Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1581/2022 11.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 may 2017-ci il tarixli RB/FS-3930 saylı Baş kredit müqaviləsi və ona əlavələr əsasında kredit borcuna görə 1622007,88 ABŞ dolları, faiz borcuna görə 134466,64 ABŞ dolları, 340000 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 2096474,52 ABŞ dolları pul məbləğinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 132 manat rüsumun, ilkin mediasiya üçün ödənilmiş 400 manat xərcin və dövlət rüsumu kimi ödənilmiş 2172 manat məbləğində pulun, cəmi 2704 manat pul məbləğinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, tələblərin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 34A ünvanmda yerləşən, 7530,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın likvid ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 24 may 2017-ci il tarixli RB/FS- 3930 saylı kredit müqaviləsi və ona əlavələr əsasında yaranmış cəmi 2096474,52 ABŞ dolları borc, dövlət rüsumları və digər xərclər kimi ödənilmiş cəmi 2704 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi; ipoteka predmeti olan və tam mülkiyyət hüququ ilə Cavabdeh1 qızma məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 34A ünvanmda yerləşən, 7530,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə tələblər yönəldikdən, həmin əmlak hərracdan satıldıqdan və ya tələbkar tərəfindən əldə edildikdən sonra ən geci 1 ay ərzində onun boşaldılması və keçmiş mülkiyyətçilərin həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılması; ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 24 may 2017-ci il tarixli RB/FS-3930 saylı kredit müqaviləsi və ona əlavələr əsasında yaranmış borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəybala oğlundan ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi A.Hüseynov ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. 28 fevral 2022-ci il tarixli, ********* saylı qəbzə əsasən ödənilmiş 1700 manat və 03 mart 2022-ci il tarixli, ********* saylı qəbzə əsasən ödənilmiş 472 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1581/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1581/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver