” markalı, 99JH319 dövlət qeydiyyat nişanlı avtobusa dəymiş zərərin məbləğinin nə qədər təşkil etməsidir.
17. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Neoplan “Cityliner” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin (xx.xx.2024-cü il tarixli zərər aktı nəzərə alınmaqla) müəyyən edilməsi məqsədi ilə, məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmişdir.
18. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Neoplan “Cityliner” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği (xx.xx.2024-cü il tarixli zərər aktı nəzərə alınmaqla) 7.808,82 manat təşkil edir.
19. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən pulun ödənilməsinə dair sənədi işə əlavə etməmişdir.
20. Ona görə də, Məhkəmə xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Neoplan “Cityliner” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 5.000 manat məbləğin siğorta tərəfindən ödənilməsini nəzərə almaqla, hesab edir ki, iddia qismən təmin edilməli, Neoplan “Cityliner” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 2.808,82 (7.808,82-5.000) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
21. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60,47 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
22. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun əvəzi olaraq 48,08 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Bundan başqa məhkəmə hesab edir ki, xidmət haqqı olaraq ödənilmiş 0,40 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilmişdir.
24. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir.
25. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 2.808 (iki min səkkiz yüz səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Dövlət rüsumunun əvəzi olaraq 48 (qırx səkkiz) manat 08 (sıfır səkkiz) qəpik və xidmət haqqının əvəzi olaraq 40 (qırx) qəpik, ümumilikdə 48 (qırx səkkiz) manat 48 (qırx səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov