Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1582/2021 04.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “pul öhdəliyin icrası” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “pul öhdəliyin icrası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 34,665 manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 05.09.2019-cu il tarixli 229 nömrəli betonaltı qəlib materiallarının tikinti, təmir bərpa işləri məqsədilə icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyəverən müqavilə bağlanıldığı andan betonaltı qəlib materiallarının icarəsini həyata keçirmişdir. 05.09.2019-cu il tarixli, 229 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən malları icarəçinin sahibliyinə və istifadəsinə verdikdən sonra icarəçi razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. Tərəflərindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. Cavabdeh tərəfindən 20.06.2020-ci il tarixli qiymətlərin razılaşdırma protokolu ilə icarəyə götürülmüş 1200 kv.m-lik betonaltı qəlib materialları geri qaytarılmışdır. Lakin cavabdeh tərəfindən 34,665 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan son tarix 2021-ci ilin yanvar ayının son günü kimi götürülərsə və 34,665 manatın ödənilməməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 300 manat hüquqi yardıma görə və 31 manat məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəyərək xərc çəkmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 20 aprel 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 verdiyi izahatda bildirmişdir ki, Günəşli qəsəbəsində yerləşən binanın tamamlanmamış iki mərtəbəsinin tikintisi “xxxx” MMC-yə həvalə edilmişdi. Belə ki, 17 mərtəbəli binanın 16 və 17 mərtəbəsi natamam idi. Həmin mərtəbələrin tikilməsi ilə əlaqədar olaraq mal və materialların alınması üçün İddiaçı ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən onlara 50,000 manat dəyərində material verməli idi. Həmin məbləği hər ay 10,000 manat olmaqla ödəməli idi. Sonradan aralarında razılaşdılar ki, pul əvəzinə iddiaçıya mənzil verilsin. Lakin pandemiya ilə bağlı 2020-ci ilin fevral ayından işlər dayandı. Nəticədə mənzil alıcıları arasında da narazıçılıq yarandı. Yaranmış mübahisələr geniş vüsət aldığından binanın iki mərtəbəsinin sökülməsi barədə qərar qəbul edildi. Ona bildirdilər ki, həmin mərtəbədə mənzil alan hər bir şəxs yenidən mənzillə təmin olunacaqdır. Həqiqətən də belə oldu. Alıcıların hamısından Ağ şəhərdə tikilməli olan binadan yeni mənzil verildi. Lakin iki nəfər həmin mənzillərin alınmasından imtina etdi. Onlardan biri də İddiaçıdur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bir tərəfdən bundan sonra icarəyəverən adlandırılacaq İddiaçı ilə, digər tərəfdən bundan sonra icarəçi adlandırılacaq “xxxx” MMC arasında bağlanmış 05.09.2019-cu il tarixli, 229 nömrəli avadanlıqların icarə müqaviləsinə əsasən icarəyəverən bu müqaviləyə əlavədə göstərilən teleskopik dəmir dirəklər və taxta materialları tikinti, təmir, bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndə əsasən icarə haqqı bu müqaviləyə Əlavədə (X1) göstərilir. 3.1-ci bəndə əsasən müqavilə 1il müddətinə bağlanır. Müqavilə müddətinin başa çatmasına ən azı 10 təqvim günü qalanadək tərəflərdən hər hansı biri müddətin uzadılmayacağı barədə digər tərəfi yazılı xəbərdar etməzsə, müqavilə tərəflər arasında 1 il müddətinə uzadılmış hesab edilir və bu qayda növbəti illərdə də tətbiq edilir. 3.2-ci bəndə əsasən hazırki müqavilə avadanlıqların təhviltəslimi haqqında akt imzalandığı tarixdən hüquqi qüvvəyə minir və icarə müddəti hər bir avadanlıq üçün bir aylıq nəzərdə tutulur. İcarə müddəti ərzində icarə haqqı sabit qalır və yalnız tərəflər arasında qiymət artımı olduqda qarşılıqlı razılaşma yolu ilə dəyişdirilə bilər. - 05.09.2019-cu il tarixli 229 saylı müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırma protokoluna əsasən müqavilənin predmetini təşkil edən beton altı qəlib materiallarının miqdarı 1200 kv.m, ümumi qiyməti 16667 manat təşkil edir. İşin bitimi son tarix müqavilə bağlandığı gündən etibarən altı ay müddətinə qədər 1200 kv.m qəliblər üçün 50000 manat təşkil edir. - 26.05.2020-ci il tarixinə olan borcların üzləşdirilməsi barədə 26.05.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı ilə “xxxx” MMC arasında olan müqaviləyə əsasən layihədə olan betonaltı qəlib materiallarının aylıq icarəsi 8333 manat və qalıq borc məbləği 8333 manat təşkil edir. - 20.06.2020-ci il tarixinə olan borcların üzləşdirilməsi barədə 26.06.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı “xxxx” MMC aralarında olan müqaviləyə əsasən layihədə olan betonaltı qəlib materiallarının aylıq icarəsi 8333 manat və qalıq borc məbləği 1333 manat olmaqla, cəmi 9666 manat təşkil edir. - 20.06.2020-ci il tarixinə olan borcların üzləşdirilməsi barədə 26.07.2020-ci il tarixli aktdan görünür ki,tərəflərin aralarında olan müqaviləyə əsasən layihədə olan betonaltı qəlib materiallarının aylıq icarəsi və qalıq borc məbləği 8333 manat təşkil edir. - 20.06.2020-ci il tarixinə olan borcların üzləşdirilməsi barədə 26.08.2020-ci il tarixli aktdan görünür ki,tərəflərin aralarında olan müqaviləyə əsasən layihədə olan betonaltı qəlib materiallarının aylıq icarəsi və qalıq borc məbləği 8333 manat təşkil edir. - EBAZ seriyalı 690995 nömrəli 05.04.2021-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı tərəfindən “xxxx” MMC-yə icarəyə verilmiş malların miqdarı 34,665 manat təşkil etmişdir. - AR Prokurorluğu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış 12.04.2021-ci il tarixli, ********* nömrəli məktubdan məlum olur ki, MMC tərəfindən inşa edilmiş mərtəbələrdə yerləşən 323 M nömrəli mənzil üzrə X2 adı “xxxx” MTK-ya göndərilməsinə baxmayaraq, sonuncu həmin mənzili qəbul etməkdən imtina etmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya icarəyə verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli, 229 saylı avadanlıqların icarə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İşin hallarından məlum olur ki, tərəflər arasında bağlanmış 05.09.2019-cu il tarixli 229 nömrəli icarə müqaviləsinə əsasən iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək müqavilənin predmetini təşkil edən 1200 k.m betonaltı qəlib materialarını cavabdehə icarəyə vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmiş və icarə haqqı olan 34,665 manat məbləğində pulu ödəməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə “xxxx” MMC-nin nümayəndəsi tərəfindən imzalanmaqla və möhürlənməklə təsdiq edilmiş 26.05.2020-ci il, 26.06.2020-ci il, 26.07.2020-ci il və 26.08.2020-ci il tarixli üzləşdirmə aktlarından görünür ki, hər iki tərəf cavabdehin icarə haqqını təşkil edən 34,665 manat məbləğində borcu olmasını təsdiq etmişlər. Bundan əlavə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də qeyd edilən faktı təsdiqləmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 34,665 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddia tələbindən görünür ki, iddiaçı göstərilmiş hüquqi yardıma görə 300 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş 18 fevral 2021-ci il tarixli, HXY seriyalı 311728 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə 300 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 31 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 34,665 manat əsas borc, hüquqi yardıma görə 300 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 31 manat dövlət rüsumu, cəmi 34,996 (otuz dörd min doqquz yüz doxsan altı) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1582/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1582/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver